Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   19   20   21   22   23   24   25   26   ...   60

 
             
 
6.10.  Struktur əmələ gətirən reagentlər 
 
Xörək  duzu  (NaCl)  –  qazıma  məhlulunun  struktur-mexaniki  xasslərini  gücləndirmək  üçün 
istifadə edilir. Bu reagent məhlulun suverməsini bir qədər artırır. 
Maye  şüşə  (Na
2
SiO
3
)  –  struktur  əmələ  gətirir.  Bu  reagent  əsasən  qazıma  məhlulunun 
udulması ilə mübarizə aparmaq məqsədilə istifadə olunur. 
 
        11.  Səthi aktiv maddələr 
 
Bu  maddələrdən  istifadə  olunmasında  məqsəd:  məhsuldar  qatın  keçiriciliyinə  qazıma 
məhlulunun filtratının zərərli təsirini və qazıma zamanı süxurların dağılmağa göstərdiyi müqaviməti 
azaltmaq, qazıma məhlulunun yağlama qabiliyyətini artırmaq, qazıma məhlulu tərkibində olan nefti 
emulsiyalaşdırmaq, qazıma məhlulunu aerizələşdirmək və qazsızlaşdırmaqdır. 
 Səthi  aktiv  maddələr  –  qazıma  məhlulunun  filtratı  ilə  neft  sərhəddində  səthi  gərilməni 
azaltmaq və bununla da məhsuldar qatların açılması və onlardan istifadəni yaxşılaşdırmağa xidmət 
edir.  Bunlardan  OP-7,  OP-10,  NÇK,  UFE-8,  DS-RAS,  Sulfanol,  M-20  katapi,  karbozalin  və 
başqalarını göstərmək olar.  
Biz Azərbaycan və MDB ölkələrində geniş istifadə edilən reagentlər haqqında qısa məlumat 
verdik.  Kimyəvi  reagentlərin  ümumi  sayı  200-dən  çoxdur.  Onların  hamısı  barədə  ətraflı  məlumat 
əldə etmək üçün «Qazıma məhlulları» kitabına 

1

 müraciət etməyinizi məsləhət görürük. 
 
 


 
             
 
 
6.12. Yağlayıcı əlavələr 
 
Quyu  dibində  işləyən  baltanın  ən  zəif  hissəsi  olan  dayaqlarının  tez  sıradan  çıxmaması, 
qazıma  məhlulu  tərkibində  abraziv  hissəciklərin  zərərli  təsirinin  azaldılması  və  kəmərlərin  quyu 
divarına  sürtünərək  hərəkəti  nəticəsində  metalın  yeyilməsinin  qismən  də  olsa  qarşısının  alınması 
məqsədilə  qazıma  məhluluna  ilk  növbədə  yağlayıcı  əlavələr  daxil  edirlər.  Bu  əlavələri  nəzərdən 
keçirək: 
SMAD-1 – bütün növ qazıma məhlullarına əlavə edilə bilər. Bundan korroziyaya qarşı, bəzi 
hallarda köpüksöndürücü kimi də istifadə edilir. 
Petroyıl  ER  –  yüksək  təzyiq  şəraitinə  davamlıdır.  Onun  maye  halında  olması  qazıma 
məhluluna əlavə edilməsini tezləşdirir və asanlaşdırır. 
Petroyil  X  –  tutulmuş  kəmərləri  azad  etmək  üçün  istifadə  edilir,  qısa  müddətdə  su-neft 
emulsiyası yarada bilir. 
OPXB  –  kimyəvi  aşqarların  tullantısıdır,  SMAD-1-ə  nisbətən  daha  effektlidir.  Qazıma 
məhluluna əlavə etdikdə onun xüsusi çəkisi və PH-ı artır, suverməsi, gil qabığının qalınlığı və SNS-
i isə azalır. 
Karpatol  –  qazıma  məhlulunun  yağlama  qabiliyyətini  artırır,  qazıma  alətinin  qaldırıb 
endirilməsi  zamanı  kəmərin  dartılmalarla  gəlməsini  və  endirmə  zamanı  oturma  hallarını  aradan 
qadırır. Turbin qazıyıcısının və qazıma nasoslarının təmirarası müddətini də artırır. 
Dodilube – qazıma alətinin tutulma ehtimalını azaldır, ətraf mühiti çirkləndirmir və qazıma 
məhlulunun filtrasiyasını azaldır. 


 
             
 
 
6.13. Ağırlaşdırıcılar və onlardan istifadə 
 
Neft və qaz quyularının qazılması prosesində ləğv edilməsi çətin, mürəkkəb, çoxlu vəsait və 
insan  əməyi  tələb  edən  mürəkkəbləşmələrdən  biri  də  qaz,  neft  və  su  təzahürləri,  quyu  divarının 
uçulması və ovulub tökülməsidir. Bu xoşagəlməz hadisələrlə mübarizə əsasən qazıma məhlulunun 
yarada  biləcəyi  hidrostatik  təzyiqin  düzgün  tənzim  edilməsindən  ibarətdir.  Bu  məqsədlə  qazıma 
məhlulunun  udulması  gözlənən  intervallarda  hidrostatik  təzyiqi  azaltmaq,  təzahürlər  baş  verə 
biləcək  intervallarda  isə  hidrostatik  təzyiqi  artırmaq  lazım  gəlir.  Sonuncu  halda,  əsasən  qazıma 
məhlulunun  xüsusi  çəkisini  artırmaq  yolu  ilə  təzahürlərə  qarşı  mübarizə  aparırlar.  Bunun  üçün 
müxtəlif ağırlaşdırıcılardan istifadə olunur. Bu ağırlaşdırıcıların xüsusi çəkiləri əsasən 4,10 

  5,10 
q/sm
3
 arasında dəyişir: Gəncə, Kutaisi və Belov baritləri, (BaSO
4
), qallenit (Pb S), hematit (F
2
O
3
), 
pirolüzit  (MnO
2
),  pirit  (FeS
2
),  KMA  (maqnetit  konsentratı),  Koloşnikov  tozu  (Fe
2
O
3
,  Fe
3
O
4
), 
ilmenit  (FeO.TiO
2
)  adlı  ağırlaşdırıcılar  mövcuddur.  Həmin  ağırlaşdırıcılar  içərisində  baritlər  çox 
geniş  yayılmışdır.  Onların  üstünlükləri  aşağıdakılardır:  asan  hazırlanması,  materiallara  qənaət 
edilməsi,  qazımaya  sərf  edilən  vaxtın  qısaldılması,  qazıma  məhlulunun  ağırlaşdırılması,  kimyəvi 
emalı  və  təmizlənməsinə  sərf  olunan  vaxtın  xeyli  azalması  və  nəticədə  qazımanın  kommersiya 
sürətinin yüksəlməsi. 
Təcrübə  göstərir  ki,  baritlərdən  istifadə  etdikdə  başqa  ağırlaşdırıcılarla  müqayisədə 
qazımanın mexaniki sürətinin 50%-dən çox artması, bir baltanın gedişinin isə 26%-dən çox olması, 
avadanlıqların  təmirinə  sərf  edilən  vaxtın  xeyli  azald0ılması  və  nəhayət,  istifadə  edilən 
ağırlaşdırıcının miqdarının təxminən 2 dəfə azalması müşahidə edilir, 1 m qazımanın maya dəyəri 


 
             
 
də xeyli azalır. Qazımada nisbətən kiçik xüsusi çəkiyə malik ağırlaşdırıcılardan da istifadə olunur. 
Məsələn, dəmir arsenatı – bu ortofosfat turşusunun duzudur, xüsusi çəkisi 3,2 q/sm
3
-dir. 
Dolomit, Ca və Mq(CO
3
)
2
-ın, xüsusi çəkisi 2,8 – 2,9 q/sm
3
; əhəngin xüsusi çəkisi 2,70 q/sm
3
 
(çökmə  süxurdur);  mergelin  –  xüsusi  çəkisi  2,65  q/sm
3
-dir  (çökmə  süxurdur).  Qalenitin  –  PbS 
xüsusi  çəkisi  7,4  –  7,6  q/sm
3
-dir;  Bu  ağırlaşdırıcıdan  çox  böyük  xüsusi  çəkiyə  malik  qazıma 
məhlulları hazırlamaq üçün istifadə edilir. 
 
6.13.1. Qazıma məhlulunun hazırlanması 
 
Əgər  quyunun  kəsilişi  qazıma  məhlulu  hazırlamaq  üçün  yararlı  gillərdən  təşkil  olunubsa, 
qazıma  məhlulunu  bilavasitə  quyunun  içərisində  əldə  etmək  olar.  Belə  qazıma  məhluluna  təbii 
qazıma  məhlulu  deyilir.  Əgər  quyunun  kəsilişində  qazıma  məhlulu  hazırlamaq  üçün  yararlı  gil 
növləri olmazsa, yaxud az olarsa, onda quyu ərazisində yerləşdirilmiş xüsusi avadanlığın köməyi ilə 
qazıma  məhlulu  hazırlayırlar.  Bunun  üçün  bir  və  iki  valı  olan  mexaniki  gil  qatağından  (gil 
qarışdırıcısından)  və  hidravlik  gil  qarışdırıcısından  istifadə  olunur.  Mərkəzləşdirilmiş  şəkildə  isə 
qazıma məhlulunu gil zavodlarında hazırlayırlar. Quyu ərazisində yerləşdirilən MQ2-4 mexaniki gil 
qarışdıranının  həcmi  4  m
3
,  elektrik  mühərrikinin  gücü  14  kvt,  valının  dövrlər  sayı  dəqiqədə  95 
dövr/dəq-dir.  Mexaniki  gil  qarışdıranın  içərisinə  su  və  gil  parçaları  töküb,  0,5 

  1,0  saata  qədər 
qarışdırırlar.  Qarışdırma  əməliyyatı  gil  qatağının  valına  geydirilmiş  pərlər  fırlanmaqla  yerinə 
yetirilir. Əgər, quyu ərazisinə gil toz şəklində gətirilibsə, onda hidravlik gil qarışdırıcısından istifadə 
etmək  məsləhətdir.  Əgər  qazıma  məhlulu  zavod  şəraitində  hazırlanıbsa,  onu  böyük  tutumlu 
avtosisternlərlə yaxud boru kəməri vasitəsilə buruğa çatdırırlar. Deyilənlərdən əlavə, FŞD-3, FŞD-7 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə