Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə15/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   11   12   13   14   15   16   17   18   ...   128

27
 
qadağasının  tətbiq  edilməsi  ilə  əlaqədar  idi.  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  ölkəni  tərk  etməmək 
qadağasının milli və xarici miqrasiya qanunvericiliyinin pozulması hallarının qarşısını almaq üçün nəzərdə 
tutulması məsələsinin Avropa İnsan Hüquqları Konvensiyasına dair 2 saylı Protokolun 2-ci maddəsinə uyğun 
olub-olmadığını  ilk  dəfə  qiymətləndirərək  şəxsin  konkret  olaraq  hər  hansı  bir  ölkənin  miqrasiya 
qanunvericiliyini pozması səbəbindən ona qarşı istənilən başqa bir ölkəyə getməsini qadağan edən ümumi 
və qeyri-müəyyən tədbirin görülməsinin qeyri-mütənasib olduğunu müəyyən etmişdir. 
 
1.4.
 
Sərhəd yoxlamaları 
 
Şengen  Sərhəd Məcəlləsinin
  6-cı maddəsi    sərhəd  nəzarəti tədbirlərinin  insan  ləyaqətinə   hörmətlə  həyata 
keçirilməsini nəzərdə tutur.
37
 Sərhəd nəzarəti tədbirləri şəxsin cinsi, irqi və etnik mənsubiyyət, dini və əqidə, 
əlillik, yaş və seksual oriyentasiya əlamətlərinə görə heç bir ayrı-seçkiliyə yol verilmədən həyata keçirilməlidir. 
Hərəkət  etmək  azadlığından  istifadə  edən  üçüncü  ölkə  vətəndaşları  üçün  daha  əlverişli  qaydalar  nəzərdə 
tutulur (Məcəllənin 3 və 7(6)-cı maddələri). Bütün bunlarla əlaqədar olaraq Şengen qanunvericiliyinin tətbiqi 
işinin  qiymətləndirilməsi  və  monitorinqi  üçün  müvafiq  mexanizmlər  yaradılmışdır  (
(EU)1053/2013  saylı 
Əsasnamə
). 
 
Avropa  İnsan  Hüquqları  Məhkəməsinə  əsasən  Konsulluqda  şəxsiyyətin  yoxlanılması  üçün  müsəlman 
qadından  öz  baş  örtüyünü  və  ya  hava  limanında  təhlükəsizlik  məqsədi  ilə  yoxlamalar  zamanı  Siqxdən  öz 
çalmasını  çıxarmaq  tələbi  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  9-cu  maddəsində  nəzərdə  tutulmuş  din 
azadlığı hüququnun pozulması kimi müəyyən edilməmişdir.
38
 
 
Rancit Sinqxin Fransaya qarşı işində şəxsdən onun rəsmi fotoşəklini çəkmək məqsədi ilə öz çalmasını çıxarmaq 
tələbi şəxsiyyəti təsdiq edən sənədə baş örtüyü olmadan fotoşəkil çəkdirmək tələbinin dövlət təhlükəsizliyini 
və ictimai asayişi qorumaq zərurətindən irəli gəlməsi arqumentini qəbul etməyən BMT-nin İnsan Hüquqları 
Komitəsi tərəfindən "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 18-ci maddəsinin pozulması hesab 
olunmuşdur. BMT-nin İnsan Hüquqları Komitəsinin belə bir qənaətə gəlməyinin əsas səbəbi ondan ibarət idi 
ki,  dövlət  daim  Siqx  çalmasını  geyən  şəxsin  şəxsiyyətinin  müəyyənləşdirilməsini  həmin  çalmanın  nə  qədər 
çətinləşdirdiyini  və  ya  bu  çalmanı  geyməklə  sənəd  üçün  fotoşəkil  çəkdirmək  sənədlərin  saxtalaşdırılması 
imkanlarını nə dərəcədə artırdığını izah etməmişdir. Eyni zamanda, Komitə həmin şəxsin fotoşəklinin şəxsiyyəti 
təsdiq edən sənəd üçün çalmasız çəkdirməsi hər dəfə sənədin yoxlanılması zamanı həmin şəxsdən öz çalmasını 
çıxarmaq tələbi ilə nəticələnə biləcəyini nəzərə almışdır.
39
 
 
1.5.
 
Tranzit zonaları 
 
Bəzən dövlətlər müvafiq tranzit zonalarında olan şəxslərin onların yurisdiksiyalarına düşüb-düşməməsi barədə 
mübahisələr aparırlar. 
 
Avropa İttifaqı qanunvericiliyinə  əsasən 
Geri qaytarılma Direktivinin
  4(4)-cü maddəsi sərhəddən qanunsuz 
keçmə səbəbindən saxlanılmış və ya tutulmuş şəxslərə şamil edilən minimum hüquqları özündə əks etdirir. 
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  tranzit  zonasında  qalan  şəxslə  əlaqədar  müvafiq  dövlətin 
üzərinə müəyyən vəzifələr düşə bilər. 
 
Misal:  Ammurun  Fransaya  qarşı  işinə
40
  əsasən  iddiaçılar  Paris  hava  limanının  tranzit  zonasında 
saxlanmışdır.  Fransanın  əlaqədar  orqanları  iddiaçıların  Fransa  ərazisinə  daxil  olmadığından  bu  ölkənin 
yurisdiksiyasına  düşməməsi  arqumentini  irəli  sürürdülər.  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  bununla 
razılaşmayaraq həmin vaxt qüvvədə olan milli qanunvericilik əsasında iddiaçıların Avropa İnsan Hüquqları 
                                                
37
Mohamad Zakarianın 
(Mohamad Zakaria)
 
Avropa İttifaqı Ədalə
t M
ə
hk
ə
m
ə
sind
əki C23/12 saylı, 17 yanvar 2013
-
cü il tarixli işinə
 
baxın.
 
38
Phullun 
(Phull v. France)
 
(dec.)
 v
ə
 
Əl Mors
linin 
(El Morsli v. France)
 
Fransyaya qarşı
 
(dec.) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 
müvafiq olaraq 35753/03 v
ə
 
15585/06 saylı, 11 yanvar 2005
-ci il v
ə
 4 mart 2008-ci il tarix
li işlə
ri.  
39
Rancit Sinqxin Fransayaqarşı
 
şikayə

ə
riz
ə
sin
ə
 
(Ranjit Singh v. France)
 
dair 1876/2000 v
ə
 1876/2009 
saylı, 22 iyul 2011
-ci il tarixli 
Kommünikel
ə
rd
ə
 
verilmiş rə
yl
ə
rin 8.4-
cü paraqrafı. 
 
40
Amuurun 
Fransaya qarşı 
(Amuur v. France)
 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 19776
/92 saylı, 25 iyun 1996
-
cı il tarixli işinin 52
-
54-
cü paraqrafları.
 


Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
28
 
Konvensiyasının 5(1)-ci maddəsi ilə nəzərdə tutulmuş azadlıq hüququnun kifayət qədər təmin edilmədiyi 
qənaətinə gəlmişdir.
41
 
 
1.6.
 
Sığınacaq axtaranlar 
 
Avropa İttifaqı qanunvericiliyinə əsasən Avropa İttifaqının Fundamental  Hüquqlar Xartiyasının 18-ci maddəsi 
sığınacaq  hüququnu,  19-cu  maddəsi  isə  geri  qaytarılmanın  qadağan  olunmasını  nəzərdə  tutur.  "Avropa 
İttifaqının fəaliyyəti haqqında" Müqavilənin 78-ci maddəsi dövlətlərin 1951-ci il Cenevrə Konvensiyasından irəli 
gələn öhdəliklərinə hörmətləyanaşacaq Ümumi Avropa Sığınacaq Sisteminin yaradılmasını nəzərdə tutur. Bu 
müddəalarda  1951-ci  il  Cenevrə  Konvensiyasının  33-cü  maddəsində  nəzərdə  tutulmuş  məcburi 
geriqaytarmadanhimayə məsələsi də öz əksini tapıb. 
 
Yuxarıda  qeyd  olunan  Xartiyanın  18-ci  maddəsi  ilə  sığınacaq  hüququ  təmin  olunsa  da,  Avropa  İttifaqı 
qanunvericiliyi sığınacaq axtaranların Avropa İttifaqına gəlməsini asanlaşdıran yolları nəzərdə tutmur. Avropa 
İttifaqında sığınacaq axtarmaq niyyətində olan şəxslər əsasən Avropa İttifaqına gəlmək üçün viza əldə etmələri 
tələb olunan üçüncü ölkə vətəndaşlarından ibarətdir. Adətən bu cür şəxslər adi viza əldə etmək imkanından 
məhrum olduqlarından sərhədi qeyri-qanuni şəkildə keçə bilərlər. 
 
Dublin  Əsasnaməsinin
  ((EU)604/2013  saylı  Əsasnamə)  3(1)-ci  maddəsi  üçüncü  ölkə  vətəndaşının  və  ya 
vətəndaşlığı olmayan şəxsin beynəlxalq himayə məqsədi ilə təqdim etdiyi hər bir ərizəsinin Avropa İttifaqının 
bir üzv dövləti tərəfindən baxılmasını tələb edir. Avropa İttifaqının sığınacaq qanunvericiliyi şəxsin sərhədə, o 
cümlədən, ərazi sular və tranzit zonalara gəldiyi andan tətbiq olunur (2013/32/EU saylı 
Sığınacaq Prosedurları 
Direktivinin
 3(1)-ci maddəsi). Direktivin 6-cı maddəsi müvafiq müraciətlərlə bağlı sığınacaq prosedurlarından 
istifadə  prosesinin  təfərrüatlarını  müəyyən  edir. Daha  konkret  desək,  6(1)-ci maddə  müvafiq  ərizənin  üç  iş 
günü və ya onun qeydiyyatı ilə məşğul olmayan orqana təqdim olunduğu təqdirdə altı iş günü ərzində dövlətlər 
tərəfindən qeydə alınmasını nəzərdə tutur. 6(2)-ci maddə şəxslərə öz ərizələrini tez bir vaxtda təqdim etmək 
üçün  səmərəli  imkanların  yaradılmasını  təmin  etmək  öhdəliyini  əlaqədar  dövlətlərin  üzərinə  qoyur. 
Prosedurlardan istifadə etməyə başlamaqla Direktivdə nəzərdə tutulmuş təhlükəsizlik təminatlarının tətbiqinə 
start verilir. Bu təminatlar Avropa İttifaqı ərazisinə, sərhədinə və ya tranzit zonasına gələ bilməmiş şəxslərə 
şamil olunmur. 
 
Sığınacaq prosedurları Direktivinin
 43-cü maddəsi sığınacaqla bağlı ərizələrə sərhəddə baxılmasına icazə verir. 
Burada  müvafiq  ərizənin  yolverilməzliyi  barədə  qərar  qəbul  edilə  bilər.  Eyni  zamanda,  sərhəddə  Direktivin 
31(8)-ci maddəsinə uyğun sürətləndirilmiş prosedurların tətbiq edilməsi hallarında ərizənin mahiyyəti barədə 
də qərar qəbul edilə bilər. Avropa İttifaqı ərazisində təqdim olunmuş sığınacaq müraciətlərinə şamil olunan 
bütün prinsiplər və təminatlar da burada tətbiq olunur. 43(2)-ci maddə sərhəd prosedurları zamanı müraciətin 
təqdim  olunduğu  vaxtdan  etibarən  müvafiq  qərarın  ən  gec  dörd  həftə  ərzində  mütləq  qəbul  edilməsini 
nəzərdə tutur, əks təqdirdə ərizəçiyə əraziyə daxil olmaq icazəsi verilməlidir. 24(3)-cü maddəyə əsasən xüsusi 
prosedur təminatlarına ehtiyacı olan, cinsi təcavüzə və ya daha ağır zorakılığa məruz qalmış ərizəçilərlə bağlı 
sərhəd  prosedurlarının  tətbiqindən  çəkinmək  öhdəliyi  nəzərdə  tutulur  (əgər  bu  cür  şəxlər  üçün  münasib 
dəstəyin bilavasitə sərhəddə göstərilməsi mümkün deyilsə). 25(6)(b) maddəsi müşayiət olunmayan azyaşlılar 
tərəfindən  sərhəddə  təqdim  olunmuş  ərizələrin  işlənməsi  ilə  bağlı  bəzi  məhdudiyyətləri  müəyyən  edir.  Bu 
maddənin  müddəaları 
2005/85/EC  saylı,  2005-ci  il  tarixli  Direktivin
  35-ci  maddəsi  əsasında  öz  üzərinə 
öhdəliklər götürmüş İrlandiyaya və Birləşmiş Krallığa şamil edilmir. 
 
Avropa İnsan Hüquqları Konvensiyasında sığınacaq hüququ özlüyündə mövcud deyil. Lakin şəxsin sərhəddən 
və ya müvafiq dövlətin yurisdiksiyasında olan başqa yerdən buraxılmaması səbəbindən işgəncəyə, qeyri-insani 
və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması riski Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü 
maddəsi  ilə  qadağa  olunur.  Ən  son  hal  kimi  nəzərdə  tutulan  ölkədən  çıxarılma,  ekstradisiya  və  ya  geri 
qaytarılma tədbirləri Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinə əsasən müdafiə olunan yaşamaq 
hüququ məsələsini gündəmə gətirə bilər. 
 
                                                
41
 Eyni zamanda, 
Nolanın və
 K.-
nın Rusiyaya
 
(Nolan and K v. Russia)
, h
ə
mçinin 
Riadın və
 
İdiabın Belçikay
a 
qarşı 
(Riad and Idiab v. 
Belgium) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki müvafiq olaraq 2512/04, h
ə
mçinin 29787/03 v
ə
 
29810/03 saylı, 12 fevral 2009
-cu il v
ə
 
24 yanvar 2008-
ci il tarixli işlə
rin
ə
 
baxın.
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə