Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   48   49   50   51   52   53   54   55   ...   60

 
             
 
Şəkil 11.3 Xarici boru tutan (kolokol) 
 
    
a-yönəldici başlıq;b-aşağı hissədən 
 
               kəsikli   
            
  
 
 
 
      Şəkil 11.4 Mərkəzləşdirici qarmaq 
 
 
 
 
Şəkil 11.5 Yuma imkanlı tutucu (şlips) 
1-keçirici;2-rezin kipkəc;3-tutucunun gövdəsi; 
4-yiv açan alət (plaşka) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
             
 
 
 
 
 
 
Şəkil 11.6 Overşot 
a-yiv açan tutucu alət ilə;b-spiral şəkilli tutucu ilə; 
1-yuxarı  keçirici;2-gövdə;3-yiv  açan  tutucu;4-məhdudlaşdırıcı 
halqa;5-istiqamətləndirici qıf;6 paker;7-spiral tutucu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
             
 
 
 
 
 
 
 
 
 
Şəkil 11.7 Maqnitli frezer 
1-keçirici;2-gövdə;3-yuxarı  qütb;4-sancaq;5-sabit  maqnit;6-aşağı 
qütb; 7-oymaq;8-frezer kəməri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
             
 
 
 
Şəkil 11.8 Boru kəsənlər 
a-daxili  boru  kəsən;b-kəsiləcək  boru  muftasına  söykənən  yaylı 
tutuculu xarici boru kəsən;c-hidravlik aparıcılı xarici boru kəsən; 
ç-xarici boru kəsən; 
1-ştift;2-keçirici;3-overşotun  halqası;4,6,7,9-halqalar;5-gövdə;8-
spiralvari yay;10-kəsici;11-barmaqlar;12-xüsusi tərtibatlı qıf 
 
 
 
Tutulmanın  müvəffəqiyyətlə  azad  edilməsi  ən  əvvəl 
kəmərin tutulmuş hissəsinin dəqiq müəyyən olunmasından çox 
asılıdır. 
Qazıma  kəmərinin  tutulma  dərinliyi,  onun  müəyyən 
qüvvə  ilə  dartılmasından  alınan  nisbi  uzanmanın  həddi  ilə 
müəyyən olunur.  
Tutulma zonasını daha dəqiq təyin etmək üçün, kabellə 
quyuya  buraxılan  tutulmanı  ölçən  (prixvatomer)  və  başqa 
xüsusi cihazlardan da istifadə edilir. 
 
11.2.2. Quyudibi mühərriklərlə əlaqədar 
 baş verən qəzalar. 
 
Quyudibi  mühərriklərin  (turbin  mühərriki,  vintli 
mühərrik,  elektrik  qazıyıcısı)  və  ya  onların  hissələrinin  bu  və 
ya digər səbəblərdən tutularaq quyuda qalması nəticəsində baş 
verən qəzalardır. 
Turbin  mühərrikinin  yuxarı  və  ya  pillələr  arası 
keçiricilərin  yiv  birləşmələrindən  qopması,  rotor  qaykası  və 
turbin  mühərriki  valının  konstruktiv  elementlərinin  açılması, 
turbin  mühərrikinin  valının  və  ya  gövdəsinin  sınması, 
mühərrikin  şpindeli  ilə  baltanı  birləşdirən  keçiricinin  açılması 
mühərrikin qazıma kəmərindən açılması kimi qəzalar baş verə 
bilər. 


 
             
 
11.2.3.  Qazıma  baltaları  ilə  əlaqədar  baş  verən 
qəzalar. 
 
Bu  növ  qəzalara,  baltaların,  qazıma  başlıqları,  onların 
elementləri və hissələrinin hər hansı bir texniki və ya texnoloji 
səbəblərdən  sınması  yaxud  tutulması  nəticəsində  quyuda 
qalması ilə əlaqədar baş verən qəzalar aid edilir. 
Belə  qəzalar  baltanın  tipindən  asılı  olaraq  aşağıdakı 
növlərə bölünür: 
a)  pərli  baltalarla  baş  verən  qəzalar  onların  açılması, 
pərlərin gövdədən sınması və s.  
b)  Almazlı  baltalarla  baş  verən  qəzalar  qazıma  və  eləcə 
də endirmə-qaldırma zamanı baltanın pərçimlənməsi və ya açıl-
masıdır. 
c) Şaroşkalı baltalarla baş verən qəzalar-baltaların bağlan-
ması qaydalarına düzgün əməl etmədikdə açılması və onun no-
rmadan artıq işlədilməsi, buraxıla bilən yükdən çox boyuna yü-
kün verilməsi, baltanın quyu dibinə zərbə ilə vurulması, qazılan 
süxurların bərkliyinə görə düzgün seçilməməsi, dayaqlarının və 
qaynaq yerlərinin zəif olması nəticəsində sınmasıdır. 
 
11.2.4.  Qoruyucu  kəmərlərlə  əlaqədar  baş  verən 
qəzalar. 
 
Quyu  divarlarının  möhkəmləndirilməsi  zamanı  əsasən 
aşağıdakı  qəzalar  baş  verə  bilər:  qoruyucu  kəmərlərin 
tutulması, bir və ya bir neçə borunun açılaraq quyuya düşməsi, 
qoruyucu boruların əzilməsi və deşilməsi, yiv birləşmələrindən 
qopması  (sınması),  sement  stəkanın,  istinad  həlqəsinin,  əks 
klapanın  istiqamətləndirici  tıxacın  qazılması  zamanı  boruların 
zədələnməsi və ya kəmərin aşağı hissəsi elementlərinin düzgün 
yığılmaması ilə əlaqədar baş verən qəzalar. 
 


 
             
 
11.2.5. Kənar cisimlərin quyuya düşməsi  
nəticəsində baş verən qəzalar. 
 
Bu  cür  qəzalar  qazıma  alətinin  endirilib-qaldırılması 
zamanı  rotor  pazının,  açarların,  kuvald  (iri  ağır  çəkic),  adi 
çəkic,  pnevmatik  pazların  hissələrinin,  pnevmatik  buruq 
açarının  hissələrinin  və  başqa  əl  alətlərinin  quyu  ağzında 
aparılan  iş  zamanı  quyuya  düşməsi  nəticəsində  baş  verən 
qəzalardır. 
Belə  qəzalar  alətin  endirilib-qaldırılması  zamanı 
halqavari fəza (quyu ağzında) xüsusi rezin manjetlə bağlanma-
dıqda və ya kənar cisimlərin quyuya düşməsinin qarşısını alan 
rezin  tərtibatların  qoyulmadığı  hallarda,  quyu  ağzında  təmir 
işləri görüldükdə və s. hallarda baş verir. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə