Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   8   9   10   11   12   13   14   15   ...   60

 
             
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
             
 
 
Şəkil  3.4.  Vintli  həcm  quyudibi  mühərrikinin  
quruluşu. 
1.  stator;  2.rotor;  3.kardan  valı;  4.val; 
5.Şpindelin gövdəsi; 6.yastıq. 
 
 
Vintli həcm mühərriklərlə turbin qazımasının göstərici-
lərinin müqayisəsindən  görünür ki, eyni şəraitdə vintli həcm 
mühərriklərlə qazımada bir baltanın gedişi bərk süxurlarda 2 
dəfə, yumşaq süxurlarda 20 – 50% , mexaniki sürət isə 20 – 
50%  artır.  Vintli  həcmi  mühərriklər  turbin  mühərriki  ilə 
müqayisədə  daha  sadə  quruluşa,  daha  kiçik  uzunluğa  və 
ağırlığa  malikdir.Bu  mühərriklərdən  xarici  ölkələrdə  də 
istifadə  edirlər.  Misal  kimi  «Dayna  Drill»-i  göstərmək  olar 
(diametri  197mm,  məhlulun  sərfi  28  l/san,dövrlər  sayı  320 
dövr/dəq,  fırladıcı  momenti  1300  H.m,  təzyiq  düşgüsü  17 
MP-dir).  
Yuxarıda  qeyd  edilən  üstünlüklər  bu  quyudibi 
mühərriklərinin böyük gələcəyindən xəbər verir. 
Elektrik üsulu ilə qazıma.Bu üsul ilə qazımada baltanı 
quyu dibindəki üç fazalı dəyişən cərəyan mühərriki (asinxron 
mühərriki)  fırladır.  Elektrik  qazıyıcısına  elektrik  enerjisi 
qazıma borularının içərisində yerləşdirilmiş kabellə daxil olur 
və  fırlanqıc  üzərində  yerləşdirilmiş  cərəyan  qəbuledicisi 
vasitəsilə  ötürülür.  Elektrik  qazıyıcısı  qazıma  kəmərinin 
ucuna, balta isə elektrik qazıyıcısının valına bağlanır. Elektrik 
qazıyıcısı  işə  düşən  kimi  onun  valına  bağlanmış  qazıma 
baltası  fırlanma  hərəkəti  alır.  Qazıma  məhlulunun  dövranı 
başqa  qazıma  üsullarında  olduğu  kimidir.  Elektrik  üsulu  ilə 
qazımanın  böyük  gələcəyi  vardır.  Turbin  üsulu  ilə 
müqayisədə elektrik üsulu aşağıdakı üstünlüklərə malikdir: 
Elektrik  qazıyıcısının  dövrlər  sayı,  momenti  və  başqa 
parametrləri:  


 
             
 
 
1)
 
qazıma  məhlulunun  sərfindən,  onun  fiziki  və 
kimyəvi xassələrindən, quyunun dərinliyindən asılı 
deyildir. 
2)
 
qazıma  rejimi  parametrlərinin  dəyişməsindən  asılı 
deyildir. 
3)
 
Yerin  üstündən  elektrik  qazıyıcısının  işinə  nəzarət 
etmək və onu tənzimləmək mümkündür. 
Bütün  bu  üstünlüklərlə  yanaşı,  elektrik  üsulu  ilə 
qazımanın nöqsan cəhətləri də vardır. Bunlar aşağıdakılardır: 
1)
 
elektrik qazıyıcısına elektrik enerjisi ötürülməsinin 
çətinliyi və mürəkkəbliyi; 
2)
 
elektrik  qazıyıcısı  ilə  dərin  quyuların  qazılmasının 
mümkünsüzlüyü;  
3)
 
elektrik qazıyıcısını  qazıma məhlulunun təsirindən 
qorumaq  məqsədilə  hermetikliyin  təmin  edil-
məsinin çətinliyi; 
4)
 
elektrik  qazıyıcısının  quyu  dibində  bəzən  işə 
düşməməsi. 
Diametri imkan vermədiyinə görə elektrik qazıyıcısının 
4-5  cüt  qütbü  olur.  Dəyişən  cərəyanın  tezliyi  50  hers
qütblərinin sayı olarsa elektrik qazıyıcısının dövrlər sayı 440 

500  dövr/dəq  olar.  Bu  dövrlər  sayı  yumşaq  və  orta  bərkliyə 
malik  abraziv  süxurları  qazımaq  üçün  çox  böyükdür.  Odur  ki, 
təcrübədə  elektrik  qazıyıcısının  dövrlər  sayını  azaltmaq  üçün 
cərəyan tezliyini 20

35  hers arasında  götürmək lazım gəlir ki, 
bu da səmərəli deyil. Ən yaxşı nəticə əldə etmək üçün elektrik 
qazıyıcısı ilə şpindel arasında ötürmə ədədini 1 : 2 nisbətində 
qəbul edirlər və ya reduktor yerləşdirirlər. Bu yol ilə dövrlər 
sayını  

4  dəfə  azaltmaq  mümkündür.  İstehsalatda  dövrlər 
sayını  tənzim  etmək  üçün  bəzən  elektrik  qazıyıcısının 
qütblərini dəyişirlər. Elektrik qazıyıcısının quruluşu 2.5 – saylı 
şəkildə göstərilmişdir. 
Elektrik  qazıyıcısının  yuxarıda  qeyd  edilən  nöqsanları 
onun  geniş  yayılmasına  imkan  verməmişdir.  Bu  üsul  ilə 


 
             
 
 
qazımanın  inkişafı  qazıma  avadanlığı  üzrə  ixtisaslaşmış 
mütəxəssislərin tədqiqat obyekti olmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
             
 
 
 
 
 
Şəkil 3.5. Elektrik qazıyıcısının quruluşu 
1-Görüş mili;2-keçirici;3-mühərrikin işini tənzim edən rezin diafraqma; 
4-kompensatorun  porşeni;5,31-yaylar;6-kompensatorun  silindri;7-mühərrik  birləşdirici 
gövdəsi;8,19-müvafiq  olaraq  mühərrikin  yuxarı  və  aşağı  kipkəcləri;9-mühərrikin  yuxarı 
klapanı;10,17-müvafiq  olaraq  stator  sarğısının  yuxarı  və  aşağı  hissələri;11-mühərrikin 
valı;12-statorun  polad  maqnit  keçirən  paketi;13-statorun  maqnit  keçirməyən  materialdan 
hazırlanmış 
gövdəsi;14-polad 
maqnit 
keçirməyən 
paket;15,18-müvafiq 
olaraq 
mühərrikin,aralıq və aşağı diyircəkli yastıqları;16-mühərrikin rotorunun seksiyası; 
20-klapan;21-aşağı birləşdirici gövdə;22-spindelin gövdəsi;23-oymaq (tıxa;); 
24-dişli  həlqə;25-klapan;26,32-müvafiq  olaraq  yuxarı  və  aşağı  radial  diyircəkli 
yastıqlar;27-dayaq  vəzifəsini  yerinə  yetirən  yastıq;28-oxboyu  yükü  paylayan  xarici 
boru(kəmər);29-daxili  boru;30-  şpindel  kompensatorunun  porşeni;33-tıxac;  34-şpindelin 
kipkəci;35-şpindelin valı;36-baltanın bağlanması üçün keçirici 
 
4.  SÜXURDAĞIDICI  ALƏTLƏR  (BALTALAR  VƏ 
BALTA BAŞLIQLARI) 
 
Neft və qaz quyularının qazılmasında qazıma kəmərinin 
ucunda  quyu  dibinə  endirilən  alət  qazıma  baltası  adlanır. 
Baltaların əsas təyinatı quyudibi süxurları dağıtmaqla quyunun 
dərinləşməsini  təmin  etmək  və  quyu  lüləsinə  silindrik  forma 
verməkdir.  Balta  quyu  dibində  süxuru  dağıdarkən  iki  əsas 
əməliyyatı  –balta  dişlərinin,  yaxud  onun  kəsici  hissəsinin 
süxura batması və sonra onu dağıtması (kəsmək, qoparmaq və 
ya doğramaq) işini görür. 
Balta  dişlərinin  süxura  batması  və  onu  dağıtması 
aşağıdakı amillərdən asılıdır 
- dağıdılası süxurlar üçün müvafiq balta tipinin düzgün 
seçilməsindən; 
- baltaya verilən oxboyu yükdən; 
-  baltanın  işlək  sahəsinin  (ağzının  və  ya  dişlərinin) 
vəziyyətindən; 
- qazılan süxurların mexaniki xassələrindən. 
Məlumdur  ki,  balta  süxuru  eyni  vaxtda  görülən  iki 
hərəkət  nəticəsində  dağıdır.  Bunlar  irəliləmə  və  fırlanma 
hərəkətləridir.  Yuxarıdan  aşağıya  doğru  irəliləmə  hərəkəti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə