SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   34   35   36   37   38   39   40   41   ...   73

                                            
188 
SƏİD ÜNSİZADƏYƏ 
Mürəbbe 
Əla, ey müxbiri-sadiq, əlaəddini-vəd-dünya,  
Səvadi-nurpaşındır bəyazi-aləmi-məna.  
Səid etmiş səni ruzi-əzəldə xaliqi-yekta, 
Çəlalın naqis olmaz etsələr yüz min həsəd əda. 
Olum ey himmətin qurbanı, bir dərk et bu mənanı- 
Ki, eylər ərz əşar ilə bu Xaqaniyi-sani- 
Ki, var Rusiyyənin beş-altı milyon can müsəlmani  
Qalıb elmü mənafədə təmamən bisərü bipa. 
Açıb Rusiyyə babi-mənfəət cümlə rəayayə,  
Dəmadəm şükrlər etmək gərək bu feyzi-üzmayə,  
Müsaviyyət veribdir silki-ədna, fövci-əlayə,  
Bərabərdir dəxi divandə əla ilə ədna. 
Rəiyyət oğlu olsa bəhrəvər gər elmü mənadən,  
Olur şayisteyi-xidmət, alır çin şahi-valadən,  
Xuda razi ola bu imperaturi-müəlladən- 
Ki, şamıldir cahanə teyzi çün xurşıdi-nurəfza. 
Açıb hər qism məktəbxanələr bu mənbeyi-ehsan,  
Bihəmdüllah ki, yoxdur tərbiyət babında bir nöqsan,  
Sənaye məktəbin Qafqazdə eylər bu il bünyan- 
Ki, ta sənətdən olsun bəhrəvər hər saivü cuya. 
Bu il kim, Asiyayi-şərqdəndir fitnələr peyda,  
Nümayandır Heratü Kabilü həm Mərvdən qovğa,  
Bu aşubə o müfsidlərki, baisdir, xudavənda,  
Zəlil et onları, məğlubü məqhur eylə, həm rüsva! 
Neçə nərrad qurmuş təxteyi-nərd mülki-dünyam,  
Salıbdır şeş cəhətdən şeşdərə İranü Turanı,  
Qalıb şeşdərdə, tapmaz yol güşadə türklər xanı,  
Şeşü ponç atraağı müşküldü tasi-qübbeyi-mina. 
  
  


                                            
189 
Tutubdur gərçi rüx bu filtənlər mülki-Əfqanə,  
Piyadə səf çəkib, atlar düzülmüş səhni-meydanə,  
Vəzir istər ki, şəh mat olmasın, söylər həkimano,  
Dönübdür səfheyi-şətrəncə yeksar sahəti-dünya. 
Diriqa, əhli-İranın xəyalü müddəasından,  
Xudanakərdə əl çəksə həqiqi aşinasından,  
Xüsusən maliki-Rusiyyə tək müşkülgüşasından,  
İlahi, qıl kəramət hər kəsə bir dideyi-bina. 


                                            
190 
  
HACI SƏİD ÜNSİZADƏYƏ 
Qəsidə 
İradə eyləsə bir qövmə xeyrin feyzi-rəbbani,  
Olur bir padşahi-adil ol qövmün nigəhbani. 
Bihəmdüllah kim, sultan bizə bir zati-alidir- 
Ki, ədlindən olubdur gürg çöldə bərrə çubani. 
Şəhənşahi-fələkqədr, imperaturi-müəzzəm kim,  
Qılıb asudə əhdində bəladən xəlqi-imkani. 
Məsihi-pak həqqiyçün, xudavənda, bu zişənin  
Cəmali-afitabından cahanı eylə nurani! 
Onun övladü əhfadını hifz eylə bəlalərdən,  
Vəliəhdinin eylə ömrünü aləmdə tulani. 
O, zilli-həqqdir, kəm etmə bizdən sayəsın, yarəb,  
Himayət sayəsində pərvəriş qıl biz rəayani! 
Çinan ki, təlimi olmuş onun bu aləmə şamil,  
Açılmış cümleyi-afaqə babi-lütfü ehsani. 
Təfavüt qoymayıb hər millətə eylər nəvazişlər.  
Yəhudü ermənivü gürcüvü rusü müsəlmani. 
Neçə əyyami-möhnət mövsümi-rəncü məşəqqətdə  
Tutub cud ilə əl, etmiş nəvaziş xəlqi-Şirvani. 
Necə bir zəlzələ Şirvanda oldu, uçdu çox evlər.  
Şəhin memari-lütfü şəhrə oldu tazədən bani. 
Nəvaziş qıldı sali-qəhtdə çox-çox məsakini,  
Açıldı Yusifi-Misridən əfzun babi-ehsani. 
  


                                            
191 
  
Bizimçün eyləyib təyin rəfətli naçalniklər,  
Ədalətpişə, lütfəndişə, yeksər mərhəmət kani. 
Xudavənda, bu dovlət paydaru bərqərar olsun,  
Onun bədxahının eylə, ilahi, ömrünü fani! 
Bu günlərdə Şamaxı səfheyi-gülzarə dönmüşdür,  
Bəli, gülzar olur bir mülk olsa böylə dehqani. 
Xüsusən bir büləndəxtər gəlibdir şəhri-Şirvanə- 
Ki, sədi-nəcmi-bəxtinə olur öz ismi burhani. 
Səid ol zadeyi-Ünsi ki, zatı ünsdən müştəq,  
Ənisi-əhli-ürfan, munisi-hər dərdi-pünhani. 
İmami-əhli-sünnət xeyrxahi-dövlətü millət,  
Qüdumindən firəhnak oldu əhli-mərifət cani. 
Həqiqət, var idi bundan əzəl çox nəqsi Şirvanın,  
Gəlib bu şəhrə ol mah oldu şəhrin cəbri-nöqsani. 
Neçə illər çəkib qürbət-ara Tiflisdə zəhmət,  
Kəmali-pişrəfti-övn üçün tərk etdi övtani. 
Edib tərtib çap əsbabını yüz min mərarətlə,  
"Ziya"yə izn alıb qıldı "Ziya" afaqı nurani. 
Həqiqət aləmində millətə bir xidmət etmiş kim,  
Zəban acizdir Övsafında təqrir etməyə ani. 
Həmişə fikri saidir tərəqqiyati-millətçün,  
Həmara xeyrə daidir, edər tərğib əqrani. 
Gələn tək verdi ruhi məclisi-ruhaniyə zinət,  
Kəmali-ruhi-reyhanından oldu bəzm ruhani. 
   
  
  
  


                                            
192 
Özü qütbi-bənatün-nəş tək dövründə əshabı,  
Təcəllası ziyadə pəst qıldı mehri-rəxşani. 
Rəvaci-məscidi-camedə qıldı səyini zahir,  
Götürdü dəftərə tərtib üzündən cümlə dükkani. 
Düşüb ol fikrə kim, Şirvanı bir darülfünun etsin,  
Qiraətxanə açsın, nəşr qılsın elmi-ədyani. 
Bilibdir kim, cəhalət mayeyi-fəqrü xəsarətdir,  
Təriqi-elmə tərğib eyləmək vacibdir insani. 
Bu rəmzi guş qıldım ol əzizin öz zəbanından,  
Açıb dürci-dəhanın eylədi böylə dürəfşani: 
"Bizimçün, laməhalə, üç dilin təlimi lazımdır,  
Biri elmi-ərəbdir kim, bilək mənayi-Qurani. 
Ümuri-şəri-ənvərdə bizə lazımdı danalıq,  
Edək təşxis Zeydü Əmrdən Musəbni-İmrani. 
Biri vacib bizə bilmək vətəndə söylənən dildir,  
Gərəkdir mətləbə biz eyləyək türkiylə ünvani. 
Biri həm rusidir ki, bilməyi çoxlarə lazımdır,  
Ticarətçün bilək, həm dərk edək zakuni-divani. 
Zəbani-rusi bilmək, ya danışmaq qeyri dillərdə  
Şəriətdə bizə nəhy olmayıb, yox rəddi-bürhani. 
Nə rusi, nə firəngi, quşların bilsən dilin xoşdur,  
Nə yüzdən olmayırsan mülki-mənanın Süleymani?! 
Süleyman ol, zəbani-hikməti aç hüdhüdü murə- 
Ki, ta divü pərilər olsun əmrün bəndəfərmani. 
Məgər Səlman deyildi İsfəhan atəşpərəstindən?  
Zəbani-fürs olsun qoy, gərəkdir kamil iymani. 
   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə