Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   2   3   4   5   6   7   8   9   ...   60

 
 
 
 
 
QAZIMA İŞLƏRİNİN TEXNİKA VƏ TEXNOLOGİYASININ İNKİŞAF  
                TARIXINDƏN QISA MƏLUMAT                                                                                                                                            
 
Eramıza  qədər  məhz  insanların  hansı  minillikdə  neftdən  ilk  dəfə  istifadə 
etdiklərini  təyin  etmək  çox  çətindir,  lakin  ehtimal  etmək  olar  ki,  bu  çox  qədim 
zamanlarda  baş  vermişdir.  İlk  öncə  neftdən  ən  müxtəlif  xəstəliklərə  (cüzam,  göz 
iltihabı)  qarşı  müalicə  məqsədilə  istifadə  edirdilər.  Bundan  əlavə  qədimdə  neft  işıq 
materialı kimi də geniş yayılmışdı. 
Quldarlıq  quruluşu  dövründə  neftin  və  təbii  bitumun  işlənilmə  sahələri 
müəyyən qədər genişlənməyə başladı. Artıq onlardan ancaq müalicə və işıq materialı 
kimi deyil, həm də tikinti işlərində də istifadə olunurdu. Lakin neftin əvvəllər olduğu 
kimi  yer  üzündən,  yığılma  üsulları  tələbatı  ödəyə  bilmirdi.  Lazımi  tələbatın 
ödənilməsi  üçün  «çala  qazılması»  üsulu  yarandı.  Bu  üsulla  dərinliyi  az  olan  (2m-ə 
qədər)  çala  qazılır  və  çala  divarının  uçmaması  üçün  hörgü  işləri  görülürdü.  Çalaya 
yığılan neft miqdarından asılı olaraq müntəzəm çıxarılırdı. 
Feodalizm  quruluşu  dövründə  coğrafi  kəşflər  və  ticarət  əlaqələrinin 
genişlənməsi  ilə  bağlı  bir  çox  sahələrin  inkişafı  ilə  yanaşı,  neft  sahəsi  də  tərəqqi 
etməyə başladı. Neftə olan tələbatın artması  ilə əlaqədar bu yanacağın əldə edilməsi 
yeni  texniki  üsulların  işlənməsinə  gətirib  çıxartdı.  Sonralar  əvvəlki  çala  qazılması 
üsulundan daha sərfəli olan «quyu qazılması» üsulu ilə neft hasilatı dövrü başlandı. 
Həmin üsul nisbətən dərinlikdə neft yerləşən laylarının istismarına imkan yaratdı. Bu 
dövrdə  ölkəmizin  ümumi  sənaye  inkişafında  neft  emalının  əhəmiyyəti  xeyli  artdı. 
Dəmiryolu, su nəqliyyatı, zavod və fabriklər üçün birinci növbədə yanacaq (kömür və 
neft)  lazım  idi.  Odur  ki,  dağ  süxurlarının  dağıdılması  üçün  yeni  mükəmməl  və 
bununla  birlikdə  neftin  yer  üzərinə  qaldırılmasını  təmin  edən  üsullar  lazım  idi. 
Beləliklə quyuların qazılma üsulu meydana gəldi. 
1848-ci  ildə  dünyada  ilk  dəfə  olaraq  Azərbaycanda,  Bakının  Bibiheybət 
adlanan  ucqarında  texniki  üsulla  neft  quyusu  qazıldı.  Rusiyada  isə  ilk  neft  quyusu 
1864-cü  ildə  Şimali  Qafqazda  qazılmışdır.  Lakin  təəssüf  ki,  ABŞ-nın  Pensilvaniya 
ştatında  1859-cu  ildə  Edvin  Dreyk  tərəfindən  qazılmış  quyu  dünyada  qazılmış  ilk 
quyu  hesab  edilir.  Bibiheybətdə  qazılmış  ilk  quyu  isə  beynəlxalq  mütəxəssislər 
tərəfindən  qeydə  alınmamışdır.  Buna  baxmayaraq,  dünyada  ilk  neft  quyusu  kimi 
qeydə alınan «USA-Edviak Frake-5a» quyusundan 11 il əvvəl qazılmış «Bibiheybət-
48» quyusu dövrümüzədək tarixi muzey eksponatı kimi qorunub saxlanmaqdadır. 
Azərbaycanın  neft  mədənlərində  həmin  vaxtdan  etibarən  dəmir  ştanqla  alətin 
sərbəst düşməsinə əsaslanan (ştanqla vurma) qazıma üsulu geniş yayıldı. 
Quyuların əllə qazılması üsulundan mexaniki vasitələrlə qazılmasına keçilməsi 
qazıma  işlərinin  mexanikləşdirilməsi  sahəsində  bir  çox  məsələlərin  həllinin 
vacibliyini  gündəmə  gətirdi.  1848-ci  ildə  fırlanma  üsulu  ilə  quyu  qazılması  və 
dağıdılmış  süxur  hissəciklərinin  qazıma  məhlulunun  köməyilə  yer  üzərinə 
qaldırılmasını fransız mühəndisi Fovel kəşf etdi. 1901-ci ildə dünyada ilk dəfə ABŞ-
da rotor üsulu ilə quyu qazımağa başladılar. Beləliklə,dağıdılmış suxur hissəciklərini 
qazıma  məhlulunun  dövranı  nəticəsində  yer  üzərinə  qaldırmaqla  quyu  dibinin 
yuyulmasına  əsaslanan  fırlanma  üsulu  ilə  qazımanın  inkişafı  və  təkmilləşdirilməsi 


 
 
 
 
 
tarixi həmin ildən başlanır. Rusiyada ilk dəfə rotor üsulu ilə dərinliyi 345m olan neft 
quyusu 1902-ci ildə Qroznı rayonunda qazılmışdır. 
Bu  zaman  quyuların,  xüsusilə  rotor  üsulu  ilə  qazılmasında,  yaranan 
problemlərdən  biri  qoruyucu  kəmərlə  quyu  divarı  arasındakı  boruarxası  fəzanın 
hermetikliyini  yaratmaq  idi.  1906-cı  ildə  rusiyalı  mühəndis  A.A.Boquşevski 
qoruyucu kəmər içərisinə sement məhlulu vurmaqla və sonra onu qoruyucu kəmərin 
içərisindən sıxışdırıb, boru arxası fəzaya çıxarmaqla bu problemi həll etdi. 
1923-cü  ildə  M.A.Kapelyuşnikov,  S.M.Voloxov  və  N.A.Kornayev  neft 
sənayesinin  inkişafında  böyük  əhəmiyyəti  olan  birpilləli  quyudibi  hidravlik 
mühərriki-turbin  qazıyıcısını  ixtira  etdilər.  Həmin  ildə  bu  mühərrikin  köməyi  ilə 
dünyada  ilk  neft  quyusu  Azərbaycanın  Suraxanı  rayonunda  qazıldı.  Lakin  bu 
mühərrik az səmərəli olduğu üçün geniş tətbiqini tapmadı. 
1934-cü ildə P.P.Şumilov, Ə.İ.Tağıyev və M.T.Qusman reduktorsuz çoxpilləli 
turbin  qazıyıcısını  yaratdılar.  1940-cı  ildə  bu  qazıyıcının  təkmilləşdirilməsi  layihəsi 
sona çatdı və sənaye tipli turbin qazıyıcısı əldə olundu. 1944-cü ildən etibarən turbin 
qazıyıcısı ilə quyu qazılması çox geniş tətbiq edilməyə başladı. Turbin qazıyıcısının 
konstruksiyası  illər  keçdikdə  təkmilləşdirilir  və  yeni  tipli  hidravlik  quyudibi 
mühərrikləri  işlənib  hazırlanırdı.  1960-cı  ildə  vintli  (həcmli)  quyudibi  mühərriki 
yaradıldı ki, bu da hazırda neft və qaz quyularının qazılmasında geniş tətbiq edilir. 
1937-1938-ci 
illərdə  mühəndislər  A.P.Ostrovski,  A.A.Boqdanov  və 
A.V.Aleksandrov tərəfindən hidravlik tipdə olmayan yeni quyudibi mühərriki-elektrik 
qazıyıcısı hazırlanmışdır.  1940-cı ilə  Azərbaycanda  Bakı şəhəri  yaxınlığındakı  Qala 
neft  mədənlərində  elektrik  qazıyıcısı  ilə  dünyada  ilk  neft  quyusu,  1941-ci  ildə  isə 
Bibiheybət mədənlərində turbin qazıyıcı ilə ilk maili quyu qazıldı. 
 Beləliklə, demək olar ki, bəşəriyyət 150 ildən artıqdır neft və qaz quyularının 
qazılması ilə məşğul olur. Bu zaman ərzində yerin təkini öyrənmək məqsədi ilə onun 
dərinliklərin nüfuz edilmişdir. Rusiyanın Kola yarımadasında qazılan quyunun faktiki 
dərinliyi 12 262m olmuşdur. 
Xəzər  dənizində  ən  dərin  quyu  «Azərbaycanın  60  illiyi»  adlandırılan  özü 
qaldıran  üzən  qazıma  qurğusundan  qazılmışdır.  Onun  faktiki  dərinliyi  6750  m 
olmuşdur.   
 
 
 
      
                                Dağ süxurlarrının təsnifatı 
 
Yer qabığını təşkil edən süxurlar əsas etibarilə üç qrupa bölünür: 
1.
 
Mağmatik və ya vulkan püskürmələrinin məhsulu olan süxurlar. 
2.
 
Metamorfik və ya törəmə süxurlar. 
3.
 
Çöküntü süxurları. 
Bunlardan mağmatik süxurlar vulkan püskürmələri nəticəsində yarandığı üçün 
püskürmə  süxurları  da  adlandırılır.  Vulkan  püskürməsi  zamanı  yer  səthinə  çıxan 
mağmada sürətli soyuma prosesi gedir. Lakin yerin təkində qalan mağmada bu proses 
tədricən  və  təzyiq  altında  davam  edir.  Məhz  bu  səbəbə  görə,  mağmatik  süxurlar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə