b – süxur nümunəsi çıxarıla bilməyən (kern) qəbuledicisi
Sütuncuqlu baltalar süxur nümunəsi ilə dolmuş boru-
cuğu çıxarılan və çıxarılmayan quruluşda olurlar. Bunlardan
birincisi daha əlverişli olduğu üçün geniş yayılmışdır.
Sütuncuqlu baltalarla qazıma zamanı quyudibi zonası-
nın ətraf hissələrində yerləşən süxurlar dağıdılır, mərkəzi hissə
isə qazılmayaraq silindrik özək şəklində saxlanır. Qazıma
baltası aşağı hərəkət etdikcə qazılmamış mərkəzi özək hissə
balta içərisindəki silindrik boşluq içərisindən keçib süxur
götürən sütuncuqlu boru içərisinə daxil olur.
Sütuncuqlu boru süxurla dolduqdan sonra onu çıxarmaq
məqsədilə qazıma işi dayandırılır və qazıma borularının
içərisinə xüsusi tutucu tərtibat buraxılır və sütuncuqlu boru
quyudan çıxarılır. İçərisi boş olan başqa sütuncuqlu boru quyu
içərisinə buraxılır və qazıma işi davam etdirilir.Quyudan
çıxarılmış içərisi süxurla dolu olan sütuncuqlu boru isə tədqiqat
işləri aparılacaq yerə göndərilir.
Təlimata görə kern qəbul edən boru süxurla (kernlə)
dolan müddət ərzində qazıma fasiləsiz olaraq davam etdirilməli
və balta quyu dibindən qaldırılmamalıdır.
Rotor üsulu ilə qazıma zamanı süxur nümunəsi
götürərkən baltanın dövrlər sayı 90-120, nadir hallarda 200-250
dövr/dəq olur. Bərk süxurları qazıyarkən daha böyük dövrlər
sayı tələb olunduğu üçün (600 dövr/dəq və daha çox)
turbobaltadan istifadə edirlər. Turbobalta valına balta başlığı
bağlanmış turbin qazıyıcısından ibarətdir. Turbobaltanın
valının içərisi süxur qəbul edən borunun yerləşməsi üçün boş
silindr şəklində hazırlanır. Yuxarıda deyildiyi kimi sütuncuqlu
balta ilə qazıma prosesi zamanı süxurgötürən borucuq kernlə
dolana qədər baltanı quyu dibindən qaldırmağa icazə verilmir.
Xüsusi məqsədlər üçün istifadə edilən baltalar
Genişləndiricilər – Bunlardan quyu lüləsinin daraldığı
yerlərdə quyunun diametrini bərpa etmək, başqa sözlə desək,
onu nominal diametrə qaytarmaq və qazıma alətini quyu
lüləsinin mərkəzində saxlamaq üçün istifadə edilir.
Genişləndiricilər şaroşkalı və pərli olur. (Şəkil 4.13)
Şəkil 4.13. Üçşaroşkalı genişləndirici
1-gövdə;2-halqa;3-civ;4-sancaq;5-şaroşka;6-şaroşkaların oxu;
7-şayba;8-köynək
Frezerli baltalar – sement körpülərini və quyuda olan
kənar metal cisimləri qazımaq üçün işlədilir (şəkil 4.14).
Şəkil 4.14 DFTS tipli yüksəkxəlitəli spiralşəkilli frezerli balta
1-gövdə;2-lülə;3-spiral lent;4-bərk xəlitəli lövhə;5-konus şəkilli
oturacaq; 6-oymaq;7-rezin kipləşdirici;8-plastik lövhələr;
9-yuma dəlikləri;10-tıxac
Reaktiv turbin ilə qazımada istifadə edilən baltalar -
İki yaxud 3 ədəd bir-biri ilə möhkəm bərkidilmiş turbin
qazıyıcılarının vallarına bağlanmış adi şaroşkalı baltalarla eyni
zamanda qazıma işi görən aqreqat belə adlanır. Bu aqreqatın
köməyi ilə 394
260mm
diametrdə quyular qazımaq
mümkündür.
Qazıma kəmərini qaldırmadan quyu dibindəki
işlənmiş baltanı dəyişməyə imkan verən oturdulan (taxılan)
baltalar – diametrləri 220 və 248mm olan quyu dibindəki
işlənmiş balta əks yuma, yaxud overşotla quyudan çıxarılır və
yenisi ilə əvəz edilir.
Armuda oxşar baltalar – Bunlardan quyunun
kəsilişində yüksək plastikliyə malik süxurların şaquli və radial
təzyiqləri nəticəsində və geodinamik proseslərin təsirindən
qoruyucu kəmərlərin əzilərək, silindrik formasının dəyişdiyi
yerlərin əvvəlki nominal diametrinin bərpası üçün istifadə
edilir.
Nizəyə oxşar baltalardan böyük diametrli quyu
lüləsindən kiçik diametrli quyu lüləsinə keçmək, qoruyucu
borular içərisində qalıb bərkimiş sement tıxaclarını qazımaq,
bəzi qəzaların ləğvi üçün istifadə etmək, qoruyucu kəmərlərin
başmaqlarını sındırmaq, quyu dibindəki metal əşyaları kənara
sıxışdırmaq kimi işləri yerinə yetirməkdən ötrü istifadə olunur.
Ekssentrik baltalardan ikinci lülənin açılmasında,
əvvəlki balta ilə qazılmış lülənin diametrini daha böyük
diametrlə qazımağı davam etdirməkdə istifadə edilir.
5. QAZIMA KƏMƏRİ
Aparıcı və ya işlək boru, qazıma boruları, qazıma
qıfılları, keçiricilər və ağırlaşdırılmış qazıma borularından
ibarət, diametri uzunluğuna nisbətən çox kiçik, içərisi boş
silindrik val qazıma kəməri adlanır. Qazıma kəməri quyu
dibində yerləşən qazıma baltası ilə xüsusi meydança üzərində
yerləşdirilmiş qazıma avadanlığı arasında əlaqə vasitəsidir.
Neft və qaz quyularının qazılma texnikası və texnolo-
giyasının hazırkı inkişaf səviyyəsi birbaşa, yaxud da dolayı
yolla qazıma kəməri ilə bağlıdır. Belə ki, kitabın əvvəllərində
deyildiyi kimi vaxtilə qazıma kəmərini quyuya buraxmaqla
qazıma işinin aparılması təklifi qazımanın tarixində inqilabi
çevriliş idi. Qazıma kəməri özündən əvvəlki dövrlərdə
qazımada çətin yaxud mümkün olmayan bir çox problemləri
həll etməyə imkan verdi. Qazıma kəmərinin təyinatı haqqında
daha ətraflı məlumat aşağıda verilir.
5.1.Qazıma kəmərinin vəzifələri və elementlэкшnsürləri
Qazıma kəmərinin əsas təyinatı aşağıdakılardır:
1)
qazıma baltasını quyuya endirib qaldırır;
2)
rotor üsulu ilə qazımada fırlanma hərəkətini quyu
dibindəki baltaya ötürür;
3)
qazıma məhlulunun dövranını təmin edir;
4)
istənilən qazıma üsulunda baltaya oxboyu yük yaradır;
5)
quyuda qəza baş verdikdə quyu içərisində sınıb qalmış
və ya açılmış qazıma alətinin quyuda qalan hissəsini
çıxarmağa kömək edir;
6)
quyuda əlavə işlər görülməsinə (quyunun yuyulması,
sementlənməsi quyruq kəmərinin buraxılması və i.a.)
kömək edir;
7)
elektrik üsulu ilə qazımada elektrik enerjisini quyudibi
mühərrik olan elektrik qazıyıcısına ötürür.
Qazıma kəməri aşağıdakı hissələrdən ibarətdir:
1)
aparıcı boru (işlək boru);
2)
qazıma boruları və onların birləşmələri,qazıma qıfılları;
3)
yüngülləşdirilmiş qazıma boruları (YQB)
4)
qazıma kəmərinin aşağı hissəsində yerləşən ağırlaş-
dırılmış qazıma boruları (AQB).
5)
qazıma kəmərinin köməkçi hissələri (mərkəzləşdirici,
sabitləşdirici, qəlibləyicilər keçiricilər, əks klapanlar,
qoruyucu rezin halqalar);
Rotor qazımasında quyunun qazılmasını təmin etmək
üçün qazıma kəmərinin ucuna müvafiq balta bağlanır və bu
Dostları ilə paylaş: |