24
yaranırdı. Gecə müsəlmanlar təslim olmaları barədə qalib ermənilərin nümayəndə
göndərirdilər. Lakin atəş dayandırılmırdı. “Piran-Şirvan”ın ən varlı müsəlmanlar
yaşayan hissələri yanırdı. Səhərisi gün ermənilər və malakanlar müsəlmanların
bütün silahlarını alırlar. Buna baxmayaraq, müsəlmanların öldürülməsi və qarət
edilməsi dayandırmır, kişilər, qadınlar və uşaqları məhv edir və ya onları ölüm və
evlərini yandırmaqla hədələyərək pullarını əllərindən alırlarmış. Küçələrdə döşləri
kəsilmiş, doğranmış qadınların meyitləri atılıb qalmışdı. Talan edilmiş əmlak araba
və furqonlarla erməni və malakan kəndlərinə göndərilmişdi”
28
.
Haşiyə: sənədlərdən, xatirələrindən bəlli olur ki, ermənilər istər şəhərin,
istərsə də Şamaxının qeyrət çəkən oğulları, yurd-torpaq qədri bilən övladları silaha
sarılmışdır. Vahab bəy Rəhim bəy oğlu, Hüseyn bəy Hacı Əli oğlu, şəhər qlavası
Teymur bəy Xudaverdiyev, qəza rəisi Azad bəy Qocamanbəyov, Dumanın deputatı
Məmmədtağı Əlizadə, uyezd rəisi Əbdülxaliq Əfəndi, Məşədi Əskər Hacı Nuru
oğlu, Məmmədtağı Hacı Ağacəfər oğlu, Məmmədsadıq Hacı Ağacəfər oğlu, Qara
Nuru, Udulu Üşüdü İbad, Hacı Heydər Hacı Yusif oğlu, Müfti Mustafa Əfəndi,
Tərlanbəy Əliyarbəyov, Alxan bəy Əyyubbəyov, Asif bəy Şıxalıbəyov, Sadıq bəy
Ağalarbəy oğlu, Talışxan və Qardaşxan qardaşları, Haqqi Veyisov, Şeyxəli
Həkimzadə, Kəlbəlayı Yusif, Şıxəlıbəyov, tacir Məşədi Ağa, Məşədi Abılı, Mehdi
bəy Hacı Osman oğlu və başqaları erməni cəlladlarına qarşı müqavimət göstərmiş
və ya öz var-dövlətləri ilə könüllülərə yardım (silah, sursat, at və s. ilə) etmişlər.
Haşiyə: “Erməni zabiti Atarbekovun Mədrəsədə təşkil etmiş çoxsaylı silahlı
birləşməsi ilə türk zabiti Osman Əfəndinin (O, I Dünya müharibədinsə, türk-rus
cəbhəsində yaralanmış və Şamaxıda məskunlaşmış, qırğın zamanı könüllülərlə
silaha sarılmışdır – müəlliflər) yaratdığı azsaylı dəstənin Zoğalavay çayı vadisində
apardığı uğurlu əməliyyatları diqqətəlayiqdir. Erməni zabiti Atarbekovun çoxsaylı
dəstəsi müsəlmanlara qarşı hərəkət edib yaxınlaşanda o, qürurla: «Откройте огонь
по приказу Атарбекова», - deyib komanda verdikdə nizami qaydada gələn bölük
yarımsərxoş vəziyyətdə hücuma keçən əsgərlərinin çoxu Osman Əfəndinin
dəstəsində olan mahir atıcılar Məhəmməd Tağı, Udulu Üşüdü İbad, Məhəmməd
Sadiq, Talışxan və Qardaşxan qardaşlarının sərrast atəşləri nəticəsində böyük itki
və tələfat verməyə məcbur olmuşlar”. Şəhəri dalbadal top atəşinə tutduqlarından
həm evlər dağılır, həm də yanğınlar baş verirdi, insanlar tələf olurdular. Məsləhət-
məşvərət üçün polkovnik Azad bəy Qocamanbəyovun yanına yığışan Şamaxının
üləmaları - Şeyx Hacı Axund, Müfti Mustafa Əfəndi, pristav Vahab bəy
Rəhimbəyov, Məhəmməd Tağını çağırtdırıb ona “Hacıoğlu, top Şamaxının
kələyini kəsir. Səni də yaxşı tanıyıram, tüfəngini də, - demişdir. (Belçika istehsalı
olan tüfəngi Məhəmməd Tağıya 1913-cü ildə toyunda o vaxt kapitan rütbəsində
olan Azad bəy bağışlamışdı). Topçunu vurmaq tapşırığını alan Məhəmməd Tağı
Zoğalavayçayı keçmiş, qalın ağacların, sonra isə kolların arası ilə sürünə-sürünə
28
ARDA. F. 1061, iş 1, 56.
25
müəyyən etdiyi məsafədən əvvəl Topçunu, sonra isə onun köməkçisini vurub, topu
susdurmuşdu”.
29
Şəhərin varlılara məxsus ən yaxşı evləri yandırılmış və məhv edilmişdi.
Şəhər varlılarından Şıxıyev, Həsənbəyov, Cəbrayılov, Müftin, Hüseynbəyov,
Əlimirzəyev, Əfəndiyev, Babayev, Məhərrəmov, Veyisov, Böyükbəy Hüseynov,
Hacı Vahab Ələkbərov, Hacı İsrafil Məmmədov Mir İbrahim Qasımov, Zəkəriyyə
Əfəndi, Əbdürrəhim Ağa Ağalarov, Teymur Abutalıb bəy oğlu Fəttahbəyov və
başqalarının bənzərsiz Şərq üslubunda tikilmiş malikanələri odlara qalanmışdı:
“Ermənilər yanan evlərdən çıxmağa cəhd edən qadınları, uşaqları və qocaları
güllələyirdilər. Onlar şəhərin küçələrində qarşılarına çıxan bütün azərbaycanlıları
öldürmüş, həm də əllərinə keçənlərə dəhşətli və ağlasığmaz işgəncələr vermişlər.
Bütün qiymətli şeyləri qarət etmişlər. Gizlədilmiş pul və qızılların yerini müsəlman
əhalidən zorla, işgəncə verməklə tələb etmişlər. İstəklərini əldə etdikdən sonra
onların sahiblərinə rəhm etmədən öldürmüşlər. Küçələrdə döşləri kəsilərək əzabla
öldürülmüş, qarnı yırtılmış, bağırsaqları tökülmüş, ən müdhiş təhqirlərə məruz
qalmış qadın meyitləri qalaqlanmışdır. Quldurlar hətta uşaqlara belə rəhm
etməmiş, onların başına mıx vurmuş və diri-diri torpağa basdırmışlar”.
30
Xatirələrdən: “Mən onda uşaq idim. On yaşım olardı. Biz evimizin
zirzəmisində gizləndik. Gözlərimlə gördüm ki, adamları güllələyir, sonra küçəyə
yığır, üstlərinə xalça-palaz atıb yandırırlar. Hətta körpə uşaqları diri-diri həmin
odun içinə atırdılar. Qonşumuz Molla Mirzəgili ailəliklə yandırdılar. Beş gün
zirzəmidə qaldıq. Bir gecə fürsət tapıb şəhərdən çıxdıq. Yolda qardaşım da öldü.
(Məşədi Sadıq Əli oğlu)
Umud İsrafilov: “Anam 1918-ci il qırğınından çox danışırdı. Gördüyü
dəhşətləri, faciələri elə danışırdı ki, adamın əli yerdən üzülürdü. Erməni
cəlladlarından on nəfəri uşaqlı qadınları bir yerə yığır, gözlərinin qabağında
körpələrini öldürür, balaca uşaqların cəsədini nizəyə taxırlar. Analardan bir
neçəsinin ürəyi gedir. Onları o saat qətlə yetirir, körpələri nizə
ilə anaların köksünə tikirlər. O biri qadınları da eləcə. Bundan
əlavə, yazıq Molla Musanı meydana gətirirlər? İxtiyar yaşlı
kişiyə əmr edirlər ki, “Qur`an”ı cırıb vərəqlərini yerə töküb
tapdasın. Kişi deyilən təklifi eşidib - sizi “Qur`an”a tapşırıram
deyib, müqəddəs kitabı sinəsinə sıxdı. Molla Musanı nizənin
ucu ilə deşik-deşik edirlər. Yazığın fəryadı ərsə qalxır. Bir
azdan o, yerə yıxılıb bayıldı. Kafirlər kilsiyə od vurublar. Kişi cızhacızla yandı”.
31
* * *
29
B.İsmayıllı. “Yeni Azerbaycan” qəzeti, 31 mart, 2000.
30
ARDA. fon. 1061. iş 1, vər. 56.
31
Xatirə şəxsi arxivimizdədir. – S.Q.
Dostları ilə paylaş: |