Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   33   34   35   36   37   38   39   40   ...   60

 
             
 
lülənin  oturmalar,  ilişmələr,  dartılmalar  və  daralmalar 
müşahidə edilən intervalları hökmən işlənməlidir. 
-
 
3  şaroşkalı  balta,  uzunluğu  10

12  m  olan  AQB, 
genişləndirici, AQB və qazıma boruları; 
-
 
genişləndirici üzərində əlavə olaraq uzunluğu 10

12 m 
olan AQB, sonra yenə genişləndirici; 
-
 
 3 şaroşkalı balta üzərində əlavə olaraq genişləndirici. 
Genişləndiricinin  diametri  baltanın  diametrinə  bərabər 
olmalıdır.  Quyu  lüləsi  gilli  suxurlardan  təşkil  olunubsa,  pər-
lərinin sayı 4-dən az olmamaq şərtilə pərli genişləndiricilərdən, 
qalan  suxurlarda  isə  şaroşkalı  genişləndiricilərdən  istifadə 
edilməsi məsləhətdir. 
Quyu  divarı  işlənərkən  qazıma  məhlulunun  sərfi  və 
sürəti,  eləcə  də  rotorun  fırlanma  sürəti,  lülənin  sonuncu 
intervalı qazılarkən istifadə edilən göstəricilər kimi olmalıdır. 
Baltanın  verişi  aramsız  olmalıdır  və  bir  yerdə  çox 
saxlanılmamalıdır.  Əks  halda  yeni  lülə  qazıla  bilər.Ox  boyu 
yük  20-40  kN,  quyu  lüləsinin  işlənmə  sürəti  20-25  m/saat 
olmalıdır. 
Quyu  divarı  işləndikdən  sonra  quyu  lüləsi  şablon-
lanmalı,  kimyəvi  reaqentlər  və  əlavələrlə  işləmə  sona  çatdırıl-
malı  və  quyu  2  tsikl  yuyulduqdan  sonra  qazıma  kəməri  qal-
dırılmalıdır. 
Yalnız  bu  işlərdən  sonra  quyu  qoruyucu  kəmərin 
buraxılmasına hazırlanmış hesab edilə bilər. 
 
           10.3.3. Qoruyucu kəmərin quyuda iş şəraiti 
 
Quyuda  qoruyucu  kəmərə  çoxlu  sayda  qüvvələr  təsir 
edir. Bu qüvvələrin qiyməti həm kəmərin uzunluğu boyu, həm 
də  zamandan  asılı  olaraq  dəyişir.  Kəmər  quyuya  buraxılan 
zaman  kəmərə  boruların  və  onların  içərisindəki  qazıma 
məhlulunun  ağırlığından  yaranan  dartıcı  qüvvə;  kəmərin  və 
qazıma  məhlulunun  ətalət  qüvvəsi;  quyudakı  məhlulun 


 
             
 
(Arximed  qüvvəsi)  yəni  mühitin  təsir  qüvvəsi;  kəmərin  quyu 
divarı  üzəri  ilə  hərəkəti  zamanı  yaranan  sürtünmə  qüvvəsi; 
qazıma  məhlulunun  sıxışdırılıb  çıxarılması  zamanı  yaranan 
hidrodinamik  təzyiq;  qazıma  məhlulunun  yaratdığı  hidrostatik 
təzyiq,  quyu  lüləsinin  əyildiyi  intervallarda  əyilmə  momenti; 
qazıma  məhlulunun  yaratdığı  daxili  və  xarici  təzyiq; 
temperaturanın  təsirindən  yaranan  təzyiq;  yan  dağ  təzyiqi; 
plastik axıcılığa malik suxurların təsirindən yaranan xarici əzici 
təzyiq;  lay  sularının  və  qazın  təsirindən  kəmərin  korroziyaya 
məruz qalması; yeraltı və əsaslı təmir zamanı metalın yeyilməsi 
hesabına kəmərin divarının qalınlığının azalması və s. 
 
                       10.4. Qoruyucu kəmərin hesabı 
 
Qoruyucu  kəmər  quyuya  buraxılan  zaman  kəmərin  öz 
ağırlığından  yaranan  dartıcı  qüvvə  kəmər  layihə  dərinliyinə 
çatanda  ən  yüksək  qiymətə  çatır.  Məlumdur  ki,  kəmər  quyu 
dibinə oturdulursa, onda kəmərin aşağı hissəsində sıxıcı qüvvə 
yaranır. 
Qoruyucu kəmər quyuya buraxılan zaman ona xarici və 
daxili izafi təzyiqlər də təsir edir. Xarici izafi təzyiq, kəmər əks 
klapanla buraxılan zaman və quyu istismar edilən zaman daxili 
təzyiqin  azalması  zamanı  yaranır.  Qaz  quyularının  istismarı 
zamanı  isə  daxili  izafi  təzyiq  yaranır.  Bunlardan  əlavə 
qoruyucu  kəmərə  ətalət  qüvvələri,  mühitin  müqaviməti, 
quyunun  əyrilik  bucağı,  sürtünmə  qüvvələri,  temperatura 
dəyişmələri,  kəmərin  korroziyası  və  s.  ciddi  təsir  göstərir. 
Beləliklə qoruyucu kəmərin iş şəraiti çox mürəkkəbdir və ona 
təsir edən bütün qüvvələri nəzərə almaq çox çətindir. Odur ki, 
bu qüvvələrdən qiymətcə ən böyük olanlarını nəzərə alırlar. 
Beləliklə,  qoruyucu  kəmər  quyuya  buraxılan  zaman 
ona təsir edən qüvvələr aşağıda qeyd edilir: 
1.
 
Qoruyucu kəmərin öz ağırlığı 
2.
 
Ətalət qüvvələri 


 
             
 
3.
 
Mühitin müqaviməti 
4.
 
Daxili və xarici izafi təzyiqlər 
5.
 
Temperatura dəyişmələri 
6.
 
Quyunun əyriliyi. 
Əgər quyu qazıma məhlulu ilə doludursa onda kəmərin 
ağırlığı 
 
)
1
(


qm
Q
Q
о


 olar. 
Q  –  qoruyucu  kəmərin  qazıma  məhlulu  içərisində 
ağırlığıdır; 
Q
o
 – qoruyucu kəmərin havadakı ağırlığıdır; 

qm
 – qazıma məhlulunun xüsusi çəkisidir; 

  -  qoruyucu  boruların  hazırlandığı  poladın  xüsusi 
çəkisidir. 
 
Əgər  quyu  qazıma  məhlulu  ilə  dolu  deyilsə,  onda 
kəmərin ağırlığı 
 

















l
F
о
l
l
о
о
F
qm
l
о
F
qm
l
F
о
Q
Q
)
(
1
1
1
 olar. 
F – boru kəsiyinin sahəsidir; 
F
o
 – borunun daxili en kəsik sahəsidir, 
;
4
2
d
F
о


 
d – borunun daxili diametridir; 
 - kəmərin uzunluğudur; 
1
 - quyu ağzından əks klapana qədər olan məsafədir; 
о
  -  quyu  ağzından  kəmər  içərisindəki  qazıma 
məhlulunun səviyyəsinə qədər olan məsafədir; 

o
  -  kəmər  içərisindəki  qazıma  məhlulunun  xüsusi 
çəkisidir. 
Qoruyucu  kəmərin  ağırlığı  nəticəsində  yiv  birləşmə-
sində  əmələ  gələn  gərginliyi  boru  materialını  axıcılıq  həddinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə