Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   29   30   31   32   33   34   35   36   ...   60

 
             
 
verilmiş bucaq altında lülənin məhsuldar laya düşməsini təmin 
edən  əyrilik  intensivliyi  (əyrilik  radiusu),  profilin  uyğun 
intervallarının  uzunluğu,  onların  üfqi  və  şaquli  proyeksiyaları 
da təyin edilir . 
Bütün üç tip profillərin hesablanması üçün üfqi hissənin 
başlanğıc  nöqtəsinin  yerləşdiyi  dərinliyin  (H
0
)  verilməsi 
lazımdır. Bu kəmiyyət aşağıdakı ifadədən tapılır (şəkil 8.15): 
 
 
 
 
 
 
 
 
 


 
             
 
 


 
             
 
          
 
yni  qazıma  şəraitində  məhlulun  sıxlığı 

,  məhlulda 
bərk  hissəciklərin  olması  C
a.f
  və  şərti  özlülüyün  artması 
qazımanın  mexaniki  sürətinin  azalmasına,  suvermənin  artması 
isə mexaniki sürətin düz xətt üzrə artmasına səbəb olur. 
 
9.4.  Qazımanın  rejim  parametrlərinin  texniki  iqtisadi 
göstəricilərə təsiri 
 
Məlumdur  ki,  qazıma  zamanı  baltanın  gedişi,  süxurun 
dağıdılma  sürətindən  və  baltanın  quyu  dibində  işləmə  müd-
dətindən asılıdır. 
Rotor  üsulu  ilə qazımada  baltanın  dövrlər  sayının  sabit 
qiymətində n=const, qazımanın mexaniki sürətinin 

m
, baltanın 
gedişinin  h
b
  və  baltanın  quyu  dibində  işləmə  müddətinin, 
baltaya  verilən  oxboyu  yükdən  asılılıq  qrafiki  şəkil  9.7 
göstərilmişdir.  Buradan  görünür  ki,  n-in  sabit  qiymətində 
baltaya verilən oxboyu yükün elə bir optimal qiyməti var ki, bu 
qiymət  konkret  süxur  üçün  baltanın  quyu  dibində  ən  böyük 
gedişini təmin edir. Yenə də həmin qazıma üsulu üçün baltaya 
verilən  oxboyu  yükün  sabit  qiymətində  P
b
=const,  qazımanın 
mexaniki  sürətinin,  baltanın  gedişinin  h
b
  və  baltanın  quyu 
dibində işləmə müddətinin 

b
, baltanın dövrlər sayından asılılıq 
qrafiki  şəkil  8.8  göstərilmişdir.  Şəkildən  göründüyü  kimi  P
b
-
nın  sabit  konkret  qiymətində  n-in  elə  bir  optimal  qiyməti  var 
ki,  bu  qiymət  baltanın  quyu  dibində  ən  böyük  gedişini  təmin 
edir. 
Qazımanın mexaniki sürətinin 

m
, və baltanın gedişinin 
h
b
,  baltaya  verilən  oxboyu  yükdən  P

asılılıq  qrafikinin 
görünüşü aşağıdakı kimidir (şəkil 9.9). Bu qrafiklər göstərir ki, 
bütün  hallarda  fırlanma  üsulu  ilə  qazımada,  baltaya  verilən 
oxboyu  yükün  istənilən  həddə  dəyişməsi  qazıma  göstərici-
lərinin dəyişməsinə səbəb olur. 


 
             
 
Rotor  qazıma  üsulunda  qazımanın  rejim  parametrləri 
bir-birindən  asılı  deyil.  Qazıma  prosessində  bu  parametrlərin 
hər birinin qiymətini digər ikisindən asılı olmayaraq dəyişmək 
olar. 
Turbin  qazıma  üsulunda  isə  qazımanın  rejim  para-
metrləri  içərisində  qazıma  məhlulunun  sərfi  əsas  göstəricidir. 
Baltaya  verilən  oxboyu  yük  P
b
,  qazıma  məhlulu  sərfindən  Q, 
asılı olaraq tapılır. 
P
b
 = f (Q) 
Baltanın dövrlər sayı n, turbin qazıma üsulunda qazıma 
məhlulunun  sərfindən Q və baltaya verilən oxboyu  yükdən P
b
 
asılı olaraq dəyişir. 
n = f (Q, P
b

Başqa  sözlə  desək  turbin  qazıma  üsulunda  qazıma 
məhlulunun  sərfinin  Q,  dəyişməsi  baltanın  dövrlər  sayının  və 
baltaya verilən oxboyu yükün P
b
 dəyişməsinə səbəb olur. 
Elektrik  qazıma  üsulunda  baltanın  fırlanma  sürəti 
həmişə  sabitdir.  Burada  baltanın  fırlanma  sürətini  dəyişmək 
üçün ancaq mühərriki başqası ilə əvəz etmək lazımdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
             
 
 
 
 
 
 
 
 
 
 
10. QUYULARIN MÖHKƏMLƏNDİRİLMƏSİ. 
 
Qazıma prosesi zamanı litoloji tərkibi, fiziki-mexaniki 
xassələri,  doyma  dərəcəsi,  doyduran  mayenin  növü  və  lay 
təzyiqləri  müxtəlif  olan  dağ  suxurlarına  rast  gəlinir.  Quyu 
divarı  dəyanətli  suxurlarla  yanaşı  dəyanətsiz  suxurlardan  da 
təşkil olunur. Belə suxurlar çox hallarda tektonik pozğunluqlar 
baş  vermiş  zonalarda  yerləşirlər.  Bu  cür  suxurlar  asanlıqla 
uçulmağa  meylli  olurlar,  dağılıb  tökülürlər.  Lay  suları  bir 
horizontdan  digərinə  axa  bilir  ki  bu  da  yol  verilməzdir.  Çünki 
layların  təbii  enerjisi  azalır,  onların  kollektorluq  xassələri 
dəyişir,  açıq  tullanışlar  və  qrifonların  əmələ  gəlməsi  üçün 
əlverişli  şərait  yaranır,  müalicə  suları  çirklənir,  avadanlıqların 
korroziyası artır. Bundan başqa məhsuldar laydan neft və qazın 
yer üzərinə  çixarılması  üçün möhkəm,  hermetik  və  etibarlı  bir 
kanalın olması çox vacibdir. 
Bütün  bunların  qarşısını  almaq  və  quyu  divarının 
dəyanətli  olmasını  təmin  etmək  məqsədilə  quyuya  qoruyucu 
kəmərlər buraxıb kəmər arxası fəzanı sementləyirlər. 
Beləliklə  quyunun  möhkəmləndirilməsində  əsas 
məqsəd: 
1.  Quyunun  istismarı  dövründə  qaz  və  mayenin 
maniəsiz  hərəkəti  üçün  uzun  müddətli,  etibarlı  və  hermetik 
kanalın yaradılmasıdır; 
2.  Quyunun  bütün  işləmə  dövrü  üçün  quyu  divarının 
dəyanətli olmasını təmin etməkdir; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə