Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   7   8   9   10   11   12   13   14   ...   60

 
 
 
 
 
Rotor  üsulu  ilə  qazıma.Bü  üsulla  qazımada 
transmissiya  sistemi  ilə  qazıma  bucurqadından 
alınan  hərəkət,  quyu  ağzında  yerləşdirilmiş  rotor 
mizinə, oradan isə aparıcı boru (işlək boru) vasitəsilə 
qazıma  kəmərinə  ötürülür.  Beləliklə,  qazıma 
kəmərinin  ucuna  bağlanmış  qazıma  baltası  qazıma 
kəməri  ilə  birlikdə  fırlanır.  Belə  şəraitdə  qazıma 
kəməri  qiymət  və  istiqaməti  müxtəlif  olan  külli 
miqdarda qüvvələrin təsirinə məruz qaldığından çox 
gərgin şəraitdə işləyir. 
Baltaya  verilən  oxboyu  yük  qazıma  kəməri 
ağırlığının  müəyyən  hissəsi  hesabına  əldə  edilir. 
Deməli,  rotor  üsulu  ilə  qazımada  süxur  baltaya 
verilən  oxboyu  yük  və  baltanın  fırladılması 
nəticəsində qazıma baltası vasitəsilə dağıdılır. 
Rotor  üsulu  ilə  qazımada  yaranan  maksimal 
burucu  moment  –  baltanın  fırladılmasına  süxurların 
göstərdiyi  müqavimətdən;  qazıma  kəmərinin  quyu 
divarına 
sürtülməsindən 
yaranan 
sürtünmə 
qüvvələrinin  qiymətindən;  qazıma  məhlulunun 
müqavimətindən;  quyu  lüləsinin  trayektoriyasından 
və s. asılıdır. 
Rotor  üsulu  ilə  qazıma,  dünya  qazıma 
təcrübəsində  çox  geniş  yayılmışdır.  Hazırda  xarici 
ölkələrdə  qazılan  quyuların  demək  olar  ki,  böyük 
əksəriyyəti bu üsulla qazılır. 
Rotor  üsulu  ilə  qazımanın,  turbin  üsulu  ilə 
qazımadan üstünlükləri aşağıdakılardır: 


 
             
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  3.3.  Fırlanma  üsulu  ilə  qazıma  üçün 
qazıma qurğusunun ümumi görünüşü 
 
1  –  qazıma  nasosunun  qəbul  çəni;  2-  qazıma 
nasosları; 


 
             
 
 
3-vurucu  xətt(manifold  xətti);4-güc  bloku;  5-
yüksək  təzyiqə  davamlı  qazıma  şlanqı;  6-fırlanğıc;7-
bucurqad;8-aparıcı boru(işlək boru); 
9-çəki 
idikatoru;10-maşın 
açarları;11-şaquli 
boru;12-AKB  3M2  avtomatik  buruq  açarı;13-şamlar 
altı; 14-rotor;15-preventor; 
16-preventorun  əl  ilə  intiqal;17-borular  yığılan 
stelaj;  
18-məhlulun  növ  sisteminə  çıxışı;19-məhlulun 
təmizlənməsi  bloku;20-konduktor;21-qazıma  kəməri; 
22,23-I və II aralıq kəmərləri; 
24-ağırlaşdırılmış 
qazıma 
borusu;25-turbin 
qazıyıcısı; 
26-qəlibləyici;27-nazim çarx;28-keçirici;29-balta 
 
Burada  rejim  parametrləri  bir-birindən  asılı 
olmadığı üçün onlardan hər birini müstəqil dəyişmək 
və  baltaya  böyük  burucu  moment  ötürmək 
mümkündür: baltada böyük təzyiq düşgüsü yaratmaq 
imkanı  vardır,  baltanın  dövrlər  sayı  kiçik 
olduğundan, bir balta ilə qazıma gedişi xeyli yüksək 
olur. Nöqsan cəhəti isə qazıma kəmərinin fırlanması 
nəticəsində  kəmərə  dinamik  yüklərin  təsir  etməsi, 
qəza  baş  verməsi  ehtimalının  artması,  sürtünmə 
qüvvələrinin  təsiri  nəticəsində  qazıma  və  qoruyucu 
boruların intensiv yeyilməsi və s.-dir. 
Turbin üsulu ilə qazıma. Bu üsul ilə qazımada 
qazıma  məhlulunun  hidravlik  gücü  hesabına 


 
             
 
 
hərəkətə gələn turbin mühərrikinin valına bağlanmış 
qazıma baltası fırlanma hərəkəti alır. 
Turbin  üsulu  ilə  qazımada  da  rotor  üsulu  ilə 
qazımada  olduğu  kimi,  baltaya  oxboyu  yük  qazıma 
alətinin  ağırlığı  hesabına  verilir.  Rotor  üsulu  ilə 
qazımadan fərqli olaraq burada qazıma kəməri sakit 
vəziyyətdə  olduğundan,  onun  işinin  gərginliyi  xeyli 
azalır.  Turbin  üsulu  ilə  qazımada  maksimal  burucu 
moment  qazıma  məhlulunun  miqdarından  və 
süxurların 
baltanın 
fırlanmasına 
göstərdiyi 
müqavimətin  qiymətindən  çox  asılıdır.  Borularda 
yaranan 
maksimal 
burucu 
moment 
quyunun 
dərinliyindən,baltanın  fırlanma  sürətindən,  baltaya 
verilən  oxboyu  yükdən  və  qazılacaq  süxurların 
mexaniki  xassələrindən  asılı  deyil.  Bundan  başqa, 
nöqsan kimi qeyd edilməlidir ki, bu üsulla qazımada 
qazıma  rejimi  parametrlərini  müstəqil  surətdə 
dəyişmək 
mümkün 
deyildir. 
Çünki 
həmin 
parametrlər  bir-birindən  asılı  olaraq  dəyişir,  başqa 
sözlə  desək,  rejim  parametrlərindən  birinin 
dəyişməsi  o  birilərinin  də  dəyişməsinə  səbəb  olur. 
Turbin  qazımasında  baltanın  quyu  dibində  işləmə 
müddəti  rotor  qazıması  ilə  müqayisədə  

  10  dəfə 
az olur. 
Vintli  həcm  mühərrikləri  ilə  qazıma.Vint 
mexanizmi  əsasında  yaradılmış  bu  mühərrikin 
köməyi  ilə,  turbin  mühərrikindən  fərqli  olaraq 
istənilən  dövrlər  sayı  əldə  etmək  mümkündür.  Bu 


 
             
 
 
quyudibi  mühhərik  iki  seksiyadan  ibarət  olur: 
mühərrik seksiyası və şpindelli seksiya. 
Şpindelli  seksiya  baltaya  oxboyu  yük  vermək, 
hidravlik  yükləri  qəbul  etmək  və  təzyiq  düşgüsü 
yaratmaq  üçündür.  Vintli  həcm  mühərriklərlə 
qazıdıqda balta dövrlərinin sayını 120-80 dövr/dəq-ə 
qədər azaltmaqla, çox böyük fırlanma momenti əldə 
etmək  mümkündür.  Vintli  həcm  və  turbin 
mühərriklərinin  iş  xarakteristikaları  oxşardır.  Lakin 
vintli  həcm  mühərriklərilə  işlədikdə  daha  kiçik 
dövrlər  sayına  və  daha  böyük  fırlanma  momentinə 
nail  olmaq  mümkündür  ki,  bu  da  çox  böyük 
üstünlükdür.  Vintli  həcm  mühərrik  3.4-cü  şəkildə 
göstərilir. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə