Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   30   31   32   33   34   35   36   37   ...   60

 
             
 
3.  Lay  sularının  bir  horizontdan  digərinə  axmasının, 
atmosferə  təzahürlərinin  və  onlarla  bağlı  mürəkkəbləşmələrin 
qarşısını almaqdır. 
4. Təzahürlər əleyhinə tərtibatların və istismar avadan-
lıqlarının quyu ağzında  möhkəm və hermetik birləşdirilməsini 
təmin etməkdir. 
5.  Geoloji  kəsilişdə  bir-birinə  yaxın  olan  laylardan 
birində  udulma,  digərində  isə  fantan  təhlükəsi  olan  layların 
fəaliyyətinin qarşısını almaqdır. 
6.  Ləğv  edilməsi  mümkün  olmayan  hallarda  intensiv 
surətdə udulmanın qarşısını almaqdır. 
7.  Çox  böyük  dərinliyə  malik  olan  kəşfiyyat  quyu-
larında öyrənilməmiş intervalları qazarkən ehtiyat tədbiri kimi 
qoruyucu kəmər buraxılması nəzərdə tutulmalıdır. 
 
10. Quyu quruluşu haqqında anlayış. 
Təyinatına görə quyuların növləri 
 
Quyuya 
buraxılacaq  qoruyucu  kəmərlərin  sayı, 
buraxılma  dərinlikləri,  diametrləri,  kəmər  arxası  fəzada 
sementləmə intervallarının hündürlükləri, quyu lüləsinin ayrı-
ayrı intervallarını qazacaq baltaların diametrləri haqqında olan 
məlumatlar  kompleksinə  (toplusuna)  quyu  quruluşu  deyilir. 
Seçilmiş quyu quruluşu aşağıdakıları təmin etməlidir: 
1. Texniki tikinti kimi quyunun möhkəmliyini və uzun 
müddət işləməsini; 
2. Quyunun layihə dərinliyinə qədər çatdırılmasını; 
3. istismarın layihə rejimlərinə nail olunmasını; 
4.  Neft  və  qazın  hərəkəti  üçün  təbii  enerjidən 
maksimum və tam istifadə edilməsini; 
5.  Qaz,  neft,  su  basqılı  horizontların  etibarlı  izolə 
edilməsini; 
6.  Yatağın  kəşfiyyatı  və  işlənməsinə  sərf  ediləcək 
maddi vəsaitin minimuma endirilməsini. 


 
             
 
Quyu  quruluşunun  hesabına  bir  qayda  olaraq  istismar 
kəmərinin  diametrinin  seçilməsindən  başlayırlar.  İstismar  kə-
mərinin  diametri  quyunun  gözlənilən  debitinə  nəzərən  seçilir 
və  bu  zaman  onun  quyuda  yeraltı,  əsaslı  təmirlərin  aparılma-
sına,  tutucu  alətlərdən  istifadə  edilməsinə  imkan  verəcəyi  nə-
zərə alınmalıdır. 
Quyu  quruluşunun  layihələndirilməsi  zamanı  qoruyu-
cu  kəmərlərin  aşağıda  qeyd  edilən  növlərindən  istifadə  edilə 
bilər: 
İstiqamətləndirici  dəyanətsiz suxurlardan təşkil edil-
miş yuxarı intervalın möhkəmləndirilməsi, konduktorun yerini 
qazarkən  quyu  ağzının  yuyulub  dağılmasının  qarşısını  almaq 
və quyu ağzını nov sistemi ilə birləşdirmək üçün istifadə edilir. 
Konduktor  –  kəsilişin  yuxarı  intervalında  dəyanətsiz 
suxurları möhkəmlətmək , sulu layları çirklənmədən qorumaq, 
quyu  ağzında  təzahürlər  əleyhinə  avadanlığı  quraşdırmaq  və 
sonrakı qoruyucu boruların asılmasını təmin etmək üçündür. 
Aralıq  kəməri  (texniki  kəmər)  –  geoloji  kəsilişin 
yuxarıda  yerləşən  qazıma  zonasında  qazıma  şəraitlərinin 
aşağıda  yerləşən  zonanın  qazıma  şəraitlərinə  uyğun  olmayan 
horizontlarını  möhkəmlətmək  və  izolə  etmək,  sonrakı 
intervalların  qazılması  zamanı  baş  verə  biləcək  mürəkkəb-
ləşmələrin qarşısını almaq üçündür. 
İstismar  kəməri  –  məhsuldar  qatı  quyunun  geoloji 
kəsilişində  olan  başqa  horizontlardan  izolə  etmək,  məlum 
üsullarla neftin və qazın istismarını təmin etmək üçündür. 
Quyruq  kəməri  –  ehtiyac  olarsa  quyu  lüləsinin  açıq 
hissəsini  möhkəmləndirmək  üçündür,  o,  əvvəlki  qoruyucu 
kəmərin  içərisinə  100  m-dən  az  olmayaraq  daxil  olmalı  və 
ondan asilmalıdır. 
Letuçka  -  xüsusi  aralıq  kəməri  olub,  yalnız  yaranmış 
mürəkkəbləşmələri  təcili  sürətdə  ləğv  etmək  üçün  istifadə 
edilir.  Onun,  nə  ondan  əvvəl,  nə  də  ondan  sonra  buraxılan 


 
             
 
kəmərlərlə  əlaqəsi  olmur  (Layihədə  nəzərdə  tutulmayan  əlavə 
kəmərdir). 
Quyunun  qazılma  müddətini  və  maddi  vəsait  sərfini 
azaltmaq  məqsədilə  imkan  daxilində  quyu  quruluşunu 
sadələşdirməyə və yüngülləşdirməyə çalışmaq lazımdır. 
Quyu  quruluşunun  sadələşdirilməsi  dedikdə  quyuya 
buraxılacaq  qoruyucu  kəmərin  xarici  diametri  ilə  quyu  divarı 
arasında  olan  boşluğu  imkan  daxilində  azaltmaq,  yəni  həmin 
kəmərin  yerini  qazıyan  baltanın  diametrini  mümkün  qədər 
kiçik qötürmək başa düşülməlidir. 
Quyu quruluşunun yüngülləşdirilməsi dedikdə: - 
1.
 
Quyuya  buraxılacaq  konduktorun,  aralıq  kəmərinin  və 
istismar  kəmərinin  diametrinin  mümkün  qədər  kiçik 
götürülməsi;  
2.
 
Quyuya  buraxılacaq  kəmərlərdən  hər  hansı  birinin  yaxud 
ikisinin ixtisara salınmasının mümkünlüyü;  
3.
 
Konduktor  yaxud  aralıq  kəmərinin  buraxılma  dərinliyinin 
azaldılmasının  mümkünlüyü  başa  düşülməlidir.  Nəticədə 
xeyli metala və vəsaitə qənaət etmək olur. 
10.2. Quyu quruluşunun hesabı 
 
Quyu  quruluşunun  hesabı  aşağıdan  yuxarıya  doğru 
aparılır.  Əvvəlcə  yuxarıda  qeyd  edilən  tələblərin  yerinə 
yetirilməsini təmin edəcək  istismar kəmərinin diametri seçilir. 
Bundan  sonra  istismar  kəmərinin  yerini  qazıyacaq  baltanın 
diametri  aşağıdakı  ifadədən  tapılır  və  dövlət  standartına 
uyğunlaşdırılır. 
 D
b
 = D
m
 + 2

 
Burada: D
b
 - qazıma baltasının diametridir; 
 D
m
 - qoruyucu kəmərin muftasının diametridir; 
 

  -  qoruyucu  kəmərin  muftasının  diametri  ilə  quyu  divarı 
arasında olan fərqdir (boşluqdur). 
İstismar  kəmərindən  əvvəl  quyuya  buraxılacaq  aralıq 
kəmərinin daxili diametri ilə istismar kəmərinin xarici diametri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə