Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   2   3   4   5   6   7   8   9   ...   60

 
 
 
 
 
effuziv və intruziv adlanan süxurlara bölünürlər. Effuziv süxurlardan yer səthində ən 
çox  təsadüf  ediləni  diabaz,  bazalt,  profir,  vulkan  torfu,  pemza,  absidon,  traxit  və  s. 
göstərmək olar. İntruziv süxurlar yer səthinin aşağı qatında tədricən soyuyan qranit, 
sienit,  diorit,  qabbro,  preksen  və  digər  az  məsaməli  bərk  süxurlardır.  Ümumiyyətlə, 
mağmatik  süxurlar  başqa  süxurlara  nisbətən  çox  bərkdir.  Həmin  süxurlarda  bəzi 
geoloji axtarışlar aparılması və tunellər çəkilməsi üçün qazıma işləri görülür. 
Metamorfik  süxurlar  qarşılıqlı  təmas,  istilik  və  təzyiq  nəticəsində  mağmatik 
süxurlardan  törənmişlər.  Bunlara  kristallik  şist,  mərmər,  kvarsit  və  s.  kimi  fərqli 
xüsusiyyətlərə  malik  süxurlar  aiddir.  Bu  süxurların  əsas  xüsusiyyətləri  paralel 
müstəvilər  üzrə  doğranma  qabiliyyətləridir  ki,  bu  da  onlardan  hazırlanan 
məhsullardan tikinti işlərində istifadə edilməsinə imkan verir. 
Çöküntü  süxurları  mağmatik  və  metamorfik  süxurların  fiziki,  kimyəvi  və 
mexaniki  proseslər  nəticəsində  parçalanmasından  alınan  məhsullardur.  Bunlar 
günəşin  təsiri  ilə,  külək,  buzlaqlar,  çay  və  sellər  vasitəsilə  yer  səthinə  yayılaraq, 
milyon və milyard illər boyu çöküntü kimi qalın təbəqələr əmələ gətirmişdir. Çöküntü 
süxurlarının yarandığı bu təbii proses daim hərəkətdə və mikro - inkişafda olmuşdur. 
Bunların  mikro  -  inkişafı  çox  cüzi,  təxminən  hər  100  il  ərzində  0,3-3mm  olduğuna 
görə,  insanların  təbiətə  olan  münasibəti  dövründə  bu  inkişaf  prosesi  hiss  olunmur. 
Uzun 
müddət 
geoloji 
fəaliyyətdə 
olan 
həmin 
çöküntülər 
tərkibləri 
karbohidrogenlərdən ibarət heyvan orqanizmləri və bitki qalıqlarıdır. 
Təsadüfi deyil ki, neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı, əsasən çöküntü 
süxurlarının mövcud olduğu sahələrdə aparılır. Çöküntü süxurları əmələgəlmə proses-
lərindən asılı olaraq üç növə ayrılır: 
1.
 
Mexaniki çöküntülər. 
2.
 
Kimyəvi çöküntülər. 
3.
 
Üzvi çöküntülər. 
1)
 
Mexaniki 
çöküntülərə  qırıntıları  (dənələri)  təbii  sementləşmiş  və 
sementləşməmiş şəkildə rast gəlinir. 
   Mexaniki  çöküntülərin  bərkliyi  onların  hissəciklərinin  qarşılıqlı  təsirindən, 
ölçüləri,  məsaməlikləri,  sementləşmə  dərəcəsi  və  sementləşdirici  maddənin 
tərkibindən  asılıdır.  Bu  çöküntülərin  sıxlığı  bir  çox  hallarda  2,1  –2,8  q/sm
3
 
hüdudunda dəyişir. 
2)
 
Kimyəvi  çöküntülər  normal  və kolloid  məhlullarda  olan  mineral  hissəciklərin 
çökməsi nəticəsində əmələ gəlir. 
   Sementləşmiş süxurlar sementləşməmişlərə nisbətən çox bərk olur. Lakin süxur 
qırıntılarının  ölçüsü  və  sementləşdirici  maddənin  tərkibi  müxtəlif  olduğuna 
görə, sementləşmiş süxurların bərkliyi də müxtəlif olur. Təbiətdə yaranan belə 
çökmə  süxurlara,  əhəng  daşlarını,  əhəngli  tufları,  dolamitləri,  mergelləri  və 
sideritləri aid etmək olar. 
3)
 
Üzvi  çöküntülərə  əsasən  orqanogen  çökmə  süxurlar  aiddir  ki,  bunlar  da 
orqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gəlir. Buraya üzvi yolla əmələ 
gəlmiş balıqqulaqlı əhəngdaşları, təbaşir, diatomit,  
trenel  və  opal  hissəcikləri  daxildir.  Orqanogen  süxurlar  başlıca  olaraq  dəniz  və 
göllərin dibində əmələ gəlir. 


 
 
 
 
 
Neft  və  qaz  quyularının  qazılmasında  qarışıq  süxurlara  tez-tez  təsadüf  olunur 
və bu qarışma nəticəsində süxurların məsaməlik və bərkliyi də dəyişir. Eyni bir süxur 
daha böyük dərinlikdə yerləşdikcə onun üzərindəki üst qatların ağırlığının təsirindən 
həmin  süxurların  sıxlığı  artır.  Məhz  bu  səbəbə  görə  süxurlar  müxtəlif  dərinlikdə 
olması nöqteyi-nəzərincə müxtəlif sıxlığa malik olur. 
Süxurların hər bir nöqtəsində fiziki sabitlər (istilikkeçirmə, elektrik - keçirmə, 
elastiklik, sərtlik və s.) eyni olduqda, belə süxurlara izotrop süxurlar deyilir. Lakin bu 
sabitlər  paralel  istiqamətlərdə  eyni,  digər  istiqamətlərdə  isə  müxtəlif  olarsa,  belə 
süxurlar anizotrop suxurlar adlandırılır. 
 
                
              Dağ süxurlarının fiziki-mexaniki xassələri 
 
Dağ süxurlarının neft və qaz quyularının qazılmasına təsir göstərən əsas fiziki-
mexaniki  xassələri  aşağıdakılardır:  məsaməlik,  keçiricilik,  elastiklik,  plastiklik, 
möhkəmlik, bərklik və abrazivlik. 
Məlumdur  ki,  bütün  dağ  süxurları  xarici  qüvvələrin  təsirindən  deformasiyaya 
uğrayır.  Bu  təsirlər  götürüldükdə  həmin  süxurlar  əvvəlki  vəziyyətinə  qayıda,  ya  da 
qayıtmaya bilər. Süxurların birinci vəziyyəti elastiki deformasiya, ikincisi isə plastiki 
deformasiya  adlanır.  Təbiətdə  olan  bütün  süxurlar  elastik  kütlədirlər  və  onların  hər 
birinin  özünə  məxsus  elastiklik  həddi  var.  Yəni  bu  həddə  qədər  süxura  təsir  edən 
qüvvə nəticəsində onun daxili strukturu pozulmur və təsir qüvvəsi geri götürüldükdə 
o  əvvəlki  vəziyyətinə  tam  qayıdır.  Lakin  bəzi  süxurlarda  elastiklik  həddi  başa 
çatdıqdan  sonra  qüvvənin  təsiri  davam  edərsə,  onun  daxili  strukturu  pozulur  və 
süxurda  plastik  axma  baş  verir.  Belə  vəziyyətdə  qüvvə  geri  götürüldükdə,  süxurda 
qalıq  deformasiyası  müşahidə  edilir.  Qüvvənin  təsiri  davam  edərsə,  suxurun 
dağılması  prosesi  gedir.  Elə  süxurlar  da  var  ki,  onlarda  dağılma  baş  vermir.  Belə 
süxurlar yüksək plastikliyə malik süxurlardır. 
Süxurlara xarici qüvvə ilə təsir etdikdə aşağıdakı üç hal müşahidə olunur: 
1)
 
elastiklik həddinin sonunda dağılan kövrək süxurlar; 
2)
 
plastiklik həddinin sonunda dağılan plastik-kövrək süxurlar; 
3)
 
dağılması baş verməyən tam plastik süxurlar. 
 
 
 
Hər  hansı  bir  süxurun  xüsusi  çəkisi  onun  vahid  həcmində  yerləşən  maddənin 
çəkisi  ilə  təyin  olunur,  q/sm
3
,  kq/m
3
və  ya  t/m
3
  ilə  ölçülür  və  şərti  olaraq 

  hərfi  ilə 
işarə edilir. 
Məsələn,  gillərin  xüsusi  çəkisi  2,2–  2,6  q/sm
3
  arasında  dəyişir  və  bəzi  ağır 
gillərin  xüsusi  çəkisi  isə  3,8  q/sm
3
-ə  qədər  olur.  Süxurun  sıxlığı  vahid  həcmdə  olan 
maddənin  miqdarı  olub 

  ilə  işarə  edilir.  Sıxlıq  və  xüsusi  çəki  arasındakı  əlaqə 
aşağıdakı kimidir: 
 
 
 
 

 = j 

 

 
burada – sərbəst düşmə təcilidir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə