Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   25   26   27   28   29   30   31   32   ...   60

 
             
 
ABŞ-ın Kaliforniya körfəzində ölçüləri 60x60m olan süni ada 
üzərindən 68 quyu qazılmışdır. 
Quyuların  qazılmasının  texniki-iqtisadi  səmərəsini 
yüksəltmək üçün qabaqcıl üsullardan biri də çoxdibli quyuların 
qazılmasıdır  (şəkil  8.3).  Bu  üsulun  mahiyyəti  əsas  quyu 
lüləsindən bir və  ya bir  neçə  əlavə lülənin  qazılmasıdır ki, bu 
da yerin üstündən bilavasitə həmin məqsəd üçün qazılmalı olan 
bir neçə quyunun bir lülə ilə əvəz edilməsi deməkdir. Beləliklə, 
qazılmış  ilk  əsas  lülədən  dəfələrlə  istifadə  etməklə,  yuxarı 
məhsuldar  olmayan  horizontların  qazılmasını  və  bunun 
nəticəsində, qazımanın həcmini ixtisar etmək mümkündür. 
Çoxdibli  neft  və  qaz  quyularının  qazılması  zamanı 
məhsuldar lay içərisində quyu lüləsinin əlverişli uzunluğu artır 
və nəticədə drenaj zonası və süzülmə səthi də böyüyür.  
Bəzi  hallarda  yatağın  kəsilişinin  aşağı  hissəsində  quyu 
dibinin  açıq  şəkildə  istismarına  yol  verilir.  Bu  halda  əsas 
lülənin məhsuldar lay üzrə bir-birindən kəskin surətdə yana və 
müəyyən  məsafəyə  uzaqlaşmış  lülələrin  şaxələnməsi  nəzərdə 
tutulur. 
8.1 İnhirafetdirici alətlər 
İnhirafetdirici  alətin  təyinatı  –  quyunu  əvvəlcədən 
verilmiş  və  ya  ixtiyari  istiqamətdə  əymək  məqsədilə  baltada 
inhirafetdirici  qüvvə,  yaxud  balta  ilə  quyu  oxları  arasında 
müəyyən bucaq yaratmaqdır. 
Turbin  mühərriki  ilə  qazımada  inhirafçı  alət  kimi-
əyrikeçirici, TI və ŞI tipli turbin inhirafçıları R-1 tipli, üzərinə 
lövhə  yerləşdirilmiş  inhirafetdirici,  ekssentrik  nippel  və  s. 
elektrik  qazıyıcısı  ilə  qazımada  –  əsasən  əyrilik  mexanizmi 
(Ə.M);  rotor  qazımasında  –  paz  şəkilli  və  şarnirli 
inhirafetdiricilər və s. tətbiq edilir. 
 
 


 
             
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 8.2 Kut quyuların qazılma sxemi
 


 
             
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 8.3 Çoxdibli quyuların qazılma sxemi 
 
İnhirafetdiricilər,  əsasən  maili  istiqamətlənmiş  quyu-
ların qazılmasında müxtəlif növ mürəkkəbləşmələrin, qəzaların 
aradan  qaldırılması  məqsədilə  şaquli  quyulardan  yeni  lülənin 
açılmasında tətbiq edilir. Onlar qazıma zamanı azimut və zenit 
bucaqlarının  eyni  zamanda  dəyişməsinə  və  ya  bucaqlardan 
birini sabit saxlamaqla digərini, dəyişməyə imkan verir. 
Əyri keçirici (şəkil. 8.4.). Maili quyuların qazılmasında 
geniş  yayılmış,  hazırlanması  və  tətbiq  edilməsi  asan  olan 
inhiraf  yaradan  alətdir.  O,  yiv  birləşmələri  oxlarının  müəyyən 


 
             
 
bucaq  altında  kəsişdiyi,  uzunluğu  adi  keçiricinin  uzunluğuna 
bərabər olan AQB-dən hazırlanmış borudur. 


 
             
 
 
1
0

4
0
 əyriliyi olan yiv əsasən nipeldən, bəzi hallarda isə 
muftadan açılır. Böyük sərtliyi olan əyri keçirici alətin əyilmiş 
kəsiyində  müəyyən  qiymətə  malik  elastiki  qüvvə  momenti 
yaradır,  bu  isə  nəticədə  baltada  inhirafetdirici  qüvvə  əmələ 
gətirir. 
Əyri keçiricidən istifadə edilərkən nəzərə alınmalıdır ki, 
quyunun  əyrilik  intensivliyi  –  əyici  alətin  elementlərinin 
ölçülərindən,  turbin  qazıyıcısının,  əyri  keçiricinin  və  onların 
yuxarı hissəsində yerləşdirilmiş AQB-nin sərtliyi və çəkilərin-
dən,  quyunun  diametrindən,  qazıma  rejimindən,  qazıma 
baltasının  quyu  divarını  frezerləmə  qabiliyyətindən  və  qazılan 
süxurun fiziki-mexaniki xassələrindən asılıdır. 
Əyri  keçirici  birseksiyalı  turbin  qazıyıcısı  ilə  istifadə 
edilərsə,  onda  zenit  bucağını  40-45
0
-yə  qədər,  qısaldılmış 
turbin  qazıyıcısı  ilə  50-55
0
-yə  qədər,  qısa  turbin  qazıyıcısı  ilə 
isə 85
0
-90
0
 –yə qədər yığmaq olar. 
İnhirafetdirici R-1 (şəkil 8.5.). AQB parçasından hazır-
lanmış,  öz  oxuna  nisbətən  bir  müstəvidə  və  bir  istiqamətdə 
birləşdirici çəp yivlərə malik inhiraf yaradan alətdir. 
İnhiraf  etdirici  oxu  ilə  aşağı  birləşdirici  yiv  oxunun 
əmələ  gətirdiyi  bucaq  2-3
0
,  inhirafetdirici  oxu  ilə  yuxarı 
birləşdirici  yiv  oxunun  əmələ  gətirdiyi  bucaq  isə  2-2,5
0
  təşkil 
edir.  Bu  inhirafetdirici  elastiki  yığıma  malik  QKAH-də  6-8m, 
sərt yığımlı QKAH-də isə 3-4m uzunluğunda olur. 
İnhirafetdirici  R-1  zenit  bucağını  90
0
-ə  qədər  yığmaq, 
quyunun  azimutunu  dəyişmək,  sement  körpüsündən  və  açıq 
lülədən yeni lülənin açılması və qazılması üçün istifadə edilir. 
Üzərinə lövhə yerləşdirilmiş inhirafetdirici (şəkil 8.6.). 
Bu  inhirafetdirici  əyri  keçirici  ilə  gövdəsinə  lövhə  yer-
ləşdirilmiş turbin qazıyıcısından ibarətdir. Bu tip inhirafetdirici 
birseksiyalı  turbin  yığmaq  üçün  tətbiq  edilir.  Lövhə  təxminən 
sistemin mərkəzində və ya bir az aşağıda yerləşdirilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə