Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   13   14   15   16   17   18   19   20   ...   60

 
             
 
 
balta  qazıma  kəməri  ilə  birlikdə  fırladılır.  Turbin  üsulu  ilə 
qazımada  balta  ilə  qazıma  kəməri  arasında  turbin  qazıyıcısı, 
elektrik  üsulu  ilə  qazımada  isə  elektrik  qazıyıcısı  yerləşdirilir. 
Bu zaman balta quyudibi mühərriklərin valına bağlanır və onun 
quyu  dibində  fırladılmasını  həmin  mühərriklər  təmin  edir. 
Beləliklə,  turbin  və  ya  elektrik  qazıyıcısı  ilə  qazıma  zamanı 
qazıma kəmərini daim fırlatmağa ehtiyac olmur. 
Göründüyü kimi, qazıma kəməri qazıma üsulundan asılı 
olaraq müxtəlif şəraitlərdə işləyir. Yəni rotor qazıma üsulunda 
qazıma  kəmərinin  iş  şəraiti  çox  gərgin,  turbin  və  elektrik 
qazıma  üsullarında  isə  nisbətən  yüngüldür.  Məhz  bu  səbəbə 
görə,  müasir  qazımada  qazıma  kəmərinin  elementləri  rotor, 
turbin  və  elektrik  qazıma  üsulları  üçün  müxtəlif  konstruksiya 
və ölçülərdə hazırlanır. 
 
5.2. Aparıcı borular (işlək borular) və  
onların vəzifələri 
 
Aparıcı  boru  -  (şəkil  5.1.)  quyu  ağzında  qazıma 
kəmərinin  yuxarı  ucuna  bağlanmış,  yüksək  keyfiyyətli  xüsusi 
poladdan  hazırlanmış  qalın  divarlı,  silindrik  dövran  kanalına 
malik  olan  en  kəsiyi  kvadrat  (ən  geniş  istifadə  olunan  aparıcı 
borular  en  kəsiyi  kvadrat  şəklində  olanlardır),  (şəkil  5.1.a), 
altıtilli  (şəkil  5.1.b)  və  səkkiztilli  (şəkil  5.1  c)  şəklində  olaraq 
bütün qazıma üsullarında aşağıdakı işləri görür: 
1)
 
rotor  üsulu  ilə  qazıma  prosesində  və  lazım  olan  bütün 
hallarda fırlanma hərəkətini qazıma alətinə ötürür; 
2)
 
quyudibi  qazıyıcıları  qazıma  zamanı  qazıyıcıların 
reaktiv  momentlərinə  qarşı  qazıma  alətini  tərpənməz 
vəziyyətdə  saxlayır  (bunun  üçün  rotorun  dayandırıcı 
dəstəyini döndərmək lazımdır ki, rotor fırlanmasın); 
3)
 
quyu dərinləşdikcə qazıma kəmərinə boru əlavə edildik-
dən sonra qazıma prosesini davam etdirməyi təmin edir. 


 
             
 
 
Qazıma zamanı hər dəfə aparıcı borunun uzunluğu qə-
dər qazıma gedişindən sonra aləti açmaq və ona növbəti qazı-
ma borusunu əlavə etmək lazımdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
Şəkil 5.1. Aparıcı borular 
Bu  zaman  aparıcı  borunun  uzunluğu  əlavə  edilən 
borunun  uzunluğundan  ən  azı  1,5-2m  artıq  olmalıdır.  Aparıcı 
borular  əsasən  aşağıdakı  ölçülərdə  buraxılır:  diametri  – 
65,80,112,140 və 155 mm, uzunluğu isə 14-16 m. 
Aparıcı borular ucları qalınlaşdırılmamış (şəkil 5.1ç) və 
qalınlaşdırılmış  (şəkil  5.1d)  şəkildə  olur.  Birinci  tip  aparıcı 
borular  çox  zəif  yiv  birləşmələrinə  malik  olduğundan,  demək 
olar  ki,  onlardan  istifadə  olunmur.  Ucları  qalınlaşdırılmış 
aparıcı  borular  isə  uzun  müddət  işə  yararlı  və  daha  davamlı 
olduqlarına  görə  müasir  qazımada  çox  istifadə  edilir.  Hal-


 
             
 
 
hazırda aparıcı borular  yığılmış vəziyyətdə buraxılır. Yığılmış 
aparıcı borunu fırlanğıca birləşdirmək üçün  yuxarı keçiricidən 
və qazıma borularına bağlamaq üçün aşağı keçiricidən istifadə 
edilir.  Aparıcı  boruların  yuxarı  ucunda  sol  qıfıl  yivləri,  aşağı 
ucunda isə sağ qıfıl yivləri olur. Aşağı keçiricinin əsas vəzifəsi 
aparıcı  borunun  yiv  hissəsini  tez  xarab  olmaqdan  qorumaqla, 
onun istismar müddətini artırmaqdır. 
 
                 Qazımada yenilik 
 
Rotor  qazıma  üsuluna  məxsus  olan  nöqsanlar  xarici 
ölkələrdə  (ABŞ,  Kanada  və  s.)  geniş  istifadə  edilən  yuxarı 
intiqal  sisteminin  köməyilə  aradan  qaldırılmışdır.  Belə  ki,  çox 
vaxt  və  zəhmət  tələb  edən  kvadratın  şurfa  qoyulması 
məcburiyyətinin  aradan  qaldırılması,  quyu  dibində  baltanın 
vəziyyətini  dəyişmədən  qazıma  kəməri  üzərinə  boru  əlavə 
edilməsi,  qazıma  kəmərinin  mütəmadi  olaraq  fırladılmasının 
mümkünlüyü,  kəmərlərin  quyuda  tutulma  ehtimalının  və 
sürtünmə  qüvvələrinin  təsirinin  minimuma  endirilməsi,  boru 
açarlarından  istifadə  etmədən  boruların  açılıb  bağlanması, 
elevatorun  avtomatik  olaraq  bağlanması,  neftqaz  və  su 
təzahürləri zamanı fırlanan kəmər təsirindən Preventorun rezin 
plaşkalarlarının yeyilmə dərəcəsinin azaldılması, əl ilə görülən 
əməliyyatların  çoxunun  qazımaçı  pultundan  idarə  edilməsi  və 
bunların  nəticəsində  məhsuldar  olmayan  vaxt  itgilərinin  və 
qaldırıb  endirmə  əməliyyatına  sərf  edilən  vaxtın  azaldılması, 
məhsuldar  vaxtın  isə  çoxalmasına  nail  olmasına  məhz  yuxarı 
intiqal  sistemindən  istifadə  edilməsi  yolu  ilə  əldə  edilmişdir. 
Başqa sözlə desək, yuxarı intiqal sistemindən istifadə edilməsi 
rotor  üsulu  ilə  qazımanın  nöqsanlarını  aradan  qaldırmaqla 
yanaşı  qazımanın  texniki  iqtisadi  göstəricilərini  xeyli 
yaxşılaşdırmağa  geniş  imkanlar  yaradır  və  ondan  Azərbaycan 
qazmaçıları da istifadə etməyə çalışmalıdırlar. 
 


 
             
 
 
5.3. Qazıma boruları və onların birləşmələri 
 
Müasir  qazıma  üsullarının  tələblərinə  uyğun  olaraq 
yeddi növ qazıma boruları işlədilir: 
-
 
ucları daxilə qalınlaşdırılmış qazıma boruları; 
-
 
ucları  xaricə  qalınlaşdırılmış  (UXB)  tipli  qazıma 
boruları; 
-
 
ucları gövdədə qaynaq edilmiş (UGQB) tipli qazıma 
boruları; 
-
 
ucları xaricə qalınlaşdırılmış hissədə qaynaq edilmiş 
(UXQQB) tipli qazıma boruları; 
-
 
geoloji kəşfiyyat qazıması üçün qazıma boruları; 
-
 
yüngülləşdirilmiş (YQB) tipli qazıma borular; 
-
 
ağırlaşdırılmış qazıma boruları (AQB). 
Qazıma boruları aşağıdakı ölçülərdə hazırlanır:  
xarici  diametrləri  –  60,73,89,102,114,127,140  və  168 
mm, divarlarının qalınlığı -7 – 11 mm  
Ucları daxilə qalınlaşdırılmış borular (şəkil 5.2 a) rotor 
üsulu  ilə  qazımada  tətbiq  edilir.  Bu  boruların  ucları  daxilə 
qalınlaşdırıldığından,  boruların  birləşdikləri  hissələrdə  qazıma 
məhlulunun  keçid  kanalı  kiçik,  və  burada  mayenin  hərəkətinə 
göstərilən hidravlik müqavimət çox olur. 
Ucları xaricə qalınlaşdırılmış borular (şəkil 5.2b) UXQ 
tipli  olur  və  elektrik  qazıma  üsulunda  işlədilir.  Bu  boruların 
daxili kanalı birləşmə yerlərində belə dəyişmir, ona görə də bu 
borular  içərisində  hərəkət  edən  mayeyə  göstərilən  hidravlik 
müqavimət, təxmini də olsa sabit və çox azdır. 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə