Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   46   47   48   49   50   51   52   53   ...   60

 
             
 
Məhlulun  laya  udulması  prosesində  udulma  sərfi 
aşağıdakı kimi hesablanır. 
Q = a 

 t
b
 
Sakit vəziyyətdə sərfin qiyməti sıfra yaxınlaşır. Belə ki, 
bu  vəziyyətdə  divar  üzərində  əmələ  gələn  gil  qabığı 
məsamələri  tədricən  tutur  və  getdikcə  udulma  sərfi  azalır. 
Məhlul  hərəkətdə  olduqda  isə  t-nin  müəyyən  qiymətinə  qədər 
gil  qabığı  qalınlığının  artması  nəticəsində  udulma  sərfi  azalır. 
Hərəkət  edən  məhlulun  əmələ  gətirdiyi  gil  qabığı  müəyyən 
vaxtdan  sonra  yuyulub  aparılır  və  ya  gil  qabığının  qalınlığı 
artmır, nəticədə udulma sərfi təqribən sabit qalır (şəkil 11.1.) 
Bütün  vəziyyətlərdə  udulma  hadisəsinə  qarşı  görülən 
əsas  tədbir-məhlulun  xüsusi  çəkisini  artırmamaq  və  hətta 
mümkün  qədər  azaltmaq  şərtilə  onun  özlülüyünü  artırmaqdır, 
ikinci    növ    udulma    baş    verdikdə    qazıma    məhluluna    inert  
materialları (rezin və pambıq qozası qırıntıları, sement, yüksək 
sərtlikli gips və s) əlavə edilir və laya vurulur. 
Bu  materiallar  layın  məsamələrində  ilişərək  onların 
ölçüsünü  azaldır,  səthində  gil  qabığı  əmələ  gəlir,  yəni  ikinci 
növ udulma birinci növ udulma ilə əvəz olunur. 
 Məhlulun laya udulması sərfinin zamandan asılılığı 
Vurulan məhlul quyudan çıxmazsa və quyudakı məhlul 
səviyyəsi  aşağı  düşərsə  bu  faciəli  udulma  adlanır.  Belə  halda 
laya  tez  tutuşmağa  başlayan  sement  məhlulu  vurulur.  Sement 
məhlulu  məsamələrdə  daşa  dönür  və  onları  tutur,  udulmanın 
qarşısını alır. Bu yolla da udulmanın qarşısını almaq mümkün 
olmazsa, onda sement məhluluna inert materiallar əlavə olunur. 
Bu  da  nəticə  verməzsə,  onda  son  tədbir  kimi  qazıma 
məhlulunun quyudan çıxmamasına baxmayaraq quyu qazılır və 
qoruyucu  kəmər  buraxılıb  sementlənir.  Çox  halda  qoruyucu 
kəmər sifətilə quyruq kəmərindən istifadə olunur. Bunun üçün 
udulma zonası dəqiq təyin olunmalıdır. Udulmanın yerini təyin 
etməyin  müxtəlif  üsulları  var,  bunlardan  ən  dəqiqi  geofizik 
metodlardır. 


 
             
 
1)
 
elektrotermometr.  Quyuya  buraxılan  cihaz  udulma 
zonası  qarşısında  temperaturun  kəskin  dəyişməsini 
qeyd edir; 
2)
 
kavernomer. Udulma zonasında quyunun diametri daha 
böyük olur; 
3)
 
akustik  karotaj.  Udulma  zonasında  dalğanın  yayılma 
sürəti kiçik olur.  
Udulmanın baş verməsi səbəblərindən biri də məhlulun 
sıxlığının  artmasıdır.  Məhlulun  sıxlığı  o  qədər  arta  bilər  ki, 
onun  yaratdığı  hidrodinamik  təzyiq  layın  hidravliki  yarılma 
təzyiqindən böyük olar. Bu halda təbii mikro çatlar böyüyür və 
ya  təzə  çatlar  əmələ  gəlir.  Hidravliki  yarılma  nəticəsində  çox 
hallarda məhlulun faciəli udulması baş verə bilər. 
 
11.1.2. Neft-qaz və su təzahürləri. 
 
Quyuların qazılması prosesində bəzən böyük nisbi lay 
təzyiqinə rast gəlmək olur. Belə təzyiq lay suları basqısının və 
ya layın məsamələrinə dolmuş sıxılmış qaz təzyiqinin quyudakı 
qazıma  məhlulunun  hidrostatik  təzyiqinə  olan  nisbətindən 
əmələ gəlir. Quyudakı qazıma məhlulunun yaratdığı hidrostatik 
təzyiq, laydakı su və ya qazın basqı təzyiqindən az olduqda (P
h
 
< P
lay
quyuya su və ya qaz daxil olur. Adətən normal şəraitdə 
lay təzyiqi maye sütununun təzyiqindən bir qədər az və ya ona 
bərabər olur (P
lay
 

 P
h
 

 

maye

 Z). 
Məlumdur ki, quyuya daxil olan su və ya qaz qazıma 
məhlulunun xüsusi çəkisini  azaldır, bu isə  hidrostatik təzyiqin 
daha  da  azalmasına  gətirib  çıxarır  və  nəticədə  lay  təzyiqi  ilə 
hidrostatik  təzyiq  arasındakı  fərq  get-gedə  artır.  Belə  halda 
qazıma  məhlulunun  quyuya  vurulması  dayandırıldıqda  belə 
quyudan  çıxan  maye  dayanmayıb  axmaqda  davam  edir.  Quyu 
ağzında  baş  verən  bu  hadisəni  müşahidə  edən  kimi  qazıma 
briqadası  qazıma  prosesini  dayandırmalı  və  təcili  tədbir 
görməlidir. 


 
             
 
Su  təzahürü  baş  verdikdə  qazıma  məhlulunun  özlü-
lüyü və sıxlığı azalır, məhlulun su vermə qabiliyyəti artır. Məh-
lulun  tərkibində  duzun  miqdarına  nəzarət  etməklə  mineral  su 
təzahürünün  baş  vermə  intervalını  təyin  etmək  olur.  Su 
təzahürünün  qarşısını  almaq  üçün  lay  təzyiqini  dəqiq 
müəyyənləşdirmək  və  yüksək  anomal  təzyiqli  layların  yatma 
dərinliyini təyin etmək lazımdır. Bundan sonra məhlulun sıxlığı 
lay  təzyiqinə  uyğun  seçilməli,  quyuağzı  preventer    bir  daha 
yoxlanılmalı,  quyuağzı  tərtibata  sementləmə  aqreqatı 
birləşdirilməli,  aparıcı  borunun  aşağı  hissəsində  əks  klapan 
yerləşdirilməli  və  qazıma  məhlulunun  parametrləri  ciddi 
nəzarətə  götürülməli,  tələb  olunan  xüsusi  çəkiyə  və  özlülüyə 
malik qazıma məhlulunun hazırlanması təşkil edilməlidir. 
 
11.1.3. Quyu divarının dayanıqlılığının pozulması. 
 
Quyu divarının dayanıqlılığı qazıma texnologiyası və 
üsulundan həmçinin geoloji şəraitlə əlaqədar bir çox amillərdən 
asılıdır. Quyu qazılan zaman quyu divarına yaxın ətraf zonada 
yerləşən  süxurlarda  gərginlik  dəyişməsi  baş  verir.  Bu  hadisə 
əsasən aşağıdakı qüvvələrin təsirindən yaranır: 
a)  qazıma  zamanı  süxurlarda  yan  təzyiq  yaradan  geostatik 
qüvvə (yuxarıdakı layların ağırlığı). 
b)  Quyuda  divara  təsir  edən  hidrostatik  təzyiq  (qazıma 
məhlulunun təzyiqi). 
c)  dağ  süxurlarının  və  qazıma  məhlulunun  temperaturları 
fərqindən yaranan termik gərginlik. 
d)  qazıma  alətinin  qaldırılması  və  endirilməsi  zamanı  qazıma 
məhlununun hidravliki müqavimətindən yaranan hidrodina-
miki təzyiq. 
 
11.2. Qazımada baş verən qəzalar 
Quyuların  qazılması  zamanı  texniki  və  texnoloji 
proseslərin pozulması nəticəsində bir çox qəzalar baş verir ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə