Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   12   13   14   15   16   17   18   19   ...   60

 
             
 
 
b – süxur nümunəsi çıxarıla bilməyən (kern) qəbuledicisi 
Sütuncuqlu  baltalar  süxur  nümunəsi  ilə  dolmuş  boru-
cuğu  çıxarılan  və  çıxarılmayan  quruluşda  olurlar.  Bunlardan 
birincisi daha əlverişli olduğu üçün geniş yayılmışdır. 
Sütuncuqlu  baltalarla  qazıma  zamanı  quyudibi  zonası-
nın ətraf hissələrində yerləşən süxurlar dağıdılır, mərkəzi hissə 
isə  qazılmayaraq  silindrik  özək  şəklində  saxlanır.  Qazıma 
baltası  aşağı  hərəkət  etdikcə  qazılmamış  mərkəzi  özək  hissə 
balta  içərisindəki  silindrik  boşluq  içərisindən  keçib  süxur 
götürən sütuncuqlu boru içərisinə daxil olur. 
Sütuncuqlu boru süxurla dolduqdan sonra onu çıxarmaq 
məqsədilə  qazıma  işi  dayandırılır  və  qazıma  borularının 
içərisinə  xüsusi  tutucu  tərtibat  buraxılır  və  sütuncuqlu  boru 
quyudan çıxarılır. İçərisi boş olan başqa sütuncuqlu boru quyu 
içərisinə  buraxılır  və  qazıma  işi  davam  etdirilir.Quyudan 
çıxarılmış içərisi süxurla dolu olan sütuncuqlu boru isə tədqiqat 
işləri aparılacaq yerə göndərilir. 
Təlimata  görə  kern  qəbul  edən  boru  süxurla  (kernlə) 
dolan müddət ərzində qazıma fasiləsiz olaraq davam etdirilməli 
və balta quyu dibindən qaldırılmamalıdır. 
Rotor  üsulu  ilə  qazıma  zamanı  süxur  nümunəsi 
götürərkən baltanın dövrlər sayı 90-120, nadir hallarda 200-250 
dövr/dəq  olur.  Bərk  süxurları  qazıyarkən  daha  böyük  dövrlər 
sayı  tələb  olunduğu  üçün  (600  dövr/dəq  və  daha  çox) 
turbobaltadan  istifadə  edirlər.  Turbobalta  valına  balta  başlığı 
bağlanmış  turbin  qazıyıcısından  ibarətdir.  Turbobaltanın 
valının  içərisi  süxur  qəbul  edən  borunun  yerləşməsi  üçün  boş 
silindr  şəklində  hazırlanır.  Yuxarıda  deyildiyi  kimi  sütuncuqlu 
balta  ilə  qazıma  prosesi  zamanı  süxurgötürən  borucuq  kernlə 
dolana qədər baltanı quyu dibindən qaldırmağa icazə verilmir. 
  
    
Xüsusi məqsədlər üçün istifadə edilən baltalar 
Genişləndiricilər  –  Bunlardan  quyu  lüləsinin  daraldığı
 
yerlərdə  quyunun  diametrini  bərpa  etmək,  başqa  sözlə  desək, 
onu  nominal  diametrə  qaytarmaq  və  qazıma  alətini  quyu 


 
             
 
 
lüləsinin  mərkəzində  saxlamaq  üçün  istifadə  edilir. 
Genişləndiricilər şaroşkalı və pərli olur. (Şəkil 4.13) 
 
 
 
 
 
 
Şəkil 4.13. Üçşaroşkalı genişləndirici 
1-gövdə;2-halqa;3-civ;4-sancaq;5-şaroşka;6-şaroşkaların oxu; 
7-şayba;8-köynək 
 
Frezerli  baltalar  –  sement körpülərini və quyuda  olan 
kənar metal cisimləri qazımaq üçün işlədilir (şəkil 4.14). 


 
             
 
 
 
 
Şəkil 4.14 DFTS tipli yüksəkxəlitəli spiralşəkilli frezerli balta 
1-gövdə;2-lülə;3-spiral  lent;4-bərk  xəlitəli  lövhə;5-konus  şəkilli 
oturacaq; 6-oymaq;7-rezin kipləşdirici;8-plastik lövhələr; 
9-yuma dəlikləri;10-tıxac 
 
Reaktiv turbin ilə qazımada istifadə edilən baltalar - 
İki  yaxud  3  ədəd  bir-biri  ilə  möhkəm  bərkidilmiş  turbin 
qazıyıcılarının vallarına bağlanmış adi şaroşkalı baltalarla eyni 
zamanda  qazıma  işi  görən  aqreqat  belə  adlanır.  Bu  aqreqatın 
köməyi  ilə  394

260mm 
diametrdə  quyular  qazımaq 
mümkündür. 


 
             
 
 
Qazıma  kəmərini  qaldırmadan  quyu  dibindəki 
işlənmiş baltanı dəyişməyə imkan verən oturdulan (taxılan) 
baltalar  –  diametrləri  220  və  248mm  olan  quyu  dibindəki 
işlənmiş balta əks yuma, yaxud overşotla quyudan çıxarılır və 
yenisi ilə əvəz edilir. 
Armuda  oxşar  baltalar  –  Bunlardan  quyunun 
kəsilişində yüksək plastikliyə malik süxurların şaquli və radial 
təzyiqləri  nəticəsində  və  geodinamik  proseslərin  təsirindən 
qoruyucu  kəmərlərin  əzilərək,  silindrik  formasının  dəyişdiyi 
yerlərin  əvvəlki  nominal  diametrinin  bərpası  üçün  istifadə 
edilir. 
Nizəyə  oxşar  baltalardan  böyük  diametrli  quyu 
lüləsindən  kiçik  diametrli  quyu  lüləsinə  keçmək,  qoruyucu 
borular  içərisində  qalıb  bərkimiş  sement  tıxaclarını  qazımaq, 
bəzi qəzaların ləğvi üçün istifadə etmək, qoruyucu kəmərlərin 
başmaqlarını  sındırmaq,  quyu  dibindəki  metal  əşyaları  kənara 
sıxışdırmaq kimi işləri yerinə yetirməkdən ötrü istifadə olunur. 
Ekssentrik  baltalardan  ikinci  lülənin  açılmasında, 
əvvəlki  balta  ilə  qazılmış  lülənin  diametrini  daha  böyük 
diametrlə qazımağı davam etdirməkdə istifadə edilir. 
 
 
 
                      5. QAZIMA KƏMƏRİ 
 
Aparıcı  və  ya  işlək  boru,  qazıma  boruları,  qazıma 
qıfılları,  keçiricilər  və  ağırlaşdırılmış  qazıma  borularından 
ibarət,  diametri  uzunluğuna  nisbətən  çox  kiçik,  içərisi  boş 
silindrik  val  qazıma  kəməri  adlanır.  Qazıma  kəməri  quyu 
dibində  yerləşən  qazıma  baltası  ilə  xüsusi  meydança  üzərində 
yerləşdirilmiş qazıma avadanlığı arasında əlaqə vasitəsidir. 
Neft  və  qaz  quyularının  qazılma  texnikası  və  texnolo-
giyasının  hazırkı  inkişaf  səviyyəsi  birbaşa,  yaxud  da  dolayı 
yolla  qazıma  kəməri  ilə  bağlıdır.  Belə  ki,  kitabın  əvvəllərində 


 
             
 
 
deyildiyi  kimi  vaxtilə  qazıma  kəmərini  quyuya  buraxmaqla 
qazıma  işinin  aparılması  təklifi  qazımanın  tarixində  inqilabi 
çevriliş  idi.  Qazıma  kəməri  özündən  əvvəlki  dövrlərdə 
qazımada  çətin  yaxud  mümkün  olmayan  bir  çox  problemləri 
həll etməyə  imkan verdi. Qazıma kəmərinin təyinatı haqqında 
daha ətraflı məlumat aşağıda verilir. 
 
5.1.Qazıma kəmərinin vəzifələri və elementlэкшnsürləri 
 
Qazıma kəmərinin əsas təyinatı aşağıdakılardır: 
1)
 
qazıma baltasını quyuya endirib qaldırır; 
2)
 
rotor  üsulu  ilə  qazımada  fırlanma  hərəkətini  quyu 
dibindəki baltaya ötürür; 
3)
 
qazıma məhlulunun dövranını təmin edir; 
4)
 
istənilən qazıma üsulunda baltaya oxboyu yük yaradır; 
5)
 
quyuda  qəza  baş  verdikdə quyu  içərisində  sınıb  qalmış 
və  ya  açılmış  qazıma  alətinin  quyuda  qalan  hissəsini 
çıxarmağa kömək edir; 
6)
 
quyuda  əlavə  işlər  görülməsinə  (quyunun  yuyulması, 
sementlənməsi  quyruq  kəmərinin  buraxılması  və  i.a.) 
kömək edir; 
7)
 
elektrik  üsulu  ilə  qazımada  elektrik  enerjisini  quyudibi 
mühərrik olan elektrik qazıyıcısına ötürür. 
Qazıma kəməri aşağıdakı hissələrdən ibarətdir: 
1)
 
 aparıcı boru (işlək boru); 
2)
 
qazıma boruları və onların birləşmələri,qazıma qıfılları; 
3)
 
yüngülləşdirilmiş qazıma boruları (YQB) 
4)
 
qazıma  kəmərinin  aşağı  hissəsində  yerləşən  ağırlaş-
dırılmış qazıma boruları (AQB). 
5)
 
qazıma  kəmərinin  köməkçi  hissələri  (mərkəzləşdirici, 
sabitləşdirici,  qəlibləyicilər  keçiricilər,  əks  klapanlar, 
qoruyucu rezin halqalar); 
Rotor  qazımasında  quyunun  qazılmasını  təmin  etmək 
üçün  qazıma  kəmərinin  ucuna  müvafiq  balta  bağlanır  və  bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə