Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
1   ...   11   12   13   14   15   16   17   18   19

68 

Cənnət  müəllim

İslamda idman

adı  «Hipohoriya»  kimi  göstərilir)  adlı  qadın  kişi  paltarı 

geyinib,  oğlanlarını  seyr  etmyə  gəlib.  Həyacandan  qış- 

qırarkn,  ətrafmdakıları  şübhəyə  salıb.  Ancaq  onu  öldür­

məyiblər.  Belə ki,  həmin  qadının  əri  də,  atası  da,  oğlanları 

da olimpionik olublar.  Beləliklə bu hadisədən sonra qadın­

larda bu yarışlarda iştirak etməy başlamışlar.

Bəs  görək  islam  dinində  qadının  idmanla  məşğul  ola 

bilərmi?  Cavab:  islam  alimləri  bu  barədə  yekdil  fikirdə 

deyillər.  Bir  qurup  islam  alimləri  göstərirlər  ki,  idmanla 

məşğul olmaq qadın üçün qəbahət deyildir.  Çünki idmanla 

məşğul  olmaq  bədəni  möhkəmləndirir  və  orqanizmi  sağ­

lamlaşdırır.  Bu  da  da  qadınlar  üçün  doğuş  prosesini  yün­

gülləşdirir.  Lakin  digər  islam  alimləri  o  cümldən  şəhid 

dokor  Seyid  Rza  pak  Nejad  qadının  idmanla  məşğul  ol­

masının əleyhinə çıxır və  bir çox idman üzrə mütəxəsislərin 

fikirlərini  qeyd  edərək  yazır  ki,  qadınlar  idmanla  məşğul 

olduqda  onlara  məxsus  incəlikləri  yox  olur.  Danışıqların­

da kişiyə məxsus danışıq tərzi və xüsusiyyəti formalaşır.  Bu 

hiss  özünü  daha  çox  alpinizimlə  məşğul  olan  qadınlarda 

daha  çox  özünü  görsədir.  Lakin  sonda  məsləhət  bilir  ki, 

qadınlar  bir  çox  idman  növləri  ilə  xüsusən  voleybolla, 

basketbol,  konkisürmə,  aerobika  və  s.  kimi  idmanla  məş­

ğul olması qəbahət deyildir.

Nəticədə  demək  olar  ki,  islam  dini  qadına  idmanla 

məşğul  olmağı  tam  qadağan  etmir.  Bir  şərtlə  ki,  onun  bə­

dən  quruluşuna  və  psixasına  mənfi  təsir göstərməsin.  Belə 

olan  halda  qadının  idmanla  məşğul  olması  üçün  heç  bir 

maneə  yoxdur.  Çünki  idman  qadın  üçün  sağlamlıq  və  gö­

zəllik rəmzidir.

o



70  Cənnət  müəllim

İslamda idman

V  FƏSİL

MƏHƏMMƏD PEYĞƏNBƏRİN (S) 

RUHİ VƏ CİSMİ GÜCÜ

«Məhəmməd  -  yenidən  tanınmalı  olan  peyğənbər»  adlı 

kitabın  müəllifi  ruminyalı  Koslan  Virjal  öz  kitabında  iki 

mətləbi  çox gözəl canlandırıb.  Onun çox yaxşı  təsvir etdiyi 

iki  şeydən  biri  Peyğənbərin  (s)  elə  yaşadığı  cəmiyyətdəki 

mövqeyidir.  Peyğənbər  (s)  elə  bir  şəraitdə  yerləşmişdi  ki, 

onun siyasi-ictimai baxımdan heç də bir idi və bütün şərait 

ona  qarşı  idi.  onunla  qələbə  arasında  bir  tük  qədər də  ol­

sun bağlılıq yox idi.  amma O həzrətin heç vaxt öz iradəsini 

əldən  zərrə  belə  titrəməyən  dağ  kimi  idi.  Doğurdan  da 

Peyğənbərin  (s)  həmin  23  il  ərzində  ruhiyyəsi  çox  maraq- 

ldır.  İnsan  həmin  dövrün  tarixini  oxuyanda  heyrətə  gəlir. 

Peyğənbərin  (s)  zamanında  yaşamış  Həssan  ibn  Sabitdən 

olan bu misrada doğurdan da çox düzgün deyilib:



Ləhu himəmun la muntəlıa

Və Himmətuhus-suğra minəddəhri.

Yəni:  Onun böyüklüynün sonu olmayan himmətləri var; 

ən kiçik himməti isə zəmanədən böyükdür.

Bundan  əlavə Peyğənbər (s)  zahiri  və  fiziki  qüdrət  baxı­

mından  da  qüvətli  adam  olub.  Onun  bədəni  qəhrəman  və 

igid  pəhləvan  kimi  olub.  O,  güclü və şücaətli  olub.  Kök və 

ya arıq deyil, ortabab olub.  Sinəsi ilə qarnı  bir-birinə bəra­

bər idi.  Bədəni  əzələli  və enli  kürək  olub.  Əzələdən məqsəd 

budur  ki,  o  həzrətin  bədəni  idmançı  bədəni  kimi  olub. 

Ümumiyyətlə o  həzərtin şücaəti  o dərəcədə olub  ki,  Əli (ə) 

bu barədə belə buuyrub:  «Biz,  çətin vəziyətlərdə Peyğənbər 

(s) -nənah aparardıq».



Ruhi  Seyfullayev

İslamda idman

Bəli,  Peyğənbər (s)  şücaətli  və güclü  olub,  həmçinin güc 

və şücaəti də tərifləyib.  Deməli, islamda güc və qüdrət tərif­

lənib,  yəni  bu  din  onları  insan üçün  lazımi  dəyər kimi  qiy­

mətləndirib.

HƏZRƏT ƏLİNİN (Ə) RUHİ 

VƏ CİSMİ GÜCÜ

Hz.  Əlinin  bədən  qüvvəsi  möcüzə  və  kəramət  hesab 

olunmalıdır.  Çünki  onun  bdən  qüvvəsi  fövqaldə  bir  qüv­

vəyə malik idi.  Tarixçilərin yazdığına görə həzrət Əlinin (ə) 

rəngi  buğdayı,  mübarək  gözləri  iri  və  cazibəli,  qaşları 

bitişik  və  sıx,  dişləri  möhkəm  və mirvari  tək  ağ  olmuşdur. 

Onun  biləkləri  sanki  sümükdən,  ətdən  və  dəridən  yox, 

vahid  və  möhkəm  bir  tökmədən  ibarət  olmuşdur.  Bundan 

başqa  həzrət  orta  boylu,  möhkəm  bədənli  və  nəhayət 

dərəcədə  güclü  bir  şəxs  olmuşdur.  Biz  onun  fiziki  gücünü 

göstərmək üçün bir neçə tarixi faktlara nəzər salaq:

2. 


İmam  Sadiq  (ə)  buyurur:  Hz.  Əlinin  anası  Fatimə 

bintu Əsəd  deyir:  Hz.  Əli körpə olanda  məıı  onun  qolların 

möhkəm  parça  ilə  bağlayıb  beşikdə  yatızdırardım.  O  isə 

əllərinin və dişlərinin gücü ilə onları qıraraq əllərin açardı.

3. 

Ömər ibn Xəttab deyir:  bir dəfə Əbu Talibin evində 



ikən  gördüm  ki,  böyük  bir  ilan  Hz.  Əlinin  olduğu  beşikə 

yaxınlaşır.  İstədim  ki,  qışqırıb  evdokiləri  bu  işdən  hali 

edəm.  Bu  vaxt  gördüm  ki,  körpə  sağ  əlini  çıxardıb  ilanın 

boğazından  yapışdı  və  güc  verərək  onu  boğaraq  onu 

öldürdü.  Bu  zaman  Fatimə  bintu  Əsəd  otağa  daxil  olaraq 

gördüyü  mənzərədən  dəhşətə  gəldi.  Sonra  körpəyə  yaxın­

laşaraq  belə bir  tarixə düşəcək  bir  kəlam  işlətdi:  «Kəənəkə 

heydərə»  yəni  «Sən  doğurdan  da  qəzəbli  bir  şirsən».  O 

vaxtdan Hz. Əlini «Heydər» adlandırmağa başladılar.

4. 


Cabir  Cəfi  deyir:  Hz.  Əlinin  bir  dayəsi  bəni  Hilal 

qəbiləsindən  idi.  Onun  da  bir  oğlu  var  idi  ki,  Hz.  Əlidən 

yaşca böyük idi.  Bir gün dayə bu iki uşağı  xeymədə qoyub



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə