Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   2   3   4   5   6   7   8   9   ...   60

 
 
 
 
 
1)
 
İstismar quyuları-laydan neft, qaz, duz  məhlulları, mineral və müalicə 
sularının çıxarılması üçün qazılır. 
2)
 
Kəşfiyyat quyuları-layların məhsuldar qatlarını öyrənib, onun sənaye 
əhəmiyyətini öyrənmək üçün qazılır. 
3)
 
İstismar-Kəşfiyyat quyuları- layların konturunu öyrənmək məqsədi ilə qazılır. 
4)
 
Qiymətləndirici quyular- məhsuldar layı tamamilə öyrənib, onun sənaye 
əhəmiyyətinə yekun vurmaq üçün qazılır. 
5)
 
Qaz və ya Suvurucu quyular-  layın enerjisini artırmaq və ya saxlamaq məqsədi 
ilə laya su və ya qaz vurmaq üçün qazılır. 
6)
 
Su quyuları-laydan su çıxarmaq üçün qazılır. 
7)
 
Artezian quyuları-təzyiqli sulu laylardan fontanla su almaq məqsədi iləqazılır. 
8)
 
İri diametrli quyular- şaxtlar üçün qazılır. 
9)
 
Mikrodiametrli quyular- bəzi kəşfiyyat məqsədləri üçün qazılır. 
10)
 
Seysmik kəşfiyyat quyuları- layları partladıb, onları seysmik üsullarla 
öyrənmək məqsədi ilə qazılan quyular. 
11)
 
Struktur kəşfiyyat quyuları- kəşfiyyat məqsədi ilə layların strukturunu 
öyrənmək üçün qazılır. 
12)
 
Geoloji axtarış və kəşfiyyat quyuları- laylarda və yerin qatlarında faydalı 
qazıntılar axtarışı məqsədi ilə qazılır və s. 
 Göstərilən quyular uyğun üsullarla həm şaquli, həm də maili, yaxud münasib halda 
üfqi istiqamətdə istər quruda istərsə də dənizdə qazıla bilər. Bunlarla əlaqədar olaraq 
hazırda müxtəlif qazma üsulları tətbiq edilir. 
   
 
Neft və qaz quyularının qazılması üsulları 
 
Neft və qaz quyuları iki üsulla; vurma və fırlanma üsulları ilə qazılır. Vurma üsulu ilə 
qazımada süxurlar şaquli istiqamətdə (yuxarıya və aşağıya) hərəkəti etdirilən baltanın 
zərbələri nəticəsində dağıdılır və dağıdılmış süxur hissəcikləri maye ilə birlikdə 
quyudan çıxarılır. Hazırda neft və qaz quyularının qazılmasında bu üsuldan istifadə 
edilmir. Fırlanma üsulu ilə qazımada isə süxurlar fırladılan balta vasitəsilə kəsilir, 
qoparılır və doğranılır və suxur hissəcikləri qazıma zamanı fasiləsiz dövran edən 
yuyucu maye vasitəsilə quyudan çıxarılır. Fırlanma üsulu üç növə ayrılır: 
1)
 
Rotor qazıması.Bu halda quyudibinə endirilmiş balta, qazma boruları ilə 
birlikdə quyuağzında yerləşdirilmiş rotor vasitəsilə hərəkətə gətirilir; 
2)
 
Turbin qazıması. Bu halda balta və onun üstündə yerləşdirilmiş turbin qazıma 
boruları ilə quyudibinə buraxılır. Turbin quyudibində qazma borularının 
içərisinə yüksək təzyiqlə vurulan yuyucu mayenin enerjisi ilə hərəkətə gətirilir 
və turbinin fırlanma hərəkəti baltaya ötürülür. 
3)
 
Elektrik qazması. Bu halda balta, onun üstündə yerləşdirilmiş xüsusi elektrik 
mühərriki vasitəsilə quyudibində hərəkətə gətirilir. 
Neft və qaz quyularının qazılması prosesi, qazıma üsulundan asılı olmayaraq, 
əsasən aşağıdakı işlərdən ibarətdir: 
 
 


 
 
 
 
 
                 1)Baltanın quyudibinə endirilməsi; 
                 2) Süxurların balta ilə dağıdılması;    
                 3) Baltanın quyudan qaldırılması; 
          4) Quyunun qoruyucu kəmərlə bərkidilməs və sementlənməsi 
                       . 
 Bundan əlavə, qazıma zamanı quyudan süxur və maye nümunələrinin 
götürülməsi, quyunun əyriliynin  ölçülməsi, karataj və digər köməkçi işlər də 
aparılır. 
      Fırlanma üsulu ilə müassir dərin qazıma qurğusunun  sxemi şəkildə 
göstərilmişdir. Balta (1), yüksək keyfiyyətli poladdan hazırlanmış qazıma boruları (2) 
vasitəsilə quyuya endirilir. Bu borular bir-birilə qazıma qıfılları (3) ilə birləşdirilir. 
Baltaya fırlanma hərəkəti rotorun (4) mühərriki (11) və işlək boru (5) vasitəsilə 
ötürülür. Baltanın quyuya endirilib –qaldırılması vışkanın (19) yuxarısında qoyulan 
kranblok,  tal bloku (8), qaldırıcı qarmaq (7), tal kanatı (9) vasitəsilə həyata keçirilir. 
Tal kanatının işlək ucu qazma bucurqadının  (10) barabanına bağlanılır. Qazma 
prosesi zamanı buruq nasosu (12) yuyucu mayeni qəbul çənindən (14)  götürüb, 
monifold (16), rezin buruq şlanqı (17) və fırlanğıc (6) vasitəsilə qazma boru kəmərinə  
vurur və baltanın deşiklərindən  sürətlə çıxan yuyucu maye süxur hissəciklərini 
həlqəvi fəzadan yer səthinə çıxarır. Quyudan çıxan məhlulnov sisteminə (15) daxil 
olur, təmizləyici qurğular vasitəsilə suxurlardan təmizlənir, qəbul çəninə daxil olur, 
oradan da nasos vasitəsilə qazıma boru kəmərinə vurularaq yuyucu mayenin fasiləsiz 
dövranı yaradılır. Quyunun konstruksiyası əsasən quyuya endirilmiş şaxta borusu 
(22),  
Konduktor( 20), texniki və istismar kəmərlərindən ibarətdir. Həmin kəmərlərin 
arxasında möhkəm sement qatı(21), yaradılır. 
 
    Neft və qaz yataqlarının geologiyası və quyuların quruluşu                  
haqqında anlayışı 
 
 
Çökmə hövzə analizi
 
Neft və qaz geologiyası başlıca olaraq çöküntü hövzələrində (sedimentary basins
neft və qazın əmələgəlmə (generation) və toplanmasını (accumulation) şərtləndirən 
yeddi əsas elementin təyini ilə məşğul olur. 

 
Ana (neft-qaz əmələgətirici) süxur  

 
Kollektor süxur  

 
Örtük  

 
Tələ  

 
Zamanlama  

 
Maturasiya  

 
Miqrasiya  


 
 
 
 
 
Ümumilikdə, bütün bu elementlər adətətn çox dar "çərçəvədə” yalnız bir quyu (və 
bəzən daha çox) məlumatları əsasında tədqiq edilir. Bu quyular yer təkinin yalnız 1-
ölçülü seqmentidir və bu məlumatlardan hövzənin 3-ölçülü təsvirini almaq neft-qaz 
geolgiyasının fundamental məsələsidir. Son illərdə ucuz və yüksək keyfiyyətli 3-
ölçülü (3D) seysmik üsulların meydana çıxması ilə bu məsələnin həllində kifayət 
qədər dəqiq nəticələr almaq mümkün olmuşdur. 
 
 
 
 
 
 
Ana süxurların (source rock) tədqiqi süxurdakı üzvi maddələrin (organic matter
təbiətinin təyininə əsaslanır və bir qayda olaraq geokimyəvi üsullardan istifadə 
olunur. Üzvi maddələrin tipi təyin edilməklə ana süxurdan ayrılan karbohidrogenlərin 
tip və keyfiyyət tərkibi haqqında məlumat əldə etmək olar. 
Kollektor (və ya rezervuar) (reservoir rock) süxur məsaməli (porous) və keçirici 
(permeable) olub özündə karbohirogenləri saxlayır. Süxurun kollektor 
xüsusiyyətlərinin təyini məsaməlik (porosity) və keçiriciliyin (permeability
hesablanmasına əsaslanır. Kollektorların analizində stratiqrafiya, sedimentologiya və 
reservaur mühəndisliyi (reservoir engineering) fənnlərindən istifadə olunur. 
Örtük süxur (Seal) aşağı və ya pis keçiricilikli süxur qatı olub karbohidrogenlərin 
kollektorlardan sızmasının qarşısını alır. Ən geniş yayılmış örtük süxurlara 
evaporitlər, təbaşir və gilli şistləri (shale) misal göstərmək olar. Örtük süxurların 
analizı onların qalınlığı və lateral yayılmasının ölçülməsinə əsaslanır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə