Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   2   3   4   5   6   7   8   9   10   ...   60

 
 
 
 
 
 
                               QAZMA QURĞUSUNUN ÜMUMİ SXEMİ 
1- qazma baltası; 2-AQB; 3- QB; 4- konduktor; 5- şaxt borusu; 6-preventil; 7-qazma 
qurğusunun döşəməsi (polu); 8-qazma rotoru; 9-işlək qazma borusu; 10-qazma 
sütunu; 11-fırlanğıc; 12-qarmaq; 13-tal bloku; 14 –yuxarıda fəhlənin dayanması üçün 
balkon; 15- kəllə-çarx; 16- tal kanatı; 17- işlək qazma borusunun şlanqı; 18- baltaya 
düşən yükü göstərən indikator; 19- qazma bucurqadı; 20- qazma nasosu; 21- qazma 
məhlulu üçün novlar; 22- qazma məhlulunun atqı xətti. 
 


 
 
 
 
 
 
 
 
                     Q
AZIMA QUYUSU HAQQINDA ANLAYIŞ
 
 
Hazırlanmış  xüsusi  meydançadan  mexaniki  vasitələrlə  qazılan,  diametri    
uzunluğuna nisbətən çox kiçik silindrik lüləyə quyu deyilir. 
Quyunun  yer  səthindəki  başlanğıcına  quyunun  ağzı,  sonuna  quyunun  dibi, 
yanlarına quyunun divarı, ağzından dibinə qədər olan məsafəyə isə quyunun dərinliyi 
deyilir.  Qazıma  quyusu  dağ  süxurlarının mütəmadi  olaraq  dağıdılması və  doğranmış 
süxur  hissəciklərinin  qazıma  məhlulu  vasitəsilə  yer  üzərinə  qaldırılması  nəticəsində 
alınır. Quyu həmişə qazıma məhlulu ilə dolu olmalıdır. Adi qazımada quyu dibindəki 
süxur təmamilə dağıdılır.  Süxur nümunəsi (kern) götürmək lazım gəldikdə isə quyu 
dibinin  ətraf  hissəsi  dağıdılır  və  daxildə  dağıdılmamış  qalan  silindrik  özək  şəkilli 
süxur sütunu bütövlükdə yerin səthinə qaldırılır. 
Quyunu  qazımaq  üçün  quyu  layihəsi  tərtib  edilir  və  xüsusi  hazırlanmış 
meydanca  üzərində  qazıma  avadanlığı  yerləşdirilir.  Təhlükəsizlik  texnikası, 
yanğından  mühafizə  və  ətraf  mühitin  qorunması  tələbləri  yerinə  yetirilir.  Yalnız 
bunlardan sonra quyunun qazılmasına başlamaq olar. 
 
 
Quyular qazılma məqsədlərinə görə aşağıdakı növlərə ayrılır: 
 
1.
 
İsnad (dayaq) quyuları – iri regionların geoloji kəsilişini və hidrogeoloji şəraitini 
öyrənmək, çöküntü süxurlarının yayılma qanunauyğunluqlarını təyin etmək, neft 
və  qazın  yerləşməsi  ehtimalı  olan  laylar  içərisindən  ən  perspektivlisini  seçib, 
geoloji kəşfiyyat işlərinin əsas istiqamətlərini müəyyən etmək üçün qazılır. 
2.
 
Parametrik  quyular  -  neft  və  qazın  yığıldığı  perspektivli  zonaları  aşkar  etmək, 
seysmik  və  digər  geofiziki  tədqiqatların  nəticələrini  dəqiqləşdirmək,  kəsilişin 
geoloji-geofiziki xarakteristikası haqqında məlumatlar toplamaq və rayonda əsaslı 
surətdə geoloji işlərin aparılmasının zəruriliyini müəyyən etmək üçün qazılır. 
3.
 
Struktur  quyular  –  aşkar  edilmiş  perspektiv  sahələrdə  axtarış-kəşfiyyat 
quyularının qazılmasına hazırlıq işlərinin aparılması, struktur quyuların qazılması 
nəticəsində  müxtəlif  nöqtələrdə  layların  yatım  elementlərini  təyin  etmək 
(tektonikası,  stratiqrafiyası  və  litologiyası)  və  həmin  sahənin  geoloji  profilinin 
tərtib edilməsi üçün qazılır. 
4.
 
Axtarış  quyuları  –  geoloji  çəkilişlər,  struktur  qazıma,  geofiziki  və  geokimyəvi 
tədqiqatlar yaxud bu üsullar kompleksi nəticəsində sahənin neftlilik və qazlılığını 
müəyyən etmək üçün qazılır. 
5.
 
Kəşfiyyat  quyuları  –  sənaye  əhəmiyyətli  neftli-qazlı  sahələrdə  yatağın 
konturlarını  təyin  etmək,  yataqdakı  ehtiyatı  müəyyən  etmək  və  onun  işlənməsi 
məqsədilə hazırlıq işlərinə başlamaq üçün qazılır. 
6.
 
İstismar quyuları – neft və qaz yataqlarının işlənməsi üçün qazılır. Bu qəbildən 
olan 
quyulara 
qiymətləndirici 
(məhsuldar 
qatların 
kollektorluqlarını 
qiymətləndirmək üçün), vurucu (lay təzyiqinin düşmə intensivliyini azaltmaq və 


 
 
 
 
 
təbii  fontan  dövrünü  uzatmaq  məqsədilə  məhsuldar  horizontlara  su,  hava  və  ya 
qaz vurulması üçün), müşahidəci (nəzarətçi, pyezometrik quyular) quyular aiddir. 
                          
                                       
 QAZIMA REJİMİ
 
 
Qazıma  avadanlığının  potensial  imkanlarından  maksimum  istifadə  etməklə, 
qazımanın  yüksək  kəmiyyət  və  keyfiyyət  göstəricilərini  təmin  edən  və  asan  idarə 
edilə  bilən  parametrlərin  kombinasiyasına  səmərəli  qazıma  rejimi  deyilir.  Əlavə 
olaraq, az maddi vəsait sərf etməklə, yuxarıda qeyd edilən şərtləri tam ödəyən qazıma 
rejimi  isə  optimal  qazıma  rejimi  adlanır.  Hər  iki  rejimdə  layihədə  nəzərdə  tutulan 
rejim  parametrlərinin  seçilməsində  və  həyata  keçirilməsində  heç  bir  məhdudiyyət 
olmur. 
Əgər qazıma avadanlığı rejim parametrlərinin seçilmiş qiymətlərini təmin edə 
bilmirsə, elektrik mühərriklərinin gücü tələb edilən həddi ödəyə bilmirsə, ağır qazıma 
borularının uzunluğu layihədə nəzərdə tutulan oxboyu yükü həyata keçirməyə imkan 
vermirsə,  qazıma  kəmərinin  aşağı  hissəsinin  sərtliyi  tələb  edilən  həddən  aşağıdırsa, 
qazıma  nasosları  lazım  olan  məhsuldarlıqla  işləyə  bilmirsə,  belə  qazıma  rejiminə 
məhdud qazıma rejimi deyilir. Bu qazıma rejimində də bütün imkanlardan maksimim 
istifadə edilməsi çox vacibdir. 
Xüsusi  texnoloji  məsələlərin  həll  edilməsini  təmin  edən  qazıma  rejiminə  isə 
xüsusi  qazıma  rejimi  deyilir.  Bu  halda  qazımanın  keyfiyyət  göstəriciləri  ön  plana 
çəkilir,  qalan  göstəricilər  isə  II  dərəcəli  əhəmiyyət  kəsb  edir.  Keyfiyyət 
göstəricilərinə: quyu lüləsinin tələb olunan dərinlikdə yan tərəfə kəsilməsi, azimut və 
əyriliyinin  düzəldilməsi,  quyu  dibindəki  kənar  cismin  qazılması,  quyudan  süxur 
nümunəsi götürülməsi və s aiddir. 
3 rejim parametrləri mövcuddur: 
Baltaya  verilən  oxboyu  yük  P,  qazıma  məhlulunun  miqdarı  Q  və  keyfiyyəti, 
qazıma baltasının dövrlər sayı n. 
Qazımanı  səmərəli,  yaxud  optimal  rejimdə  aparmaq  üçün,  qazıma  rejiminə 
ciddi  təsir  edə  bilən  aşağıdakı  tələb  də  hökmən  yerinə  yetirilməlidir.  Əks  təqdirdə 
yüksək göstəricilərə nail olmaq mümkün deyil. 
-   Geoloji  şərait  və  qazılacaq  süxurların  fiziki  və  mexaniki  xassələrini  nəzərə 
almaqla,  qazıma  baltasının  tipi  düzgün  seçilməlidir.  Yalnız  rejim  parametrlərinin 
düzgün seçilməsi və qeyd edilən tələbin yerinə yetirilməsi sayəsində qazımanın əsas 
göstəriciləri olan: bir  baltanın gedişini qazımanın  mexaniki və  reys  sürətlərini  eləcə 
də  digər  göstəriciləri  yüksəltmək  olar  (bax:qazımanın  texniki-iqtisadi  göstəriciləri 
bölməsi). 
Rejim parametrlərinin qiymətlərini müəyyən həddə qədər artırmaqla və qazıma 
məhlulunun  keyfiyyətini  yaxşılaşdırmaqla  qazımanın  mexaniki  sürətini  bir  qədər 
artırmaq mümkün olur. Lakin qazıma zamanı rejim parametrlərinin, baltanın, qazıma 
borularının  tipinə  və  diametrlərinə,  həm  də  qazıma  mühərrikinin  gücünə  müvafiq 
olması bu amillərin qiymətlərinin ixtiyari olaraq artırılmasına yol vermir. Məlumdur 
ki,  rejim  parametrlərinin  qiymətlərinin  artması  ilə  yanaşı  balta  və  qazıma  alətində 
əlavə  gərginliklər  yaranır.  Bu  gərginliklər  isə  buraxıla  bilən  həddi  keçdikdə  qazıma 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə