Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   14   15   16   17   18   19   20   21   ...   60

 
             
 
 
Şəkil 5.2. Qazıma boruları 
a –ucları daxilə qalınlaşdırılmış;b – ucları xaricə qalınlışdarılmış; 
1 – qıfıl muftası; 2 - boru; 3 – qıfıl nipeli 
 
Bundan  əlavə,  bu  həmin  boruların  içərisində  üçdamarlı  zirehli 
elektrik  kabeli  yerləşdirilir.  Bu  boruları  birləşdirmək  üçün 
yalnız  qıfıllardan  istifadə  olunur.  Qıfıl  əsasən  iki  hissədən 
ibarətdir. Qıfılın xarici  yivi olan nipeli borunun aşağı ucunda, 
daxili  yivi  olan  muftası  isə  borunun  yuxarı  ucunda  yerləşir. 
Borular  üçün  qıfıllar  diametrlərindən  asılı  olaraq  üç  tipdə 
buraxılırlar (şəkil 5.3). 
a) QG – geniş keçid kanalı olan qıfıl; 
b) QN – normal keçid kanalı olan qıfıl; 
c) QA – daxili diametri artırılmış keçid kanallı qıfıl. 
Üçüncü  tip  qıfıldan  ucları  xaricə  qalınlışdırılmış  boru-
ların birləşməsində istifadə edilir. 
Ucları  qaynaq  edilmiş  qazıma  boruları  (şəkil  5.4)  iki 
tipdə (UGQB və UXQQB) buraxılır. UGQB tipli borularda uc 
qaynağı borunun gövdəsində, UXQQB tipli borularda isə ucları 
xaricə  qalınlaşdırılmış  hissədə  yerinə  yetirilir.  Ona  görə  də, 
UGQB  boruları  rotor  qazıma  üsulunda  yaranan  qüvvələrin  tə-
sirinə  qarşı  nisbətən  zəif  alındığından,  ancaq  turbin  qazıma 
üsulunda,  UXQQB  tipli  borular  isə  möhkəm  alındığından  hər 
iki qazıma üsulunda işlədilir. 
 
б 
а 


 
             
 
 
 
 
Şəkil 5.4.Ucları qaynaq edilmiş daxili bərabər kanallı  
qazıma boruları 
a –UGQB  tipl; b – UXQQB tipli 
 
 
Şəkil 5.5 Yüngülləşdirilmiş qazıma boruları 
 (yiv açılması üçün hazır halda) 
 
YQB  tipli  borular  73,93,114,129  və  147mm  diametr-
lərdə,  ucları  daxilə  qalınlaşdırılmış  halda  hazırlanır.  Diametr-
ləri 73,93mm olan borular 9m və diametrləri 114,129, 147mm 
olan borular isə 12m uzunluğunda istehsal edilir. 


 
             
 
 
Ağırlaşdırılmış  qazıma  boruları  (AQB)  (şəkil  5.6) 
qazıma  kəmərinin  aşağı  hissəsinin  (QKAH)  sərtliyini, 
dayanıqlığını  və  baltaya  oxboyu  yükün  verilməsini  təmin 
etmək,  quyu  lüləsinin  təbii  olaraq  əyilməsinin  qarşısını  almaq 
məqsədilə  qazıma  kəmərinin  aşağı  hissəsində  yerləşdirilir. 
Qazıma  zamanı  baltaya  verilən  oxboyu  yük  nəticəsində 
kəmərin  aşağı  hissəsi  həmin  yükə  müvafiq  olan  uzunluqda 
sıxılır  və  əyilməyə  m  eyl  edir.  Qazıma  kəmərinin  aşağı 
hissəsinin  quyu  dibində  əyilməsi  hallarında  balta  şaquldan 
uzaqlaşır  inhiraf  edir  və  quyunun  gövdəsi  əyilir.  Odur  ki,  bu 
hal  ilə  mübarizə  məqsədilə  AQB-dan  istifadə  edirlər.  Balta 
üzərinə  veriləcək  oxboyu  yükün  qiymətinə  müvafiq  AQB-nin 
uzunluğu 20-25% ehtiyatla qəbul edilir. Bununla da QKAH-nin 
dayanıqlığı təmin edilmiş olur. 
Balta  üzərinə  verilən  oxboyu  yükün  təsirindən  qazıma 
kəmərinin  aşağı  hissəsi  sıxılır,  yuxarı  hissəsi  isə  dartılmış 
vəziyyətdə  olur.  Bu  iki  hissənin  sərhəddində  istiqamətləri 
müxtəlif  olan  dəyişən  gərginliklər  (dartılma  və  sıxılma 
gərginlikləri)  alındığı  üçün  həmin  neytral  kəsik  ən  təhlükəli 
kəsik  adlanır.  Məhz  bu  səbəbə  görə  balta  üzərində 
yerləşdiriləcək  AQB  elə  uzunluqda  olmalıdır  ki,  neytral  kəsik 
AQB-nin üzərinə düşsün və kəmərin sınması baş verməsin. 
 
 
 Qazıma kəmərinin köməkçi hissələri 
 
Çox hallarda qazıma kəmərinin ünsürləri müxtəlif növ-
lü  və  ölçülü  yivlərlə  birləşməli  olur.  Bu  zaman  keçiricilərdən 
istifadə edilir.  
Məsələn:  FGK  markalı  keçirici  aparıcı  borunun  yuxarı 
ucunu  fırlanğıcın  qidalandırıcı  lülə  borusuna  bağlamaq  üçün 
işlədilir;  
KAK  markalı  keçirici  isə  aparıcı  borunun  aşağı  ucunu 
qazıma borularına bağlamaq üçün tətbiq edilir; 


 
             
 
 
KK  markalı  keçirici  iki  müxtəlif  nipelli  və  muftalı 
ucları birləşdirmək üçün tətbiq edilir; 
MK  markalı  keçirici  iki  müxtəlif  ölçülü  nipelli  ucları 
birləşdirmək üçün tətbiq edilir; 
NK  markalı  keçirici  müxtəlif  ölçülü  2  muftalı  ucları 
birləşdirmək üçün tətbiq edilir. 
K markalı keçirici quyuların sementlənməsində qazıma 
borusu ilə qoruyucu kəməri birləşdirmək üçün tətbiq edilir. 
Qazıma zamanı quyudan qazıma borusu vasitəsilə qaz-
neft  təzahürlərinin  qarşısını  alan  əks  bağlayıcı  klapan  qazıma 
kəmərində balta üstündə qıfıl birləşmələri arasında yerləşdirilir 
(şəkil 5.7). 
Qoruyucu 
rezin 
halqalar (protektor Bettis 
halqaları).  Rotor  üsulu 
ilə qazıma zamanı qazıma 
kəməri quyuya buraxılmış 
qoruyucu 
kəmərlərin 
içərisində  fırlanmalı  olur. 
Belə  hallarda  qazıma 
kəmərindəki 
qıfılların 
qoruyucu  kəmərə  dəyib 
onu  zədələməməsi  və  tez 
yeyilib sıradan çıxmaması 
üçün  qazıma  borularına 
rezin halqalar geydirilir. 
Qəlibləyici,  mər-
kəzləşdirici  və  sabitləş-
dirici. 
Bunlar 
rotor, 
elektrik və xüsusilə turbin 
qazımasında 
işlədilir. 
Hazırda üçşaroşkalı qəlib-
ləyicilərdən  daha  çox 
istifadə  edilir.  Bu,  şaquli 
 Əкs клаpан 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə