3. Lay sularının bir horizontdan digərinə axmasının,
atmosferə təzahürlərinin və onlarla bağlı mürəkkəbləşmələrin
qarşısını almaqdır.
4. Təzahürlər əleyhinə tərtibatların və istismar avadan-
lıqlarının quyu ağzında möhkəm və hermetik birləşdirilməsini
təmin etməkdir.
5. Geoloji kəsilişdə bir-birinə yaxın olan laylardan
birində udulma, digərində isə fantan təhlükəsi olan layların
fəaliyyətinin qarşısını almaqdır.
6. Ləğv edilməsi mümkün olmayan hallarda intensiv
surətdə udulmanın qarşısını almaqdır.
7. Çox böyük dərinliyə malik olan kəşfiyyat quyu-
larında öyrənilməmiş intervalları qazarkən ehtiyat tədbiri kimi
qoruyucu kəmər buraxılması nəzərdə tutulmalıdır.
10. Quyu quruluşu haqqında anlayış.
Təyinatına görə quyuların növləri
Quyuya
buraxılacaq qoruyucu kəmərlərin sayı,
buraxılma dərinlikləri, diametrləri, kəmər arxası fəzada
sementləmə intervallarının hündürlükləri, quyu lüləsinin ayrı-
ayrı intervallarını qazacaq baltaların diametrləri haqqında olan
məlumatlar kompleksinə (toplusuna) quyu quruluşu deyilir.
Seçilmiş quyu quruluşu aşağıdakıları təmin etməlidir:
1. Texniki tikinti kimi quyunun möhkəmliyini və uzun
müddət işləməsini;
2. Quyunun layihə dərinliyinə qədər çatdırılmasını;
3. istismarın layihə rejimlərinə nail olunmasını;
4. Neft və qazın hərəkəti üçün təbii enerjidən
maksimum və tam istifadə edilməsini;
5. Qaz, neft, su basqılı horizontların etibarlı izolə
edilməsini;
6. Yatağın kəşfiyyatı və işlənməsinə sərf ediləcək
maddi vəsaitin minimuma endirilməsini.
Quyu quruluşunun hesabına bir qayda olaraq istismar
kəmərinin diametrinin seçilməsindən başlayırlar. İstismar kə-
mərinin diametri quyunun gözlənilən debitinə nəzərən seçilir
və bu zaman onun quyuda yeraltı, əsaslı təmirlərin aparılma-
sına, tutucu alətlərdən istifadə edilməsinə imkan verəcəyi nə-
zərə alınmalıdır.
Quyu quruluşunun layihələndirilməsi zamanı qoruyu-
cu kəmərlərin aşağıda qeyd edilən növlərindən istifadə edilə
bilər:
İstiqamətləndirici – dəyanətsiz suxurlardan təşkil edil-
miş yuxarı intervalın möhkəmləndirilməsi, konduktorun yerini
qazarkən quyu ağzının yuyulub dağılmasının qarşısını almaq
və quyu ağzını nov sistemi ilə birləşdirmək üçün istifadə edilir.
Konduktor – kəsilişin yuxarı intervalında dəyanətsiz
suxurları möhkəmlətmək , sulu layları çirklənmədən qorumaq,
quyu ağzında təzahürlər əleyhinə avadanlığı quraşdırmaq və
sonrakı qoruyucu boruların asılmasını təmin etmək üçündür.
Aralıq kəməri (texniki kəmər) – geoloji kəsilişin
yuxarıda yerləşən qazıma zonasında qazıma şəraitlərinin
aşağıda yerləşən zonanın qazıma şəraitlərinə uyğun olmayan
horizontlarını möhkəmlətmək və izolə etmək, sonrakı
intervalların qazılması zamanı baş verə biləcək mürəkkəb-
ləşmələrin qarşısını almaq üçündür.
İstismar kəməri – məhsuldar qatı quyunun geoloji
kəsilişində olan başqa horizontlardan izolə etmək, məlum
üsullarla neftin və qazın istismarını təmin etmək üçündür.
Quyruq kəməri – ehtiyac olarsa quyu lüləsinin açıq
hissəsini möhkəmləndirmək üçündür, o, əvvəlki qoruyucu
kəmərin içərisinə 100 m-dən az olmayaraq daxil olmalı və
ondan asilmalıdır.
Letuçka - xüsusi aralıq kəməri olub, yalnız yaranmış
mürəkkəbləşmələri təcili sürətdə ləğv etmək üçün istifadə
edilir. Onun, nə ondan əvvəl, nə də ondan sonra buraxılan
kəmərlərlə əlaqəsi olmur (Layihədə nəzərdə tutulmayan əlavə
kəmərdir).
Quyunun qazılma müddətini və maddi vəsait sərfini
azaltmaq məqsədilə imkan daxilində quyu quruluşunu
sadələşdirməyə və yüngülləşdirməyə çalışmaq lazımdır.
Quyu quruluşunun sadələşdirilməsi dedikdə quyuya
buraxılacaq qoruyucu kəmərin xarici diametri ilə quyu divarı
arasında olan boşluğu imkan daxilində azaltmaq, yəni həmin
kəmərin yerini qazıyan baltanın diametrini mümkün qədər
kiçik qötürmək başa düşülməlidir.
Quyu quruluşunun yüngülləşdirilməsi dedikdə: -
1.
Quyuya buraxılacaq konduktorun, aralıq kəmərinin və
istismar kəmərinin diametrinin mümkün qədər kiçik
götürülməsi;
2.
Quyuya buraxılacaq kəmərlərdən hər hansı birinin yaxud
ikisinin ixtisara salınmasının mümkünlüyü;
3.
Konduktor yaxud aralıq kəmərinin buraxılma dərinliyinin
azaldılmasının mümkünlüyü başa düşülməlidir. Nəticədə
xeyli metala və vəsaitə qənaət etmək olur.
10.2. Quyu quruluşunun hesabı
Quyu quruluşunun hesabı aşağıdan yuxarıya doğru
aparılır. Əvvəlcə yuxarıda qeyd edilən tələblərin yerinə
yetirilməsini təmin edəcək istismar kəmərinin diametri seçilir.
Bundan sonra istismar kəmərinin yerini qazıyacaq baltanın
diametri aşağıdakı ifadədən tapılır və dövlət standartına
uyğunlaşdırılır.
D
b
= D
m
+ 2
Burada: D
b
- qazıma baltasının diametridir;
D
m
- qoruyucu kəmərin muftasının diametridir;
- qoruyucu kəmərin muftasının diametri ilə quyu divarı
arasında olan fərqdir (boşluqdur).
İstismar kəmərindən əvvəl quyuya buraxılacaq aralıq
kəmərinin daxili diametri ilə istismar kəmərinin xarici diametri
Dostları ilə paylaş: |