Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   37   38   39   40   41   42   43   44   ...   60

 
             
 
möhkəmləndirilməlidir. Yalnız bu halda quyunun uzun müddət 
istismar edilməsi təmin edilir. 
Quyunun  möhkəmləndirilməsi  və  layların  təcrid 
edilməsi  quyuda  görülən  son  işlərə  aid  edilir.  Layları  bir-
birindən  ayırmaq  üçün  qoruyucu  kəmər  içərisinə  vurulan 
sement  məhlulu  quyudakı  qazıma  məhlulunu  sıxışdırıb  çıxarır 
və  basıcı  mayenin  köməkliyi  ilə  kəmər  arxası  fəzada  hesab-
lanmış  hündürlüyə  qaldırılır.  Sement  məhlulunun  həlqəvi 
fəzaya  sıxışdırılıb  çıxarılması  quyunun  sementlənməsi  prosesi 
adlanır. Xüsusilə dərin quyuların sementlənməsi çox məsul bir 
işdir  və  bu  işdə  kiçik  bir  uyğunsuzluq  əvvəl  görülən  bütün 
işləri  və  müvəffəqiyyətləri  heçə  endirə  bilər.  Keyfiyyətsiz 
sementləmə  çox  hallarda  quyuda  baş  verən  qaz  neft 
təzahürlərinin,  qrifonların,  açıq  neft  və  qaz  fantanlarının  baş 
verməsinin yeganə və əsas səbəkarı olur, məhsuldar layda neft 
və qazın ehtiyatını düzgün təyin etməyə imkan vermir, neftin, 
qazın  və  suyun  bir  laydan  başqa  laya  axmasına  səbəb  olur, 
məhsuldar qatın tez sulaşmasına şərait yaradır və s. Keyfiyyətli 
sementləmə  isə  yuxarıda  qeyd  edilən  bütün  nöqsanları  aradan 
qaldırır, yerin təkini qoruyur, ekologiyanı mühafizə edir. Odur 
ki,  quyunun  keyfiyyətlə  sementlənməsi  çox  ciddi  iş  olmaqla 
yanaşı  həm  də  vacib  məsələdir  və  bu  işə  böyük  məsuliyyətlə 
yanaşılmalıdır. 
 
10.5.1. Qoruyucu kəmərlərin sementlənməsi üsulları. 
 
Bütün  sementləmə  üsulları  bir  məqsədə  xidmət  edir: 
həlqəvi  fəzadakı  qazıma  məhlulunu  sement  məhlulu  ilə 
sıxışdırıb  çıxarmaq  və  kəmər  arxasında  sement  məhlulunu 
tələb olunan  yüksəkliyə qaldırmaq. Bunun nəticəsində həlqəvi 
fəzada yerləşən laylardakı bütün mayelərin yaxud qazın bir-biri 
ilə  əlaqəsi  kəsilir  və  həlqəvi  fəzada  bütün  növ  təzahürlərin 
qarşısı alınır, məhsuldar qat kənar suların təsirindən azad edilir, 
uçulmaya  meylli  süxurların  uçulmasının  qarşısı  alınır, 


 
             
 
qoruyucu  kəmərin  lay  sularının  təsirindən  korroziyaya 
uğramasına imkan olmur, məhsuldar obyektlərin uzun müddət 
izolə edilmiş şəkildə qalması təmin edilir. 
 
 


 
             
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 10.1. Bir pilləli sementləmənin              Şəkil 10.2. İki pilləli sementləmənin   
sxemi. 
 
 
 
 
sxemi. 
 I – sement məhlulunun verilməsi; 
                 a – aşağı tıxacın buraxılması; 
 II – sıxışdırma; III – sıxışdırmanın sonu           b – yuxarı tıxacın buraxılması; 
 1-manometr; 2- yuxarı ayırıcı tıxaclı                 c – sementləmənin sona çatması 
 sement başlığı; 3,5- uyğun olaraq                      1- sement məhlulu; 2 – qazıma 
 aşağı və yuxarı ayırıcı tıxac; 4-isnad                 məhlulu  
 halqası;6-əks klapan;7-istiqamətləndirici 
 borucuq  
 


 
             
 
Vaxtdan  asılı  olaraq  iki  cür  sementləmə  üsulu 
mövcuddur:  ilkin  və  ikinci  (təmir,  bərpa,  təkrar)  sementləmə 
üsulları.  İlkin  sementləmə  üsulu  quyu  müəyyən  dərinliyə 
qazılandan sonra aparılır. Birinci üsulda yəni ilkin sementləmə-
dən  sonra  kəmərin  hermetikliyini  yoxlamaq  məqsədilə  onun 
içərisinə  aqreqatın  köməyi  ilə  maye  vurmaqla  əlavə  təzyiq 
yaradırlar və 30 dəq gözləyirlər. Əgər sınaq təzyiqi 3 

5  atm-
dən çox aşağı düşərsə kəmər hermetik hesab edilmir. Bu sınaq 
təzyiqi, diametri 426mm-dən 194mm-ə qədər olan kəmərlərdə 
50-75  atm,  diametri  168mm-dən  –  127mm-ə  qədər  olan 
kəmərlərdə  isə  90 

  120  atm  arasında  olur.  İkinci  üsulda 
kəmərin hermetikliyini yoxlamaq üçün isə dərinliyi 500 m-dən 
2000  m-ə  qədər  olan  quyularda  kəmər  içərisindəki  mayenin 
səviyyəsi 500 m-dən-800 m-ə qədər, dərinliyi 2000 m-dən çox 
olan  quyularda  isə  ən  azı  1000  m  kəmər  içərisindəki  mayenin 
səviyyəsi aşağı salınır və 8 saat gözlənir. Dərinliyi 1000 m-dən 
çox  olan  quyularda  kəmər  içərisindəki  səviyyə  2  m-dən  çox 
qalxarsa, kəmər hermetik hesab edilmir. 
Ümumiyyətlə, kəmər hermetik hesab edilməzsə quyuda 
ikinci  sementləmə  işi  aparılmalıdır,  (təkrar  sementləmə,  boru 
arxası  sementləmə,  təmir  məqsədilə  sementləmə  və  s)  yəni 
başqa  sementləmə  üsullarından  istifadə  etməklə  quyunun 
hermetikliyini bərpa etmək lazımdır. 
Birinci sementləmə üsulundan xeyli sonra aşağıda qeyd 
edilən  hallarda  əlavə  sementləmə  əməliyyatı  aparılır:  kəmər 
arxasının  hermetikliyinin  pozulması,  kənar  suların  təzahürü, 
halqavari fəzada qazın hərəkəti və ya sızması. 
Ümumiyyətlə aşağıdakı sementləmə üsulları vardır: bir 
pilləli  sementləmə,  iki  pilləli  sementləmə,  quyruq  kəmərinin 
sementlənməsi,  manjet  üsulu  ilə  sementləmə  təzyiq  altında 
sementləmə, Buna Baybakov üsulu ilə sementləmə də deyirlər 
(şəkillər 10.1, 10.2, 10.3, 10.4, 10.5). 
 
 


 
             
 
Шякил 10.3. Гуйруг кямяринин айырыъы тыхаъла  
сементлянмяси. 
а– семент мящлулунун вурулмасы; б – йухары 
еластики тыхаъын ашаьыдакына отурдулмасы; 
ъ-семент мящлулунун горуйуъу кямяря 
вурулмасы;  
1 – газыма борусу; 2-йухары еластики айрыъы 
тыхаъ; 3,5 – хцсуси щалгалар; 4-сол кечириъи; 6-
боруъуг;  
7-санъаг, 8-ашаьы айрыъы тыхаъ; 9-горуйуъу 
бору 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Шякил 10.4. Манжет цсулу иля 
сементлямянин схеми. 
1-
 
семент мящлулу; 2-сементлямя дялийи; 
3-манжет; 4-аракясмя; 5-сцзэяъ;  
6-сцзэяъ ятрафы щалгавари фяза 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə