Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   32   33   34   35   36   37   38   39   ...   60

 
             
 
10.3. Qoruyucu borular  
 
Qoruyucu  borulardan  quyuların  möhkəmləndirilmə-
sində istifadə edilir. Bu borular tikişsiz olub, yüksək keyfiyyətli 
poladlardan  hazırlanırlar.  Qazımada  əsasən  aşağıdakı  ölçülərə 
malik qoruyucu borular işlənir. 
114,3 (114), 127 (127), 139,7 (140), 146 (146), 168,3 
(168),  177,8  (178),  193,7  (194),  219,1  (219),  244,5  (245), 
273,1 (273), 298,5 (299), 323,9 (324), 339,7 (340), 351 (351), 
377  (377),  406,4  (407),  425,5  (426)  və  508  (508).  Mötərizə 
içərisində  qoruyucu  boruların  şərti  diametrləri  verilmişdir. 
Qoruyucu borular adətən 9,5

13 m uzunluğunda olurlar (qoru-
yucu  borular  komplektinə  20%-ə  qədər  üzünlüğü  8

9,5  m  və 
10%-ə  qədər  uzunluğu  5

8  m  olan  boruların  daxil  edilməsinə 
icazə verilir). 
Neft  və  qaz  quyularının  möhkəmləndirilməsində 
quyruq  kəmərlərinin  və  kiçik  uzunluğa  malik  qoruyucu 
kəmərlərin  quyuya  buraxılması  üçün  bəzən  muftasız,  hamar 
qoruyucu  borulardan  da  istifadə  edirlər.  Qoruyucu  borular 
quyuya  göndərilməzdən  əvvəl  daxili  təzyiqə  yoxlanmalıdır. 
Zay  borular  kənarlaşdırılmalı,  müvafiq  akt  tərtib  edilməlidir, 
orada  zay  boruların  sayı,  uzunluğu  və  yararsızlıq  səbəbləri 
göstərilməlidir.  Neft  və  qaz  quyularının  qazılmasında  istifadə 
edilən  qoruyucu  boruların  hazırlandığı  poladların  mexaniki 
xarakteristikası aşağıdakı cədvəldə verilir. 
 
Poladların 
mexaniki 
xassələri 
Poladın möhkəmlik qrupu 







Müvəqqəti 
müqavimət 
kqq/mm
2
 
55 
65 
70 
75 
80 
90 
110 
Axıcılıq həddi, kqq/mm

32 
38 
50 
55 
65 
75 
95 
Nisbi uzanması, %-lə 
 

5
 
 

10
 
 
18 
14 
 
16 
12 
 
12 
10 
 
12 
10 
 
12 
10 
 
12 
10 
 
12 
10 
 


 
             
 
               10.3.1. Qoruyucu boruların quyuya  
                           buraxılmağa hazırlanması 
 
Quyuya  buraxılacaq  qoruyucu  boruların  hər  biri 
zahirən  nəzərdən  keçirilməlidir.  Boru  üzərində  qaysaq,  batıq, 
metalın təbəqələşməsi, əzik, çat, xarab olmuş yiv, 1 m boruda 
1,3  mm-dən  çox  əyrilik,  olarsa,  həmin  borular  zay  boru  kimi 
kənar  edilməli  və  quyuya  buraxılmamalıdır.  Bundan  sonra 
borular  defektoskopla  yoxlanırlar.  Quyuya  buraxılmazdan 
əvvəl  borular  boru  bazasında  su  ilə  sınaq  təzyiqinə 
yoxlanmalıdır.  Sınaqdan  sonra  borunun  uclarına  qoruyucu 
halqa  və  tıxac  bağlanır.  Sınaqdan  yaxşı  çıxmış  borular 
qoruyucu  kəmərin  texniki  hesabatına  uyğun  olaraq  seksiyalar 
üzrə  stellaja  yığılır.  Hər  borunun  üzərində  onun  sıra  nömrəsi 
yağlı boya ilə yazılır və xüsusi jurnalda qeyd edilir. 
Quyuya buraxılmaq üçün götürülən hər qoruyucy boru 
içərisinə  şablon  buraxılır.  Şablonun  diametri  borunun 
diametrindən 3 mm kiçik olmalıdır. 
Quyuya  buraxılmağa  hazır  olan  borular  quruda 
mexanikləşdirilmiş  boru  daşıyan,  dənizdə  isə  kran  gəmisi  ilə 
buruğa  gətirilir.  Hər  partiya,  qoruyucu  kəmərin  ümumi 
uzunluğunun  2%-ə  qədəri  sınaqdan  keçirilir  və  əlavə  olaraq 
yüksək  möhkəmliyə  malik  ehtiyat  boruları  da  buruğa  gətirilir 
ki,  qoruyucu  kəmər  quyuya  buraxılarkən  aşkar  edilmiş  zay 
boruları ehtiyat borularla əvəz etmək mümkün olsun. 
Buruğa gətirilən qoruyucu borular, kəmərin buraxılma 
planına  uyğun  olaraq,  möhkəmlik  qrupları  üzrə  divarının 
qalınlıqları  da  nəzərə  alınmaqla  ardıcıllıqla  buruq  yanındakı 
stellaja  yığılır.  Bu  müddət  ərzində  qoruyucu  kəmərin  aşağı 
hissəsinin  elementləri  də  buruğa  gətirilir  (istiqamətləndirici 
tıxac,  başmaq,  başmaq  borusu,  əks  klapan  isnad  halqası, 
mərkəzləşdiricilər, 
ərsinlər, 
turbulizatorlar, 
ayırıcılar, 
sementləmə tıxacları və s.). 
 


 
             
 
10.3.2 
Quyu 
lüləsinin 
qoruyucu 
kəmərlərin 
buraxılmasına hazırlanması 
 
Burada  əsas  tələb  qoruyucu  kəmərin  layihə  dərinliyinə 
müvəffəqiyyətlə  endirilməsi  və  quyunun  keyfiyyətlə  sement-
lənməsidir.  Bu  tələbin  ödənilməsi  aşağıda  qeyd  edilənlərin 
ardıcıllıqla yerinə yetirilməsindən çox asılıdır. 
Qazıma kəmərini sonuncu dəfə quyudan qaldırmazdan 
əvvəl  qazıma  məhlulu  kimyəvi  reaqentlər  və  əlavələrlə  (neft, 
qrafit, səthi aktiv maddələr, köpüksöndürənlər və s.) işlənir. Bu 
işlər  qazıma  və  qoruyucu  kəmərlərin  tutulmasının  qarşısını 
almaq  üçün  görülür.  Bundan  sonra  quyuda  kompleks 
elektrometrik  işlər  aparılır  (elektrotermometr,  inklinometr, 
kavernomer, profilomer, standart karotaj və s.). Bu ölçmə işləri 
nəticəsində quyu lüləsi üzrə temperaturanın dəyişməsi, zenit və 
azimut  bucaqları,  daralmalar,  genişlənmələr  (kavernalar),  nov 
əmələ gəlməsi, lülənin nominal diametri, kəskin əyilmə yerləri 
haqqında  məlumatlar  əldə  edilir,  quyunun  en  kəsiyinin 
konfiqurasiyası  və  tamponaj  materiallarına  olan  tələblər 
nəzərdən keçirilir. 
Karotaj  kabelinin  uzunluğunu  və  polad  ruletka  ilə 
qazıma  borularının  uzunluqlarını  ölçməklə  quyunun  həqiqi 
dərinliyini dəqiq müəyyən edirlər. 
Əgər quyuda mürəkkəbləşmə yoxdursa və quyu lüləsi 
normal  vəziyyətdədirsə,  onda  qoruyucu  kəməri  buraxmazdan 
əvvəl quyu lüləsi təkrar şablonlaşdırılır. Bu zaman QKAH-nin 
quruluşu 3 şaroşkalı balta, genişləndirici, 10

12 m uzunluğun-
da  AQB,  genişləndirici,  10

12  m  uzunluğunda  AQB,  yenə 
genişləndirici,  AQB  və  qazıma  borularından  ibarət  olmalıdır. 
Kəmərin  buraxılması  zamanı  oturmalar  müşahidə  olunan 
intervallar yenidən işlənməlidir. 
Əgər  quyu  lüləsi  mürəkkəbləşmə  şəraitindədirsə 
aşağıda  qeyd  edilən  QKAH  quruluşundan  istifadə  etməklə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə