əməli m əqsədlərini dərindən bilməyi tələb edirsə, izahlı lüğətlərin
qarşısm da bir sıra daha spesifik və daha m ürəkkəb nəzəri və əməlı
məsələlər d u ru r [217, 295].
Öyrəndiyim iz dövrdə soraq-m əlum at nəşrlərində ən mühüm
nailiyyətlərdən biri hələ 1928-1929-cu illərdə R u h u lla A xundovun
redaktəsi və rəhbərliyı altm da çap edilmxş ikidilli ikicildlik «Rusca-
türkcə (azərbaycanca - S.Q .) lüğət» hesab edilir. Lüğətin birinci
cildi (A - O hərfləri) 319 səhifə həcm ində 1928-ci ildə [30, 519],
ikiııci cildi isə (P - Y hərfləri) (320)+626 səhifə həcm ində 1929-cu
ildə çap d an buraxılm ışdır [192, 12]. 50 m inə qədər sözdən ibarət
olan bu lüğəti o dövrün görkəmli, tanxnmış ziyalıları: Ə hm əd Pepi-
nov, Ə ləkbər Q ərib, Ə ləkbər H eydərli, Hənəfi Zeynallı, Yusif
Əliyev, Yusif Vəzir, Məhərrəm Kamil, Rəşid Yusifzadə, Ruhulla
Axundov, Sami K am al, Süleyman M əlikov, Tağı Şahbazi, Vəli
X uluflu, X udad Əzizbəyli tərtib etm işdir. Bu lüğət o dövrdə çap
olunm uş liiğətlərin ən böyüyü və m ükəm məli idi. Təsadüfi deyildir
ki, onun yaradılmasxm elmi ictim aiyyət çox böyük mədəni əhə-
miyyəti olan bir hadisə kimi qiym ətlondirm işdir. Ə lbəttə, bu n u elə
bclə də qəbul etm ək lazımdır. Çünki 1930-cu illərdə rus dilinin öy-
rənilməsinə və A zərbaycan dilinin öyrənilm əsinə, təbliğinə və
yayılm asına böyük ehtiyac var idi. Ə lbəttə, dillərin öyrənilməsində
ikidılli lüğətlərin böyük əhəxniyyətinin nəticəsi olaraq 1930-cu il-
lərdə də ikidilli lüğətlərin hazırlanm asına və nəşrinə xüsusi diqqət
yetırilmişdir.
«R usca-türkcə lüğət»in quruluşu barəsində bir neçə söz demək
yerinə düşər. İlk növbədə qeyd etməliyik ki, bu lüğət rus dilinin
leksikasının 1928-ci illərdəki vəziyyətini əks etdirirdi. Lüğətin tər-
tibində tərtibçilər əllərinə keçən bütün lüğətlərdən (V.Dalın «Rus
dilinin izahlı lüğəti»ndən, habelə ikidilli rusca-əcnəbi lüğətlərindən)
istifadə etmişlər. Eyni zam anda lüğətin Azərbaycan hissəsi üçün
əldə olan bütün lüğətlərdən istifadə olunm uşdur.
Tərtibçilər həm in lüğətlərdəki köhnəlmiş və hələ o dövrdə, yəni
1928-1929-cu illərdə rus dilində işlənməyən sözləri lüğətlərinə
salm am ışlar.
Lüğətin quruluşu olduqca sadədir. B urada sözləri üslubi,
qram m atik və s. cəhətdən səciyyələndirən heç bir işarə sistemi tət-
biq edilməmiş, yalnız xüsusi term inologiyaya aid sözlərin yanında
onların hansı elm sahəsinə aid olduğu latınca ixtisar şəklində gös-
tərilm işdir. O dövrdə tərtibçilərin əlində olan lüğətlər rusca sözlə-
rin mənalarxnı tam şəkildə açmağa on lara lazım ınca köm ək edə
bilməmişdir. Buna görə də lüğətdə çoxm ənalı sözlərin ancaq əsas
m ənasının (bəzi hallarda m ənalarınm ) qarşılığı verilə bilmişdir.
Lüğətdə m ənalar rəqəmlərlə deyil, paralel işarəsi ilə ayrılmış, açıq-
aydın om onim olan sözlər çoxmənalı sözlər kim i verilmişdir. Lü-
ğətdə sözlər əlifba sırası ilə verilsə də, fellərin törəm ə form aları əsas
form anın yuvasında yerləşdirilmişdir.
Term inologiyanın verilməsində lüğətdə ardıcılsızlıq görürük ki,
b u n u n da səbəbi, əlbəttə, bu sahədə sabitlik və unifikasiya olma-
m ası ilə izah edilir [217, 305-306].
N itq hissəsinə gəldikdə, lüğətdə yalnız ən çox işlənən zərflər öz
əksini tapmışdır. Ümumiyyətlə bu lüğətdə əyani m isallar və fra-
zeologiya yoxdur. O dövr üçün tam am ilə labüd o lan yuxarıda gös-
tərilən bütün nöqsan və çatışm azlıqlarına baxm ayaraq, haqqında
dam şılan lüğət A zərbaycan lüğətçıliyi tarixində ən qiymətli leksi-
koqrafık bir yadigar olaraq qalm aqdadır.
1930-1931-ci illərdə nəşr edilmiş «A zərbaycan dilinin canlı şi-
vələr lüğəti» də mühüm soraq-m əlum at nəşrlərindən hesab edilir.
Bu lüğət A zərbaycam Öyrənmə Cəmiyyəti tərəfındən hazırlanm ış-
dır. Lakin 1929-cu ilin axırlarında A zərbaycanı Öyrənmə C’əmiy-
yəti Azərbaycan Dövlət Elmi-Tədqiqat İn stitu tu n u n tabeçiliyinə ve-
rildiyinə görə, d a h a dəqiq, həmin Cəm ıyyətin bazası əsasında yara-
dılmış yuxarıda adını çəkdiyimiz İn stitu t tərəfindən çap olunm uş-
dur. Birinci cildin birinci buraxılışı (A hərfi) 1930-cu ildə 250 səhi-
fə həcmində, birinci cildin ikinci buraxılışı (B hərfı) 1931-ci ildə
(126)+259 səhifə həcm ində çap edilmişdi [192, 16].
V.X uluflunun redaktorluğu ilə çap edilmiş (I cildin II hissəsi)
lüğətin tərtibçiləri: V.Xuluflu, Zifeldt Sim um yani və Ə .Tağızadə
olmuşdur. Eyni zam anda bu nəşrin redaktəsində İ.Həsənov,
H .K .Sanlı, Y.Əliyev, S.Bağırzadə və Ə .B abazadə iştirak etmişlər.
Lüğətin yaradılm ası təşəbbüsçüsü və əsas icraçılarm dan biri məş-
h u r sovet türkoloqu N .İ.A şm arin olm uşdur.
Quruluş prinsipinə görə lüğət dialektoloji lüğət olm aqdan ziya-
də, izahlı lüğət xarakteri daşıyır. Sözlərin m ənalannın açıJmasına xü-
susi fıkir verilmişdir. H ər bir sözün izahı canlı şivəJərdən, xa]q ya-
radıcılığından və sairədən ahnmış illüstrativ m aterial və m isallarla
əyaniJəşdirilınişdir. Bu lüğət Azərbaycan dilinin dialektoloji lüğətini
yaratm aq sahəsində ilk təcrübə olmuşdur. Bu lüğət sayəsində külli
m iqdarda qiymətli dialekt materialı toplanm ışdır [217, 307].