Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   50   51   52   53   54   55   56   57   ...   60

 
             
 
12.2. Qoruyucu kəmərin perforasiya edilməsi. 
 
İstismar  yaxud  sınaq  məqsədilə  layı  açmaq  üçün  gülləli 
yaxud  gülləsiz  perforasiya  üsullarından  istifadə  etməklə, 
qoruyucu  kəmərdə  və  sement  həlqəsində  deşiklər  açırlar. 
Hörük şəklində bir-biri ilə birləşmiş perforatorlar karotaj kabeli 
vasitəsilə  quyuya  buraxılır.  Perfaratorun  kamerası  içərisinə 
barıt doldurulur və fitil qoyulur. Yer üzərindən kabel vasitəsilə 
perforatora  cərəyan  verilir.  Bu  zaman  barıt  alışır  və  güllə 
böyük  sürətlə  perforatorun  lüləsindən  çıxaraq  qoruyucu 
kəmərin  divarında  və  sement  halqasında  deşik  açır.  Bir 
perforatorla  diametri  11-11,5mm  olan  6-12  deşik  açmaq 
mümkündür. 
Gülləsiz  perforasiya  daha  geniş  yayılmışdır.  Bu  halda 
kəmər  divarında  deşiklər  güllə  ilə  deyil,  mərkəzləşdirilmiş  və 
istiqamətləndirilmiş  qaz  şırnağı  ilə  açılır.  Qaz  şırnağı  isə  dol-
durulmuş  qazın  partlayışından  yaranan  dalğanın  təsiri  nəticə-
sində  əmələ  gəlir  (Bu  əməliyyatları  geoloji  partiya  yerinə 
yetirir). 
Kəmərdə  deşiklər  açılan  zaman  quyu  ağzında  xüsusi 
siyirtmə qoyulur ki, laydan quyuya güclü axın yaranan zaman 
quyunu  bağlamaq  mümkün  olsun.  Quyunun  məhsuldar  layla 
əlaqəsini  yaxşılaşdırmaq  üçün  layı  hidroqumlu  şırnaq 
üsulundan  istifadə  etməklə  də  açırlar.  Bu  məqsədlə,  quyuya 
nasos  kompressor  boruları  ilə  şırnaq  aparatı  buraxırlır.  Bu 
aparat  gövdə  və  ucluqdan  ibarət  olur.  Boruların  içərisinə 
yüksək təzyiq altında maye ilə qum birlikdə vurulur. Ucluqdan 
böyük sürətlə çıxan şırnaq kəməri, sement daşını və məhsuldar 
qatı  təşkil  edən  süxurları  asanlıqla  deşə  bilir.  Bu  üsul  başqa 
üsullardan  üstünlükləri  ilə  fərqlənir.  Belə  ki,  bu  üsulda 
kəmərdə  və  sementdə  çatlar  əmələ  gəlmir,  deşiklərin 
diametrlərini  və  açılacaqları  dərinlikləri  tənzim  etmək 
mümkündür,  üfqi  və  şaquli  kəsiklər  etməyə  imkan  verir.  Bu 


 
             
 
üsulun  nöqsan  cəhəti  çox  maddi  vəsait  tələb  etməsi  və  iri 
yerüstü avadanlığın yaradılmasının vacibliyidir.  
13. QAZIMANIN TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏRİ. 
 
Qazımanın  nəticələri  qiymətləndirmək  üçün  bir  neçə 
göstəricilər  vardır  ki,  onların  köməyi  ilə  həmin  rayonda 
qazımanın texniki – iqtisadi xarakteristikasını müəyyən etmək 
olur. 
Qazımanın dinamikasını aşağıdakı göstəricilərə əsasən 
təhlil edirlər: 
1.
 
Baltanın 1 m gedişinə düşən qazılmış süxurların həcmi, m
3
 
/m ilə; 
2.
 
Baltanın  1  m  gedişinə  düşən  metalın  sərfi  (qoruyucu 
borular), kg /m  ilə; 
3.
 
Qazıma sürətləri m /dəzgah

ay, ilə; 
a. tam (tsikl sürəti) sürət 
b. ümumi (kommersiya sürəti) sürət 
c. texniki sürət 
4.
 
Qazımanın mexaniki və reys sürətləri, m /saat  ilə; 
5.
 
1000 m qazımaya sərf  edilən baltaların sayı; 
6.
 
Bütövlikdə  quyu  yaxud  qazımanın  1  m-ə    düşən  vaxt 
balansı, saat ilə; 
7.
 
Bütövlikdə quyunun və qazımanın 1 m – nin maya dəyəri; 
Baltanın  1  m  gedişinə  düşən  qazılmış    süxurların 
həcmi aşağıdakı düstur ilə tapılır: 
H
)
H
D
H
D
H
(D
0,785
сuxur
V
n
n
2
2
2
2
1
2
1






 
D
1
,  D
2
,  D
3
...D
n
  –  quyunun  qazılmasında  istifadə  edilən 
baltaların diametrləri, m  ilə; 
H
1
,  H
2
,  H
3
...H

  -  D
1
,  D
2
,  D
3
...D
n
    baltaları  ilə  qazılmış 
intervallar; 
H  –  quyunun  layihə  dərinliyi  (Əgər  quyu  layihə  dərinliyinə 
çatdırılmayıbsa, faktiki dərinlik), m. 


 
             
 
Qazımanın  səmərəli  olmasını  qazıma  baltasının  1  m  
gedişinə  düşən  metal  sərfinə  görə  də  müəyyən  edirlər.  Bu 
məqsədlə,  quyuya  buraxılan  qoruyucu  boruların  ümumi 
çəkisinin, quyunun dərinliyinə olan nisbəti əsas götürülür. 
Təbiidir ki, qazıma texnologiyasının inkişaf səviyyəsi 
yüksəldikcə metal sərfi də azalmalıdır. 
Tam  tsikl  sürətini  tapmaq  üçün  qazılmış  quyunun 
dərinliyini  H  tikinti-montaj  işlərinin  başlanması  anından 
quyunun  istismara  təhvil  verilmə  müddətinə  qədər  sərf  edilən 
ümumi vaxta (T
üm
) bölürlər. 
Yəni: 
                     
m
u
tam
T
H
V


720


  m /dəz.-ay 
720 saat = 1 ay  - dır.  
Qazımanın  ümumi  (kommersiya)    sürətini  V
üm
 
tapmaq  üçün  qazılmış  quyunun  dərinliyini  H,  quyuya  ilk 
qazıma  baltası  buraxılan  andan  başlayaraq,    qazıma  şamlarını 
təşkil  edən  boruların  açılıb  buruq  körpüsü  üzərinə 
çıxarılmasına qədər sərf edilən vaxta T
o
 bölürlər. 
Yəni: 
                       
о
T
H
V
m
u
720




  m /dəz.-ay 
Qazımanın  texniki  sürətini    tapmaq  üçün  qazılmış 
quyunun  dərinliyini  H,  yalnız  məhsuldar  qazıma  vaxtına  T
məhs
 
bölürlər.  (Burada  qeyri  məhsuldar  işlərin  görülməsinə  sərf 
edilən vaxtlar T
əlavə 
nəzərə alınmır. (Məsələn: boş dayanmalar, 
təmir  işləri,  mürəkkəbləşmələrin  və  qəzaların  ləvğ  edilməsinə 
sərf edilən vaxtlar).   
Yəni    
                   T
məhs
=T
o
-T
əlavə
 
Onda  
               
мящс.
T
720
H
V
texn


  m /dəz.-ay 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə