Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   26   27   28   29   30   31   32   33   ...   60

 
             
 
Yerləşdirilmiş  lövhənin  hündürlüyü  baltanın  əndazə 
ölçülərindən kənara çıxmamalıdır. 
Lövhənin  buraxıla  bilən  maksimal  hündürlüyü 
aşağıdakı kimi təyin olunur: 
h
max
 

 0,5 (D-d) 
 
burada  D  və  d  –  müvafiq  olaraq  balta  və  turbin  qazıyıcısının 
diametrləridir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Şəkil 8.4 Əyri keçirici  
Şəkil 8.5.  
 
 
Şəkil 8.6. 
 R-1 inhirafetdiricisi  
Üzərinə  lövhə  yerləşdirilmiş 
inhirafetdirici  


 
             
 
1-qazma  borusu;2-əyri  keçirici; 
3-turbin  qazıyıcısı;    4-həlqəvi 
lövhə; 5-balta 
 
 
Quyunun 
əyrilik 
intensivliyi 
inhirafetidiricinin 
elementlərinin  ölçülərindən,  yəni  lövhənin  qoyulduğu  yerdən 
və qalınlığından, əyri keçiricisinin yiv oxunun çəplik bucağın-
dan, quyunun diametrindən, baltanın yan frezləmə qabiliyyətin-
dən,  qazılan  süxurun  fiziki-mexaniki  xassələrindən  və  qazıma 
rejimindən asılıdır. 
Turbin  inhirafetdiricisi  (Tİ2)  (şəkil  8.7).  Bu  tip 
inhirafetdiricinin  aşağı  və  yuxarı  hissələri  əyri  keçirici,  valları 
isə  xüsusi  birləşdirici  şarnir  vasitəsilə  birləşdirilən 
konstruksiyaya  malikdir.  Əyri  keçiricinin  əyrilik  bucağı  1,5
0
 
olur. Bəzi xüsusi hallarda isə Tİ2-195 və Tİ2-240 turbin inhiraf 
etdiriciləri 1
0
 və 2
0
-li əyri keçirici ilə hazırlanırlar. 
Şpindel  inhirafetdiricisi.  Şi1-195  (şəkil  8.8.)  iş 
rejimində  valın  fırlanma  sürəti  500  dövr/dəq-ni  aşmayan 
seksiyalı turbin mühərrikində adi şpindelin  yerinə qoyulmaqla 
işlədilir.  O,  özlüyündə  ayrıca  hissə  olaraq  turbin  qazıyıcısının 
oxuna  nisbətən  müəyyən  bucaq  altında  əyriləşdirilmiş  şəkildə 
hazırlanmış qazıyıcısının istinad oxundan ibarətdir. 
Həmin inhirafetdiricinin üstünlüyü baltadan inhirafetdi-
riciyə qədər olan məsafənin az olması, bu hissənin deformasiya 
olunmasının  azaltması  və  inhirafetdiricilik  qabiliyyətini 
artırmasıdır. 
Bu  inhirafetdiricinin  çatışmayan  cəhəti  onların  valları-
nın aşağı və yuxarı hissələrinin əyri birləşmələrinin dayanıqsız 
olmasıdır. 
Eksentrik 
nipel 
(şəkil 
8.9.) 
özlüyündə  turbin 
qazıyıcısının nipelinə qaynaq edilmiş metal dayaqdan ibarətdir. 
Metal dayağın üzəri bəzi hallarda rezinlə örtülə bilər. 
Turbin  qazıyıcısının  ekssentrik  nipelinin  və  baltanın 
quyu  lüləsi  içərisində  maniəsiz  hərəkətini  təmin  etmək  üçün 


 
             
 
dayağın aşağı və  yuxarı qurtaracaqları müəyyən bucaq altında 
əyriləşdirilib.  Ekssentrik  nipelin  qalınlığı  balta  ilə  turbin 
qazıyıcısının  diametrlərinin  fərqindən  15mm-dən  artıq  ola 
bilməz. 
Turbin  qazıyıcısının  yuxarı  hissəsinin  ağırlığından 
əmələ  gələn  normal  qüvvə  moment  yaradır,  bunun  təsirindən 
balta quyunun yuxarı divarına sıxılır və onu frezrləyir. Bununla 
əlaqədar  zenit  bucağının  artması  nəticəsində  eksentrik  nipelin 
iş effektliyi artır. 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 8.7. Turbin inhirafetdiricinin quruluşu (Ti-2)  
1-turbin seksiyası;2-şarnir birləşməsi;3-şpindel seksiyası 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
             
 
 
 
 
Şəkil 8.8. Şpindel inhirafetdirici Şi1-195  
1-birləşdirici keçirici;2-gövdə;3-dayaq;4-val 
Eksentrik nipelli  turbin qazıyıcısından  dayanıqlı  süxur-
ların  qazılmasında  zenit  bucağının  artırılması  üçün  istifadə 
etmək  məsləhət  görülür,  çünki  bu  zaman  qazıma  kəmərinin 
pərçimlənmək və tutulmaq qorxusu olmur. 
Elastik  inhirafetdirici  (şəkil.  8.10).  Elastik  inhiraf-
etdirici rezin geydirilmiş və yeyilən zaman dəyişdirilməsi asan 
olan resor vəzifəsini yerinə yetirən metal yığımıdır. 
Metal yığımı turbin qazıyıcısının nipelinə qaynaq edilir. 
Rezin  geydirilmiş  resorun  qalınlığını  dəyişməklə  quyu  lüləsi 
əyriliyini  tənzim  edirlər.  Elastiki  inhirafetdiricidən,  maili 
istiqamətlənmiş  quyuların  qazılmasında  ekssentrik  nipeldən 
istifadənin  mümkün  olmadığı  bütün  hallarda,  hətta  qazıma 
kəmərinin  pərçimlənməsi  və  tutulması  gözlənilən  süxurların 
qazılmasında belə istifadə etmək olar. 
Əyrilik  yaradan  mexanizm  ƏM  (şəkil  8.11.).  Elektrik 
qazıyıcısı  vasitəsilə  maili  istiqamətlənmiş  quyuların  qazıl-
masında bu  inhirafetdiricidən istifadə olunur.  Bu mexanizmdə 
qazıyıcısının  və  şpindelin  valları  bir-biri  ilə  müəyyən  bucaq 
altında dişli birləşdirici muftanın köməyi ilə birləşdirilir. 
Əyici  mexanizmlər  elektrik  qazıyıcılarının  diametr-
lərinə  uyğun  olaraq  hazırlanır.  ƏM-164,  ƏM-170,  ƏM-185 
inhirafetdiricinin  oxlarının  əmələ  gətirdiyi  bucaq  1
0
  və  1,5
0

ƏM-215, ƏM-240 inhirafetdiricilərinin isə 1
0
, 1,5
0
 və 2
0
 olur. 
Rotor  üsulu  ilə  qazımada  işlədilən  yönəldici  tərtibat-
lar.  Bu  tip  inhirafetdirici  yönəldicilər  yalnız  başlanğıcda  quyu 
lüləsinə lazımi istiqamətdə əyrilik vermək üçün istifadə edilir. 
Quyu lüləsinin şaquli oxdan inhirafı paz şəkilli yönəldici və ya 
şarnirli  inhirafetdiricilərin  köməyi  ilə  yerinə  yetirilir  (şəkil 
8.12). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə