Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   39   40   41   42   43   44   45   46   ...   60

 
             
 
kəmər  içərisinə  balta  ilə  birlikdə  qazıma  kəməri  burxıb 
sementləmə  tıxaclarını  qazırlar,qazıma  kəmərini  sement 
stəkanına  qədər  buraxıb  quyunu  yuyurlar.  Nəhayət  kəmər 
arxasındakı  sement  məhlulunun  qalxma  hündürlüyünü  təyin 
edirlər. 
 


 
             
 
10.8. 
Sementləmənin 
keyfiyyətinin 
yoxlanması 
qaydaları. 
 
Sementləmənin  keyfiyyətinin  yoxlanması  dedikdə: 
layların etibarlı izolə edilməsi, kəmərin və kəmər arxası fəzanın 
hermetik olması başa düşülür. 
Bunlardan  əlavə  məhsuldar  layın  sınaqdan  keçirilməsi 
və  laydan  quyuya  axın  yaradılması  da  sementləmənin 
keyfiyyətini xarakterizə edir. 
Sementləmənin  keyfiyyətini  müəyyən  etmək  üçün 
geofiziki  tədqiqat  üsullarından  istifadə  edirlər.  Nəticədə: 
sement  məhlulunun  kəmər  arxası  fəzada  olan  hündürlüyü, 
kəmər  arxasının  hər  tərəfdən  sement  məhlulu  ilə  doldurulma 
dərəcəsi,  bərkimiş,  sementin  kəmərlə  və  quyu  divarı  ilə 
əlaqəsinin  vəziyyəti  öyrənilir.  Sementləmənin  keyfiyyətini 
müəyyən  etmək  üçün  radioaktiv  karotaj,  akustik  karotaj  və 
elektrotermometrik ölçmə işləri aparılır. 
Termokarotaj üsulunda temperaturanın kəmər boyunca 
dəyişməsinə  əsaslanaraq,  kəmər  arxasında  sementin  qalxma 
hündürlüyünü təyin edirlər. Sement məhlulu bərkiyərkən istilik 
alınır.  Bu  istiliyə  görə  sementin  qalxma  hündürlüyü  təyin 
edilir.  Xüsusi  olaraq  qeyd  edilməlidir  ki,  sementin  bərkimə 
vaxtından  çox  keçərsə  elektrotermometrlə  ölçmə  öz 
əhəmiyyətini itirir. 
Qamma  karotajın  köməyi  ilə  isə  kəmər  arxasındakı 
sementin  perimetr  üzrə  qalınlığı,  kəmər  arxasındakı  laylar 
arasında əlaqənin olub olmaması öyrənilir. 
Akustik karotajın köməyi ilə kəmər arxasındakı sement 
məhlulunun  hündürlüyü,  sementin  kəmər  və  quyu  divarı  ilə 
kontakt dərəcəsi öyrənilir. 
 


 
             
 
10.9. Kəmərin hermetikliyə yoxlanması 
 
Kəmər  arxasındakı  sement  məhlulu  bərkidikdən  sonra 
və  geofiziki  yol  ilə  sementləmənin  keyfiyyəti  yoxlandıqdan 
sonra kəmər hermetikliyə yoxlanır.  
Bu məqsədlə: 1. kəmər içərisində əlavə təzyiq yaradılır. 
2.  kəmər  içərisindəki  mayenin  səviyyəsi  aşağı  salınır  («Qoru-
yucu kəmərlərin sementləməsi üsulları» sərlövhəsinə bax). 
 
10.10. Sementləmə zamanı baş verən  
mürəkkəbləşmələr 
 
Sementləmə  zamanı  aşağıda  qeyd  edilən  mürəkkəb-
ləşmələr  baş  verə  bilər:  tamponaj  məhlulunun  və  qazıma 
məhlulunun udulması, qaz təzahürləri, kəmər arxası fəzada bir 
laydan  başqa  laya  axın,  sement  məhlulunun  kəmər  arxası 
fəzada  tələb  edilən  hündürlüyə  qaldırılmaması,  kəmərin 
başmağının açıq olması və s. 
Udulma  –  sementləmə  zamanı  quyu  divarına  yüksək 
təzyiqin yaranmasının nəticəsidir. Buna səbəb: 
-
 
udulma  təzyiqini,  hidrodinamik  təzyiqi  və  sementləmə 
hündürlüyünü  nəzərə  almadan  sement  məhlulunun 
sıxlığının seçilməsi; 
-
 
turbulent  axın  rejimi  üçün  hidrodinamik  təzyiqi  nəzərə 
almamaq, məhlulun hərəkət sürətini düzgün seçməmək, 
həlqəvi  fəzada  yaranan  təzyiqin  udulma  təzyiqindən 
çox olmasına fikir verməmək; 
-
 
qoruyucu kəmərin quyu içərisində eksentrik  yerləşməsi 
nəticəsində  sement  məhlulunun  kəmər  arxası  fəzada 
birtərəfli hərəkət edərək sonra bərkiməsi; 
-
 
sement  məhlulunun  vaxtından  əvvəl  tutuşmağa  başla-
ması; 


 
             
 
-
 
quyu  divarının  keçiriciliyi  yüksək  olan  intervallarında 
tamponaj  məhlulunun  susuzlaşması  nəticəsində  tez 
tutuşması; 
-
 
sementləmə üsulunun və rejiminin düzgün seçilməməsi; 
-
 
tamponaj  məhlulunun  seçilməsi  zamanı  təzyiq  və 
temperaturun təsirinin lazımınca qiymətləndirməməsi; 
-
 
sementləmə  zamanı  buruqda  sement  məhlulunun 
hazırlanma  reseptini  pozmaq  da  mürəkkəbləşməyə 
səbəb  ola  bilər,  yəni  məhlulda  suyun  miqdarı  azalarsa 
sement  tez  tutuşmağa  başlayar,  suyun  miqdarı  çox 
olarsa, sementləmənin keyfyiyyəti aşağı düşər; 
-
 
kavernaların  həcminin  düzgün  təyin  edilməməsi  – 
kəmər  arxası  fəzada  sement  məhlulunu  tələb  edilən 
hündürlüyə  qaldırmağı  mümkünsüz  edər,  bu  isə 
mürəkkəbləşməyə səbəb ola bilər. 
 
10.11. Manjetlə sementləmə 
 
Kiçik  təzyiqə  və  yüksək  dərəcədə  drenajlığa  malik 
laylar qarşısında normal sementləmə aparılmazsa, layın verimi 
və quyunun məhsuldarlığı kəskin surətdə aşağı düşər. Belə ki, 
quyu  dibinə  axın  kanallarının  sement  məhlulu  ilə  tutulması 
layın verimini azaldır. Belə hallarda istismar kəmərinin neftli-
qazlı  lay  qarşısında  olan  hissəsi  perforasiya  edilmiş  borudan 
yəni  süzgəcdən  təşkil  edilir.  Süzgəcdən  yuxarıda  qoruyucu 
kəmərin  aşağı  borusunun  divarında  deşiklər  açılır.  Süzgəclə, 
deşik açılmış boru arasında düz klapan yerləşdirilir. Bu klapan 
yalnız  aşağıdan  yuxarıya  hərəkətə  imkan  verir.  Düz  klapan 
yerləşdirilmiş borunun xaricində manjet yerləşdirilir. Manjetin 
vəzifəsi  sement  məhlulunun  aşağıya  hərəkət  etməsinə  imkan 
verməməkdir.  Manjet  qıf  şəklində  olub  elastik  materialdan 
hazırlanır, hündürlüyü 60-70 sm olur yuxarı diametri quyunun 
diametrindən bir qədər çox olur. Manjet ya elastik rezindən ya 
da dəri materialından hazırlanır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə