Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   17   18   19   20   21   22   23   24   ...   60

 
             
 
 
Sudan  qazıma  məhlulu  kimi  o  hallarda  istifadə  etmək  olar  ki,  onun  çatışmazlıqları 
qazımanın gedişinə mənfi təsir göstərməsin. 
Bununla belə suyun qazıma məhlulu kimi üstün cəhətləri də vardır. Məsələn,  
-   su  başqa  qazıma  məhlullarına  nisbətən  baltanı  və  qazıma  alətinin  fırlanan  hissələrini  daha 
yaxşı soyudur; 
-   halqavari  fəzada  yüksək  sürət  yaradılarsa,  qazılmış  süxur  hissəciklərini  baltanın  işçi  səthinin 
altından tamamilə kənar edər və quyu lüləsini təmiz saxlaya bilər; 
-   su tərəfindən yaradılan hidrostatik təzyiq lay təzyiqindən yüksək olarsa, laydan quyuya neftin, 
qazın və suyun daxil olmasının qarşısını ala bilər; 
-
 
su  qazılmış  süxur  hissəciklərini  özündə  saxlaya  bilmədiyi  üçün  onu  süxur  hissəciklərindən 
təmizləmək çox asan olur və bu məqsədlə ən sadə təmizləmə üsullarından istifadə etmək olar; 
-
 
su porşenlər, silindr oymaqları, nasosun klapanları və turbin qazıyıcısının hissələrinin abraziv 
yeyilməsi intensivliyini azaldır; 
-
 
su qazıma məhlulu ilə müqayisədə kiçik xüsusi çəkiyə malik olduğundan, onun dövranı üçün 
nasos nisbətən az yük altında  işləyir; 
-
 
su  ilə  qazımada  texniki-iqtisadi  göstəricilər  qazıma  məhlulu  ilə  qazımanın  göstəricilərinə 
nisbətən yüksək olur;  
-
 
su  ilə  qazımada  qazıma  briqadası  üzvlərinin  iş  şəraiti  yaxşılaşır,  belə  ki,  qazıma  məhlulu 
hazırlamağa ehtiyac olmur və fəhlələr əlavə fiziki işdən azad olurlar; 
-
 
su  ilə  qazımada  gilə  və  kimyəvi  reagentlərə  ehtiyac  olmur,  onların  daşınması  və 
hazırlanmasına əlavə fiziki güc, maddi vəsait sərf edilmir; 


 
             
 
-
 
 su ilə qazımada qazıma alətinin dartılmalarla hərəkti və tutulması ehtimalı azalır. 
Bununla  belə,  su  universal  qazıma  məhlulu  deyildir  və  onun  bir  çox    çatışmayan  cəhətləri 
vardır ki, bunlar da su ilə qazıma işi aparmağa imkan vermir. Belə ki: 
-
 
bəzi  dağ  süxurları  (gillər,argillitlər)  ilə  təmasda  olduqda  su  onların  mexaniki  xassələrini 
dəyişdirir,  nəticədə  süxurlar  dayanıqlığını  itirir,  axma  meylləri  artır  və  quyu  daxilinə 
sıxışdırılır. Su nəinki bu hala mane ola bilmir, əksinə, həmin mürəkkəbləşmənin növünün tez 
baş verməsinə kömək edir; 
-
 
su  quyu  divarında  möhkəm  və  nazik  gil  qabığı  əmələ  gətirə  bilmədiyi  üçün  quyu  divarını 
uçulmadan qoruya və laya süzülmənin qarşısını ala bilmir; 
-
 
suyun, yüksək axıcılıq xassəsi olduğu üçün, o, süxürün xırda məsamələrinə asanlıqla hopur ki, 
bu da xoşa gəlməz haldır və layın neft verimini azaldır; 
-
 
su  yüksək  dərəcədə  məsaməliyə  və  çatlara  malik,  xüsusilə  də  lay  təzyiqi  çox  kiçik  olan 
süxurlarda  böyük  sürətlə  udula  bilər;  bu  isə,  öz  növbəsində,  quyu  dibinin  və  quyu  lüləsinin 
təmizlənməsinə mənfi təsir göstərir, istifadə edilən suyun məsrəfini xeyli artırır; 
-
 
dövran  sistemində  suyun  hərəkətini  dayandıranda  su  qazılmış  süxur  hissəciklərini  asılı 
vəziyyətdə saxlaya bilmədiyi üçün quyu dibinə külli miqdarda süxur hissəcikləri çökür ki, bu 
da mürəkkəbləşmələrin əmələ gəlməsi üçün əlverişli şərait yaradır; 
-
 
su  bir  çox  süxurları  asanlıqla  özündə  həll  edərək  bu  və  ya  digər  dərəcədə  duzlu  məhlula 
çevrilir.  Bu  səbəbə  görə  avadanlıqların  və  qazıma  alətinin  korroziyaya  uğramasına  güclü 
kömək edir. 
-
 
su  neftli  layların  açılmasına  mənfi  təsir  göstərir,  odur  ki,  sudan  istifadə  qətiyyən  məsləhət 
görülmür,  belə  ki,  maye  layın  məsamələrinə  asanlıqla  daxil  olaraq  neft  üçün  effektli 


 
             
 
məsaməliyi kəskin surətdə azaldır. Nəticədə quyudan istifadə olunmasında çətinliklər yaranır 
və neft verimi azalır. 
-
 
təcrübələr  göstərir  ki,  su  qazıma  məhlulu  kimi  istifadə  edilirsə,  onun  sərfi  adi  qazıma 
məhlullarına nisbətən 6 

8 dəfə çox olur. Odur ki, buruqda çoxlu sayda su çənləri qoyulmalı, 
su təhciz etmək üçün mənbə tapıb su xətti çəiklməlidir ki, buruq fasiləsiz olaraq su ilə təmin 
edilsin. 
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, sudan qazıma məhlulu kimi yalnız kəsilişi bərk 
süxurlarda  su  ilə  təmasda  onların  öz  xassələrini  dəyişmədiyi  və  dayanıqlığını  itirmədiyi 
təqdirdə istifadə etmək olar. 
 
  Emulsiyalı qazıma məhlulları 
 
Emulsiyalı  qazıma  məhlulları  elə  məhlullara  deyilir  ki,  kimyəvi  işlənmiş  qazıma  məhlulu 
içərisində  neft  və  ya  neft  məhsulları  bərabər  yayılmış  olsun  və  onların  həcmi  qazıma  məhlulu 
həcminin  10-25%-ni  təşkil  etsin.  Neftin  və  neft  məhsullarının  qazıma  məhlulu  içərisində  bərabər 
yayılması  üçün  emulqatorlardan,  detergentlərdən  və  yaxud  qazıma  məhlulunun  kimyəvi 
işlənməsində istifadə edilən stabilləşdiricilərdən istifadə olunur. Ən fəal və yaxşı emulqator kömür 
qələvi reagentidir. Emulsiyalı qazıma məhlulu, qazıma məhlulunun dövranı zamanı neftin və neft 
məhsullarının məhlula əlavə edilməsi ilə əldə edilir. Bu məqsədlə qazıma məhluluna xam neft, sulu 
neft, dizel yanacağı və s. əlavə edilir. Emulsiyalı məhlul əldə etmək üçün qazıma məhlulu çox kiçik 
suverməyə malik olmalıdır. 
 


 
             
 
  Susuz, gilsiz yaxud neft əsaslı qazıma məhlulları 
 
Neft  əsaslı  məhlullarda  dizel  yanacağı  dispers  sistemi,  oksidləşdirilmiş  bitum  isə  dispers 
fazanı  təşkil  edir.  Bu  məhlulun  struktur  əmələgətirmə  qabiliyyəti  zəif  olduğu  üçün  ona  struktur 
əmələ  gətirən  maddələr  (yağlı  qələvi  sabunu  və  ya  kalsium  oksidi)  əlavə  edirlər.  Bu  məhlullarda 
bitum dizel yanacağında qızdırıldıqda həll olaraq həqiqi məhlul əmələ gətirir, soyuq halda bu proses 
çox vaxt tələb edir. 
Lazım gəldikdə, neft əsaslı məhlullara hidrofoblaşdırılmış gil, yaxud su da əlavə etmək olar. 
Neft  əsaslı  məhlulun  tərkibi:  1)  dizel  yanacağı  (70-85%),  oksidləşdirilmiş  bitum  (15-20%), 
oksidləşdirilmiş parafin (1%) və kaustik sodadan (1%) ibarətdir. 2) qazıma məhlulu dizel yanacağı 
mazut, solyarka, yağlı turşunun natrium duzu və sönmüş əhəngdən ibarət olur. 
 
  Kiçik  xüsusi çəkiyə malik qazıma məhlulları 
 
Belə  məhlulları  əldə  etməyin  ən  sadə  yolu  yüksək  kolloidli  gilli  qazıma  məhlullarına  su 
əlavə  etməkdir.  Bu  yolla xüsusi çəkisi 

 

  1,05  q/sm
3
  olan  qazıma  məhlulları  əldə  etməyə  imkan 
var. Neft əsaslı qazıma məhlullarında 

 = 0,9 q/sm
3
 xüsusi çəkiyə nail olmaq mümkündür. 
Bundan  da  kiçik  xüsusi  çəkiyə  malik  qazıma  məhlulu  hazırlamağa  ehtiyac  olarsa,  xüsusi 
çəkisi 

 = 0,5 

0,6  q/sm
3
 olan aerizə edilmiş məhlullardan istifadə edirlər. 
 
  Hava yaxud qaz halında olan işçi agentlər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə