Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   47   48   49   50   51   52   53   54   ...   60

 
             
 
onların  da  ləğv  edilməsinə  külli  miqdarda  maddi  və  texniki 
vəsait,  vaxt,  enerji,  əmək    sərf  olunur.  Odur  ki, qazımada  baş 
verə  biləcək  qəzaların  əvvəlcədən  aşkar  edilməsi,  onların 
qarşısının  alınması  və  eləcə  də  bu  və  digər  səbəblərdən  baş 
vermiş qəzaların tez bir zamanda ləğv edilməsi üçün tədbirlərin 
işlənib  hazırlanması  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bunun  üçün 
ilk  növbədə  qazımada  baş  verən  qəzaların  növlərini  bilmək 
lazımdır. 
Qazımada  baş  verən  qəzalar  aşağıdakı  növlərə 
bölünür. 
-
 
Qazıma kəməri ilə; 
-
 
Quyudibi mühərriklərlə; 
-
 
Qazıma baltaları ilə; 
-
 
Qoruyucu kəmərlərlə; 
-
 
Kənar cisimlərin quyuya düşməsilə; 
-
 
Digər səbəblərlə əlaqədar baş verən qəzalar. 
  


 
             
 
 Qazıma kəməri ilə əlaqədar baş verən qəzalar
 
Áó òèï ãÿçàëàð ãàçûìà êÿìÿðè åëåìåíòëÿðèíèí âÿ éà îíóí 
êþìÿê÷è  ùèññÿëÿðèíèí  áîðó  ýþâäÿñèíäÿí,  ãûôûë  ùèññÿëÿðènin 
éèâèíäÿí  âÿ  éà  ãàéíàã  áèðëÿøìÿñèíäÿí  ñûíàðàã  ãóéóéà  äöøìÿñè 
âÿ éàõóä ãàçûìà êÿìÿðèíèí müxtəlif ñÿáÿáëÿðäÿí òóòóëìàñûäûð. 
 
à)  ×îõëó  ìèãäàðäà  àïàðûëìûø  íÿçÿðè  òÿäãèãàòëàð  âÿ 
ïðàêòèêè  ìàòåðèàëëàðûí  àðàøäûðûëìàñû  íÿòèúÿñèíäÿ  ñöáóò 
îëóíìóøäóð  êè,  ãÿçàëàðëà  íÿòèúÿëÿíÿí  ãàçûìà  êÿìÿðè 
åëåìåíòëÿðèíèí  ñûíìàñû  ÿñàñÿí  ìåòàëûí  «yorulması»  ilə  izah 
edilir.  «Yorulma»  hadisəsi  əsasən  qazıma  kəmərinin  titrəməsi, 
kəskin şəkildə əyilmələr və zərbələrdən yaranan müvəqqəti və 
ya uzun müddət təsir edən gərginliklərdən əmələ gəlir. 
Metalın yorulmasını sürətləndirən amillər aşağıdakılar-
dır: 
1)
 
boru materialında zədələrin olması; 
2)
 
səkkiz saplı yivlərin kiçik radiuslu olması; 
3)
 
mürəkkəb geoloji və texnoloji qazıma şəraiti, layihə 
üzrə nəzərdə tutulan qazıma rejiminin pozulması; 
4)
 
korroziyaya uğraması və s. 
Qazıma kəmərinin hər hansı bir hissədən sınması yaxud 
açılıb quyuya düşməsi əlamətləri hiss edildikdə dərhal qazıma 
dayandırılır  və  qazıma  kəməri  mümkün  qədər  tez  quyudan 
qaldırılaraq qəzanın növü müəyyən edilir.  
Quyuda  sınıb,  yaxud  açılıb  qalmış  hissəni  tutub 
çıxarmaq  və  yaxud  quyuya  düşmüş  metal  cisimləri  doğrayıb 
çıxarmaq üçün aşağıdakı alətlər tətbiq edilir: 
1)
 
daxili borututan (metçik), kalibr; 
2)
 
xarici borututan (kolokol); 
3)
 
mərkəzləşdirici qarmaq; 
4)
 
yuma imkanlı tutucu (şlips); 
5)
 
overşot; 
6)
 
müxtəlif növ frezerlər; 
7)
 
boru kəsənlər və s. 


 
             
 
Qazıma  boruları  qalınlaşdırılmış  hissədən  və  ya 
muftadan  sındıqda  daxili  borututanlardan  istifadə  edilir  (şəkil 
11.2 ). 
Qazıma boruları gövdədən sındıqda xarici borututanlar-
dan istifadə edilir    (şəkil 11.3). Quyuda sınıb qalmış borunun 
ucu  mərkəzdən  uzaqlaşıb  quyu  divarına  söykəndikdə  həmin 
uca  daxili  və  xarici  borututanı  bağlamaq  demək  olar  ki 
mümkün olmur və belə hallarda mərkəzləşdirici qarmaqcıqdan 
istifadə edilir (şəkil 11.4). 
Qazıma  kəmərinin  sınıb  quyuda  qalmış  hissəsi  kiçik 
uzunluğa malik olduqda və xüsusilə də dayaz quyularda daxili, 
yaxud  xarici  borututanın  bağlanması  mümkün  olmur,  çünki 
bağlama  zamanı  quyudakı  sınmış  hissə  yüngül  olduğundan 
fırlanır.  Belə  hallarda  yuma  imkanlı  (şlipslərdən)  tutucudan 
istifadə edilir (şəkil 11.5). 
Dayaz quyularda sınmış hissəni tutmaq üçün averşotdan 
da istifadə edilir (şəkil 11.6). 
Quyuda  metal  qırıntıları  ləğv  etmək  və  ya  quyuya 
düşmüş cisimləri kənar  etmək üçün frezerlərdən istifadə edilir 
(şəkil 11.7). 
Sınmış  hissənin    hər  hansı  bir  üsulla  azad  edilməsi 
mümkün  olmadıqda  boru  kəsənlərdən  istifadə  edilir  (şəkil 
11.8). 
b) Qazıma kəmərinin  tutulması:  quyu  lüləsində qazıma 
məhlulu  sütununun  yaratdığı  hidrostatik  təzyiqin  azalması 
təsirindən,  kəmərin  novlarda  quyu  divarına  yapışması,  quyu 
lüləsinin  daralmış  hissələrində  və  yaxud  quyuya  kənar 
cisimlərin  düşməsi  nəticəsində  qazıma  kəmərinin  pərçimlən-
məsi,  quyu  divarının  uçulması,  gil  tıxacının  əmələ  gəlməsi, 
qazıma  kəmərinin  quyuda  uzun  müddət  hərəkətsiz  qalması, 
qazıma  məhlulu  parametrlərinin  geoloji-texniki  tapşırıqda 
göstərilən  qiymətlərə  uyğun  olmaması,  quyu  quruluşunun 
düzgün seçilməməsi nəticəsində baş verir. 


 
             
 
Hər  növ  tutulmanın  azad  edilməsi  özünün  xüsusiyyət-
ləri  ilə  xarakterikdir.  Qazıma  kəmərinin  açıq  quyu  lüləsində 
quyu  divarına  yapışmasından  tutulması  aşağıdakı  kimi  ləğv 
edilir.  Lay  sınayıcısı  və  ya  buna  bənzər  vasitələrin  köməyi  ilə 
maye vannası yaradılır və tez-tez qazıma aləti bas-boş edilir, bu 
iş zamanı tutulma zonasında hidrostatik təzyiq aşağı salınır. 
Quyu  içərisində  pərçimlənmiş  qazıma  kəməri  turşu 
vannası,  mexaniki  vasitələrlə,  ətrafı  qazılmaqla  və  hidravliki 
impulslarla da azad edilə bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 11.2  
     a -açıla bilən daxili boru tutan; b-daxili boru tutan. Paker 
                                


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə