Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   23   24   25   26   27   28   29   30   ...   60

 
             
 
2)
 
şaxt  və  ya  istiqamətləndirici  boruların  tam  şaquli  istiqamətdə  buraxılmaması  quyu  oxunun 
verilmiş istiqamətdən uzaqlaşmasına səbəb olur; 
3)
 
qazıma vışkasının ağırlıq mərkəzinin oxu ilə quyu mərkəzindən keçən oxun üst-üstə düşməməsi 
və aparıcı boruda cüzi əyriliyin olması da başlanğıc əyilməyə səbəb olur. 
Qazıma prosesində quyuda qazıma kəmərinin oxu və quyu oxunun üst-üstə düşməməsi üçün 
şərait  yaradan  və  nəticədə  quyu  lüləsinin  təbii  əyilməsinə  gətirib  çıxaran  texniki  amillər  əsasən 
QKAH-nin quruluşunun düzgün seçilməməsi ilə əlaqədardır. 
Aşağıda  sadalanan  texniki  amillər  quyu  divarı  ilə  QKAH  arasında  boşluğun  tələb  olunan 
həddən çox olması nəticəsində yaranır. 
1)
 
qazıma baltasının və keçiricinin oxunun qazıma alətinin oxu ilə üst üstə düşməməsi nəticəsində 
quyu divarının intensiv surətdə qazılması baş verir, bu isə quyu lüləsinin əyilməsinə səbəb olur. 
2)
 
QKAH  quruluşu  düzgün  seçilmədikdə,  qazıma  zamanı  böyük  diametrdən  kiçik  diametrə 
keçdikdə adi QKAH tətbiq edilərsə, onda kiçik diametrli lülə eksentrik qazıla bilər. 
3)
 
quyunun genişləndirilməsi üçün uyğun olmayan quruluşlu QKAH-dən istifadə olunarsa lülənin 
layihə istiqamətindən uzaqlaşması baş verər. 
4)
 
qazıyıcısı tez-tez dəyişən süxurlarda qısaldılmış turbin qazıyıcısı ilə işləmədikdə, kiçik diametrli 
QKAH-lə, həmçinin kütləşmiş süxurdağıdıcı alətlə işlədikdə quyu lüləsi əyilir. 
 
7.3. Quyu lüləsinin təbii əyilməsinə texnoloji amillərin təsiri 
 
Quyuların təbii əyilməsi qazıma üsulu və qazıma zamanı tətbiq olunan rejim parametrləri ilə 
əlaqədardır. Bunlar əsasən quyu divarının və dibinin qeyri bərabər dağıdılmasını təmin edən baltaya 


 
             
 
verilən oxboyu yük və süxur dağıdıcı alətin fırlanma sürətidir. Öz növbəsində quyu divarının qeyri 
bərabər  dağıdılması  QKAH-ın  quyu  oxundan  kənarlaşmasına  səbəb  olan  inhirafetdirici  qüvvənin 
qiymətinin artmasına və mexaniki sürətin azalmasına gətirib çıxarır. Məlumdur ki, quyular əsasən 
rotor və ya quyudibi mühərrik vasitəsilə fırlanma üsulu ilə qazılır. 
Birinci  halda,  qazıma  borularının  iş  prinsipi  quyuların  əyilməsinə  təsir  edən  amillərin 
yaranmasına şərait yaradır. Qazıma zamanı quyudibi mühərrikdən istifadə etdikdə bu amillərin bir 
qisminin quyuların əyilməsinə təsiri azalır. 
Fırlanma  üsulu  ilə  qazımada  quyuların  əyilməsinə  rejim  parametrləri  də  təsir  göstərir. 
Bunlardan  əsasları  baltaya  verilən  oxboyu  yük,  baltanın  fırlanma  sürəti,  qazıma  məhlulunun 
miqdarı  və  keyfiyyətidir.  Bu  parametrlərin  mümkün  qədər  səmərəli  seçilməsi  qazıma  sürətinin 
artması  ilə  müşahidə  olunacaq,  bununla  əlaqədar  quyunun  əyilməsinə  başqa  amillərin  göstərdiyi 
təsir  müddəti  və  dərəcəsi  minimal  olacaq,  bu  isə,  öz  növbəsində,  quyunun  əyilmə  intensivliyinin 
azalmasına  səbəb  olacaqdır.  Başqa  sözlə  desək,  rotor  üsulu  ilə  qazımada  rejim  parametrlərinin 
qiymətlərini  dəyişməklə  quyuların  əyilmə  intensivliyini  daha  asanlıqla  tənzimləmək  mümkündür. 
Turbin üsulu ilə qazımada isə buna qismən nail olunur. 
Quyuların  əyilməsinə  təsir  edən  amillərin  araşdırılması  göstərir  ki,  qazıma  zamanı  əyrilik 
intensivliyi  əsasən  quyu  dibinin  deyil,  divarının  qazılma  dərəcəsindən  asılıdır.  Optimal  texnoloji 
rejimdə  düzgün  seçilmiş  oxboyu  yük  süxurdağıdıcı  alətin  fırlanma  sürəti  və  qazıma  məhlulunun 
sərfi quyu divarının minimum qazılma dərəcəsinə uyğun gəlir və nəticədə əyilmə intensivliyi kiçik 
olur.  Quyuların  əyilmə  intensivliyi  həmçinin  QKAH-in  sərtliyindən  asılıdır:  QKAH  sərtliyinin 
artırılması quyuların təbii əyilməyə meylliyini azaldır. 


 
             
 
Quyuların  qazılması  eyni  şəraitdə  aparılırsa,  böyük  diametrli  quyular  kiçik  diametrli 
quyulara nisbətən az əyilir. Quyuların əyilmə intensivliyi geoloji amillərin təsir dərəcəsindən, eləcə 
də həmin intervalda quyunun əyrilik bucağından asılıdır. 
Zenit bucağının kiçik qiymətlərində quyunun əyilmə istiqamətinə  görüş bucağı böyük təsir 
göstərir.  Süxurdağıdıcı  alətin  layla  görüş  bucağının  15
0
-yə  qədər  qiymətlərində  quyu  azimutal 
dəyişməyə  meyl  edir.  Görüş  bucağının  15
0
-dən  çox  qiymətlərində  quyu  lüləsi  əsasən  qazılan 
layların qalxma istiqamətinə tərəf əyilir. 
Zenit  bucağının  0-20
0
  qiymətlərində  geoloji  amillərin  təsirindən,  20
0
-dən  böyük  olduqda 
texnoloji  amillərin  təsirindən  quyular  üfqi  müstəvidə  bütövlükdə  qanunauyğun  şəkildə  əyilməyə 
məruz qalır. 
Fırlanma qazıma üsulunun bütün növlərində quyu azimutal olaraq istənilən istiqamətə əyilə 
bilər.  
Beləliklə, quyuların əyilməsi ən əvvəl qazımanın geoloji-struktur şəraitindən, quyunun dibi 
və  divarını  təşkil  edən  süxurun  fiziki-mexaniki  xassələrindən  asılı  olaraq  qanunauyğun  xarakter 
daşıyır. Quyuların əyilməsinin qanunauyğunluqları haqqında alınan dəqiq məlumatlar böyük təcrübi 
əhəmiyyətə malikdir və qazıma işləri zamanı aşağıdakı məsələlərin həllinə köməklik edir: minimum 
vəsait  sərf  etməklə,  quyuların  qazılması;  layihələndirilən  quyuların  real  əyilmə  normasının  təyin 
edilməsi;  qazılan  quyuların  fəzada  vəziyyətinə  nəzarət;  qazılan  quyunun  profilinin,  geoloji 
kəsilişinin və ümumi xəritəsinin qurulması. 
 
 
 


 
             
 
 
                  . MAİLİ VƏ ÜFQİ QUYULARIN QAZILMASI. 
 
İndiki  zamanda  yataqların  işlənilməsində  geniş  yayılmış  və  etibarlı  üsullardan  biri  maili 
qazımadır,  bu  üsulun  köməyi  ilə  istismar  xərcləri  azalmaqla  yanaşı,  çıxarılacaq  neft  və  qazın 
həcminin  artması  imkanı  da  əldə  edilir.  Belə  ki,  dəniz  yataqlarının  və  mürəkkəb  orohidroqrafiya 
şəraitlərinə  malik  olan  sahələrin  işlənməsini,  həmçinin  də  ətraf  mühitin  mühafizəsinin 
səmərəliliyinin yüksəldilməsi, münbit və məhsuldar torpaqlardan səmərəli istifadə olunmasını əsas 
tutaraq kut qazımaya böyük yer verilir. 
Maili  qazımanın  həcminin  artması,  onun  xüsusi  qazıma  metodundan  əsas  qazıma  üsuluna 
çevrilməsi əsasən quyuların layihə dərinliyinin artması, mürəkkəb şəraitdə maili quyuların müvəf-
fəqiyyətlə  qazılması,  qazımanın  layihələndirilməsi  prosesinin  və  tətbiq  olunan  qazıma  texnika  və 
texnologiyasının, həmçinin maili quyu əyilməsinin idarə olunması metodlarının təkmilləşdirilməsini 
tələb edir. 
Üfqi  qazıma  son  zamanlarda  neft  –  qaz  sənayesinin  əsas  nailiyyətlərindən  biridir.  80-cı 
illərin əvvəlində bu ekzotik üsul hesab olunurdu və ona maili quyu qazılmasının təkmilləşməsi kimi 
baxılırdı. İndi isə üfqi qazıma neft və qazın laydan böyük həcmdə çıxarılması metodu kimi standart 
texnologiyaya malikdir. 
Üfqi  qazımanı  fərqləndirən  başlıca  cəhət  quyu  lüləsinin  məhsuldar  layla  görüş  sahəsinin 
böyük  olması,  həmçinin  lay  flüidlərinin  müstəvi  üzrə  paralel  axınını  (şaquli  və  maili  quyularda 
radial axımdan fərqli olaraq) təmin etməkdir. Bunun sayəsində neft yataqlarının istismarının bütün 
mərhələlərində quyu məhsuldarlığının yüksək olması təmin edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə