balta qazıma kəməri ilə birlikdə fırladılır. Turbin üsulu ilə
qazımada balta ilə qazıma kəməri arasında turbin qazıyıcısı,
elektrik üsulu ilə qazımada isə elektrik qazıyıcısı yerləşdirilir.
Bu zaman balta quyudibi mühərriklərin valına bağlanır və onun
quyu dibində fırladılmasını həmin mühərriklər təmin edir.
Beləliklə, turbin və ya elektrik qazıyıcısı ilə qazıma zamanı
qazıma kəmərini daim fırlatmağa ehtiyac olmur.
Göründüyü kimi, qazıma kəməri qazıma üsulundan asılı
olaraq müxtəlif şəraitlərdə işləyir. Yəni rotor qazıma üsulunda
qazıma kəmərinin iş şəraiti çox gərgin, turbin və elektrik
qazıma üsullarında isə nisbətən yüngüldür. Məhz bu səbəbə
görə, müasir qazımada qazıma kəmərinin elementləri rotor,
turbin və elektrik qazıma üsulları üçün müxtəlif konstruksiya
və ölçülərdə hazırlanır.
5.2. Aparıcı borular (işlək borular) və
onların vəzifələri
Aparıcı boru - (şəkil 5.1.) quyu ağzında qazıma
kəmərinin yuxarı ucuna bağlanmış, yüksək keyfiyyətli xüsusi
poladdan hazırlanmış qalın divarlı, silindrik dövran kanalına
malik olan en kəsiyi kvadrat (ən geniş istifadə olunan aparıcı
borular en kəsiyi kvadrat şəklində olanlardır), (şəkil 5.1.a),
altıtilli (şəkil 5.1.b) və səkkiztilli (şəkil 5.1 c) şəklində olaraq
bütün qazıma üsullarında aşağıdakı işləri görür:
1)
rotor üsulu ilə qazıma prosesində və lazım olan bütün
hallarda fırlanma hərəkətini qazıma alətinə ötürür;
2)
quyudibi qazıyıcıları qazıma zamanı qazıyıcıların
reaktiv momentlərinə qarşı qazıma alətini tərpənməz
vəziyyətdə saxlayır (bunun üçün rotorun dayandırıcı
dəstəyini döndərmək lazımdır ki, rotor fırlanmasın);
3)
quyu dərinləşdikcə qazıma kəmərinə boru əlavə edildik-
dən sonra qazıma prosesini davam etdirməyi təmin edir.
Qazıma zamanı hər dəfə aparıcı borunun uzunluğu qə-
dər qazıma gedişindən sonra aləti açmaq və ona növbəti qazı-
ma borusunu əlavə etmək lazımdır.
Şəkil 5.1. Aparıcı borular
Bu zaman aparıcı borunun uzunluğu əlavə edilən
borunun uzunluğundan ən azı 1,5-2m artıq olmalıdır. Aparıcı
borular əsasən aşağıdakı ölçülərdə buraxılır: diametri –
65,80,112,140 və 155 mm, uzunluğu isə 14-16 m.
Aparıcı borular ucları qalınlaşdırılmamış (şəkil 5.1ç) və
qalınlaşdırılmış (şəkil 5.1d) şəkildə olur. Birinci tip aparıcı
borular çox zəif yiv birləşmələrinə malik olduğundan, demək
olar ki, onlardan istifadə olunmur. Ucları qalınlaşdırılmış
aparıcı borular isə uzun müddət işə yararlı və daha davamlı
olduqlarına görə müasir qazımada çox istifadə edilir. Hal-
hazırda aparıcı borular yığılmış vəziyyətdə buraxılır. Yığılmış
aparıcı borunu fırlanğıca birləşdirmək üçün yuxarı keçiricidən
və qazıma borularına bağlamaq üçün aşağı keçiricidən istifadə
edilir. Aparıcı boruların yuxarı ucunda sol qıfıl yivləri, aşağı
ucunda isə sağ qıfıl yivləri olur. Aşağı keçiricinin əsas vəzifəsi
aparıcı borunun yiv hissəsini tez xarab olmaqdan qorumaqla,
onun istismar müddətini artırmaqdır.
Qazımada yenilik
Rotor qazıma üsuluna məxsus olan nöqsanlar xarici
ölkələrdə (ABŞ, Kanada və s.) geniş istifadə edilən yuxarı
intiqal sisteminin köməyilə aradan qaldırılmışdır. Belə ki, çox
vaxt və zəhmət tələb edən kvadratın şurfa qoyulması
məcburiyyətinin aradan qaldırılması, quyu dibində baltanın
vəziyyətini dəyişmədən qazıma kəməri üzərinə boru əlavə
edilməsi, qazıma kəmərinin mütəmadi olaraq fırladılmasının
mümkünlüyü, kəmərlərin quyuda tutulma ehtimalının və
sürtünmə qüvvələrinin təsirinin minimuma endirilməsi, boru
açarlarından istifadə etmədən boruların açılıb bağlanması,
elevatorun avtomatik olaraq bağlanması, neftqaz və su
təzahürləri zamanı fırlanan kəmər təsirindən Preventorun rezin
plaşkalarlarının yeyilmə dərəcəsinin azaldılması, əl ilə görülən
əməliyyatların çoxunun qazımaçı pultundan idarə edilməsi və
bunların nəticəsində məhsuldar olmayan vaxt itgilərinin və
qaldırıb endirmə əməliyyatına sərf edilən vaxtın azaldılması,
məhsuldar vaxtın isə çoxalmasına nail olmasına məhz yuxarı
intiqal sistemindən istifadə edilməsi yolu ilə əldə edilmişdir.
Başqa sözlə desək, yuxarı intiqal sistemindən istifadə edilməsi
rotor üsulu ilə qazımanın nöqsanlarını aradan qaldırmaqla
yanaşı qazımanın texniki iqtisadi göstəricilərini xeyli
yaxşılaşdırmağa geniş imkanlar yaradır və ondan Azərbaycan
qazmaçıları da istifadə etməyə çalışmalıdırlar.
5.3. Qazıma boruları və onların birləşmələri
Müasir qazıma üsullarının tələblərinə uyğun olaraq
yeddi növ qazıma boruları işlədilir:
-
ucları daxilə qalınlaşdırılmış qazıma boruları;
-
ucları xaricə qalınlaşdırılmış (UXB) tipli qazıma
boruları;
-
ucları gövdədə qaynaq edilmiş (UGQB) tipli qazıma
boruları;
-
ucları xaricə qalınlaşdırılmış hissədə qaynaq edilmiş
(UXQQB) tipli qazıma boruları;
-
geoloji kəşfiyyat qazıması üçün qazıma boruları;
-
yüngülləşdirilmiş (YQB) tipli qazıma borular;
-
ağırlaşdırılmış qazıma boruları (AQB).
Qazıma boruları aşağıdakı ölçülərdə hazırlanır:
xarici diametrləri – 60,73,89,102,114,127,140 və 168
mm, divarlarının qalınlığı -7 – 11 mm
Ucları daxilə qalınlaşdırılmış borular (şəkil 5.2 a) rotor
üsulu ilə qazımada tətbiq edilir. Bu boruların ucları daxilə
qalınlaşdırıldığından, boruların birləşdikləri hissələrdə qazıma
məhlulunun keçid kanalı kiçik, və burada mayenin hərəkətinə
göstərilən hidravlik müqavimət çox olur.
Ucları xaricə qalınlaşdırılmış borular (şəkil 5.2b) UXQ
tipli olur və elektrik qazıma üsulunda işlədilir. Bu boruların
daxili kanalı birləşmə yerlərində belə dəyişmir, ona görə də bu
borular içərisində hərəkət edən mayeyə göstərilən hidravlik
müqavimət, təxmini də olsa sabit və çox azdır.
Dostları ilə paylaş: |