Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   2   3   4   5   6   7   8   9   ...   60

 
 
 
 
 
Tələ (trap) kollektor və ğrtüklərin bir-birinə yanaşıqlı olmasını təmin etməklə 
karbohidrogenlərin yığımlarda saxlanılmasını təmin edir. Əks halda karbohidrogenlər 
Arximed qüvvəsinin (natural buoyancy) təsiri altında yer səthinə sızır və beləliklə 
itirlər. 
Süxurların maturasiya (yetkinlik) (maturation) analizi ana süxurların termal 
tarixlərinin (thermal history) tədqiqi və beləliklə karbohidrogenlərin əmələ gəlməsi və 
ana süxurdan ayrlması (expulsion) zamanı və həcmini təyin etməyə imkan verir. 
Miqrasiya (migration) analizi karbohidrogenlərin ana süxurdan kollektor süxurlara 
hərəkətini və bəlli bir ərazidə karbohidrogen mənbələrinin (“mətbəxlərinin”) təyininə 
yardım edir. 
    Ən sonda zamanlama (timing) faktoru nəzər alınmalıdır. Zamanlama dedikdə, 
məsələn, tələlər neft-qaz sıralı karbohidrogenlər ana süxurlardan ayrılmadan öncə 
movcud olmalıdırlar. Əks halda karbohidrogenlər yataq sala bilmir və yer səthinə 
sızaraq itirlər. Neft-qaz əmələgətici süxur, miqrasiya yolları (migration pathways) , 
kollektor və tələnin iştirakı, lakin yalnız örtük süxurların olmaması da neft-qazın 
itməsinə gətirib çıxarır və qazılan quyuların “boş” çıxması ilə nəticələnir. 
          Neft-qaz yığımları –neft və qazın keçirici olan məsaməli və çatlı kollektorlarda 
təbii yolla yığılmasıdır. Yığımın forma və ölçülərinə ğörə uyğunlaşır. Qaz, neft və su 
tələdə öz sıxlıqlarına uyğun yerləşi 
     
 


 
 
 
 
 
 
Qaz təbii rezevuarın tavan hissəsində-örtüyün altında, neft isə qaza nisbətən aşağıda, 
su isə ən aşağıda yerləşir. Qaz və neftin, neft və suyun kontakt səthləri uyğun olaraq 
qaz-neft və su-neft kontaktları adlanır. Qaz-neft (su-neft) kontaktının məhsuldar layın 
tavanı ilə kəsişməsindən alınan xətt xarici qazlılıq (neftlilik) konturu adlanır. Su-neft 
(qaz-neft) kontaktının məhsuldar layın dabanı ilə kəsişməsindən alınan xətt isə daxili 
neftlilik (qazlılıq) konturu adlanır.Qaz papğı –yataqda sərbəst qazın neft üzərində 
toplanmasıdır.Müəyyən temperatur şəraitində lay təzyiqi neftin qazla doyma təzyiqinə 
bərabər olarsa, qaz papağı yaranır. Əgər lay təzyiqi neftin qazla doyma təzyiqindən 
böyük olarsa bütün qaz neftdə həll olur. Əgər tələdəki nef və qazın miqdarı layın 
bütün qalınlığının dolmasına kifayyət etmirsə, onda daxili qazlılıq və ya neftlilik 
konturu ilmur(təbii massiv rezervuarlarda olduğu kimi). 
    Yatağın eni, uzunluğu və sahəsini onun daxili neftlilik (qazlılıq) konturu daxilində 
üfüqi müstəvi üzərində proyeksiyasından təyin etmək olur. Yatağın hündürlüyü şaquli 
istiqamətdə onun dabanından ən hündür nöqtəsinə qədər olan məsafədir. Yataqlar 
genetik cəhətdən tələlərlə əlaqədar olduğundan, onlar da tələlər kimi struktur
stratiqrafik, litoloji və rifogen tiplərə ayrılır. Yer qabığında məhdud sahə daxilində bir 
və ya bir neçə təbii tələ üzrə öyrənilmiş nef və qaz yataqları toplusu neft-qaz yatağı 
adlanır. 
Tək yığımdan ibarət tələ- onda olan ehtiyatı nəzərə alınmaqla sənaye əhəmiyyətli 
istismara verildikdən sonra yataq adlanır. əgər bir neçə yığım eyni növ struktura 
malikdirsə və onların işlənməsinə eyni cür yanaşma tələb olunursa, onda bu yığımlar 
bir yatağa aid ola bilər. 
       Neft-qaz yataqları iki sinfə bölünür: 
1)
 
Geosinklinal vilayətlərdə(Azərbaycan, Özbəkstan) formalaşmış neft-qaz 
yataqları; 
2)
 
Platforma vilayətlərdə (Qərbi sibir) formalaşmış nef-qaz yataqları. 
Geoloji quruluşuna görə oxşar və qarşıq olan, müəyyən vahid qrup üzrə öyrənilən və 
bir-birilə genetik şəkildə əlaqəli olan tələlər birliyi neft-qaz toplanma zonası adlanır. 
Neftli-qazlı vilayət və neftli-qazlı əyalətlər böyük neftli-qazlı ərazilərin daxilində 
olur. Neftli-qazlı rayon neftli-qazlı vilayətin bir hissəsi olub, coğrafi və ya geostruktur 
nişanələrinə görə seçilən neft-qaz toplanma zonalarını birləşdirir. 
Neftli-qazlı vilayət nəhəng geostruktur elementlərdən birinə mənsub olub, onunla 
ümumi geoloji inkişaf tarixi və eyni geoloji quruluşa malik olan ərazidir. 
Neftli-qazlı əyalət dedikdə, yanaşı neftl və qazlı vilayətləri birləşdirən, geoloji 
kəsilişdə əsas neft-qaz çöküntüləri üzrə ümumi stratiqrafik vəziyyətə malik və 
regional geologiyasının əsas xüsusiyyətləri oxşar olan geoloji vilayət başa düşülür. 
 
Neft (qədim akkad dilində "napatum", yəni iylənənalovlanan deməkdir) - əsasən 
karbohidrogenlərin və digər üzvi birləşmlərin mürrəkkəb qarışığından ibarət spesifik 
iyə malik yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda 
dəyişir. (0.77 – 0.98 
q/
sm
3
) . 


 
 
 
 
 
Yüngül (
xüsusi çəkisi
 aşağı və 
sıxlığı
 kiçik) neftlərdə 97%, 
ağır neftl
ər və 
bitumlarda
 isə bu 
rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki 
karbohidrogenl
ər başlıca olaraq 
alkanlar

sikloalkanlar
 və müxtəlif 
aromatik karbohidrogenlərl
ə təmsil olunur. Bundan əlavə 
neftin tərkibində 
azot

oksigen

kükürdl
ü birləşmələr və çox cüzi miqdarda 
dəmir

nikel

mis
 və 
vanadium
 metallarına da rast gəlinir. 
O, 
Yer kürəsind
ə ən mühüm təbii enerji ehtiyyatlarından sayılır. Neft 
elektrik
 
enerjisinin
 
əldə edilməsi və 
nəqliyyat
 vasitələrində yanacaq kimi istifadə eidlir. Bundan əlavə neft 
kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. 
Buna görə də, o həm də "Qara qızıl" adlanır 
                                                 
 
      Dənizdə və quruda quyu tikintisi haqqında ümumi anlayış 
    
     Qazıma  qurğusu  avadanlığı  kompleksi  –  qazıma  qurğusu  biri  –  biri  ilə    
kinematik 
    və ya texnoloji əlaqədə olub , qurğunun vəzifəsinə , tipinə , ölçülərinə uyğun 
    gələn maşın və mexanizmlər kompleksindən ibarətdir . Avadanlıq komplektinə 
    bucurqad , tal sistemi , rotor , fırlanqıc , nasoslar , vışka və köməkçi aqreqatlar 
    daxildir . 
        Kompleksin tərkibi , qabariti , kütləsi , nəqliyyyat bazası və qurğunun əsas 
    hissələri qazılan quyunun vəzifəsindən və dərinliyindən aslıdır . 
        Bu cəhətdən qazma qurğuları aşağıdakı əsas növlərə bölünür : 
1)
 
Istismar və dərin kəşfiyyat qazması qurğuları ; 
2)
 
Geoloji – axtarış ( kiçik diametrli qazılan quyular vasitəsilə yataqların  
açılması və məhsuldar horizontların yoxlanılması ) quyuları : 
3)
 
quyunun mənimsənilməsi , sınanması və əsaslı təmır edilməsi üçün  
    qurğular . Bunlar da qazma qurğularıdır , çünki quyu mənimsənılərkən 
    və sınaqdan keçirilərkən  sement tıxaclarını qazıdıqda , əsaslı təmir  
    zamanı isə qazıma işləri apardıqda onlardan istifadə edilir . 
        Vışkayanı tiklilər – qazıma qurğusunun və vışkanın qurulması və ya  
    qoyulması ılə yanaşı , vışkayanı tikliləri də inşşa etməyə başlayırlar . 
    Vışkayanı tikililərə : 
1)
 
bucurqadın hərəkət mexanizmlərini qorumaqdan ötrü reduktor sarayı : 
2)
 
elektrik mühərriklərini və qazıma nasoslarını qorumaqdan ötürü saray 
3)
 
qazıma borularını , qoruyucu və ya başqa boruları , həmçinin avadanlığı , 
alətləri , material və ehtiyyat hissələrini nəql etmək üçün qəbul körpüsü 
4)
 
yuyucu məhlulu qazılmış süxurdan təmizləmək ücün nov sistemi ; 
5)
 
bir sıra köməkçi qurğular aiddir; 
     
      
                     
 
  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə