Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   18   19   20   21   22   23   24   25   ...   60

 
             
 
 
Burada,  baltanın  dağıtdığı süxur  hissəcikləri  quyuya  vurulan  hava,  yaxud  qazın köməyi  ilə 
quyudan çıxarılır, başqa sözlə desək, qazıma məhlulunun vəzifələrindən birini, yəni qazılmış süxur 
hissəciklərinin  yerin üstündə qaldırılmasını quyuya  böyük sürətlə vurulan qaz,  yaxud hava  yerinə 
yetirir. Üfürmə ilə qazımada qazıma məhlulu ilə qazımaya nisbətən daha böyük mexaniki sürət əldə 
edilir.  Odur  ki,  hazırda  bu  sahənin  inkişafına  daha  çox  fikir  verilir.  Yüksək  mexaniki  effekt  əldə 
etmək üçün quyuya vurulan havanın,  yaxud qazın sürəti 10

40  m/san  olmalıdır  (10

15 

 

 

  40 
m/san ). 
Üfürmə ilə qazımada quyu ağzı qapalı olur və xüsusi  avadanlıqla təchiz edilir. 
Üfürmə ilə qazımanın nöqsan cəhətləri: 
-
 
su layına rast gəldikdə əksər hallarda üfürmə ilə qazıma mümkün olmur; 
-
 
qarmağa düşən yük artır; 
-
 
qazıma qıfılları daha çox abraziv yeyilməyə məruz qalır; 
-
 
partlayış və yanğın baş verməsi ehtimalı artır. 
 
 Qazıma məhlullarının kimyəvi emalı  
 və kimyəvi reagentəlr 
 
Neft  və  qaz  çıxarılması  məqsədilə  qazılan  quyuların  dərinliklərinin  durmadan  artması, 
yüksək  təzyiq  və  temperatur,  digər  texnoloji  və  geoloji  çətinliklər  şəraitində  öz  keyfiyyət 
parametrlərini  itirməyən  qazıma  məhlulları  yaradılmasını  tələb  edir.  Adi,  normal  qazıma  məhlulu 


 
             
 
bu tələbləri ödəyə bilmədiyindən hər bir konkret şərait üçün qazıma məhlulunun resepti hazırlanır. 
Bu  məqsədlə  qazıma  məhlulunu  müxtəlif  kimyəvi  reagentlərlə  işləyirlər,  ona  bəzi  maddələr  və 
materiallar əlavə etməklə, qazıma məhlulunun keyfiyyət parametrlərini dəyişdirməyə nail olurlar.  
Qazıma məhlulunun kimyəvi emalı iki mərhələ üzrə aparılır: ilkin emal və təkrar emal. İlkin 
emalda  dövran  sistemi  üzrə  hərəkət  edən  qazıma  məhluluna  nəzərdə  tutulan  kimyəvi  reagent  az 
həcmdə  əlavə  edilir.  Təkrar  emal  zamanı  isə  əlavə  edilən  kimyəvi  reagentin  həcmi  hesablanmış 
həcmə çatdırılır. Su əsaslı qazıma məhlullarını kimyəvi emal etmək üçün istifadə olunan kimyəvi 
reagentlərin təsnifatı belədir: 
1.
 
stabilləşdirici reagentlər (bunlar qazıma məhlulunun su verməsini və özlülüyünü azaldır); 
2.
 
qazıma məhlulundakı kalsium ionlarını əlaqələndirən reagentlər; 
3.
 
qazıma məhlulunu kalsium ionları ilə təmin edən reagentlər; 
4.
 
struktur əmələ gətirən reagentlər; 
5.
 
qələviliyi tənzim edən reagentlər; 
6.
 
emulqator reagentlər; 
7.
 
köpüksöndürən reagentlər; 
8.
 
qazıma məhlulunun temperatur təsirinə qarşı davamlılığını artıran reagentlər; 
9.
 
səthi aktiv maddələr; 
10) yağlayıcı əlavələr. 
Stabilləşdirici  reagentlər  kimi,  kömür  qələvi  yaxud  torf  qələvi  reagentlərindən  istifadə 
edilir. Bunların tərkibində 35-50% qumin turşuları olur və belə işarə edilir:  – KQR-13-2,5. Burada 
birinci  rəqəm  boz  kömürün,  ikinci  rəqəm  isə  quru  kaustik  sodanın  miqdarını  göstərir.  Bunlar 
məhlulun özlülüyünü və suverməsini azaldırlar. 


 
             
 
Karboksimetilsellüloza  (KMS)  stabilləşdirici  reagentdir.  Bu  reagent  qazıma  məhlulunun 
əsasən su verməsini azaltmaq üçün istifadə edilir, 130
0
-140
0
S  temperatur  şəraitində  dözümlü olur, 
məhlulun özlülüyünü isə cüzi azaldır. 
Poliakrilatlar (gipan, K-4, RS-2, metas, poliakrilamid) – Bunlardan əsasən məhlulun su 
verməsini azaltmaq üçün istifadə edilir. KMS-ə nisbətən fəallığı və temperatura daha davamlılığı ilə 
seçilirlər. Bu reagentlər 120
0
S-ə  qədər  temperaturada öz keyfiyyət  parametrlərini  qoruyub  saxlaya 
bilir. Metas hətta 200
0
S temperatura davamlıdır. 
Nişasta  reagenti  (KR)  də  suverməni  azaldan  reagentlərdəndir,  100-110
0
S-yə  qədər 
temperatur şəraitində işlədilə bilər. 
Sulfit  spirt  cecəsi  (SSC).  Əgər  qazıma  məhlulu  kalsiumlu  gillərdən  ibarətdirsə,  yaxud 
əhənglə emal edilmişsə, onda SSC-dən məhlulun özlülüyünü azaltmaq üçün istifadə olunur. 
SSC  məhlulun  su  verməsini  zəiflədir,  kondensə  edilmiş  SSC  isə  məhlulun  su  verməsini 
aşağı sala bilir (KSSC). 
Məhlulun  özlülüyünü  aşağı  salmaq  üçün  SSC-nin  modifikasiyalarından,  məsələn, 
xromliqnosulfonat, okzil və sairədən istifadə edirlər.  
Həmin reagentlərin ümumi qüsur cəhətləri qazıma məhluluna əlavə edildikdə köpük əmələ 
gətirmələridir ki, bu da əlavə olaraq köpüksöndürənlərdən istifadə edilməsini tələb edir. 
Nitroliqnin  –  məhlulun  özlülüyünü  azaltmaq  üçün  istifadə  edilir.  Bu  reagent  də  köpük 
əmələ gətirir. 
Polifenol, Sulkor, Sintan – 5 küknar ağacı ekstraktının reagentlərindən qazıma məhlulunun 
özlülüyünü azaltmaq üçün istifadə olunur. 


 
             
 
Kalsiumlaşdırılmış  soda.  Bu  reagentin  qazıma  məhluluna  əlavə  edilməsindən  məqsəd 
kalsium  ionlarını  natrium  ionları  ilə  (Na
2
CO
3
)  əvəz  etməklə,  qazıma  məhlulunun  stabilliyini 
artırmaqdır.  Kalsiumlaşdırılmış  sodanın  lazım  olduğundan  çox  əlavə  edilməsi  məhlulun 
koaqulyasiyasını, özlülüyünü və statik sürüşmə gərginliyini artırır. 
Natrium  fosfatları  –  fosfatlardan  qazımada  ən  çox  natriumun  polifosfatlarından  istifadə 
edilir.  Bu  tripolifosfat  və  heksametafosfatlardır.  Bunlar  qazıma  məhlulunun  özlülüyünü  azaltmaq 
üçün işlədilir. Fosfatların da çox əlavə edilməsi məsləhət deyil, çünki koaqulyasiyaya səbəb olur. 
 
6.9. Kalsuim ionları əmələ gətirən reagentlər: 
 
Söndürülmüş  əhəng  Ca(OH)
2
  –  əhəng  südü  adlanan  sulu  suspenziya  şəklində  işlədilir. 
Qazıma məhlulunun özlülüyünü azaltmaq lazım gəldikdə, əhənglə işlənmiş qazıma məhluluna SSC, 
nitroliqnin və s., suverməni azaltmaq lazım olduqda isə KQR, KSSB, KMS və s. əlavə edilir. 
Gips  (CaSO
4
)  –  130
0
s  temperaturdan  yuxarı  əhənglə  işlənmiş  qazıma  məhlulunun 
keyfiyyəti  pisləşir,  belə  ki,  bu  zaman  həll  olunmayan  kalsiumun  alümosilikatları  əmələ  gəlir  və 
məhlul  qatılaşmağa  başlayır.  Bu  hadisənin  qarşısını  almaq  üçün  əhəng  əvəzinə  gipsdən  istifadə 
edirlər.  Özlülüyü  azaltmaq  üçün  məhlula  SSC-nin  törəmələrindən  olan  xromliqnosulfanatlardan 
birisi əlavə edilir. 
Kalsium xlorid (CaCl
2
) – bu reagent çoxlu sayda kalsium ionları əmələ gətirə bilir. Qazıma 
məhlulunun filtratında daha çox kalsium ionları əldə etmək üçün xlorlu kalsiumdan istifadə edirlər. 
Bu reagent stabilləşdiricilər olan KSSB yaxud KMS ilə birlikdə işlənir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə