Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   42   43   44   45   46   47   48   49   ...   60

 
             
 
portlandsement  10-30  dəqiqə  müddətində  tutuşur.  Təzyiqin  1 
atm  –  dən  500  -  600  atm-ə  qədər  qalxması  tutuşma  vaxtını  2 
dəfə  azaldır.  Sementin  saxlanma  müddəti  artdıqca  onun 
tutuşma vaxtı da ləngiyir. 
Sement  məhlulunun  sıxlığı  -  AQ-1  yaxud  AQ-2 
areometri  ilə  ölçülür.  Bundan  başqa  sementləməyə  nəzarət 
stansiyası  avtomatik  olaraq  quyuya  vurulan  sementin  sıxlığını 
ölçür  (SMNS  -  stansiya  kontrolya).  Sement  məhlulunun  sıxlı-
ğını mütəmadi olaraq radioaktiv sıxlıq ölçənlə də təyin edirlər. 
Sement məhlulunun axıcılıq qabiliyyəti AzNİİ konusu 
ilə  təyin  edilir.  Şüşə  üzərinə  yayılmış  sement  məhlulunun 
diametr  üzrə  ən  böyük  və  ən  kiçik  qiymətlərinin  orta  ədədi 
qiyməti sement məhlulunun axıcılığı qəbul edilir. 
Sement məhlulunun  tutuşma  vaxtı  vik cihazı  ilə təyin 
edilir. 
Sement  məhlulunun  struktur  əmələ  gətirməsi  və 
qatılaşması  konsistometr  KC-3,  KC-4  vasitəsilə  təyin  edilir. 
Qatılaşma  vaxtını  CCB,  KMC,  HEPAN,  ÇDT,  xrompik  kimi 
ləngidicilər vasitəsilə uzatmaq olur. 
Sement  məhlulunun  reoloji  parametrlərindən  dinamik 
sürüşmə  gərginliyi  və  struktur  özlülüyü  rotasion  viskazimetri 
ilə təyin edilir. 
Sementə olan texniki tələblər: 
-
 
Hazırlanmış  sement  xəmiri  2  sutka  ərzində 
40x40x160mm  ölçüsündə  bərkidikdən  sonra  aşağıdakı 
tələbləri ödəməlidir 
 
Sementin 
növü 
Bərkimə 
temperaturu 
0

Əyilmə 
zamanı 
möhkəmlik həddi qq/sm
2
 
«Soyuq» 
quyular üçün 
22 

 2 
27 
«İsti»  quyular 
üçün 
75 

 3 
62 


 
             
 
 
-
 
Sement  xəmiri  180  mm-dən  az  axıcılığa  malik 
olmamalıdır. 
-
 
Tamponaj  sementlərinin  tutuşma  vaxtına  olan  tələblər 
aşağıda verilir: 
Sementin növü  Sement 
hazırlanandan 
sonra 
tutuşma 
başlanğıcı 
Sement 
hazırlanandan 
sonra tutuşma sonu 
«Soyuq» 
quyular üçün 

saatdan 
tez 
olmamaqla 
10 
saatdan 
gec 
olmamaqla 
«İsti»  quyular 
üçün 

saat 
45 
dəqiqədən 
tez 
olmamaqla 
4 saat 30 dəqiqədən 
gec olmamaqla 
 
-
 
Normal  qatılığa  malik  hazırlanmış  sement  xəmiri  suda 
qaynadıldıqda  həcmi  hər  tərəfdən  bərabər  həddə 
dəyişməlidir. 
-
 
Sementin tərkibində sulfat turşusu anhidridinin miqdarı 
3,5%-dən çox olmamalıdır. 
-
 
MgO-nin  miqdarı  klinkerin  tərkibində  5%-dən  çox 
olmamalıdır 
-
 
Sementin  xırdalanması  o  dərəcədə  olmalıdır  ki,  ölçüsü 
0,08  mm olan  gözlərə  malik ələkdən (tordan)  nümunə-
nin 85%-i keçsin. 
-
 
Hər sement partiyası 200 ton sementdən ibarət olur. Hər 
partiya  sementin  pasportu  olmalıdır.  Orada  zavodun 
adi,  pasportun  nömrəsi,  buraxıldığı  gün,  ay  və  il 
göstərilməlidir. 
 
10.17. 
Sement 
məhlulunun 
ağırlaşdırılması, 
yüngülləşdirilməsi, başqa növ sement məhlulları 
 


 
             
 
Sement məhlulunun yüngülləşdirilməsi üçün ən sadə və 
asan  yol  su  sement  amilini  mümkün  olan  qədər  artırmaqdır. 
Yüngülləşdirici kimi SiO
2
-dən də istifadə etmək olar. Bu halda 
sement  məhlulunun  xüsusi  çəkisini  1,5  qq/sm
3
-na  qədər  aşağı 
salmaq  mümkündür,diatomit,  pemza,  oroka,  trepel  də 
SiO
2
ailəsinə  daxildir.  SiO
2
  ailəsinə  mənsub  olan  bu  əlavələr 
yüksək  temperatura  və  təzyiq  şəraitində  bərkiyən  sement 
daşının fiziki-mexaniki xassələrini də yüksəltməyə imkan verir. 
Şlaklı  yüngülləşdirilmiş  sement  məhlullarından 
yüksək  temperatura  və  təzyiq  şəraitində  istifadə  etmək 
məsləhətdir. Bu məhlullar əsasında həm xırdalanmış SiO
2
-dən 
həm  də  gil  materialından  istifadə  etməklə  yüngülləşdirilmiş 
tamponaj məhlulları hazırlayırlar. 
Şlaklı  yüngülləşdirilmiş  məhlullar  içərisində  bentonit 
gili  ilə  və  bentonit  gilinin  opoka  ilə  qarışığından  hazırlanmış 
yüngülləşdirilmiş  tamponaj  məhlulları  daha  geniş  yayılmışdır. 
Gilin  çox  əlavə  edilməsi  şlaklı  yüngülləşdirilmiş  sement 
məhlulunun  tutuşma  başlanğıcını  xeyli  ləngidir  bu  isə  yüksək 
temperatura  və  təzyiq  şəraitində  qazılan  dərin  quyuların 
sementlənməsində çox vacibdir. 
Daha  kiçik  (1,25  –  1,27  qq/sm
3
)  xüsusi  çəkiyə  malik 
sement  məhlulu  hazırlamaq  üçün  əhəngli  –  SiO
2
-li  sement 
məhlulundan  istifadə  edirlər.  Bu  sement  məhlulunun  başqa 
yüngülləşdirilmiş sement məhlullarından üstünlüyü yüksək su-
sement  amili  (m=1,8)  olan  halda  yaxşı  sedimentasiya 
dəyanətliliyinə  malik  olmasıdır  ki,  bu  da  onun  yüksək 
dispersliyi ilə əlaqədardır. 
Ağırlaşdırılmış  sement  məhlullarından  yüksək  xüsusi 
çəkiyə malik qazıma məhlulu (1,9 qq/sm
3
-dan çox) ilə qazılan 
quyuların  sementlənməsində  istifadə  edilir.  Sement  məhlul-
larını  iki  üsul  ilə  ağırlaşdırırlar.  I  üsulda  ağırlaşdırıcılar  əlavə 
etməklə  filiz  sementi  əldə  edirlər.  Bu  üsulda  yüksək  xüsusi 
çəkiyə malik sement məhlulu hazırlamaq mümkün olmur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə