Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   38   39   40   41   42   43   44   45   ...   60

 
             
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
Şəkil 10.5. Baybakov üsulu ilə sementləmənin sxemi. 
1,2,3,4,5,6,7 – kranlar; 8 sementəmə aqreqatları; 
9 – doldurma  borusu. 
 
10.6. Quyunun bir dəfəyə sementlənməsi yaxud  
bir pilləli sementləmə üsulu. 
 
Qoruyucu  kəmər  quyuya  buraxıldıqdan  sonra  quyu 
ağzındakı  birinci  borunun  ucuna  sementləmə  başlığı  bağlanır. 
Sementləmə  başlığının  içərisinə  yuxarı,  sementləmə  tıxacı 


 
             
 
bərkidilir.  Sementləmə  başlığı  sementləyici  nasoslarla,  yaxud 
buruq nasosları ilə birlləşdirilir və quyunu  yumağa başlayırlar. 
Quyu  o  vaxta  qədər  yuyulur  ki,  qazılmış  süxur  hissəcikləri 
quyu 
içərisindən  çıxarılsın,  qazıma  məhlulu  həmin 
hissəciklərdən  təmizlənsin  və  qazıma  məhlulu  sabit  xüsusi 
çəkiyə  malik  olsun.  Başqa  sözlə  desək  yuma  zamanı  quyuya 
daxil olan və quyudan çıxan qazıma məhlulunun xüsusi çəkiləri 
eyni  olsun.  Quyunun  yuyulması  zamanı  nasosun  yaratdığı 
təzyiq  qeydə  alınmalıdır.  Bu  müddət  ərzində  aqreqatlardan 
sementləmə  başlığına  gələn  xətlər  (3  dəqiqə  müddətinə) 
sınaqdan  keçirilməlidir.  Sınaq  təzyiqi  hesablanmış  gözlənilən 
təzyiqdən 1,5 dəfə çox olmalıdır. Bu hazırlıq işləri görüldükdən 
sonra  quyunun  sementlənməsinə  başlamaq  olar.  Sementləmə 
prosesinə  başlamazdan  əvvəl  quyuya  kiçik  həcmdə  (3 

4  m
3

bufer  mayesi  (su,  yaxud  neft)  vurmaq məsləhət  görülür. Bufer 
mayesindən  sonra  (dərin  quyularda)  aşağı  sementləmə  tıxacı 
buraxılır,  sonra  sementqarışdırıcı  maşınların  və  sementləmə 
aqreqatlarının  köməyi  ilə  sement  məhlulunu  hazırlayırlar. 
Sement  məhlulu  aqreqatlar  vasitəsilə  quyuya  vurulur.  Bundan 
sonra  sementləmə başlığı  içərisində  yerləşdirilmiş  yuxarı tıxac 
kəmərin  içərisinə  buraxılır  (vinti  açmaq  yolu  ilə).  Beləliklə, 
sement  məhlulu  iki  tıxac  arasında  kəmərin  içərisi  ilə  hərəkət 
edir.  Bundan  sonra  sement  məhlulunun  sıxışdırılıb  kəmər 
arxasına çıxarılması üçün əvvəlcədən həcmi hesablanmış basıcı 
maye (qazıma məhlulu) aqreqatlar vasitəsi ilə kəmərin içərisinə 
vurlur.  Basıcı  mayenin  həcminin  0,5-1,0  m
3
-qalmasına  yaxın 
aqreqatlardan  ya  biri,  ya  da  ikisi  işləyir,  qalan  aqreqatlar  isə 
dayandırılır.  Bu  sementləmə  prosesinin  qurtarmasını  aydın 
müşahidə etmək üçün edilir. Belə ki, yuxarı tıxac, aşağı tıxacın 
üzərinə oturan kimi quyu ağzındakı manometrdə təzyiq bir an 
içərisində  10-15  atm  artır.  Bu  isə  sementləmənin  qurtardığını 
bildirir  və  işləməkdə  olan  aqreqat  dərhal  dayandırılır. 
Sementləmənin  sonunda  təzyiqin  bir  an  içərisində  qalxması 
hidravlik  zərbə  adlanır.  Bununla  da  bir  pilləli  sementləmə 


 
             
 
prosesi bitmiş hesab edilir. Bundan sonra quyu sakit vəziyyətdə 
və  kəmər  başlığının  siyirtmələri  bağlı  vəziyyətdə  saxlanır. 
Nəhayət,  kəmər  arxasındakı    sement    məhlulunun    tutuşmağa   
başlamasını    və    onun  bərkimə  vaxtını  gözləmək  lazım  gəlir. 
Quyuya  gələn  xətlər  yuyulur,  sökülür,  təmizlənir,  yığılır  və 
sementləmə  briqadası  buruğu  tərk  edir.  Sement  məhlulunun 
bərkiməsi  ekzotermik  reaksiya  ilə  davam  etdiyindən  kəmər 
daxilində təzyiqin artması müşahidə edilir. Bu halda siyirtməni 
bir  qədər  açmaqla  təzyiqi  sementləmənin  sonundakı  təzyiqə 
qədər azaldırlar. 
 
10.7. İki pilləli sementləmə üsulu. 
 
Aşağıda  qeyd  edilən  hallarda  iki  pilləli  sementləmə 
üsulundan istifadə edilir: 
1.
 
Bir  pilləli  sementləmə  üsulundan  istifadə  etmək  müm-
kün  olmadıqda,  yəni  sement  məhlulunu  tələb  edilən 
hündürlüyə  qaldırmaq  mümkün  olmadıqda  (texniki 
çətinlik, layların hidravlik yarılması ehtimalı olduqda) 
2.
 
Quyu  dibində  olan  yüksək  temperatura  bir  pilləli 
sementləməyə imkan vermədikdə; 
3.
 
Qənaət  etmək məqsədilə,  yəni sement məhlulunu tələb 
olunan  müəyyən  hündürlüyə  qaldırdıqdan  sonra 
sementləmənin  birinci  pilləsi  bitmiş  olur.  Sonra  isə 
yuxarıda  yerləşən  məhsuldar  layı  başqa  təsirlərdən 
qorumaq üçün ikinci pillə sementlənir.  
İki pilləli fasiləsiz sementləmə aparmaq üçün  yuxarıda 
yerləşən  məhsuldar  qatın  dabanına  yaxın  məsafədə  dəyanətli 
süxurlar  yerləşən  zonada  xüsusi  sementləmə  muftası  yerləş-
dirilir  (Quyuya  buraxılmazdan  əvvəl  xüsusi  sementləmə 
muftası sınaq yoxlamasından keçməlidir). 
İki  pilləli  fasiləsiz  sementləmə  üsulu  aşağıdakı  ardıcıl-
lıqla yerinə yetirilir: 


 
             
 
Əvvəlcə  quyu  sementləməyə  hazırlanır.  Sonra  quyuya 
birinci  pilləni  sementləmək  üçün  nəzərdə  tutulan  həcmdə 
sement  məhlulu  vurulur.  Bunun  arxasınca  basıcı  maye 
vəzifəsini  yerinə  yetirən hesablanmış həcmdə qazıma məhlulu 
vurulur  və  aşağı  sementləmə  tıxacı  buraxılır.  Bunun  üstündən 
ikinci  pilləni  sementləmək  üçün  nəzərdə  tutulan  həcmdə  yenə 
sement məhlulu vurulur və  yuxarı sementləmə tıxacı buraxılır. 
Bunun  üzərindən  isə  basıcı  maye  vəzifəsini  yerinə  yetirən 
qazıma məhlulu vurulur. 
Qazıma məhlulunun hərəkəti nəticəsində aşağı sement-
ləmə  tıxacı  xüsusi  sementləmə  muftasının  aşağı  silindri  içəri-
sində  yerləşdirilmiş  (yəhər)  isnad  həlqəsi  üzərinə  oturdulur. 
İsnad  həlqəsi  kəmər  içərisində  olan  maye  sütununun  və 
nasosun  təzyiqi  nəticəsində  onu  və  aşağı  silindri  saxlayan 
boltları kəsir və xüsusi sementləmə muftasının aşağı silindrinin 
aşağıya  doğru  hərəkət  etməsini  təmin  edir.  Bunun  nəticəsində 
yuxarı  ikinci  pilləni  sementləmək  üçün  deşiklər  açılır  və 
sement  məhlulu  bu  deşiklərdən  kəmər  arxası  fəzaya  çıxmağa 
başlayır.  Bundan  sonra  basıcı  maye  vəzifəsini  yerinə  yetirən 
qazıma  məhlulu  yuxarı  sementləmə  tıxacını  nasosun  yaratdığı 
təzyiq  hesabına  xüsusi  sementləmə  muftasının  yuxarı  silindri 
içərisində  yerləşdirilmiş isnad həlqəsi (yəhər) üzərinə oturdur. 
Bunun  nəticəsində  ikinci  pilləni  sementləmək  üçün  açılmış 
deşiklər  bağlanır  və  manometrdə  hidravlik  zərbə  müşahidə 
olunur.  Beləliklə,  iki  pilləli  sementləmə  prosesi  bitmiş  hesab 
edilir. 
Sementləmənin  keyfiyyətlə  aparılmasını  yoxlamaq 
üçün  hidravlik  zərbədən  sonra  sementləmə  başlığının  bağlan-
mış siyirtməsi açılır və manometrə diqqət yetirilir. Əgər kəmər 
içərisindən çıxan mayenin həcmi şlanqın və atqı xəttinin həcmi 
qədər olarsa, və manometrdəki təzyiq ani olaraq sıfıra düşərsə, 
deməli  iki  pilləli  sementləmə  müvəffəqiyyətlə  yerinə 
yetirilmişdir. Bundan sonra sement məhlulunun tutuşmasını və 
bərkiməsini  gözləyirlər.  Sonra  sementləmə  başlığını  açırlar, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə