Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   52   53   54   55   56   57   58   59   60

 
             
 
Qazılan quyunun maya dəyəri  
Qazılan quyunun maya dəyəri ya bütövlükdə quyu üzrə, ya 
da  qazımanın  bir  metrinin  maya  dəyərinə  görə  hesablanır. 
Bunlardan ikincisi daha maraqlıdır. 
Çünki quyunun bütövlükdə maya dəyəri bir çox amillərdən 
asılıdır: qazıma rayonu, qazımanın məqsədi, qazılan süxurların 
fiziki-mexaniki  xassələri,  layihə  dərinliyi,  quyunun  quruluşu, 
istifadə edilən enerjinin növu, istehsalın və əməyin təşkili və s. 
belə amillərdəndirlər. 
Planlaşdıranlar  əsas  göstəricilərinə  görə  bir  rayonda 
qazılan quyuları qruplaşdırmaqla bir neçə quyu üçün bir layihə 
və smeta tərtib edilməsinə nail olmağa çalışırlar. Buna, bəzən 
bir  qrup  quyular  üçün  nümunəvi  layihə  yaxud  tipik  layihə  də 
deyirlər. 
 
Qazımanın nəticələrinin təhlili 
 
Qazımanın 
nəticələrinin 
texniki-iqtisadi 
təhlilini 
asanlaşdırmaq  üçün  xüsusi  sorğu  vərəqinin  doldurulması 
məsləhət  görülür.  Onun  üz  vərəqində:  qazıma  işləri  idarəsi, 
yataq,  quyu  nömrəsi,  dərinliyi,  məhsuldar  qat,  qazımaya 
başlanan  və  qazımanın  qurtardığı  vaxtlar,  qazımanın  sürəti, 
baltanın gedişi, quyu üzrə bütövlükdə və 1 m  qazımanın maya 
dəyərləri,  qazımanın  texniki-iqtisadi  göstəriciləri,  qazıma 
ustası,  quyu  quruluşu,  vaxt  balansı,  məhsuldar  və  qeyri 
məhsuldar vaxtlar, baltanın iş göstəriciləri, ölçüləri, sayı, quyu 
dibində işləmə müddəti, avadanlığın və enerjinin növü, qazıma 
üsulu,  bucurqad,  rotor,  nasos,  quyudibi  mühərrikləri,  laylar, 
rejim parametrləri və s. haqqında qeyd edilmiş sorğulara cavab 
vermək tələb olunur. Sonra hər quyu üçün toplanan yuxarıdakı 
məlumatların təhlilinə başlayırlar. 
 
13.2 Quyunun inşa edilməsi üçün texniki layihə 
 


 
             
 
«Quyunun inşa edilməsi üçün texniki layihə smeta xərcləri 
ilə  birlikdə»  quyunun  inşası  üçün  əsas  sənəd  hesab  edilir. 
Texniki  layihə  təsdiq  edilmədən  quyunu  inşa  etmək  olmaz. 
Texniki  layihə  hər  bir  quyu  üçün  hazırlanır  və  o  aşağıdakı 
bölmələrdən ibarət  olur: 
1.Qazıma vışkasının montaj edilməsi üçün hazırlıq işləri; 
2.Qazıma vışkasının və qazıma avadanlıqlarının montajı; 
3.Qazımanın geoloji-texniki şəraiti; 
4.Quyu inşası tsiklinin müddətinin əsaslandırılması; 
5.Quyu inşası tsiklinin qrafiki; 
6.Təhlükəsizlik  texnikası,  yanğın  əleyhinə  texnika  və 
istehsalat  sanitariyası  tədbirləri.  Yerin  təkinin  və  ətraf 
mühitin mühafizəsi. 
Geoloji-texniki tapşırıq 
 
Geoloji-texniki tapşırıq 3 bölmədən ibarət olur: 1. Geoloji 
hissə; 2. İstehsalat-texniki göstəriciləri; 3. Əmək göstəriciləri. 
Geoloji  hissədə:  stratiqrafiya,  yəni  quyu  kəsilişini  təşkil 
edən  laylar  və  horizontlar;  süxurların  litoloji  tərkibi,  onların 
yerləşdiyi  dərinlik;  quyu  kəsilişinin  eyni  bərkliyə  malik 
süxurlardan  təşkil edilmiş paçkalara ayrılması: ehtimal olunan 
mürəkkəbləşmələrin baş verəcəyi dərinliklər göstərilir. 
İstehsalat texniki göstəricilər bölməsində qazıma işlərinin 
geniş texnoloji sxemi və hər işin yerinə yetirilməsi üçün texniki 
normalar, 
təlimatlandırıcı  materiallar  göstərilir.  Bunlar 
aşağıdakılardır:  ayrı-ayrı  işlərin  yerinə  yetirilmə  sxemi;  quyu-
nun  ayrı-ayrı  intervallarını  qazımaq  üçün  qazıma  məhlulunun 
parametrləri  və  sərfi;  sementləmə  hündürlükləri  və  yerləri 
göstərilməklə  quyunun  texniki  kəsilişi;  quyunun  ayrı-ayrı 
intervallarını qazımaq üçün baltaların tipi və ölçüləri; hər balta 
üçün  qazıma  rejimi  parametrləri  (oxboyu  yük,  qazıma 
məhlulunun  sərfi,  baltanın  dövrlər  sayı  və  s.);  quyunun  əyri-
liyini və azimutunu ölçmək və quyuda elektrometrik ölçü işləri 
aparmaq üçün intervallar; tal sisteminin tellənməsi; bucurqadın 


 
             
 
ayrı-ayrı  sürətlərində  qaldırılacaq  şamların  sayı;  qazıma  ava-
danlığı komplekti; ayrı-ayrı intervallarda istifadə ediləcək kim-
yəvi  reagentlər,  yağlayıcı  əlavələr,  ağırlaşdırıcılar;  Qazıma 
kəmərinin  aşağı  hissəsinin  ayrı-ayrı  intervallar  üçün  quruluşu 
və s. göstərilir. 
Əmək göstəriciləri bölməsində  mexaniki qazıma, qaldırıb 
endirmə  əməliyyatları  və  qazıma  briqadasının  yerinə  yetirdiyi 
bütün  başqa  işlər  üçün  istehsal  norması  və  vaxt  norması 
göstərilir. 
Geoloji  texniki  tapşırıq  qazıma  briqadası  üzvlərinin 
nəzərinə  çatdırılmalı  və  yaxşı  izah  edilməlidir.  Bildirilməlidir 
ki,  geoloji  texniki  tapşırıq  rəhbər  sənəddir  və  oradakı 
tapşırıqlara sözsüz və dəqiq əməl edilməlidir. 
Quyuların inşası tsikli (görülən işlər) 
Quyuların  inşa  edilməsi  tsiklinə  aşağıda  qeyd  edilən 
cürbəcür  elementlər  daxildir:  1.  Avadanlıq  və  quyular  üçün 
meydançanın və özülün hazırlanması;  
2.  
Vışkanın və vışkayanı tikintilərin montajı; 
3.  
Qazıma və energetika avadanlıqlarının montajı; 
4.  
Qazıma  işlərinə  başlamaq  üçün  iş  yerlərinin 
hazırlanması; 
5.
 
Quyunun qazılması;   
6.  
Quyunun möhkəmləndirilməsi; 
7.
 
Məhsüldar  obyektin  açılması  və  quyunun  istismara 
təhvil verilməsi; 
8.  
Qazıma və energetika avadanlıqlarının demontajı. 
 
 


 
             
 
14. 
YERİN 
TƏKİNİN 
VƏ 
ƏTRAF 
MÜHİTİN 
MÜHAFİZƏSİ 
 
Biosferanın  mineral  əsasını  təşkil  edən  Yer  qabığının  və 
eləcə də bütün təbiətin mühafizəyə böyük ehtiyacı var. Bu isə 
insanların  planetimizin  təkinə  daha  böyük  sürətlə  müdaxilə 
etməyə  can  atması  nəticəsində  özünü  daha  qabarıq  şəkildə 
göstərməkdədir.  İnsanlar  mineral  mühitlə,  biosfera  ilə  və 
bütövlükdə  təbiətlə  mütəmadi  olaraq  qarşılıqlı  münasibətdə 
olublar.  Belə  ki,  faydalı  qazıntıların  çıxarılması  bilavasitə  iki 
növ  problemlə  sıxı  surətdə  bağlıdır:  mineral  ehtiyatlardan 
səmərəli istifadə və bizi əhatə edən təbiətin mühafizəsi. Faydalı 
qazıntı  yataqlarının  işlənməsi  zamanı  dənizlərin,  çayların, 
münbit torpaqların, yer səthinin, su hövzələrinin və atmosferin 
qorunması  üçün  tədbirlərin  həyata  keçirilməsi  yer  təkinin  və 
bütövlükdə  təbiətin  birinci  növbədə  canlı  aləmin,  mühafizəsi, 
təbii  ehtiyatları  isə  itgilərdən  və  israfçılıqdan  qorumaq 
deməkdir.  Bunu,  hazırkı  və  gələcək  maraqları  nəzərə  almaqla 
icra  etmək  lazımdır.  Təbiətə  və  onun  ehtiyatlarına  elmi 
cəhətdən  əsaslandırılmış  münasibət  alimlərin  və  mütəxəssis-
lərin  proqram  sənədi  olmalıdır,  cəmiyyətimizin  inkişaf 
səviyyəsinə  uyğun  olaraq  yerin  təkinin  qorunmasında  hüquqi 
normalara  və  respublika  kodeksinə  ciddi  surətdə  əməl  edil-
məlidir. 
Ağır  da  olsa  ehtiraf  etmək  lazımdır  ki,  bu  məsələnin 
hazırda nə qədər ciddi bir problem olduğuna lazımınca qiymət 
verilmir  və  yer  təkinin  qorunmasında  dövlət  kodeksinin 
tələbləri kifayət qədər yüksək səviyyədə yerinə yetirilmir. Belə 
ki,  qonşu  respublikanın  və  öz  respublikamızın  müxtəlif 
istehsalat  tullantılarının  Kür  çayına  və  Xəzər  dənizinə 
axıdılmasının  qarşısı  hələ  də  tam  alınmamışdır.  Dünya  üzrə 
maye  yanacağa  tələbatın  gündən-günə  artması  insanlara  dəniz 
və  okeanların  dərinliklərində  yerləşən  neft  və  qaz  yataqlarını 
istismar  etməyə  məcbur  etmişdir.  Nəticədə  isə  insanlar  çay, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə