SeyfəDDİn qəNİyev tariyel qəNİ


Əhməd Cəfərzadə 1929-cu ildə



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə10/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

Əhməd Cəfərzadə 1929-cu ildə Bakı şəhərində anadan 
olmuşdu...  Anası  Böyükxanım  öz  dövrünün  ziyalı  qadınların-
dan idi. O, Az
ərbaycan klassik ədəbiyyatına, folkloruna, islam 
dini d
əyərlərinə, eləcə də xalq adət-ənənələrinə dərindən bələd 
olan 
bir xanım idi. Üç ciyərparası – Əzizə, Məmməd və Əhməd 
d
ə bu kök üstə köklənmişdir... Bütün varlığı el ədəbiyyatı üstə 
kökl
ənən  Böyükxanım  ana  ömrü  boyu  bu  üç  övladına  “nağıl 
danışıb,  əfsanə  söyləyib”  (Ə.Cəfərzadə),  bayatı,  ağı,  zərb-
m
əsəllərlə  onları  həqiqi vətəndaş,  el-oba qədri bilən insanlar 
kimi boya-
başa çatdırıb... 
Orta m
əktəbi  qurtarandan  sonra  o,  altı  aylıq  müəllimlik 
kursunu başa vurur, 14 yaşından ömrünü pedaqoji aləmə həsr 
edir. Bu s
ənətə kamil yiyələnməkdən ötrü Əhməd müəllim əv-
v
əl Pedaqoji texnikumu, sonra isə Pedaqoji İnstitutu qurtarmış-
dır. O, əsasən 1947-ci ildən bəri yaradıcılığa başlayıb. Yazdığı 
hekay
ə, povest, felyeton və  şeirlərində  hərdən  “sarı  simə  də 
toxunur”. Əhmədin qələmilə ifşa olunacağını görən bəzi vəzifə 
sahibl
əri onun “şeirlərində siyasi səhv tapır”, 23 yaşlı Əhməd 

əllim 1952-ci ildə həbs olunur. Nə az, nə çox, düz dörd il 
s
əkkiz ay həbsxana həyatı yaşayır. Onun həbsxanalarda yaz-
dığı gündəlikləri ən dəyərli əsərlərindəndir. Vaxtilə hamımızın 
“G
ənclik” jurnalından birnəfəsə oxuduğumuz “Adsız” povesti 
kimi... 
Əhməd müəllim M.C.Bağırovun məhkəməsi və İ.V.Stali-
nin ölümünd
ən sonra azadlığa buraxılır. Və o gündən ömrünü 
ata-
baba ocağında – Udulu kəndində elmə, poeziyaya, maarifə 
h
əsr  edir.  Şirvan  mahalını  qarış-qarış  gəzir.  Neçə-neçə  əlyaz-
malar, xatir
ələr, qədim kitab, qədərsiz folklor toplusu nümunə-
l
əri  əldə  edir.  Adları  unudulmaqda  olan,  XII  əsrdən üzü bəri 
Şirvan nisbəsi ilə məşhur olan istedadların ömür yolunu öyrə-
nir, 
əsərlərini toplayır... 
Tezlikl
ə namizədlik və 1973-cü ildə isə doktorluq disser-
tasi
yasını müdafiə edir. Neçə-neçə ali məktəblərə, elmi müəs-

31 

 


sis
ələrə dəvət olunur, vəzifələr təklif olunur... Mövlana Füzu-
linin m
əşhur “Çoxdur bəni-adəm içrə bidad” kəlamı ilə on-
lara cavab verir v
ə doğma Udulunun havasını, suyunu, təbiətini 
heç n
əyə  dəyişmir.  Əslində  isə  onu  günahsız  yerə  günah-
landıran  quruma  qarşı  üəryində  kin, qəzəb, hiddətin qədəri-
q
əsəmi soyumurdu ki, soyumurdu... 
Əhməd Cəfərzadə  həqiqi pedaqoq, maarif xadimi, əsl 

əllim idi. Titul, vəzifə  ardınca  qaçmasa  da,  keçmiş  SSRİ-
nin, el
əcə də dünyanın bir çox ölkələrində keçirilən elmi kon-
frans, qurultay v
ə  simpoziumlardakı  dəyərli məruzələri neçə-
neç
ə orden və medallara layiq görülmüşdür... 
Respublika T
əhsil Nazirliyindən də  Əhməd müəllimin 
gileyl
əri bəzən açıqca hiss olunurdu... “Onun dırnağının kəsiyi 
olmayan mü
əllimlər” rayon təhsil  şöbələrinin  “şişirdilmiş 
t
əqdimatı  ilə”  asanlıqla  alırdı  “Əməkdar müəllim”  adını. 
Amma, xalq, el-
oba, şagirdləri, yetirmələri lap çoxdan vermişdi 
Əhməd müəllimə “Xalq müəllimi” titulunu... 
İyirmi ildən artıqdır ki, Əhməd müəllimlə haqq-salamım 
var idi... Ziyalı qədri bilən bir insan idi Əhməd müəllim. Elmə, 
elm  adamlarına  xüsusi  rəğbəti  var  idi  bu  kişinin.  Onunla 
ünsiyy
ətdə olanlar yaxşı bilirlər ki, Əhməd Cəfərzadə ömründə 
on
dan artıq Əhməd ömrü cəmlənmişdi... Alim Əhməd Cəfər-
zad
ə; müəllim-pedaqoq  Əhməd;  yazıçı-publisist  Əhməd; 
şair  Ə.Cəfərzadə;  folklor  bilicisi  Əhməd müəllim;  islam 
dininin  bilicisi v
ə  təbliğatçısı  Kərbəlayi  Əhməd; bir də  el 
ağsaqqalı, çoxumuzun məsləhət, ümid yeri olan Əhməd əmi... 
B
əli,  ustadın  ölümünə  biz  ziyalılar,  şagirdləri ona görə 
göyüm-göyüm göyn
əyirik  ki,  Şirvan  torpağını  tutiyə  bilən 
Əhməd müəllim özü ilə  neçə-neçə  yazıya  alınmamış,  qeyd 
d
əftərlərində, gündəliklərində hələ tamamlanmamış, ədəbiyyat 
tariximiz
ə adı-sanı düşməmiş  şair, alim, dərviş, sinədəftər, el 
xan
əndəsi,  aşıq,  övliya  və  və  din nümayəndələri  haqqında 
m
əlumatları apardı... 

32 

 


Bu dünya “g
əlimli-gedimli,  son  ucu  ölümlü”  dünyadır. 
V
ə yaxud “səksən-doxsan, bir gün yoxsan”. Elə kəslər var ki, 
onların  adı-sanı,  xeyirxah  əməlləri illərlə  yaşayır;  düzlük, 
doğruluq, halallıq, təvazökarlıq, ağsaqqallıq, həqiqi vətəndaşlıq 
müc
əssiməsi olan Əhməd müəllim kimi... Əhməd müəllimi 
h
əmişəlik yaşadan həm də onun Azərbaycan elmi üçün qoyub 
getdiyi on monoqr
afiya,  dörd  toplu,  dörd  dini  kitabı  və  iki 
yüzd
ən artıq elmi və metodiki məqalələri olacaqdır. Hansı ki, o 
əsərlərdən gələcək nəsillər  lazımınca  faydalanacaq,  dəyərli 
m
ənbə kimi istifadə edəcəklər... 
Hörm
ətli ustad,  Siz  biz  şagirdlərinizə  –  iman  əhlinə 
öyr
ətmişdiniz ki, illər, əsrlər dolansa da, yaxşı kəslərin ruhuna 
h
ər şey əyan olur... Biz də əminik ki, elmimiz, ədəbiyyatımız 
sah
əsində  hansı  uğurları  əldə  etsək, harada poeziya, saz-söz 
m
əclisi qursaq,  sizin ruhunuz həmin məclisin üstündə  dövrə 
vuracaq,  uğurlarımız  Sizə  əyan  olacaqdır...  Bu  uğurlarda  isə 
Sizin z
əhmətiniz qədərsizdir... 
Biz islam dini qayda-
qanunlarını  azı  20  il  öncə  Sizdən 
öyr
ənməyə  başlamışıq.  Sözün  həqiqi mənasında  öyrənə  də 
bilmişik. Həzrəti Məhəmməd (s.ə.s.) peyğəmbərimiz hədisləri-
nin birind
ə buyurub: “Elm yolunu seçən insan üçün Allah da 
Behiştə sarı bir yol açır”. Biz əminik ki, Siz artıq 40 gündür 
ki, h
əmin yolun yolçususunuz... 
Allah Siz
ə rəhmət eləsin, ustad!.. 
 
Hacı Seyfəddin QƏNİYEV 
filologiya elml
əri namizədi, dosent  
“Elin sözü” q
əzeti, 7-14 sentyabr 2000-ci il 
  
      
   
   
    

33 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə