Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə27/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   23   24   25   26   27   28   29   30   ...   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



71 

Dəstəmazlı halda mürgüləməyin hökmü 

Sual 81: Bir şəxs dəstəmazlı halda 1-2 dəfə başını əyərək mürgüləyərsə, yəni başı 

qeyri-ixtiyarı  yuxuya  gedən  adam  kimi  əyilərsə,  ona  dəstəmazı  yenidən  almaq 

vacibdirmi?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Ola bilsin bəzən göz yatır, amma qəlb və 

qulaqlar yatmır. Bəs elə ki, gözlər, qulaqlar və qəlb yatdı (özünü idarə əldən çıxdı), 

dəstəmazı yenidən alması ona vacib olar.” 



(Vəsailuş-Şiə, cild 1/hədis: 631. Təhzib, cild 1/bab 8,hədis: 11) 

Sual 82: Bəs  əgər mürgüləmiş adama sarı nəsə  gəlsə,  məsələn;  kimsə  qalxıb  ona 

sarı  getsə,  o  da  bunu  eşitməsə,  o  mürgüləmiş  adam  artıq  yatmış  adam  olaraq 

sayılıb dəstəmazı pozularmı?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Xeyr.  Ta  ki,  yəqin  etməlisən  ki, 

həqiqətən o adam artıq yatıbdır və ta ki, ondan açıq aşkar bir hadisə baş verməlidir 

(yatmağın  nişanələrindən  biri  baş  verməlidir)  Əgər  bunlar  görünməsə,  onda 

həqiqətən  o  adam  yəqinliklə  dəstəmazlı  sayılır.  Və  heç  vaxt  yəqin  olan  şeyi  şəkk 

etməklə  pozmazlar.  Əvvəlki  yəqin,  ancaq  sonrakı  yəqin  hasil  olandan  sonra  (əldə 

ediləndən sonra) pozula bilər.” 

(Vəsailuş-Şiə, cild 1/hədis: 631. Təhzib, cild 1/bab 8,hədis: 11) 

Sual  83:  Bir  şəxsin  arxa  dəliyindən  nəcis  çıxmasa,  cinsiyyət  üzvündən  sidik 

çıxmasa  və  ya  o  adamdan  yel  çıxmasa,  sadəcə  mürgülədiyi  üçün  o  adam 

dəstəmaz almalıdırmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Yenidən dəstəmaz alması vacib olmaz.” 



(Vəsailuş-Şiə, cild 1/hədis: 632. Təhzib, cild/1, bab-346, hədis: 1016) 

Sual  84:  Bir  şəxs  dəstəmaz  aldıqdan  sonra  məsciddə  və  ya  evdə  oturub 

söykənmiş haldadırsa və yuxuya getdiyinə və ya sadəcə mürgülədiyinə dair şəkk 

edirsə, dəstəmazını təzələməlidirmi?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Əgər  şəkk  halındadırsa,  dəstəmazını 

təzələməsi lazım deyil.” 

(Vəsailuş-Şiə, cild 1/hədis: 639) 



ahmedalhasan313.wordpress.com 

72 


Dəstəmazı pozan və pozmayan şeylər barədə 

Sual 85: Dəstəmazı pozan şeylər hansılardır?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Cinsi  orqanın  ucundan  çıxan  sidik  və 

sperma, arxa dəlikdən çıxan yel və ğait (nəcis) və bir də ağılı aparan (özünü idarəni 

əldən  alan)  yuxu.  Bütün  bunlar  dəstəmazı  pozar.  Amma  bircə  o  yuxu  pozmaz  ki, 

səs  eşidə  biləsən (yəni göz yumulub, amma qulaq eşitsə  bu mürgüləmə  halıdır və 

dəstəmaz pozulmaz)” 



(Vəsailuş-Şiə, cild 1/hədis: 642. Təhzib cild 1/bab 9, hədis: 15. Kafi, cild 3/bab 36, hədis: 6. 

Fəqih, cild 1/bab 37, hədis: 137) 

Sual 86: Hərdən dəstəmazlı olan vaxtı qarnımda bir yel hiss edirəm və ya belə bir 

halla  qarşılaşıram  ki,  elə  zənn  edirəm  sanki  məndən  yel  çıxıbdı,  belə  bir  halda 

dəstəmazım pozulmuş sayılır?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Sənə dəstəmaz vacib deyil, ta ki, bir səs 

eşidənə  qədər  və  ya  bir  qoxu  duyana  qədər.  Həqiqətən  İblis  (l.ə)  insanın  2  yanı 

arasında  oturur  və  onun  şəkkə  düşməsinə  səbəb  olur  (və  ya  orada  bir  şey  ixtira 

eləyir ki, şəkkə düşəsən və ya özü orada hədəs eləyir)” 

(Vəsailuş-Şiə,  cild  1/hədis:  635.  Təhzib,  cild  1/bab-347,  hədis:  1018.  İstibsar,  cild  1/bab 

90,hədis: 288. Fəqih, cild 1/bab 37, hədis: 139) 

Sual 87: Əgər bir adam namaz qılırsa və namaz vaxtı ondan yel çıxsa və o adam 

bunu bilsə amma o yelin qoxusunu hiss etməsə, nə etməlidir?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Dəstəmaz  alıb  yenidən  namaz 

qılmalıdır.  (Əgər  buna  etina  etməyib  namaza  davam  eləsə)  qıldığı  namazdan  bir 

şey hesaba alınmaz (namazı batildir)” 



(Vəsailuş-Şiə, cild 1/hədis: 639) 

Sual 88: Burundan qan gəlsə və ya insandan qan alınsa, bu dəstəmazı pozarmı?  

Cavab: İmam Cəfəri Sadiq  (ə.s) buyurur: “Xeyr.” 



(Vəsailuş-Şiə, cild 1/hədis: 645. Kafi, cild 3/bab 37, hədis: 13) 

Sual 89: Niyə görə insan sidik və nəcis çıxanda dəstəmaz alır amma məni (sper-

ma) çıxanda qüsl?  


                            ahmedalhasan313.wordpress.com 

 

 



73 

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Sidik  və  nəcis  ifrazı  haqqında  olan 

asanlaşdırıcı  hökmlər  ona  görədir  ki,  həqiqətən  sidik  və  nəcis  ifrazı,  cənabətdən 

(sperma  ifrazından)  daha  çox  (tez-tez)  baş  verir  və  həmişə  olur  (davamlıdır)  Bəs 

ona görə də Uca Allah bu işlər üçün dəstəmaz almağa razı oldu. Çünki çox tez-tez 

baş  verir.  Qüsl  almaq  isə,  bu  işlər  üçün  çətinlik  yarada  bilər  və  həm  də  bu  işlərin 

baş verməsi insanların iradəsindən (istəyindən) və şəhvətindən (cinsi əlaqəyə meyl 

etməsindən) asılı deyil. Cənabət isə, insanların ləzzət alması vaxtı və özlərini bu işə 

vadar  etmə  yolu  ilə  (özlərini  məcbur  etmək  yolu  ilə,  öz  istəyi  ilə)  baş  verir.  Ona 

görə  də  cənabət  halında  olan  insan  üçün  qüsl  almaq  (şəriət  qaydası  ilə  çimmək) 

vacib olur.” 

(Vəsailuş-Şiə, cild 1/hədis: 650) 

Sual  90:  Niyə  görə  yuxu  dəstəmazı  pozur?  Bunun  barəsində  Əhli-beytdən  

(ə.s)dolğun və ətraflı izahı verilən rəvayət varmı?  

Cavab: İmam Əli İbn Musa Ər-Riza  (ə.s) buyurur: “Həqiqətən yatan insan yatdığı 

halda bədənində olan bütün şeylər (əzələlər və ya bədəndəki dəliklər) açılır və zəif 

hala  düşür.  Bəs  insandan  ayıq  vaxtı  xaric  olan  şeylərdən  (yuxuda  olarkən)  xaric 

olması  ən  çox  ehtimal  edilən  şey,  yeldir  (qazdır)  Bu  səbəbdən  də  yatmış  insana 

(ibadət üçün) dəstəmaz alması vacib olur.”  



(Vəsailuş-Şiə, cild 1/hədis: 663) 

Sual  91:  Bir  şəxs  avtobusda,  maşında,  təyyarədə,  namaz  halında  və  ya  ağla  gələ 

biləcək hər bir halda yatarsa, dəstəmazı pozularmı? Yoxsa istisna hallar varmı?  

Cavab:  İmam  Cəfəri  Sadiq    (ə.s)  buyurur:  “Hansı  hallarda  olursa-olsun  yatarsa,  o 

adamın dəstəmazını təzələməsi vacibdir.”  

(Vəsailuş-Şiə,  cild  1/hədis:  653.Təhzib,  cild  1/bab  6,hədis:  3.  İstibsar,  cild  1/bab-79,  hədis: 

247) 

Sual  92:  Bir  nəfərin  xəstəliyi  olsa  və  yuxuya  gedə  bilmirsə  (yuxusuzluqdan 

əziyyət  çəkirsə)  və  dəstəmaz  almaq  ona  çətindirsə  və  çox  vaxt  oturub  yastığa 

söykənmiş  (dirsəklənmiş)  halda  ikən  mürgüləyirsə,  bu  xəstə  adamın  hökmü 

nədir?  

Cavab:  İmam  Əli  İbn  Musa  Ər-Riza    (ə.s)  buyurur:  “Hər  namazı  üçün  dəstəmaz 

almalıdır.” 



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə