Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   6   7   8   9   10   11   12   13   ...   60

 
 
 
 
 
məhlulu  ilə  dolu  olduğundan  quyunun  qoruyucu  borularla  möhkəmləndirilməsi  3-4 
dəfə  azaldı  və  daha  böyük  dərinliklərə  quyular  qazılması  imkanı  yarandı.  Daha 
sonralar  isə  qazıma  prosesində  dövr  edən  qazıma  məhlulu  şırnağının  gücündən 
istifadə  etmək  üçün  balta  üzərinə  hidravlik  zərbə  yaradılması  təklif  edildi.  Zərbələr 
nəticəsində,  maye  şırnağının  gücü  ilə  quyu  dibində  titrəyişli  zərbələr  yaranaraq 
süxurların  dağıdılması  asanlaşardı.  Lakin  bu  üsul  o  zaman  sürətlə  inkişaf  edən 
fırlanma üsulu ilə müqayisədə uğur qazana bilmədi. 
Ştanqla  vurma  qazımasında  ştanqların  endirilib  –  qaldırılması  üçün  çox  vaxt 
israfı və ştanqların  tez-tez sınması  həmin  qazıma  üsulunun nöqsan  cəhətləri idi.  Bu 
səbəbdən,  ştanqlar  kanatla  əvəz  edilərək,  kanatla  vurma  qazıması  tətbiq  edilməyə 
başlandı.  Bu  üsulla  qazımada  kanatın  elastikliyindən  istifadə  etməklə,  balta  quyu 
dibində müəyyən bucaq qədər dönərək qazılan quyu lüləsinə silindrik forma verirdi. 
Hər iki üsulda baltanın iş prinsipi eyni idi və süxurlar doğranaraq dağıdılırdı. 
Hazırda  kanatla  vurma  üsulu  qazıma  məhlulunun  dövranının  yaradılması 
mümkün olmayan dayaz quyularda tətbiq edilir. 
Kanatla  vurma  üsulu  ilə  qazılan  quyuların  dərinliyi  400-500m,  başlanğıc 
diametri  500-900mm  və  son  diametri  150mm  ətrafındadır.  Kanatla  vurma  üsulu  ilə 
qazımada  səyyar  və  qeyri  səyyar  qazıma  dəzgahları  işlədilir.  UKS-22M;  UKS-30M 
markalı təkmilləşdirilmiş dəzgahlarla hazırda kanatla vurma üsulu ilə, səyyar qazıma 
qurğuları  vasitəsilə  dərinliyi  400-500m  olan  su  quyuları  qazılır.  2.1-saylı  şəkildə 
kanatla  vurma  qazıması  üsulunun  prinsipial  sxemi  göstərilmişdir.  Ştanqla  və  yaxud 
kanatla vurma qazımasında süxurların bərkliklərinə görə süxurdağıdıcı alətlərin kəsici 
hissələri 2.2 saylı şəkildə göstərildiyi kimi hazırlanır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
             
Şəkil  3.1  Kanatla  vurma 
üsulu  ilə 
qazımanın sxemi 
1.  Balta;  2.Zərbə  ştanqı;  3.Açılan  ştanq; 
4.Kanat  qıfılı;  5.Kanat;  6.Jelonka  kanatı;  7.Baş 
diyircək;  8.Amartizasiya  yayı;  9.Dirək  (dor); 
10.Geriyə  dartan  diyircək;  11.Tarazlığı  (müvazinəti) 
təmin  edən  çərçivə;  12.İstiqamətləndirici  diyircək; 
13.Bucurqad;  14.Sürgü  və  çarx  qolu  tərtibat; 
15.Tarazlığı  (müvazinət)  təmin  edən  çərçivə; 
16.Jelonka ilə
 işləyən bucurqad; 17.Jelonka. 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.2. Kanatla vurma üsulu ilə qazımada 
işlədilən baltalar 
a – möhürvari; b – qələmvari; c – xaçvari; ç 
– pazvari; 
 d – hamar (bütöv)  
 
 
 
Vurma üsulunun üstün cəhətləri aşağıdakılardır: 
-
 
qazılan quyu şaquli olur; 
-
 
qazılmış quyu uzun müddət istismar edilir. 
Bununla  yanaşı,  vurma  üsulunun  nöqsan 
cəhətləri də vardır: 


 
 
 
 
 
-
 
quyunun  vurma  üsulu  ilə  qazılması  çoxlu 
metal və sement sərf edilməsini tələb edir; 
-
 
quyunu  çox  böyük  dərinliyə  qazımaq 
mümkün olmur; 
-
 
quyunun qazılmasına çox vaxt sərf edilir; 
-
 
qazımanın mexaniki sürəti aşağı olur; 
-
 
quyu iqtisadi cəhətdən əlverişli olmur. 
Bu  nöqsanlara  görə  neft  və  qaz  quyularının 
qazılmasında  vurma  üsulu,  demək  olar  ki,  tətbiq 
edilmir. 
Fırlanma  üsulu.  Fırlanma  üsulu  ilə  qazıma 
prosesində  əsasən  iki  əməliyyat  yerinə  yetirilir: 
qazıma kəmərinin ucuna bağlanıb quyuya endirilmiş 
balta  süxurları  dağıdır  və  dağıdılmış  süxur 
hissəcikləri  hərəkət  edən  qazıma  məhlulu  vasitəsilə 
yer  səthinə  qaldırılır.  Birinci  əməliyyatın  görülməsi 
üçün qazıma prosesində balta quyu dibində fasiləsiz 
olaraq  fırladılmalı  və  eyni  zamanda  onun  üzərinə 
qazıma  alətinin  ağırlığı  hesabına  müəyyən  qədər 
oxboyu  yük  verilməlidir.  Quyu  dibində  fırlanan 
baltaya  verilən  oxboyu  yükün  qiymətindən  asılı 
olaraq  süxurların  dağıdılma  intensivliyi  müxtəlif 
olur.  İkinci  əməliyyatın  aparılması  üçün  süxurun 
dağıdılma  prosesi  ilə  eyni  zamanda  qazıma 
kəmərinin  içərisi  ilə  quyu  dibinə  qazıma  məhlulu 
vurulur. 
Qazıma  məhlulu  kimi,  gilli  məhlullardan,  neft 
və  dizel  yanacağı  əsaslı  məhlullardan  bəzi  hallarda 
isə su, sıxılmış hava və ya qazdan istifadə edilir. İstər 


 
 
 
 
 
qazıma  məhlulunun  və  istərsə  də  digər  emulsiya, 
suspenziya  və  agentlərin  əsas  vəzifəsi,  baltanın 
dağıtdığı süxur hissəciklərini quyu dibindən qaldırıb 
xaric  etməkdir.  Quyuya  vurulan  qazıma  məhlulu 
qazıma borularının içərisi ilə hərəkət edərək baltanın 
yuma deşiklərindən çıxır, qazılmış süxur hissəcikləri 
ilə  qarışıb  şlam  əmələ  gətirir  və  halqavarı  fəza  ilə 
quyunun  ağzına  doğru  qalxır.  Beləliklə,  baltanın 
quyu  dibində  dağıtdığı  süxur  hissəcikləri  qazıma 
məhlulu  vasitəsilə  quyudan  xaric  edilir.  Bu  proses 
arası kəsilmədən davam edir. 
Quyudan  çıxan  qazıma  məhlulundan  təkrar 
istifadə 
etmək 
üçün 
onu 
qazılmış 
süxur 
hissəciklərindən  təmizləyirlər.  Bu  məqsədlə  qazıma 
məhlulunun  tərkibində  olan  süxur  hissəcikləri  nov 
sistemində  qoyulmuş  arakəsmələrin  köməyi  ilə 
qismən  çökdürülür,  sonra  isə  hidravlik  və  mexaniki 
qurğularda təmizlənir. Bu üsulla təmizlənmiş qazıma 
məhlulu  nasosun  qəbul  çəninə  yığılır  və  nasos 
vasitəsilə təkrar quyuya vurulur. Bu prosesə qazıma 
məhlulunun dövranı deyilir. 
Quyuların  fırlanma  üsulu  ilə  qazılması  qazıma 
baltasının  fırladılması  prinsipinə  görə  üç  növə 
bölünür. 
1.
 
Rotor üsulu ilə qazıma. 
2.
 
Turbin üsulu ilə qazıma. 
3.
 
Elektrik üsulu ilə qazıma. 
Bu  üsullarla  qazımanın  prinsipial  sxemləri  3.3 
saylı şəkildə göstərilmişdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə