SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

                                            
139 
MİRZƏ ƏBDÜLXALIQ YUSİFİN MƏHƏMMƏD AĞA  
CÜRMİYƏ YAZDIĞI HƏCVƏ CAVAB 
Qəsidə 
Olub Məhəmmədimin naməsi mənə vasit,  
Sanırsan ərşdən ayati-həq olub nazil. 
Könüldür ərşi-ilahi, Məhəmməd ərşə çıxıb,  
Olubdur ərşi-xudavənddə həqə vasil. 
Yetişdi ərşi-bərinə başım fəxarətdən- 
Ki, yad edib məni ol miri-adilü bazil. 
Açıldı möhrü, ədəbla oxundu məzmunu,  
Muradü mətləbü məqsudi etdi dil hasil. 
Müşəxxəs oldu ki, ol şairani-qövmi- 
Qüreyş Məhəmmədi eləyib həcv həqqdən qafil. 
Necə bu möhnətə tab eyləsin dəxi Həssan,  
Nə gunə səbr edə bu dərdə şairi-qabil? 
Qərəz ki, şərhi-təsəllidən özgə yox çarə,  
Məhəmmədin nə bilir qədrin hər yetən cahil? 
Fəda ülum sənə, ey novgüli-riyazi-hünər,  
Gərəkdü sən olasan dərdü möhnətə hayil. 
Haçandan oldu bu şair, görək bu harda idi?  
Nə idi sənəti anın, nə karədir şağil? 
Qəribə sirrdir, artıbdı Bakidə şair,  
Edəllə şerə həvəs, feli tərk edən fail. 
Nəinki bir Bakı, ondan Şamaxı bədtərdir,  
Olubdu şairi-ustad hər yetən kahil. 
    


                                            
140 
İti vurarsan əgər indi şair üstə...,  
Əgərçi bir nəfəri yoxdu kim, ola qabil. 
Bu şerdən qərəzim Yusifə deyildir həcv,  
Rəva deyil ki, yazam mən kəlami-latayil. 
Vəli mənim qərəzim moizə, nəsihətdir,  
Qəbul edər bu nasihətləri olan kamil. 
Nə lazım oldu ki, sən bir əzizi həcv etdin?  
Nə vacib olmuş idi bunca göfteyi-batil? 
Gərəkdi baş sənə qoşmayaydı ol Cürmi,  
Gərək edəydi təhəmmül o şahi-dəryadil. 
Əgər Məhəmməd edə iddəa nübüvvəti-şer,  
Onun nübüvvətinə əvvəli mənəm qail. 
  


                                            
141 
MƏHƏMMƏD AĞA CÜRMİYƏ 
Qəsidə 
Yetdi namən mənə, ey tazə süxəndan Çürmi,  
Gilşəni-şerə olan bülbüli-xoşxan Cürmi. 
Deyəsən pirəhəni-Yusif idi ol namə,  
Gözümə verdi ziya ol məhi-Kənan, Cürmi. 
Hüdhüdi-badi-səba şəhri-Səba içrə yenə,  
Belə sandım gətirib hökmi-Süleyman, Cürmi. 
Görüm, ey bari-xuda, izzət ilə sən olasan  
Mülki-məhruseyi-əşardə sultan, Cürmi! 
Belə fikr etmiş idim Bakıda olmaz şair, 
Nə bilim mən ki, yatıb bişədə aslan, Cürmi?!
*
 
Afərinlər sənə, ey şairi-ecazkəlam!  
Mərhəbalər sənə, cy saniyi-Həssan, Cürmi! 
Nəsəbü cahdə mümtazi-cahansan, bilirəm,  
Qıla əcdadüvi həq daxili-rizvan, Cürmi! 
Tarı şahiddi görüb şerüvü çox şad oldum,  
Sanki gəldi əlimə gənci-firavan, Cürmi. 
Şükrlillah ki, var imiş Bakıda əhli-kəmal!  
Seyyidin canı kəmalatuva qurban, Çürmi! 
Hər nə ki föhş demişdin mənə, layiqdi mənə,  
Həqqi inkar qılan kim olu nadan, Çürmi. 
Nə qədər fikr elədim eylədiyin həcvi mənə  
Öz xüsusumda deyildi biri böhtan, Cürmi. 
                                                          
*
 Sədidən iqtibasdır - təbdil olunmuşdur. 


                                            
142 
Sən məni "şürbi" deyib yazmış idin badəpərəst,  
Yazdığın şerdə yox zərrəcə yalan, Cürmi. 
Hələ var çox sifətim hiç deyilsən vaqif,  
Qoy bu əfali-şəniə qala pünhan, Cürmi. 
Mən niyə bakılının adını tutdum ki, məni  
Həcv edib eyləyələr şöhreyi-dövran, Cürmi. 
Alıram boynuma öz səhvimi, ey kani-kərəm,  
Əfv qıl cürmümü, ey mayeyi-ehsan Cürmi. 
Oldu məlum mənim həcvimə təhrik qılıb Bakıda  
Qasiri-zan neçə zişan, Cürmi. 
Qasirin var qüsuru, ona bir diqqət yox,  
Var əqlində onun bir neçə nöqsan, Cürmi. 
Etdi Adəm kimi ol sahəti-Bakuni məqərr,  
Onu yoldan çıxarıb bir neçə şeytan, Cürmi. 
Bəndəni şürbi-meyə eyləmiş idin təhrik,  
Bu nə eyhamdır, ey mənbəi-ürfan Cürmi?! 
"Təbl pünhan çi zənəm, təşti-mən əz bam üftad'
*
,  
Misrəi-farsidir halıma şayan, Cürmi. 
Sadədəndir ürəfa xatirinə zövqü səfa,  
Badədəndir şüəra dərdinə dərman, Cürmi. 
Kim ki şairlik edə, içməyə ol badeyi-nab,  
Olmaya sadəyə mail, odu heyvan, Cürmi. 
Badəvü sadə olur şairə dinü məzhəb, 
Sən də öz dinüvü gəl eyləmə kitman, Cürmi. 
                                                          
*
 
Gizli  nə  təbl  döyüm,  mənim  ki,  təştim  damdan  düşüb.  Yəni:  təştim  damdan  düşüb,  cingiltisi 
aləmə yayılıb. 


                                            
143 
Haşəlillah ki, mən həçv edim əhli-Bakını,  
Deyiləm çox da, həqiqət, elə nadan, Cürmi. 
Nə yamanlıq eləyibdir bizə əhli-Baki?  
Niyə öz əhlimizə biz olaq üdvan, Çürmi? 
Bakı bir şəhrdi kim, əhli hamı şieyi-xass,  
Peyrovi-şiri-xuda, sahibi-iyman, Cürmi. 
Xassə həq mərhəmətin Bakıya etmiş şamil,  
Onda izharə gəlib rəhməti-yəzdan, Çürmi. 
Nə bilim ki, esəri-tərbiyəti-mehri-münir  
Yetiribdir yenə bir ləli-Bədəxşan, Cürmi? 
Nə bilim ki, yenə Xaqani edibdir ricət,  
Nə bilim ki, yenə təxt üstədi xaqan, Cürmi? 
Nə bilim ki, nəzəri-səd ilə Sədi-Əkbər- 
Ki, edib Bakıda bir Sədi nümayan, Cürmi? 
Bakıya salmış Ütarid nəzəri-təhsinin,  
Tərk edibdir nəzəri-nəhsini Keyvan, Çürmi. 
Nə bilim mən ki, Bakı saheti-gülzarə dönüb,  
Onda bülbüllər edib şur ilə əfgan, Cürmi? 
Bakını bir neçə il bundan ozəl görmüşdüm,  
Qışda Ərafsifət, yaydə Niyran, Cürmi. 
Bakıda var idi bir şair, adı Balasadıq,  
Sözləri başdan-ayaq hərzəvü hədyan, Cürmi. 
Şükrlər indi Bakı xitteyi-Şirazə dönüb,  
Olub ol şəhərdə yüz Sədi nümayan, Çürmi. 
Xassə bir taifəni həcv qılım kim, onlar,  
Ola məcmui-qulami-şəhi-Mərdan, Cürmi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə