Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   52   53   54   55   56   57   58   59   60

 
             
 
Cədvəl 
  
Kollektorların 
növləri
 
Çirkab  suda  qarışıqların  buraxıla  bilən 
miqdarı,mq/l
 
Neft
 
mexaniki 
qarışıq
 
dəmir
 
Məsaməli,  çatlı  və 
çat-çat
 
25
 
30
 
2
 
Zəif çatlı
 
15
 
10
 
1
 
Dənəli
 
1
 
2
 
0,5
 
 
Quyuya vurulacaq su o  vaxt  yararlı hesab edilir  ki, vurma 
təzyiqinin  müxtəlif  qiymətlərində,  süzülmənin  qərarlaşmış 
rejimlərində  udulacaq  suyu  qəbul  edən  layın  və  yaxud 
məhsuldar  laydan  götürülmüş  süxur  nümunəsinin  (kernin) 
keçiriciliyi  praktiki  olaraq  azalmır.  Flotasiyadan  sonra  su, 
betondan hazırlanmış və hər küncündə hidromanitor quraşdırıl-
mış  yer  anbarına  tökülür,  oradan  isə  mərkəzi  paylayıcı 
məntəqəyə vurulur. 
Çirkab  suyu  flokulyasiya  etmək  üçün  poliakrilamid 
(PAA)  sulfanol  kimi  flokulyant  kimyəvi  reagentlər  və 
koaqulyant  Na-SP  dozator  nasosu  vasitəsilə  kollektor  xəttinə 
vurulur. Na-SP-nin 150 mq/l optimal konsentrasiyasında mexa-
niki  qarışıqlı  çirkab  su  14  saat  sükunətdə  saxlandıqdan  sonra 
çökmə nəticəsində qarışığın miqdarı 1000  mq/l-dən 33 mq/l-ə 
və  3000  mq/l-dən  43,4  mq/l-ə  düşür  ki,  bunu  da  yaxşı  nəticə 
kimi qiymətləndirmək olar. 
Azərbaycanda  çirkab  suların  laya  vurulması  təcrübə-
sindən  çoxdan  istifadə  edilməsinə  baxmayaraq  şlamın  laya 
vurulması  məsələsinə  nəinki  Azərbaycanda,  hətta  keçmiş 
SSRİ-nin  neftçıxarma  sənayesində  fikir  verilmirdi.  Bu  vaxta 
qədər  dənizin  və  ətraf  mühitin  qazıma  tullantıları  ilə 
çirklənməsinin  qarşısını  almaq  məqsədilə  şlamın  kimyəvi  və 
termiki  üsulla  işlənməsi,  sahilə  çıxarılıb  basdırılması  və  ya 
nisbətən  zərərsizləşdirilib  dənizə  atılması  ilə  kifayətləniblər. 


 
             
 
Deyilənlərdən  belə  bir  qənaətə  gəlmək  olar  ki,  şlamdan 
suspenziya  hazırlanması,  yenidən  onun  qəbul  edən  laya 
vurulması-şlamın  texnoloji  işlənməsi  və  utilizasiya  edilməsi 
üçün  sahilə  daşınmasını  əvəz  edən  həyati  alternativ  həll 
variantıdır. 
Qeyd  etmək  lazımdır  ki,  tullantıların  yerin  müxtəlif 
akvatoriyası  və  kontinental  şelflərinə  vurulması  təcrübəsindən 
bir çox xarici ölkələrdə də istifadə edirlər. Bu baxımdan Britiş 
Petroleum  və  Statoyl  firmalarının  alyansı,  cənubi  Amerikanın 
rütubətli  tropik  meşələri,  Alyaskanın  şimal  yamacı,  Şimal 
dənizi,  Avstraliyanın  şimal,  qərb  şelfi,  İndoneziya  sahilləri  və 
Meksika  ölkələrinin  çoxunda  tullantıların  laya  vurulması 
təcrübəsi diqqəti daha çox çəkir. 
Qərbin neft və qaz kompaniyalarının böyük əksəriyyəti 
yerin  təki  və  ətraf  mühitin  mühafizəsi  məsələlərində  analoji 
siyasət  aparırlar,  lakin  bu  işlərin  səmərəliliyini  nümayiş 
etdirmirlər.  Belə  ölkələrdən  fərqli  olaraq,  Alyaskada,  Şimal 
dənizində və İngiltərədə Uitç-Farm yatağında aparılan əməliy-
yatlar, alyansın ekoloji məsələlərin həllində yaxşı nəticələr əldə 
etdikləri xəbər verilir. Bunu da bilmək çox vacibdir ki, neft və 
qaz  yataqlarının  kəşfiyyatı  və  istismarının  layihəsinin 
hazırlanmasına  başlamazdan  öncə  rayonun  ekoloji  vəziyyəti 
öyrənilməli,  layihənin  icrası  dövründə  ekoloji  təsirin  ətraf 
mühitə  ehtimal  olunan  zərəri  qabaqcadan  qiymətləndiril-
məlidir.  Bunun  əsasında  ekoloji  müdafiə  proqramı  tərtib 
olunmalı, layihənin  yerinə  yetirilməsi dövründə  ekoloji vəziy-
yətə nəzarət diqqət mərkəzində olmalıdır. Bu zaman əməliyyat 
keçirilən  ərazidə  ölkənin  normalarına  uyğunluq  da  nəzərə 
alınmalıdır. Əlavə olaraq, avadanlıqların ekoloji xarakteristika-
larının  yaxşılaşdırılmasına,  yeni  zərərsiz  texnologiyaların 
yaradılmasına, ekologiyaya zərərli təsiri minimum olan qazıma 
məhlulundan  istifadə  edilməsinə  çalışmaq  lazımdır.  Neft 
itgilərinin  azaldılması  və  yerin  təkinin  qorunması  nöqteyi 


 
             
 
nəzərindən neftlə çirklənmiş şlamın neftdən ayrılması məsələsi 
də xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir. 
Neftlə  çirklənmiş  şlamı  neftdən  ayrımaq  üçün  2  üçul 
mövcuddur: 
1.
 
Şlamı  neftdən  ayırmaq  məqsədilə  xüsusi  həlledicidən 
istifadə  edilir.  Bunun  üçün  xüsusi  pilot  qurğusu 
quraşdırılır.  Bu  qurğu,  tərkibində  qalıq  nefti  1%-dən 
çox  olmamaq  şərtilə  şlamı  tozvari  materiala  çevirir. 
Sonra  həlledici  dövran  sisteminə  ötürülür,  neftdən  isə 
təmiz yanacaq kimi digər məqsədlər üçün istifadə edilir. 
 Aparılan  tədqiqatlar  və  müşahidələr  göstərir  ki, 
işlənmədən sonra şlam ətraf mühit üçün heç bir qorxu törətmir. 
Hazırda,  neftlə  çirklənmiş  şlamı  təmizləmək  üçün  sənaye 
əhəmiyyətli qurğunun yaradılması işi başa çatmaq üzrədir.   
2.
 
Bu  üsulda,  neftlə  çirklənmiş  şlamı  suspenziya  halına 
salıb  laya  vururlar    (şəkil  14.3).  Bu  üsuldan  Britiş 
Petroleum Eksploreyşin kompaniyası Alyaska, Mexsika 
körfəzi  və  «Quda»  platformasında  istifadə  etmiş  və 
yaxşı nəticələr əldə etmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə