Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   11   12   13   14   15   16   17   18   ...   60

 
             
 
 
Bu tip baltalar əsasən yumşaq və sərt süxurları qazımaq 
üçün  59

190mm  (59,93,112,132,151,190m)  diametrlərdə 
hazırlanır.  İkişaroşkalı  baltanı  eyni  diametrli  üçşaroşkalı 
baltadan  fərqləndirən  əsas  üstün  cəhət  onun  şaroşkalarının 
ölçülərinin  nisbətən  böyük  olması  və  yuma  dəliklərinin 
yerləşdirilməsi üçün münasib şəraitin olmasıdır. 
Birşaroşkalı baltalar. Birşaroşkalı baltalar əsasən yerin 
dərin  qatlarında  yerləşən  plastik  və  orta  abrazivliyə  malik 
süxurları qazımaq üçün 97,140,161,190 və 214mm diametrlər-
də hazırlanır. Bir ədəd sferik şəklində şaroşkaya malik olan bu 
baltaların sapfasının oxu balta oxu ilə 30
0
 –li bucaq təşkil edir. 
Qazıma  prosesində  birşaroşkalı  balta  öz  oxu  ətrafında, 
şaroşka isə  sapfanın oxu ətrafında  fırlanaraq dişləri ilə süxura 
sürtülür  və  onu  mikrokəsici-sürtücü  təsirlə  dağıdır.  Bu  tip 
baltanın müxtəlif modifikasiyaları 4.8-ci şəkildə göstərilmişdir. 
Birşaroşkalı  baltanın  şaroşkasının  öz  oxu  ətrafında  fırlanma 
sürəti  üçşaroşkalı  baltanın  şaroşkalarının  öz  oxları  ətrafında 
fırlanma sürətindən çox kiçik olur. 
 
4.3.Almazlı baltalar 
 
Geoloji kəsilişdə  az  və  orta  abrazivliyə,  çox  bərk,  bərk 
və  orta  bərkliyə  malik  süxurları  (əhəng  daşı,argillitlər,  gilli 
qum  daşları,  mergellər,  anhidritlər,brekçiyalar,  mərmərlər, 
dolomitlər,  dolomitli  qum  daşları  və  s)  qazımaq  üçün  bu 
baltalardan istifadə edilir. Şaroşkalı baltaların gedişinin 5-10 m 
olduğu  süxurlarda  almazlı  baltalar  10-15  dəfə,  bəzən  daha 
yüksək  nəticələr  əldə  etməyə  imkan  verir.  Almazlı  baltalar 
Rusiya  Elmi  Tədqiqat  Qazıma  Texnikası  İnstitutu  nəzdində 
fəaliyyət göstərən zavodda (Moskva) və Moskva Sərt Xəlitələr 
Kombinatında hazırlanırlar, diametrləri 140, 159, 188, 212, 241 
və 267mm olur (4.9, 4.10-cu şəkillər). 
Almazlı  baltanın  matrisası  üzərində  texniki  almaz 
dənələri radial və pilləli şəkildə yerləşdirilir. 


 
             
 
 
Almazlı  baltalar  almazların  növü,  ölçüləri,forması, 
dənələrinin  matrisadan  çıxması,  mərkəzi  və  ətraflarının 
quruluşu, matrisanın bərkliyi, abrazivliyə qarşı  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4.9. Orta abrazivlikli, orta bərklikli və bərk süxurları  
qazımaq üçün RB tipli radial almazlı baltalar 
 
 


 
             
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4.10. Yumşaq və orta bərklikli süxurları qazımaq üçün 
RAB  tipli radial almazlı balta.  
 
dayanıqlığı  və  nəhayət,  yuma  kanallarının  quruluşları  ilə  bir 
birindən  fərqlənir.  Matrisada  yerləşdirilən  almazların  ölçüsü 
adətən 0,35-0,5 karat (1 karat 0,2055 q-dır) arasında olur. 
Almazlı baltalar quyu dibini bütövlükdə qazıyan və  ya 
süxur nümunəsi götürən sütuncuqlu baltabaşı şəklində istehsal 
edilir. 
Almazlı  balta  ilə  işləyərkən  onun  şərti  nömrəsinin  hər 
vahidinə düşən oxboyu yük 0,3-0,4 tondan çox olmamalıdır. 
Təcrübədən  məlumdur  ki,  şaroşkalı  bir  balta  ilə 10  m-
dən  çox  qazıma  işi  görmək  mümkün  olmayan  süxurları  bir 
almazlı  balta  ilə  qazıdıqda  325-350  m  qazıma  işi  görmək 
mümkündür.  Almazlı  baltalardan  turbin  üsulu  ilə  qazımada 
istifadə edilməsi çox əlverişlidir. 
 
 


 
             
 
 
               Sütuncuqlu baltalar 
 
Məlumdur  ki,  adi  şaroşkalı  baltalarla  qazıma  zamanı 
təmamilə dağıdılan quyudibi süxur hissəcikləri qazıma məhlulu 
vasitəsilə  quyudan  çıxarılır.Bu  hissəciklərin  bir  qismi  dispers 
və  kolloid  ölçülü  olduqlarından,  qazıma  məhlulunun  tərkibinə 
daxil  olub  onu  çirkləndirir  və  həmin  hissəcikləri  qazıma 
məhlulundan ayırmaq çətinləşir. 
Quyudan  çıxarılan 
süxur  hissəcikləri  qazıma 
məhlulu  ilə  çirkləndiyi 
üçün  qazılmış  süxurların 
mineraloji  və  petroqrafik 
tərkibini,  onlardakı  fauna 
və  floranı,  həmçinin  ya-
tağın  tektonikasını  dəqiq 
öyrənmək  mümkün  olmur. 
Quyu  dibində  dağıdılan 
süxuru  təbii  şəkildə  təmiz 
və  qarışıqsız  əldə  etmək 
üçün  xüsusi  süxurdağıdıcı 
alət  olan  sütuncuqlu  balta-
lardan  və  balta  başlıq-
larından  istifadə  edirlər 
(4.11,4.12-ci  şəkillər).  Bü-
tün  sütuncuqlu  baltalar 
quruluşlarından  asılı  olma-
yaraq  dörd  əsas  elementə 
malik olur: 
1)  xarici  gövdə;  2)  süxur 
nümunəsi  (kern)  ətrafında-
kı  süxurları  dağıdan  işçi  başlıq;  3)  süxur  nümunəsini  başqa 
təsirlərdən 
və 
quyudan 
çıxarmağa imkan verən kern 
Шякил 4.11. Сцтунъуглу балта 
гурулушунун схеми 


 
             
 
 
qəbuledici  boru;  4)  süxur  nümunəsini  (kerni)  tutub  saxlayan 
(sütuncuqlu  borunu  çıxaran  zaman  süxur  nümunəsinin  quyu 
içərisinə  düşməsinə  imkan  verməyən  tərtibat);  5)  sütuncuqlu 
borunu çıxarmaq üçün şlips. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4.12.Qazıma balta başlıqları 
a –süxur nümunəsi (kern) qəbuledicisi çıxarıla bilən;  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə