Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə22/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   18   19   20   21   22   23   24   25   ...   93

müdiri göndərdilər. Səməd orada bir il işlədi. Sonra Qazax maarifi tərəfindən 
Köçəsgər kəndinə məktəb müdiri təyin edildi. Yanvar müşavirəsində Qazax maarif 
müdiri Osman Əfəndiyev Səmədi və onun işlədiyi məktəbi kəskin tənqid etdi. 
Səməd də ona kəskin cavab qaytardı. 
Bundan sonra Səməd Gəncəyə gəlib əhvalatı mənə danışdı. O, Gəncədə 
qalıb işləmək istəyirdi. Mən məsləhət görmədim. Səmədə bir az xərclik verib 
1926-cı ilin yanvarında Qubada qəza maarif mudiri işləyən Mehdixanın yanına 
göndərdim. 
…Söhbət edə-edə gəlib nə vaxt dəniz sahilinə çatdığımızı hiss etmədik. 
Mirqasım müəllim skamyaların birində əyləşdi. Nəzərləri dənizin sakit suları ilə 
birləşsə də deyəsən fikri uzaqlarda idi. Bir azdan dənizdə güclü külək başlandı. 
Mən təbiətdəki bu qarışıqlığı görəndə qeyri-ixtiyari Mirqasım müəllimin xeyli 
əvvəl şairin son günlərindən danışdığı bir epizodu xatırladım. 
1956-cı il mayın altısında Mirqasım ağır xəstə olan Səməd Vurğuna baş 
çəkməyə gəlir. Dostunun gəlişinə sevinən şair həyat yoldaşına deyir: 
- A Xavər, mənim pencəyimi gətir, geyinəcəm. Mirqasım qağamla oturub 
söhbət eləmək istəyirəm. 
Şair geyinir. Ancaq qərar tutub bir yerdə otura bilmir. Evin içində o yana-bu 
yana gəzişir. Bayırda güclü külək odduğundan çölə çıxa bilmir. O, pencəyinin 
altından əlini belinə qoyub dənizə baxan pəncərə qabağında dayanır. (O vaxt bu 
pəncərə birbaşa dənizə baxarmış, sonralar onun qarşısında yeni bir bina da tikildi. - 
Ş.N.). Xeyli beləcə fikirli dayanan Səməd Vurğun qəmli-qəmli deyir: 
- A Mirqasım, bu da dünyanın sonu. Demək dünya elə bu imiş, yaşadıq, 
gördük. 
Səməd Vurğun xəstələnən gündən özünün əlacsız bir dərdə düçar olduğunu, 
öləcəyini hiss edibmiş. Ona təsəlli verənlərə şair belə cavab verirmiş: 
- Mən özüm canımdakını yaxşı bilirəm. 
Xalq arasında danışılan bir əhvalat da bunu təsdiq edir: deyirlər ölümünə 
yarım saat qalmış onun yanına toplaşanlardan biri soruşur: 
- Necəsən, ay Səməd, özünü necə hiss edirsən? 
- Necə olacam, siz sağ olun, mən artıq gedirəm, sağlamlığınızı qoruyun, o, 
ictimai bir sərvətdir. 
- Səməd, qardaş, niyə belə qəmli danışırsan? Sənə nə oldu? Sən ki həmişə 
mübariz olmusan, böyük ideallar uğrunda vuruşmusan, həyata, insanlara xoş və 
nikbin ruhla baxmısan. Nə tez bədbinləşdin? 
- A Mirqasım, mən həyatı bədbinlik nöqteyi-nəzərincə yox, fəlsəfi baxışdan 
görüb, duyub deyirəm. Fərz edək ki, bir on beş il yenə yaşadım. Onun da yenə beşi 
xoş, beşi pis, axır bir gün sonu olacaq, yoxsa yox, - deyə Səməd cavab verir... 
Səma topa-topa qalın, qara buludlarla dolub. Onların bəzisi yavaş-yavaş 
harasa sürünür. Bəzisi də nəhəng bir dağ olub səmanın yaxasından asılır. Payız 
xəzrisi bizi yuxa, ağ köynəkdə üşütdü. Mən bu mənzərəyə baxdıqca uşaq vaxtı 
quzu otardığım günlər yadıma düşdü. Hava belə tutqunlaşmağa başlayanda dərhal 
Kürə tərəf boylanardıq - Səməd Vurğunun anadan olduğu Yuxarı Salahlı kəndinə 
tərəf. Belə yağışlar Kür sahilində yerləşən bu kənddən dəfələrlə ev, qız-gəlin, mal-


qara aparmışdı. Qocalarımızdan eşitdiyimiz bir sözü heç vaxt unutmurduq: “Əgər 
səma Kür tərəfdən bulanıbsa, demək mütləq yağacaq...”. Bu doğrudan da belə idi... 
Biz dərhal quzeyin tikanlıqları arasından quzularımızı toplayıb - o taya, güneyə 
addayardıq - ayağı quru yerə... 
Mirqasım müəllimlə yenə görüşdük. O, Səməd Vurğunla əlaqədar bəzi 
sənədləri göstərmək üçün məni evinə dəvət etdi. Mənə elə gəlir ki, onun evindəki 
“Səməd Vurğun guşəsi” indiyə qədər gördüklərimin ən zənginidir. Onun əmi 
nəvəsi Qüdsi Sadıqovun şairin altmış illik yubileyinə hazırladığı “Səməd Vurğun” 
büstü (Q.Sadıqov bu büstü şəxsən Mirqasım müəllim üçün hazırlayıb) qonaq 
otağının fəxri yerində qoyulub. Divarlarda şairin müxtəlif illərdə çəkilmiş çoxlu 
fotoşəkli var. 
Onların əksəriyyəti çap olunmayıb. Mirqasım müəllim deyir ki, bu büst 
hazırlanmamışdan əvvəl evdə qərar tuta bilmirdim. Buna baxanda elə bilirəm 
Səmədin səsini eşidir, üzünü görürəm. 
Mirqasım muəllim böyük bir albom gətirdi. Biz onu birgə vərəqləyirik. Bu 
albomda ancaq Səməd Vurğunun şəkilləri, məktubları, teleqramları toplanıb, 
şerləri yazılıb. 
Budur, şəkillərdən birində şairin cənazəsi qarşısında Möhsün Poladov, 
Mirqasım Əfəndiyev, professor Yusif Yusifov, Mehralı Poladov və Şamil Vəkilov 
dayanıblar. Üzlərdə sonsuz kədər, gözlərdə ağır yaş damcıları, ürəklərdə nisgil. Bir 
zamanlar “Ovçuluğa meyl salan, gecə-gündüz çöldə qalan” alovlu, nəhəng şair 
balaca bir tabutda sakitcə uzanıb. Gözlərini abədi olaraq yuman Səməd Vurğunun 
üzü də saçı kimi ağarıb. Daha bir şəkil. Bu, 1939-cu ildə, avqustun 16-da 
Kislovodsk şəhərində çəkilib. Şəkildə doqquz adam təsvir olunub. Bunların hamısı 
Səməd Vurğunun və M.Əfəndiyevin ailə üzvləridir. Şəkildə balaca Yusif çərgəzi 
formadadır. O, qılıncının dəstəyindən bərk-bərk yapışıb. Sanki rəqib axtarır, 
meydanda məğlub eləməyə... 
Balaca Aybəniz, Roza, Xavər xanım və Lütviyyə xanım bir ağacın-
kölgəsində, daşın üstündə oturublar. Arxada isə üç nəfər ayaq üstdə durub, qol-
qola tutublar. 
Bu, Səməd Vurğun, Mirqasım və Nazimdir. S.Vurğun bu şəkildə lap cavan 
görünür. Ömrün qayğısız və şən günləri, sən nə dadlı, nə şirinsən! Onun sinəsini 
1936-cı ildə aldığı Lenin ordeni bəzəyir. 
Sonra Mirqasım müəllim “S.Vurğun guşəsi”ndən bir bağlama da çıxarıb 
açır. Bu, görkəmli türk şairi Nazim Hikmətin 1957-ci il oktyabrın on doqquzunda 
Bakıda olarkən Səməd Vurğunun qəbrini ziyarətə gələndə gətirdiyi gül dəstəsinin 
üstündəki qara lentdir. Lentin üstündə qızıl hərflərlə türk dilində belə yazılıb: 
“Sevgili kardaşımız, böyük şairimiz Səməd Vurğuna - Türk eli şairləri 
adından”. 
- Səmədin xəstəliyi ilk dəfə 1955-ci ildə Gürcüstanın Marneuli rayonunun 
Sadaxlı kəndində yaşayan xalası oğlu Hüseynalının evinə qonaq düşəndə özünü 
göstərmişdi. - Mirqasım müəllim yenə də yanıqlı-yanıqlı əziz dostu Səməd 
Vurğunun son günlərindən danışır. - Yoldan gəlmiş Səməd əl-üzünü yuyanda 
bərkdən öskürür. Bu vaxt onun ağzından bir parça qan düşür. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə