Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

90 
 
SÜDLÜ-PLOV.  Düyünü  yuyub,  bir  qədər  saxlayırlar.  Sonra  düyünün 
üzərinə  2  -3  sm  yuxarı  olmaqla  süd  və  sarıkök  töküb  ocağa  qoyurlar.  Əkər  süd 
düyüyə  tamamilə  hopubsa,  onda  ocaq  üstə  yastı  dəmir  qoyub  qazanı  zəif  odun 
üstündə  saxlayırlar.  (Dəmir  ona  görə  qoyulur  ki,  süd  yanmasın.)  Bü  müddətdə 
yağda kiĢmiĢ və qaysı qovururlar. 
Südlü plovu qovrulmuĢ kiĢmiĢlə, quru balıq və qayqanaqla yeyirlər. 
ƏRĠġTƏ-PLOV.  Əvvəl  əriĢtəni  qovurub,  qızardırlar      (yağsız,  quru), 
sonra əriĢtə miqdarında düyünü yuyub qaynamaqda olan qazandakı suya duz atıb, 
düyünü   töküb   10-12 dəq. qaynadandan sonra onun üzərinə qovrulmuĢ əriĢtəni 
tökür,  10-15 dəq. qaynadıb qazanı yerə qoyub süzürlər. Qazanın dibinə əvvəl yağ, 
yumurta, qatıq və sonra süzülmüĢ əriĢtəli  düyüdən   2  - 3 kəfkir tökür qarıĢdırıb, 
qazanın  dibinə  yayırlar  və  bunların  üzərinə  süzülmüĢ  əriĢtəli  düyünü    təpə   
Ģəklində   töküb od  üzərinə qoyurlar. ƏriĢtə-plov hər cür xuruĢla yeyilir. 
KARTOF-PLOV.  Düyü  yuyulur  və  kartof  təmizlənib,  fındıq  böyüklükdə 
doğranaraq  üzərinə  duz  atılıb  düyü  ilə  qarıĢdırılır.  Sonra  qazana  düyüdən  2  sm 
yuxarıya qədər su tökərək lazımi gücdə ocağa qoyulur. Plov 40 -50 dəqiqəyə biĢib 
hazır olur. Kartof-plov ət, quĢ, balıq və göyərti ilə yeyilir. 
YARMA-PLOV.  Götürülən      yarma      və    düyü  ayrılıqda      yuyulub, 
birlikdədə 30 -40 dəq. isladılır, sonra bu qarıĢığın   üzərinə lazımi qədər su və duz 
töküb zəif od üzərində dəmə qoyulub vamla biĢirilir. Bütün xuruĢlarla yemək olar. 
LOBYA-PLOV.  Lobya  yuyulub  suda  bir  az  isladılır,  sonra  yarımbiĢmiĢ 
edilir. Bu müddətdə yuyulmuĢ düyünü də böyük qazanda qaynar suda  yarımbiĢmiĢ   
edərək,   lobyanı   onun üzərinə töküb, 10-15 dəq. qaynadandan sonra qazanı yerə 
qoyub  süzurlər.  BiĢirilən  qazanın  dibinə  ərinmiĢ  yağ  atıb  sonra  lobya  ilə  düyü 
qarıĢığını  qazanda  yağın  üzərinə  tökərək  ocaqda  dəmə  qoyurlar.  Lobya-plov  ət, 
balığ, göyərti ilə yeyilir. 
DÜYÜ TƏRƏYĠ. GötürülmüĢ düyünü yuyub isladılmağa qoyurlar. Sonra 
tavada yağı qaynadaraq islanmıĢ düyünü qaynar yağda yarımqızarmıĢ olana qədər 
qovuraraq,  içərisinə  sarıkök,  zəfəran,  bir  az  duz  və  isti  su  töküb  ocağa  qoyurlar, 
düyü  biĢənə  yaxın  üzərinə  bal  və  ya  qənd  Ģərbəti  tökərək,  yenidən  xırda  alovda 
ocağa  qoyurlar.  Arabir  ağzını  açaraq,  tərəyin  üstünü  alta,  altını  üstə  çevirirlər  ki, 
hər iki üzü qızarsın. Buna  xuruĢ lazım deyil. Tərək - bozbaĢ  yanında ikinci xörək 
kimi yeyilir. 
DÜYÜ  FĠRNĠSĠ.  Düyü  yuyulub  açıq  havada  qurudulur.  Sonra  həmin 
düyü  əl  daĢında  un  halına  salınır.  ġirinləĢdirilmiĢ  südü  ocaq  üstündə  qarıĢdıra-
qarıĢdıra düyü ununu tədricən onun içərisinə tökür, üzərinə bir az duz əlavə edib, 
od üzərində 30 - 40 dəq. qaynadandan sonra horra halına gətirilir ki, buna da firni 
deyilir. Firni yeyilərkən üzərinə darçın səpilir. Firni soyuq halda yeyilir. 
DÜYÜ  LÖKÜSÜ.  Düyünü  yuyub  açıq  havada  qurudaraq  əl  daĢında  un 
halına salırlar. Sonra üzərinə yağ, Ģirni, sarıkök və süd töküb qarıĢdıraraq 1 -2 saat 
islanmağa  qoyurlar.  Tavanı  ocağa  qoyaraq  içərisinə  yağ  sürtüb,  qarıĢığı  tavaya 


91 
 
tökür, ocaqda dəmə qoyurlar. 25 -30 dəqiqədən sonra süd quruyur. Onda lökünün 
üstünü altına çevirib, hər iki üzünü qızardırlar. Lökü Ģirin çayla yeyilir. 
DÜYÜ ÇƏNKÜRÜSÜ. Düyünü yuyub açıq havada qurudaraq əl daĢında 
üyüdürlər. Sonra üzərinə yağ, Ģirni, sarıkök və süd töküb qarıĢdıraraq bir saatadək 
islanmasını  gözləyirlər.  Tavaya  yağ  sürtərək  horra  halına  gətirilmiĢ  qarıĢıqdan 
qaĢıqla  yağ  tavasına  töküb,  dairəvi  alınan  çənkürlərin  hər  iki  üzünü  qızardırlar. 
Çönkürü Ģirin çayla yeyirlər. 
DÜYÜ  HALVASI.  Düyünü  yuyub  açıq  havada  qurudaraq  əl  daĢında 
üyüdürlər. BiĢirilən qaba  yağ tökub, qaynar yağı qarıĢdıra-qarıĢdıra üzərinə az-az 
düyü  unu  əlavə  edir,  rənki  qızarana  qədər  o  üz  -  bu  üzə  çevirirlər.  Sonra  üstünə 
sarıkök  töküb  ocaqdan  yerə  qoyurlar,  isti-isti  içərisinə  bal  və  ya  Ģərbət  töküb 
qarıĢdırırlar.  Alınan  halvanı  yastı  bir  qabda  yastılayıb,  üzərinə  darçın  və  xaĢxaĢ 
tökür, paxlava Ģəklində doğrayırlar, halva soyuq yeyilir. 
SÜDLÜ  DÜYÜ SIYIĞI  -    Aġ.  Düyü    yuyulduqdan   sonra    bir  qabda   
üzərinə    düyüdən      3  -4      sm  yuxarı    olmaqla      süd  tökürlər.  Onun  da  üzərinə 
sarıkök  və    zəfəran  əlavə    edir,  ocağa    qoyaraq  arabir      qarıĢdırılır      ki,      dibinə  
yapıĢmasın.  Əkər      düyü  biĢibsə,  südü  ezünə  çəkibsə,  onda  südlü  aĢ  biĢibdir. 
Ocaqdan götürüb üzərinə yağ, darçın və Ģirni töküb yeyirlər.  
AĞ  Aġ.  Düyünü  yuyur,  qazanda  su  və  duzla  birlikdə  qaynadırlar.  Suyu 
çox tökürlər ki, daĢma-plov olmasın. Hərdən qarıĢdırırlar ki, dibi yapıĢmasın. Düyü 
sıyıq halda biĢəndən sonra qablara tökürlər. Sonra quru alçadan horra düzəldib ona 
Ģirni qataraq aĢın üzərinə töküb yeyirlər. 
 
 
ƏT XÖRƏKLƏRĠ 
 
KÜFTƏ-BOZBAġ. Əvvəl noxud qaynanmağa qoyulur. Sonra ət və soğan 
ayrı -ayrılıqda doğranır. Bunları ət maĢınında və ya ət taxtasında çəkib, quru nanə, 
sarıkök,  duz,  düyü  və  istiotla  birlikdə  qarıĢdırıb,  istənilən  böyüklükdə  küftələr 
yumrulayırlar. Hər küftənin içərisinə 3 - 4 quru alça qoyurlar. Sonra küftə noxudla 
birlikdə  qaynadılmıĢ  suyun  içərisinə  atılır.  Qazan  ocaqda  qaynadıqca  kəfi 
təmizlənir. Küftə yarımbiĢmiĢ olanda qazana duz və küftə qədər kartof atılır, vam 
odda biĢirilir. Kartof biĢəndə küftə-bozbaĢ hazır olur. Küftə-bozbaĢ sumaq, istiot, 
soğan və turpla yeyilir. 
TĠKƏ-BOZBAġ.  Noxud  əvvəlcə  qaynamağa  qoyulur.  Sonra  ət  tikə-tikə 
doğranıb,  üzərinə  su  tökülür,  1  -2  quru  soğanla  birlikdə  qaba  tökülür  və  ocağa 
qoyulur.  Üzərinə  çıxan  kəfi  alınaraq  duzu  atılır,  hərgah  ət  yarımbiĢmiĢ  olubsa 
noxud, kartof, quru alça və bir az sarıkök töküb vam odda qaynadılır. Əgər kartof 
biĢibsə, deməli, tikə-bozbaĢ hazırdır. Tikə-bozbaĢ soğan, sumaq və turpla yeyilir. 
PĠTĠ. Piti kiçik bəsdidə, əsasən yağlı qoyun ətindən biĢirilir. Ətlə birlikdə 
bəsdiyə  balaca  quyruq  da  atılır.  Ətdən  baĢqa  bəsdiyə  su,  noxud  və  bir  baĢ  quru 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə