Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   52   53   54   55   56   57   58   59   60

 
             
 
Hazırda  şlamın  zərərsizləşdirilməsi  üçün  ən  səmərəli 
üsullar  turşulaşdırma,  hidrofoblaşdırma  və  termiki  işləmə 
üsullarıdır.  Turşulaşdırıcı  kimi  hidrogen  xlorid  turşusundan 
istifadə  etmək  daha  yaxşı  nəticələr  verir.  Belə  ki,  o  şlamın 
tərkibində  olan  zəhərli  üzvi  komponentlərin  zərərsizləşdiril-
məsi  baxımından  başqa  turşularla  müqayisədə  daha  səmərəli 
nəticələr əldə etməyə imkan verir. Zərərsizləşdirmə əməliyyatı 
zamanı hidrogen xlorid turşusunun sərfi 15-20% ətrafında olur. 
Bəzi  katalizatorları,  o  cümlədən  kalium  permanqanatı  0,05-
0,2%  miqdarında  əlavə  etməklə,  şlamın  tərkibindəki  zəhərli 
komponentləri  parçalamaq  və  zərərli  maddələrin  təsirini  1,5-
2,0  dəfə  azaltmaq  mümkündür.  Hidrofoblaşdırma  üsulundan 
istifadə etməklə daha yüksək nəticələr əldə etmək mümkündür. 
Məsələn,  hidrofoblaşdırıcı  kimi  kalsium  xloriddən 
istifadə  edilən  hallarda  prosesin  səmərəliliyi  94,8%-ə  çatır  və 
qazıma şlamının zərərli təsirini 80-100 dəfə azaltmaq mümkün 
olur. 
Termiki  işləmə  yuxarıda  qeyd  edilən  üsullar  içərisində 
ən  səmərəli  üsul  hesab  edilə  bilər,  belə  ki,  bu  üsul  yüksək 
temperatur  şəraitində  şlamın  tərkibindəki  bütün  zərərli  üzvi 
birləşmələri zərərsizləşdirməyə imkan verir. 
Termiki işləmə üsulunu tətbiq etməklə, şlamın tərkibin-
dəki  zərərli  komponentlərin  dəniz  suyunun  hidrokimyəvi 
tərkibinə təsirini praktiki olaraq heçə endirə bilirlər. 
Yuxarıda  adları  qeyd  edilən  bütün  üsulların  müəyyən 
üstünlükləri ilə yanaşı nöqsan cəhətləri də  yox deyildir. Öncə, 
bu  üsulların  buruq  şəraitində  tətbiqinin  texniki  cəhətdən 
mürəkkəbliyi  qeyd  edilməlidir.  Bundan  əlavə,  laboratoriya 
şəraitində  alınan  nəticələri  buruq  şəraitində  əldə  etmək  çox 
vaxt  mümkün  olmur,  yəni  müsbət  nəticə  əldə  ediləcəyinə 
zəmanət vermək olmur. 
Termik  işləmənin  dəniz  qazıması  şəraitində  həyata 
keçirilməsi daha çətin olmaqla yanaşı, çoxlu maddi vəsait sərf 
edilməsini tələb edir. Əlavə olaraq, qeyd edilməlidir ki, şlamın 


 
             
 
yandırılması  prosesi  çoxlu  zəhmət  və  enerji  sərfi  ilə 
əlaqədardır. 
Xəzər  dənizinin  sahildən  uzaq  məntəqələrində, 
nəqliyyat  konteynerlərinə  doldurulmuş  şlamın  sahilə  çıxarıl-
ması  və  basdırılması  ucuz  başa  gələn  tədbir  deyildir.  Bundan 
əlavə  qeyd  edilməlidir  ki,  bu  tədbir  ətraf  mühitin  mühafizəsi 
problemini  tam  yox,  qismən  həll  edir.  Belə  ki,  atmosfer 
çöküntüləri  (yağış,  qar  və  s.)  çayların,  göllərin  daşması,  sel 
suları və şlamın tərkibində olan su, şlamın tərkibindəki zəhərli 
komponentləri  əridərək  torpağa  hopdurur  ki,  bunun  da 
nəticəsində  münbit  torpaqlar  çirklənir.  Yerin  təkinin  və  ətraf 
mühitin mühafizəsi indiki şəraitdə ən aktual problemlərdən biri 
olduğu üçün bu problemin həlli ümumbəşəri xarakter daşıyır və 
alimlərin tədqiqat obyektinə çevrilmişdir. 
Hazırda qabaqcıl qərb ölkələrində bu problemi nisbətən 
az  vəsaitlə,  qismən  həll  etmək  üçün  çirkab  suların  laya 
vurulması üsulundan geniş istifadə edirlər. Bu üsul Azərbaycan 
Respublikası  üçün  yenilik  deyildir.  Çünki  çirkab  sulardan 
istifadə  və  onların  qəbul  edici  quyulara  vurulması 
Azərbaycanda  çoxdan  tətbiq  edilməkdədir.  Bu  üsulun  həyata 
keçirilməsinin  texnika  və  texnologiyası  da  çoxdan  işlənib 
hazırlanmışdır.  Məlum  məsələdir  ki,  çirkab  suların  az  zəhmət 
və maddi vəsait sərf etməklə, emal ediləcək quyuya vurulması, 
təmamilə  təmizlənməsi  üçün  əlavə  avadanlığa  olan  ehtiyacı 
xeyli azaldır. Çirkab suların vurulması üçün obyekt kimi neftli, 
qazlı laylardan tam təcrid edilmiş, drenaja məruz qalmış, kiçik 
lay  təzyiqinə  malik,  yüksək  keçiriciliyi  olan,  istismar  dövrünü 
başa vurmuş köhnə istismar quyularından,  atılmış quyulardan, 
fond quyularından və vurucu quyulardan istifadə edilir.  Çirkab  
suların 
laya 
vurulması 
təcrübəsini 
«Qum 
adası» 
Neftqazçıxarma İdarəsinin timsalında nəzərdən keçirək. 
Qeyd  etmək  lazımdır  ki,  bütün  istismar  üsullarında 
quyu  hasilatının  tərkibində  olan  sular,  yüksək  dərəcədə 
minerallaşmış olurlar və onların dənizə axıdılması dənizin flora 


 
             
 
və faunasının məhv edilməsinə gətirib çıxarır. Buna görə quyu 
hasilatından  ayrılan  suyu  bir  qayda  olaraq  kontur  arxasına  və 
çirkab  suyu  uda  bilən  (qəbul  edə  bilən)  laylara  vururlar.  Lay 
suları  ilə  yanaşı  müxtəlif  texnoloji  proseslərdə  (təmizlik 
işlərində  və  temperaturu  azaltmaq  məqsədilə)  istifadə  edilmiş 
çirkli  su  tullantıları,  sənaye  müəssisələri  tərəfindən  kanaliza-
siya sisteminə axıdılan çirkab sulara qarışan yağış suyu, daşğın 
və  sel  suları  da  laylara  vurulur.  Yuxarıda  qeyd  edilən  suların 
hamısı çirkab sular adlanırlar. 
Neft  və  qaz  yataqlarının  işlənməsi  proseslərində  lay 
təzyiqinin  düşmə  intensivliyini  azaltmaq  məqsədilə,  mədən 
çirkab  sularını  və  texniki  suları  neft  konturunun  arxasına 
vurmaqla,  həm    quyu  hasilatının  artırılmasına  həm  də  təbiətin 
mühafizəsinə  nail  olmaq  mümkündür.  Bu  həm  də  qapalı               
tsiklin  yaradılmasına  da  imkan  verir.  Quyu  hasilatını  neftin 
yığım  məntəqəsində  duruldub  sonra  onu  nəql  edirlər. 
Durulmadan  və  tutumların  təmizlənməsindən  sonra  qalan  su, 
öz-özünə  flotasiya  sahəsi  kimi  istifadə  olunan,  mədən                   
çirkab sularının yığıldığı yerə-zığ gölünə tökülür. 
Flotasiya  xırda  dispers  hissəciklərin  qaz  qabarcıqları 
vasitəsilə  mayedən  ayrılması,  həmçinin  kimyəvi  reagentin 
təsirindən  onların  çökməsidir.  Neft  mədəninin  çirkab  suları 
çıxlığı 1040

1180 kq/m
3
 olan qarışıq dispers sistemdir, dispers 
mühiti  yüksək  dərəcədə  minerallaşmış  duzlu  sudur.  Çirkab 
suların  dispers  fazası  isə  neftqaz  qabarcıqları  və  asılı 
vəziyyətdə olan bərk hissəciklərdir. 
Yer  təkindən  çıxarılan  məhsulların  içərisində  emulsiya 
halında  olan  lay  sularının  tərkibində  çirkləndiricilərin 
miqdarının  10

20  mq/l-dən  çox  olmadığını  əsas  qəbul  edib, 
deyə  bilərik  ki,  bu  cür  suların  tərkibində  praktiki  olaraq 
çirkləndiricilər olmur. 
Quyulara  vurmaq  üçün  istifadə  edilən  çirkab  suların 
keyfiyyət normaları aşağıdakı cədvəldə verilmişdir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə