5
ÖN SÖZ
2011-ci ilin mart ayında Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi və Avropa İnsan Hüquqları
Məhkəməsi ilk birgə layihənin nəticəsi olaraq ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrə məlumat kitabı dərc
etdirmişdir. Əldə olunmuş müsbət rəyləri əsas götürərək bu cür əməkdaşlığın həddindən artıq maraq doğuran
və eyni şəkildə Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa İttifaqı Ədalət Məhkəməsinin presedent
hüququ, həmçinin Avropa İttifaqının müvafiq əsasnamələri və direktivləri üzrə müfəssəl bir bələdçinin
mövcudluğuna ehtiyac duyulduğu başqa bir sahədə davam etdirilməsi barədə qərar qəbul olunmuşdur. Bu
vəsait sığınacaq, sərhəd və immiqrasiya məsələləri ilə əlaqədar müvafiq Avropa standartları haqqında ümumi
bir təsəvvür yaratmaq məqsədi daşıyır.
Vəsait vəkillər, hakimlər, prokurorlar, sərhədçilər, miqrasiya xidməti əməkdaşları, həmçinin bu vəsaitlə əhatə
olunan hər bir sahəyə aid suallarla rastlaşan dövlət orqanları, qeyri-hökumət təşkilatları və digər qurumların
işçiləri üçün nəzərdə tutulur.
2009-cu ilin dekabr ayında Lissabon Sazişi qüvvəyə mindikdən sonra Avropa İttifaqının Fundamental Hüquqlar
Xartiyası tərəflər üzərinə hüquqi öhdəliklər qoyan bir sənəd səviyyəsinə yüksəlmişdir.
Eyni zamanda, Lissabon
Sazişi Avropa İttifaqının bu birliyə və Avropa Şurasına üzv olan bütün dövlətlər üzərinə hüquqi öhdəliklər qoyan
Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmasını da nəzərdə tutur. Sözügedən iki Avropa məhkəməsinin
presedent hüququ və Avropa İttifaqının müvafiq əsasnamələri və direktivləri ilə inkişaf etdirilmiş ümumi
prinsiplərin mənimsənilməsi işinin təkmilləşdirilməsi əlaqədar standartların müvafiq qaydada tətbiq edilməsi
və bununla da fundamental hüquqlara milli səviyyədə hərtərəfli hörmətin təmin edilməsi üçün çox önəmlidir.
Biz bu vəsaitin belə bir vacib vəzifənin dəstəklənməsinə xidmət edəcəyinə ümid edirik.
Erik Friberq
Avropa İnsan Hüquqları
Məhkəməsinin katibi
Morten Kyarum
Fundamental
Hüquqlar üzrə
Avropa İttifaqı
Agentliyinin
direktoru