Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   28   29   30   31   32   33   34   35   ...   60

 
             
 
istifadə  edilir.  Bundan  başqa  bu  profil  quyu  lüləsi  bir  neçə 
məhsuldar laydan keçdikdə yatağın ümumi işlənmə şəbəkəsini 
saxlamaqla,  həmin  layların  istənilən  hər  birini  ayrılıqda 
istismar  etməyə  imkan  verir.  İki  əyri  intervalı  olan  bu  profil 
mürəkkəbdir  və  qazıma  prosesində  novun  əmələ  gəlməsinə, 
qazıma alətinin pərçimlənməsi və tutulmasına şərait yaradır. 
E.  Beşintervallı  profil  (şək.8.13.e)  Ş+İART+AART+ 
ST+AZ  intervallarından  ibarətdir.  Bu  profil  zenit  bucağının 
böyük  qiymətini  əldə  etmək  üçün  əsasən  inhirafı  böyük  olan 
(quyunun  dərinliyi  ilə  müqayisədə)  quyuların  qazılmasında 
tətbiq  edilir.  Beləliklə,  çox  zəhmət  tələb  edən  istiqamətlən-
dirilmiş QKAH – dan istifadə minimuma endirilir və nəticədə 
keyfiyyətli səlis əyriliyə malik quyu lüləsi qazılır. 
Yuxarıda  göstərilən  bütün  profillərdən  fərqli  olaraq 
burada  zenit  bucağının  artırılmasının  iki  intervalı  vardır: 
istiqamətləndirilmiş  QKAH  ilə  qazılan  intervalda  zenit  bu-
cağının  intensiv  artırılması  (İART)  və  istiqamətləndirilməmiş 
QKAH  ilə  qazılan  intervalda  zenit  bucağının  az  intensivliklə 
artırılması (AART). Azərbaycanın dəniz yataqlarında beşinter-
vallı  maili  quyu  profillərindən  istifadə  olunduğunu  misal 
göstərmək olar. 
Fəza profili. Quyu lüləsinin ixtiyari əyilməsinə geoloji 
amillərin  təsiri  çox  olan  rayonlarda  maili  quyuların  qazıl-
masında istifadə edilir. Belə hallarda quyunun profilinin qurul-
ması üçün quyu lüləsinin təbii əyilmə qanunauyğunluqlarından 
maksimum  istifadə  etmək  və  istiqamətləndirilmiş  QKAH-dən 
istifadə olunmasını minimuma endirməyə çalışmaq lazımdır. 
Maili quyu profillərinin tipləri 
 
 
 
 
 
 
 


 
             
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 8.13 İNTERVALLAR: Ş-şaquli; ART-zenit bucağının artırılması  
(İ-intensiv,A-az  intensiv);  ST-zenit  bucağının  sabit  saxlanılması;  AZ-zenit  bucağının 
azaldılması;H-şaquli xətt üzrə quyunun dərinliyi; L-quyu lüləsinin şaquldan inhirafı 
 
8.3. Maili quyu profilləri intervallarının xarakteri 
 
Şaquli interval bilavasitə quyunun ağzından başlayır və 
bir  sıra  amillərlə  təyin  olunan  müxtəlif  uzunluğa  malikdir. 
Şaquli  interval  nə  qədər  az  olarsa,  maili  lüləni  verilən 
istiqamətə  qazımaq  bir  o  qədər  asanlaşar.  Lakin  quyu 
kəsilişinin  yuxarı  hissəsində  dağ  süxurlarının  daha  dayanıqsız 
olması  maili  hissənin  qazılmasına  maneçilik  törədir.  Bundan 
başqa,  inhirafı  kiçik  olan  dərin  quyularda  maili  hissənin 
qazılmasını  kiçik  dərinlikdən  başlamaq  münasib  deyil,  çünki 
bu  halda  quyuda  zenit  bucağının  qiyməti  kiçik  olacaq  və 
quyunun verilmiş azimutda  qazılması  çətin  həyata keçiriləcək. 
Maili  lülənin  qazılmasına  böyük  dərinlikdən  başlamaq  da 
münasib deyil, çünki bu zaman bir çox texniki çətinliklər əmələ 
gəlir  ki,  bunlardan  böyük  dərinlikdə  əyri  keçiricini  verilmiş 
istiqamətdə  yönəltməyin  müşgüllüyünü  və  quyu  diametri  ilə 
məhdudlaşan  əyri  keçiricinin  etibarsız  işləyəcəyi  ehtimalının 
artmasını göstərmək olar. Kut üsul ilə qazımada maili hissənin 
qazılması  prosesində  lülələrin  görüşməməsi  tələbi  də  nəzərə 
alınmalıdır. 


 
             
 


 
             
 
 
8.9.Zenit  bucağının  iki  artırılma  intervalı  və  bunlar 
arasında sabit saxlanılma intervalı olan ÜQ profili 
 
Bu  mürəkkəb  tip  profil  olub,  beş  intervaldan,  yəni 
şaquli, zenit bucağının birinci artırılma, stabilləşdirilmə, ikinci 
artırılma  və  üfqi  intervallardan  ibarətdir.  Bu  tip  profil  quyu 
lüləsinin məhsuldar laya daxil olduğu nöqtədə şaquldan inhirafı 
böyük  olan  hal  üçün  istifadə  olunur.  Belə  ÜQ  profili 
layihələndirilən  zaman  verilən  oxboyu  yükün  quyu  dibinə 
çatdırılması, qoruyucu kəmərin müvəffəqiyyətlə buraxılması və 
sonradan  quyunun  tamamlanmasını  nəzərə  alaraq,  artırılma 
intervallarında lülənin əyrilik intensivliyini, həmçinin stabilləş-
dirilmə  intervalında  zenit  bucağını,  müqavimət  qüvvələrinin 
minimum  olması  şərti  ilə  seçmək  lazımdır.  Quyu  quruluşu 
mürəkkəb  olan  halda  intervalların  yerdəyişməsinin  qoruyucu 
kəmərin buraxılma dərinliyinə uyğun gəlməsi əlverişlidir. 
Quyu  lüləsinin  həqiqi  yolunun  layihədə  nəzərdə 
tutulduğundan kənara çıxdığı halda stabilləşdirilmə intervalının 
olması  profilin  layihələndirilməsi  üçün  vəziyyəti  düzəltməyə 
müəyyən qədər imkan verir. Birinci artırılma intervalında əldə 
edilmiş zenit bucağından asılı olaraq stabilləşdirilmə intervalı-
nın uzunluğunu dəyişmək olar. 
 
8.10. Üfqi quyu profillərinin hesablanması 
 
Profilin  tipini  seçdikdən  sonra  onun  hesablanmasını 
aparmaq  lazımdır.  Hesabat  üçün  ilkin  məlumatlar,  əsasən 
məhsuldar  layın  yatma  dərinliyi,  onun  yatım  bucağı,  üfqi 
intervalın (şərti-üfqi) inhirafının başlanğıc nöqtəsi, zenit bucağı 
və uzunluğu, quyunun konstruksiyasıdır. 
Hər  hansı  tip  profilin  hesablanması  lülənin  zenit 
bucağının, üfqi və şaquli proyeksiyasının dərinlikdən asılılığı-
nın  təyin  olunmasına  gətirib  çıxarır.  Hesablama  nəticəsində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə