Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   24   25   26   27   28   29   30   31   ...   60

 
             
 
Maili quyu elə quyuya deyilir ki, onun dibi, ağzının dib səviyyəsindəki üfqi müstəvi üzərinə 
proyeksiyasına nisbətən istənilən istiqamətdə uzaqlaşmış olsun. Bu zaman quyu ağzının və dibinin 
üfqi proyeksiyaları arasındakı ən  yaxın məsafə  maili quyunun inhirafı  yaxud şaquldan uzaqlaşma 
məsafəsi adlanır. 
Müasir  maili  quyular  quyu  ağzından  başlayaraq  əvvəlcə  şaquli  qazılır  və  sonra  müəyyən 
dərinlikdən sonra layihədə nəzərdə tutulan istiqamətdə əyriləşdirilərək, çökük əyri üzrə neft və qaz 
laylarının tələb olunan nöqtəsinə çatdırılır. 
Təbiidir  ki,  belə  quyuların  şaquli  hissələrinin  uzunluğu  nə  qədər  çox  olarsa,  o  qədər 
əlverişlidir, lakin bu uzunluq maili qazıma texnologiyasının tələbləri ilə uzlaşdırılmalıdır. 
Maili  quyuların  qazılmasında  əlverişli  geoloji  şəraitdən  istifadə  olunmasının  xüsusi 
əhəmiyyəti vardır. Layların yerləşməsi şəraiti maili quyunun əyriliyinə və istiqamətinə təsir etdiyi 
üçün quyu layihələndirilərkən və onun profili müəyyən olunarkən bu şərait, eləcə də quyuların təbii 
əyilmə qanunauyğunluqları nəzərə alınmalı və onlardan istifadə edilməlidir. 
Qazılma  prosesində  geoloji  səbəblərdən  təbii  əyilməyə  məruz  qalan  quyular  çox  hallarda 
nəzərdə tutulan neft və qaz layları ilə görüşmür və nəticədə layihənin məqsədi reallaşmır. 
Hal-hazırda  quyuların  süni  (məcburi)  əyilməsinə  aşağıdakı  əsas  üsulların  tətbiqi  ilə  nail 
olunur: 
a)  yataqlarda  quyuların  təbii  əyilmə  qanunauyğunluqlarını  nəzərə  almaqla  profilin  seçilib 
layihələndirilməsi. Bu halda, müəyyən sahədə əvvəllər qazılan zaman təbii əyilmiş quyuların faktiki 
materialları əsasında qurulmuş profillərə əsaslanaraq quyu layihələşdirilir. Həmin üsul yalnız yaxşı 
tədqiq olunmuş yataqlarda tətbiq edilməlidir. Çünki orada quyunun əyriliyini idarə etməyə ehtiyac 
olmadığı  üçün  quyuları  təbii  əyilməyə  uyğunlaşdırırlar.  Bu  üsulun  çatışmayan  cəhəti  qazıma 


 
             
 
həcminin böyüməsi ilə əlaqədar quyuya qoyulan xərclərin artmasıdır. Bundan əlavə, hər bir yataq 
üçün əvvəlcədən qazılmış quyulara əsasən əyrilik intensivliyi böyük olan yerlər müəyyən edilməli 
və quyu profili layihələndirilən zaman onlar nəzərə alınmalıdır; 
b) müxtəlif tip QKAH quruluşunu tətbiq etməklə quyu lüləsinin əyilməsinin idarə olunması. 
Bu halda, müxtəlif QKAH tətbiq edib və qazıma rejimini dəyişib, məlum üsulların tətbiqi ilə quyu 
lüləsinin hərəkət istiqamətini idarə etmək mümkündür. 
Həmin  üsulda  xüsusi  inhirafyaradanlardan  istifadə  etməklə,  quyunu  verilmiş  istiqamətdə  qazımaq 
olar, hərçənd ki, bu zaman sürətli qazıma rejimi müəyyən qədər məhdudlaşdırılır. 
c)  quyuların  istiqamətlənmiş  inhirafına  nail  olunması  süni  inhirafyaradanların  tətbiqinə 
əsaslanır.  Əyri  keçirici,  ekssentrik  nippel,  inhirafyaradan  tərtibatlar  və  xüsusi  qurğulardan 
yataqların konkret texniki-texnoloji şəraitindən asılı olaraq istifadə olunur. 
Hazırda  neft,  qaz  və  faydalı  qazıntılar  çıxarmaq  üçün  maili  istiqamətlənmiş  quyuların 
qazılmasından  geniş  istifadə  edilir  (şəkil  8.1.).  Neft  və  qaz  quyularının  maili  istiqamətlənmiş 
qazılması qazılma üsulundan asılı olmayaraq, yerin səthindən əvvəlcə şaquli, sonra isə tələb olunan 
istiqamətdə  əyriləşdirilərək  qazılır.  Sonralar  maili  qazıma  texniki  cəhətdən  təkmilləşdirilərək 
çoxdibli kut quyuların qazılması üçün baza oldu. 
Birlüləli  maili  quyuların  qazılması  ilə  maili  quyuların  potensial  imkanları  tükənmir.  Quyu 
lüləsinin  məhsuldar  qat  içərisində  üfqi  qazılması  əvvəlcə  kut  qazımanın,  sonra  isə  çoxdibli 
quyuların qazılması üçün geniş imkanlar yaratdı. 
Kut  qazıma  dedikdə,  məhdud  ölçülərə  malik  meydança  üzərindən  ağızları  bir-birinə  yaxın 
olan  maili  quyuların  qazılması  başa  düşülür.  Bu  quyuların  dibi  isə  yatağın  işlənmə  şəbəkəsinə 
uyğun olaraq, məhsuldar layın verilmiş (əvvəlcədən müəyyən edilmiş) nöqtələrində yerləşir. 


 
             
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 8.1 Maili quyuların qazılmasının tətbiqinə aid misallar 
 
1-dənizdə  qurulmuş  əsaslardan  qazma;2-dənizdə  yerləşən  yataqların  sahildən  qazılması;3-kəsilib  düşmüş 
zonalardan  neft  sahələri  yerləşən  istiqamətlərdə  quyuların  qazılması;4-yataqların  yerləşdiyi  sahələrin  üzərində 
qazma  qurğusunun  yerləşdirilməsi  mümkün  olmayan  yerlərdə  maili  quyunun  qazılması;5-monoklinal  tipli  neft 
laylarına  qazıma;6-açıq  fontanların  və  yanğınların  ləğv  olunması  üçün  qazılan  köməkçi  quyular;7-qəza  zamanı 
kənara çıxmaq;8-duz kümbəzlərinin yuyulması qorxusu olan rayonlarda maili quyuların qazılması; N-neft; S-su; Q-
qaz; 
D-duz 


 
             
 
Kut  qazımanın  tətbiqinin  zəruriliyini  (vacibliyini) 
aşağıdakı  şəraitlər  tələb  edir:  texniki  cəhətdən  möhtəşəm 
tikililər  və  müdafiə  əhəmiyyətli  obyektlər  altında  yerləşən 
yataqları  açmaq  lazım  gəldikdə;  texnoloji-yatağın  işlənmə 
şəbəkəsinin  pozulmaması  xatirinə  təbii  əyilmə  ilə  mübarizə 
çətin olduqda; geoloji-su hövzələri altında kəskin relyefə malik 
sahələrdə,  çox  laylı  yataqlarda,  qış  mövsümündə  böyük  qar 
örtüyü  gözlənən  hallarda  kut  qazımadan  istifadə  etmək 
əlverişlidir. 
İki lülənin ardıcıl, iki lülənin paralel və üçlüləli qazıma 
kut qazımanın müxtəlif kateqoriyalarındandırlar. 
Kut  qazıma  meydançasının  hazırlanması  üçün  görülən 
işlərin  həcmi,  bir  quyu  üçün  fərdi  özüldə  görülən  işlərin  həc-
mindən  bir  qədər  çoxdur.  Lakin  kut  qazımada  görülən  işlərin 
həcminin həmin meydançadan qazılacaq quyuların sayına olan 
nisbəti çox kiçik olub, iqtisadi cəhətdən əlverişlidir. 
Vətənimzdə  və  xarici  ölkələrdə  kut  qazıma  təcrübəsi 
göstərir  ki,  bu  üsulla  qazıma  tikinti  və  montaj  (quraşdırma) 
işlərinin  xeyli  azaldılmasına,  yol  tikintisi  və  su  təchizatı  ilə 
əlaqədar  xərclərin,  elektrik  xətlərinin  və  rabitənin  yaradılması 
xərclərinin  xeyli  azaldılmasına  imkan  verir,  istismar  edilən 
quyulara  xidməti  sadələşdirir,  daşınmalı  yüklərin  həcmini 
ixtisar etmək mümkün olur. 
Ümumiyyətlə,  kut  üsulu  ilə  qazıma  mədən  tikintisinə 
sərf  ediləcək  xərcləri  ixtisar  etməyə,  istismar  prosesinin  və 
xidmətlərin  avtomatlaşdırılmasına,  neft  və  qaz  yataqlarının 
mənimsənilməsi  və  istismarı  zamanı  ətraf  mühitin  mühafizə 
edilməsinə yaxşı imkan yaradır. 
Kut  qazımada  bir  meydança  üzərindən  qazılacaq 
quyuların  minimal  sayı  2  ola  bilər.  Neft  mədənlərində  kut 
qazımada  adətən  16

24  quyunun  qazılması  qruplaşdırılır, 
bəzən bu rəqəm 30-dan çox da olur (şəkil 8.2). Xarici ölkələrin 
təcrübəsi  göstərir  ki,  kut  qazıma  üsulu  ilə  bir  meydança 
üzərindən  60-dan  çox  quyu  qazımaq  mümkündür.  Məsələn, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə