SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   32   33   34   35   36   37   38   39   ...   73

                                            
178 
ƏLİ ƏSĞƏR NÖVRƏSƏ 
Qəzəl-qitə 
Növrəs, ey həmdəmi-bimehr, şəhi-səngindil- 
Ki, pərivar bu gün mənzü olub Şişə sənə.  
Sənsən ol qəsri-müşəyyəd ki, rəhi-rüfətdən,  
Yetməz, ey pak güftər, sülləmi-əndişə sənə,  
Çərxi-minayi sənə eylədi sağər qəmərin,  
Gördü ta Şişədə vardır həvəsi-şişə sənə.  
Sənsən ol nəxli-bünərpərvəri-baği-məna- 
Ki, olub danişü fərbəngü xirəd rişə sənə.  
Dün eşitdim ki, Kərimxani-fələkçakərdan  
Tapılıb aiəmi-imkandə bir pişə sənə.  
Qüvveyi-təbdə sən şiri-neyistani-süxən,  
Bais oldur ki, bu gün qismət olub bişə sənə.  
Seyyida, Şişə tərəf səngi-məlamət atma,  
Ta ki ustadi-hünər vurmaya bir tişə sənə, 
  


                                            
179 
ƏLİ ƏSĞƏR NÖVRƏSƏ 
Qəsidə 
Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs.  
Minayi-kuyüvə olsun dilü canım fəda, Növrəs.  
Mənə biganədən biganə oldun aqibət, ey şəh,  
Səninlə olmayaydım kaş əzəldən aşina, Növrəs!  
Məgər yox mehribanlıq Şişənin abü həvasında,  
Dönübdür daşə könlün, ey rəfiqi-bivəfa, Növrəs?  
Nə bir peyğam göndərdin bu müddətdə, nə bir qasid,  
Məgər böylə olurmuş aşinalıq, mərhəba, Növrəs!  
Əgərçi dəhri-dunun inqilabından pərişanəm,  
Olub cəmiyyətim bərhəm, fələk etmiş cəfa, Növrəs!  
Dağıldı yarü ənsarım başımdan, fərd qaldım mən,  
Əlimdən getdi Asi-ol rəfiqi-xoşəda, Növrəs.  
Səfa düşdü səfadən, zəmzəmi-əşkim rəvan oldu,  
Bu qəmdən xaneyi-dil Kəbə tək geydi qəra, Növrəs.  
Nə Agah agah oldu haləti-pürixtilalımdan,  
Nə dəf etdi məlalım səfheyi-dildən Fəna, Növrəs!  
Məgər böylə olurmuş aşinaliq, ey gözüm nuri,  
Cəmali-bakəmalından gözüm gorməz ziya, Növrəs.  
Biz axır bir gülüstanın gülüydik ruzi-əvvəldə,  
Həvadis sərsəri saldı bizi axır cüda, Növrəs!  
O1 ustadi-mükərrəm Yusifi, ol mürşidi-kamil,  
Onu gürgi-əcəl seyd etdi, heyf ol müqtəda, Növrəs!  
Uyub bu aləmi-əhbabdə hər sadərüx yarə,  
Biz etdik daməni-məşuqəni əldən rəha, Növrəs!  
Həyati-müstəari-dəhrdən mətləb deyil hasil,  
Gərək kəsb eyləmək yüz səy ilə feyzi-bəqa, Növrəs!  
Əgər azadəsən, eylə hesab et kuhi-Şəhlandır,  
Düşərsə başinə gər sayeyi-bali-hüma, Növrəs!  
Şikəsti-üstüxanə səbr qıl səngi-həvadisdən,  
Təmənna etmə əbnayi-zamandan mumiya, Novrəs!  
Əla, ey əndəlibi-gülşəni-rizvan, qəbul etmə, 
  


                                            
180 
Əgər versə sənə buyi-güli-cənnət səba, Növrəs  
Əgərqəsri-müşəyyəd versə Qeysər, imtina eylə  
Qüsurun var əgər etsən qəbul, ey pişva Növrəs!  
Çəkil Ənqayi-Qaf ol bir qənaət içrə Seyyid tək,  
Verər məqsumüvi ol xaliqi-ərzü səma, Növrəs. 
  


                                            
181 
QARABAĞLI NALAN TƏXƏLLÜS ŞAİRƏ 
Məsnəvi 
Yetir, cy namə, məndən ərzi-səlam,  
Dərgəhi-yarə halım et elam.  
Söylə bülbüldən ol gülüstanə,  
Yəni məndən cənab Nalanə,  
Ərz qıl, ey güli-riyazi-ədəb,  
Durri-yektayi-bəhri-izzü şərəf,  
Ey kəlam əhlinin sərəfrazi,  
Təbdə kainat mümtazi,  
Ey midadın nəticeyi-zülmat,  
Sözlərin zülmət içrə abi-həyat,  
Ey Sikəndər zəmirü Xizrbəyan,  
Kilkin ecazi-zadeyi-İmran,  
Xidmətin baisi-kəmalımdır,  
Səbəbi-dövlətü cəlalımdır.  
Gərçi xidmətdə çox qüsurum var,  
Lütfuvə var ümidi-xatiri-zar.  
Gərçi Şirvanda sən olan günlər  
Əhdü peymanlar etdik, ey sərvər,  
Etmədim leyk mən ol əhdə vəfa,  
Mənə bu işdə eyb edir ürəfa.  
Leyk var əldə üzr, məzurəm,  
Mən cəzayi-sipebra məmurəm.  
Var ümidim kim, ol əta kani  
Bəndədən əfv edə bu nöqsani.  
Xasə kira, çərx kinəbünyandır,  
Xatirim dəhrdən pərişandır.  
Xasə kim, Əhsənül-Qəvaidi-şum  
Şuəra tövrünü bilib məzmum.  
Xasa kim, ol müzəvviri-rubah,  
Şüəra silkini yazıb gümrah.  
Zəmmi-əşarə gər o heyvani  
Gətiribdir dəlil Qurani. 
  


                                            
182 
Bavücudi ki, sahibi-Quran,  
Müstəfa, ol rəsuli-aləmiyan  
Vəsf edib şairani-islami,  
Xassə Həssani-xoşsərənçami,  
Bir deyən yoxdur ey fusürdəzəmir,  
Edən ayati əksinə təfsir,  
Olmayan rasexi-kəlami-mübin,  
Xəsmin olsun sənin imami-mübin!  
Şairi zəmm edib əgərçi xuda,  
Leyk vardır əqəbdə istisna.  
Rəmzi - "illəlləzinə" kafidir,  
"Əmilüs-salihat" şafidir.  
Batil onlardu, ey səfeh kani- 
Ki, edib həcv şahi-Bəthani.  
Batil ol şəxslərdi kim, hamı  
Hecv edəllərdi əhli-islamı  
Leyk onlar ki, gəldi islamə,  
Çatdilar izzət ilə ikramə,  
Etdilər vəsf şahi-əbrarı,  
Qıldılar mədh ali-əthan.  
Onların vəsfini rəsuli-xuda  
Eyləyibdir hədis ilə ifşa.  
Şüəranın lisanını ol şah  
Söyləyibdir "kilidi-gəncüilah".  
Şüəra vəsfinə yetər bu rümuz:  
"İnnə lillahi-təhtə ərşi künuz"
*
  
Payeyi-şeri bundan eylə hesab,  
Dedi: - "Əşşerü hikmətün"

 o cənab,  
Dəxi bu müddəayədir bürhan  
Şəni-Əhməddə midhəti-Həssan.  
Dəxi oldu Fərəzdəqi-dana  
Mədhi-Zeyniil-İbadə nüktəsəra.  
Sibti-Musadə qisseyi-Dibəl 
  
                                                          
*
 
Göyün altında xəzinələr vardır ki, onların açan şairlərin dilidir. 

 
Şeir hikmətdir (fəlsəfədir). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə